Month: August 2020

  • Uşaqlar üçün nəzərdə tutulan qalmaqallı kitabla bağlı AÇIQLAMA – FOTO

    Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bu gün KİV-də və sosial şəbəkələrdə uşaq ədəbiyyatının spesifik xüsusiyyətlərinə və ona olan tələblərə uyğun gəlməyən, lakin uşaq auditoriyası üçün nəzərdə tutulduğu qeyd edilən “Qaz ilə göyərçinin əhvalatı” adlı kitabla bağlı məlumat yayıb.

    Qurumdan verilən məlumatda bildirilir ki, Azərbaycan Yazıçılar Birliyinin üzvü olduğu iddia edilən şairə Aygün Bal müəllifi olduğu kitabında uşaqların yaş xüsusiyyətlərini, həmçinin seçdiyi mövzunun didaktik və tərbiyəvi əhəmiyyətini nəzərə almayıb:

    “Şübhəsiz ki, bədii ədəbiyyatın tərkib hissəsi olan uşaq ədəbiyyatı birbaşa təlim-tərbiyə və yeni nəslin ədəbi zövqünün formalaşması vasitələrindən biridir. Məhz bu səbəbdən hər bir ədəbi nümunə gələcəyimiz olan övladlarımızın formalaşması işinə öz müsbət təsirini göstərməklə yanaşı, həm də uşaq psixologiyasına və marağına müvafiq məzmunda və üslubda yazılmalıdır. Adıçəkilən çap məhsulunda istifadə olunan ifadələrin azyaşlı uşaqlara göstərə biləcəyi mənfi təsirləri nəzərə alaraq vəsaitin istifadəsinin Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun gəlmədiyini qeyd etmək lazımdır.

    Belə ki, ailə institutunu nüfuzdan salan infornasiyalar uşaqlar arasında dövriyyəsi qadağan olunan informasiyalar sırasına aid edilib. “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən həmin informasiya məhsullarının uşaqlar arasında yayılması qadağandır. Həmçinin, bu qanunun tələblərinə zidd olaraq sözügedən “kitab” ekspert rəyi olmadan çap edilib.

    Məlumat üçün bildiririk ki, İnzibati Xətalar Məcəlləsinin 388-2.0.2-ci maddəsinə əsasən informasiya məhsulunun “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada yaşa görə təsnifatlaşdırılmasını təmin etmədən, o cümlədən həmin Qanunla müəyyən edilmiş hallar istisna olmaqla informasiya məhsulunu müvafiq yaş kateqoriyasına uyğun işarələmədən ölkə ərazisində yayılmasına görə inzibati məsuliyyət nəzərdə tutulub.

    Nazirlər Kabinetinin 29 iyul 2020-ci il tarixli 267 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnformasiya məhsulunun yaş kateqoriyalarına aid edilməsi Qaydaları”na əsasən informasiya məhsullarının ekspert rəyi olmadan yayılması inzibati məsuliyyətə səbəb olur.

    Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi olaraq uşaqların istifadəsi üçün bu kimi informasiya məhsullarının yayılmasını məqsədəuyğun olmadığını vurğulamaqla yanaşı, bu barədə məlumatların yayılmasına görə qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görüləcəyini diqqətə çatdırırıq”.


  • İcra başçısı onun əmlakından yazan hüquqşünası həbs etdirmək istəyir

    Balakən rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev bu rayonun sakini, hüquqşünas Fərid Qəribovu həbs elətdirmək istəyir. Səbəb isə hüquqşünasın bu icra başçısının sərvəti, oğlunun maaşına adekvat olmayan bahalı maşını, həmçinin rayonda əhalinin susuzluqdan əziyyət çəkməsi, torpaqlarının əllərindən alınması, Balakəndə abadlaşdırmaya ayrılan büdcə vəsaitlərinin yeyintisi və s. haqda yazdıqlarıdır.
    Bizimyol.info xəbər verir ki, 31 yaşlı Fərid Qəribov həmin yazıları iyulun 24-də “Facebook” hesabından paylaşıb. Buna görə də icra başçısı onun haqqında xüsusi ittiham qaydasında iddia qaldırıb. Hüquqşünasın Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələrilə cəzalandırılmasını tələb edir. Avqustun 11-də Balakən rayon Məhkəməsində hakim Zamin Talıbovun sədrliyilə bu iş üzrə məhkəmənin hazırlıq iclası keşirilib.

    Fərid Qəribov Fərid Qəribov

    İcra başçısı iddia ərizəsində yazıb ki, onun harın həyat tərzi sürməsi, büdcə vəsaitlərinin mənimsənilməsi və s. haqda yazılanlar şər-böhtandır.

    Fərid Qəribov isə deyir ki, o, icra başçısını nə təhqir edib, nə də böhtan atıb, İ.Rzayevin Balakənin icra başçısı olduğu 9 il ərzindəki fəaliyyətini təhlil edib.

    O, Bizimyol.info-ya açıqlamasında bildirib ki, sosial mediada icra başçısı haqqında paylaşımından sonra Balakən rayon Polis Şöbəsinə çağrılıb, orada kobud rəftarla üzləşib. Həmçinin telefonuna müdaxilə edilərək, icra başçısı haqqında tənqidi statusu pozublar: “Mənə deyirdilər ki, müxalifətçilik eləyirsən. Dedim ki, birincisi, müxalifətçi də adamdı, bu nə yanaşmadı. İkincisi, mən Yeni Azərbaycan Partiyasının üzvüyəm. Deyirdilər ki, icra başçısını təhqir eləmisən. Cavab verdim ki, təhqir yox, tənqid eləmişəm”.

    Fərid Qəribov bildirir ki, bunun ardınca atasını da 42 il çalışdığı işindən uzaqlaşdırıblar. Onun sözlərinə görə, atası Qarabağ müharibəsinin iştirakçısı olub. Nə bunu, nə pandemiya dövrünü, nə də təqaüdə çıxmasına cəmi 11 ay qalmasını nəzərə almadan, atasını ərizə yazmağa məcbur edib, işdən çıxarıblar: “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə çağırıb, işdən çıxarıblar. Atam Prezident Administrasiyasına, Əmək və Əhalinin Sosial Müdafiə nazirinə və digər dövlət orqanlarına şikayət edib”.

    Daxili İşlər Nazirliyi Fərid Qəribovun Balakən rayon Polis Şöbəsində kobud rəftara məruz qalması haqda deyilənləri təkzib edib.

  • “Həmin fotolardakı şəxslərin heç biri Azərbaycan vətəndaşı deyil” – AÇIQLAMA

    İşgəncələrə Qarşı Azərbaycan Komitəsi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində (BMCMİ) monitorinq keçirib.

    Bu barədə komitə sədri Tural Hüseynov məlumat verib.

    O bildirib ki, monitorinqi komitə sədrinin müavini Elçin Şirinovla birgə keçirib: “Monitorinqi keçirməkdə məqsəd sosial şəbəkələrdə bir neçə şəxsin guya BMCMİ-də işgəncələrə məruz qalmaları ilə bağlı yayılan fotoların araşdırılması olub: “Araşdırma nəticəsində bizə məlum oldu ki, bu fotolar məqsədli şəkildə əvvəlcədən planlaşdırılmış ssenari üzrə çəkilib.

    Belə ki, həmin fotolardakı şəxslərin heç biri Azərbaycan vətəndaşı deyil, həmin fotolar da Azərbaycanda çəkilməyib, şəkillərdəki Azərbaycan bayrağı və polis gerbini isə məqsədli şəkildə ora qoyublar. Avtomobilin qarşısında fotosu olan şəxs isə hüquq-mühafizə orqanlarında çalışmır. Araşdırma nəticəsində məlum olub ki, həmin şəxs Azərbaycan vətəndaşıdır, ancaq hüquq-mühafizə orqanlarında işləmir. O, rayonlardan birində yaşayır və tam fərqli bir sahənin adamıdır, hüquq-mühafizə orqanları ilə ümumiyyətlə heç bir əlaqəsi yoxdur”.

  • Prezident Məcəlləyə dəyişikliyi təsdiqlədi – Cərimələr artırıldı

    Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə dəyişikliyi təsdiqləyib.

    Dəyişikliklə Məcəlləyə yeni 370-2 maddəsi əlavə edilib.

    Əlavəyə əsasən, telekommunikasiya operatoru və provayderi tərəfindən müvafiq icra hakimiyyəti orqanının, habelə məhkəmələrin və ya hüquq-mühafizə orqanlarının sorğularına “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş müddətlərdə cavab verilməməsinə və tələb olunan məlumatların verilməməsinə görə vəzifəli şəxslər 300 manatdan 500 manatadək məbləğdə, hüquqi şəxslər isə 1 000 manatdan 1 500 manatadək məbləğdə cərimə olunacaq. Bu inzibati xətanın bir il ərzində təkrar törədilməsinə görə isə vəzifəli şəxslər 500 manatdan 700 manatadək, hüquqi şəxslər isə 1 500 manatdan 2 500 manatadək cərimə olunacaq.

  • В ВОЗ подсчитали, сколько будет стоить глобальная вакцинация от коронавируса

    Для глобальной вакцинации от нового коронавируса COVID-19 необходимо более $ 100 млрд.

    Об этом сообщает “ЛигаБизнесИнформ” со ссылкой на брифинг главы Всемирной организации здравоохранения Тедроса Гебреисуса в Женеве.

    “И это только часть необходимых глобальных инвестиций … Звучит, как уйма денег, и так оно и есть. Но это мало по сравнению с $ 10 трлн, которые страны G20 уже вложили в борьбу с последствиями пандемии”, – сказал глава ВОЗ.

    По его словам, $ 100 млрд нужны, чтобы у всех на планете была возможность вакцинироваться от коронавируса.

  • Bakıda DƏHŞƏT: 2 yaşlı oğlunun boğazını…

    Avqustun 5-də saat 14 radələrində Səbail rayonu ərazisində Emil Kazıyevin 2018-ci il təvəllüdlü oğlu Ömər Şabanova bıçaq xəsarətini yetirməsi, daha sonra özünün də bədənin müxtəlif nahiyyələrinə xəsarətlər yetirməsi barədə Səbail rayon Polis İdarəsinə məlumat daxil olub.

    Baş Prokurorluqdan yenicag.az-a verilən məlumata görə, həmin məlumat əsasında prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilməklə, zəruri prosessual hərəkətlər keçirilmiş və fakta görə Səbail RPİ-də Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.

    Aparılmış istintaq zamanı Emil Kazıyevin bıçaqla boğaz nahiyyəsini kəsərək köməksiz vəziyyətdə olan azyaşlı oğlu Ömər Şabanovu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edildiyindən, 10.08.2020-ci il tarixdə iş üzrə əməl Cinayət Məcəlləsinin 29, 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürməyə cəhd) maddəsinə tövsif edilməklə cinayət işi Səbail rayon prokurorluğu tərəfindən icraata qəbul edilib.

    Rayon prokurorluğunun müstəntiqi tərəfindən Emil Kazıyevin barəsində “ittiham elan edilməsi üçün tutulması” haqqında qərar qəbul edilib, lakin sonuncunun xəstəxananın reanimasiya şöbəsində stasionar müalicə almasını nəzərə alaraq, hazırda təqsirləndirilən şəxs qismində cəlb olunması mümkün olmayıb.

    Qeyd edilməlidir ki, hazırda Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən azyaşlı Ömər Şabanovun şəxsiyyət kimi formalaşmasına, habelə onun mənəvi ikişafına, fiziki və psixi sağlamlığına təsir edən amillər, ümumilikdə maddi-məişət şəraiti hərtərəfli yoxlanılır və araşdırmanın nəticəsindən asılı olaraq Ömər Şabanovun gələcək həyat şəraiti, qulluq və qayğı vəziyyəti ilə bağlı qanuni tədbirlərin görülməsi təmin ediləcəkdir.

  • Sabaha gözlənilən HAVA: Yağış yağacaq, dolu düşəcək

    Bakıda və Abşeron yarımadasında avqustun 12-də havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir.

    Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, mülayim şimal-qərb küləyi əsəcək.

    Havanın temperaturu Abşeron yarımadasında gecə 20-24, gündüz 28-32, Bakıda gecə 22-24, gündüz 29-31 dərəcə isti olacaq.

    Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu, nisbi rütubət gecə 65-70, gündüz 35-40 faiz təşkil edəcək.

    Abşeron çimərliklərində mülayim şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 24-25, Türkan, Hövsan, Sahil, Şıxda isə 25-26 dərəcə isti olacaq.

    Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu gecə 19-24, gündüz 31-36, dağlarda gecə 11-16, gündüz 19-24 dərəcə isti olacaq.

    Tibbi-meteoroloji proqnoza gəlincə, avqustun 12-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

  • Bakıda QƏZA: Ahıl kişi hadisə yerində öldü

    Bakıda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

    Daxili İşlər Nazirliyindən verilən məlumata görə, avqustun 11-də saat 2 radələrində Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisində Bakı şəhər sakini İ.Qurbanov BMW markalı avtomobili idarə edərkən yolu keçən 60-65 yaşlı kişini vurub və nəticədə həmin şəxs hadisə yerində ölüb

    Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.//yenicag.az

  • Sumqayıtda yük maşını kanala aşıb

    Sumqayıtda “Stansiya Sumqayıt” adlanan ərazisində yol qəzası baş verib.

    APA-nın yerli bürosunun məlumatına görə, 1987-ci il təvəllüdlü Əbilov Səxavət Məhyəddin oğlunun idarə etdiyi “KamAZ” markalı yük maşını yoldan çıxaraq Samur-Abşeron kanalına aşıb.

    Sürücü Qubadlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sıxışıb qaldığı kabinədən çıxarılıb. Sürücünün içkili olduğu və yük maşınını icarə əsasında idarə etdiyi bildirilir. Nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.

    Faktla bağlı araşdırma aparılır. 

  • Поножовщина в Имишли, есть погибший и раненый

    В селе Гебектала Имишлинского района произошла поножовщина.

    Как передает Report, инцидент случился около 8 часов вечера на почве выяснения отношений между односельчанами.

    Житель села Пюнхан Гусейнов 1984 года рождения в ходе конфликта ударил ножом Амида Амрахова 1985 года рождения и Сабухи Амрахова 1990 года рождения.

    Амид Амрахов скончался на месте, а раненого Сабухи Амрахова доставили в Центральную больницу Бейлаганского района. Преступник задержан полицией.

    По факту ведется расследование.