Month: August 2020

  • İmişlidə bıçaqlanma hadisəsi baş verib, ölən və yaralanan var

    İmişlidə bıçaqlanma hadisəsi baş verib 1 nəfər ölüb 1 nəfər yaralanıb.

    “Report”un Mil-Muğan bürosunun məlumatına görə, hadisə 20 radələrində İmişli rayonu Göbəktala kəndində qeydə alınıb.

    Həmkəndlilər arasında yaranan mübahisə bıçaqlanma ilə nəticələnib.İmişli rayon Göbəktala kənd sakini 1984-cü il təvəllüdlü Pünhan Hüseynov mübahisə zamanı, həmkəndliləri 1985-ci il təvəllüdlü Amid Əmrahovu və 1990-cı il təvəllüdlü Səbuhi Əmrahovu bıçaqlayıb.

    Amid Əmrahov hadisə yerindəcə ölüb, Səbuhi Əmrahov isə yaralı vəziyyətdə Beyləqan rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Cinayəti törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Goranboyda intihar hadisəsi olub

    Goranboy rayon Yoluqulular kəndində qadın intihar edib.

    “Report”un Qərb Mərkəzinin məlumatına görə, Goranboy rayon Yoluqulular kənd sakini olan orta yaşlı qadın özünü asaraq intihar edib.

    Onun hansı səbəbdən intihar etdiyi hələ ki, məlum deyil.

    Faktla bağlı araşdırma aparılır.

  • В Беларуси за прошедшие сутки задержали более 2 000 человек

    Более 2 000 человек задержаны в Беларуси за прошедшие сутки, сообщило МВД республики.

    Ведомство отмечает, что 10 августа различные интернет-ресурсы разместили призывы собраться в этот день в центральной части населенных пунктов страны для участия в несанкционированных мероприятиях. МВД приняло “необходимые меры по охране правопорядка и обеспечению общественной безопасности”, говорится в информации.

    “Всего по стране задержаны более 2 000 человек, в том числе за участие в несанкционированных массовых мероприятиях”, – отмечает ведомство.

  • Belarusda iki mindən çox insan saxlanılıb

    Təkcə ötən gün ərzində Belarusda iki mindən çox insan saxlanılıb.

    Median.Az
    xəbər verir ki, bu barədə Belarus Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Nazirlikdən verilən məlumatda qeyd olunur ki, avqustun 10-da müxtəlif internet resurslarında ölkənin müxtəlif yaşayış məntəqələrinin mərkəzi hissəsində icazəsiz tədbirlər keçirmək çağırışları səslənib. Daxili İşlər Nazirliyi asayişi qorumaq və ictimai təhlükəsizliyi təmin etmək üçün lazımi tədbirlər həyata keçirib.

  • Binəqədi rayonunda yük maşını qəza törətdi – VİDEO

    Binəqədi rayonu Xocasən qəsəbəsində ağır yol qəzası baş verib

    Oxu.Az xəbər verir ki, 10 ZS 635 dövlət nömrə nişanlı yük maşını yolun kənarında olan maneəyə çırpılıb.

    Hadisədə insan itkisi olmayıb.

  • Abşeronda karantin qaydalarını pozan 28 nəfər cərimələnib – FOTO

    Koronavirus (COVID-19) infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə Abşeron Rayon Polis İdarəsinin əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları ilə birgə rayon ərazisində fəaliyyətinə icazə verilən obyektlərdə, ictimai nəqliyyatda və əhalinin sıx olduğu yerlərdə nəzarət-profilaktiki reydlər keçirib.

    DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, polis və hərbi qulluqçular tərəfindən Nazirlər Kabineti yanında Operativ Qərargahın son qərar və göstərişlərinin icrası, karantin rejiminə əməl olunması üçün qeyri-ərzaq mallarının satışını həyata keçirən ticarət və əhaliyə məişət xidmətləri göstərən obyektlərdə, küçə və prospektlərdə profilaktik söhbətlər aparılıb.

    Tədbirlərdə sosial məsafəni gözləməyən, tənəffüs yollarını qoruyan fərdi qoruyucu vasitələrdən, yəni maskalardan istifadə etməyən şəxslərə mövcud sanitar-epidemioloji tələblər izah olunub.

    Reyd zamanı rayon ərazisində sanitar-karantin qaydalarını pozan 28 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və onlar cərimə olunublar.

    Abşeron rayonu ərazisində nəzarət-profilaktiki tədbirlər mütəmadi olaraq davam etdiriləcək.

  • Hazırda “Neftçilər” metrostansiyasının yaxınlığında nəqliyyatın hərəkəti dayanıb – FOTO

    Hazırda Bakının “Dakar” meydanında (“Neftçilər” metrostansiyasının yaxınlığı) nəqliyyatın hərəkəti dayanıb.

    Oxu.Az xəbər verir ki, buna səbəb nəqliyyat vasitələrinin çoxluğu və sürücülərin dairədə bir-birilərinə yol verməmələridir.

    Bu səbəbdən hazırda “Dakar” dairəsində bütün istiqamətlərdə sıxlıq müşahidə olunur. Bu vəziyyətdən ən çox əziyyət çəkən isə ictimai nəqliyyat istifadəçiləridir. Avtobuslar sıxlıqda qaldığından sərnişinlər piyada gedir.

  • Hansı oyuncaqları qətiyyən almamalıyıq? – Psixoloqdan VACİB MƏSLƏHƏT

    Uşağa çox oyuncaq almağın zərərləri varmı? Oyuncaq seçimində nələrə diqqət etməliyik?

    İndi bu cür suallar təəssüf ki, çox az valideyni düşündürür. Halbuki övladlarımızın gələcək həyatının necəliyini məhz bu cür xırda görünən amillər şəkilləndirir. Buna görə də övladlarımızla bağlı atdığımız hər addımda həssas, diqqətli olmalıyıq.

    Bilirik ki, 2-3 yaşdan etibarən uşaqlar oyuncaqları kəşf etməyə başlayırlar. Tədricən oyuncaqlarla davranışı və necə oynamalı olduqlarını öyrənirlər. Bəzən isə onları qırırlar, hətta ağızlarına salırlar. Qısaca desək, yəni oyuncaqlar uşaqların xəzinəsidir. Onların inkişafına müsbət təsir edir, ətraf aləmi daha yaxşı anlamağa başlayırlar. Lakin hər şeyin çox olması fəsad yaratdığı kimi, oyuncağın çoxluğu da körpələrdə bəzi mənfi davranışların yaranmasına səbəb olur.

    Bəzən valideynlər uşağın istədiyi hər oyuncağı alır və düşünür ki, uşaqdı, oynamaq istəyir. Amma burada diqqət etməli olduqları bəzi önəmli məqamlar var. İstədikləri hər oyuncağın alınması onlarda mənfi davranışların yaranmasına səbəb olur. Bunlara aiddir:

    1. Diqqətin dağılması və diqqət cəmlənməsində problem
    2. Ruhsal doyum yaşamasına yaranan maneə
    3.Tez əldə etmək duyğusu (Çətinlik çəkmədən nəyisə əldə etmək)
    4. İnad, əsəb, narahatlıq duyğusunun yaranması

    Oyuncaqlar bu sadalanan problemlərin hər birinin başlıca səbəbi ola bilər.

    Valideyn elə oyuncaq almalıdır ki, uşaq onunla oynayanda əziyyət çəkib nəticə çıxarmağı öyrənsin. Çünki uşaq hazıra öyrəndikcə əziyyət çəkməyin nə demək olduğunu bilmir. Daim çalışır ki, hər şeyi hazır əldə etsin. Bundan başqa, hazır oyuncaqların heç biri uşağın inkişafına təsir etmir. Ancaq bunun əksinə olaraq, kiçik metodika tələb edən oyunlar və oyuncaqlar düşünməyi məcburi hala gətirdiyi üçün uşaqların inkişafına çox böyük ölçüdə təsir edir.

  • Korona ya payızda bitəcək, ya da… – Professor

    Son günlər sosial şəbəkələrdə yoluxma sayının sağalanların sayından 2 dəfə az olmasına baxmayaraq, karantin rejiminin ləğv edilməməsindən şikayət edirlər. Maraqlıdır, bəs ölkədə hansı halda karantin ləğv edilə bilər?

    Median.Az axar.az-a istinadən bildirir ki, professor Adil Qeybullanın dediyinə görə, karantinin ləğv edilməsi üçün ÜST rəy verməlidir:

    “Karantinin ləğv edilməsi barədə biz də müraciət etmişdik və karantin davranışlarına nəzarətin ciddi olması şərtilə sosial həyatın fəallaşmasını məsləhət görmüşdük. Ola bilsin ki, birinci yumşaldılmadan sonrakı vəziyyəti görüb ehtiyat etdilər. Çünki mayda tətbiq edilən yumşaldılma zamanı yoluxma sayı artdı. Bu səbəbdən ehtiyatlı davranırlar. Hesab edirəm, yavaş-yavaş müəyyən yumşalmalar tətbiq ediləcək. Ümumiyyətlə isə ölkədə karantin rejimi Ümumdünya Səhiyyə Təşkilatı rəy vermədən ləğv edilə bilməz. Yalnız karantin davranışlarına əməl edilməklə qaydaları yumşaltmaq mümkündür. Yumşaldılma zamanı maska və əlcəklərdən istifadəyə, qapalı məkanların giriş-çıxışında əllərin dezinfeksiya edilməsinə, içəridə sahəyə uyğun olaraq daxil olan adamların sayına və s. məsələlərə riayət edilməlidir. Bütün bu tədbirlər ÜST-ün karantinlə bağlı son zəngi çalmasına qədər davam etməlidir”.

    Adil Qeybulla ÜST-ün koronavirusdan həmişəlik yaxa qurtarmağın mümkün olmaması barədə açıqlamasına da münasibət bildirib:

    “Düzdür, daha əvvəl lokal epidemiyalar olub və olacaq da. Lakin ispan qripindən sonra dünyada belə bir pandemiya olmayıb. Hər il koronavirus olurdu. Sadəcə, bu, yoluxucudur və pandemiya törədib. Bu virus ya payızın sonuna yaxın yoxa çıxacaq, ya da sakitləşib bədənimizdə qalacaq”.

  • Göygöldə piyadanı avtomobil vurub

    Göygöl rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    “Report”un Qərb Mərkəzinin məlumatına görə, qəza Göygöl şəhər ərazisində qeydə alınıb.

    Belə ki, 1958-ci il təvəllüdlü Knyaz Hacıyev yolu keçmək istəyərkən avtomobil onu vurub. Müxtəlif bədən xəsarətləri alan piyada xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

    Faktla bağlı araşdırma aparılır.