Month: August 2020

  • 2026-cı ildə 6G-nin tətbiqinə başlanacaq

    2026-cı ildə 6G şəbəkəsinin tətbiqinə başlanacaq.

    Median.Az ted.az-a istinadən bildirir ki, Cənubi Koreya hökuməti 6G şəbəkəsinin 2026-cı ildə işə salınması üçün pilot layihə həyata keçirməyi planlaşdırır.

    Ölkənin strateji planına əsasən, 5G-dən 50 dəfə sürətli olan altıncı nəsil mobil şəbəkə 2028-ci ildən 2030-cu ilə qədər kommersiyalaşdırılacaq. Mütəxəssislərin fikrincə, 6G səhiyyə, pilotsuz nəqliyyat vasitələri və ağıllı şəhər kimi müxtəlif sahələrdə geniş tətbiq edilməlidir.

    Xatırladaq ki, Cənubi Koreyanın Baş naziri Çunq se-Kyun elmi-texniki görüşdə hökumətin yeni nəsil telekommunikasiya sahəsində tədqiqat və inkişaf strategiyasını açıqlayıb. Strategiya standart və qiymətli patentlərin alınması ilə yanaşı, gələcək texnologiyalarının qabaqlayıcı inkişafını da nəzərdə tutur. Cənubi Koreya bunun üçün 169 milyon dollarlıq sərmayə yatırmağı planlaşdırır.

  • “Karabakh Is Azerbaijan” platforması erməni yalanları ilə mübarizəyə başladı

    2020-ci ilin iyulun 13-də bir qrup vətənpərvər gənc tərəfindən “Karabakh Is Azerbaijan” platforması yaradılıb.

    Platforma qısa müddətdə “Facebook” üzrə 19.000, ”Telegram” üzrə 2000, “Whatsapp” üzrə 7000-dən çox üzvü ilə sosial şəbəkələrdə geniş auditoriyaya çataraq, Türkiyə, İsrail kimi ölkələrdə müxtəlif platformalar ilə əməkdaşlıq etməyə başlayıb.

    Bütün fərqlilikləri bir kənara qoyaraq ortaq bir məqsəd altında birləşən platformanın əsas məqsədi informasiya müharibəsində iştirak edərək Azərbaycan ordusuna və xalqımıza dəstək olmaq, dünyanı Qarabağ həqiqətləri barəsində agah etməkdir.

    Platforma yarandığı gündən etibarən bir sıra layihə və eventlər təşkil edib. Erməni vəhşiliklərini dünya ictimaiyyətinə çatdırmağı hədəflədiyi ilk event 14 günlük marafon seriyası oldu. Marafon müddətində ABŞ, İngiltərə, Almaniya, Türkiyə, İsrail və s. ölkələrin “Twitter” platformasında tarix, beynəlxalq münasibətlər, araşdırma və s. qruplarının hazırladığı postlar qeyd edilən ölkələrin və dünya trendinin ilk sıralarında yer alıb. Marafon müddətində “Türk Dünyası Birlik platforması” , “Likud Gənclər qolu” və s. platformalar ilə birlikdə 100.000-dən çox gəncin iştirakı ilə #StopArmenianAggression, #KarabakhIsAzerbaijan, #BeFairForAzerbaijan, #HearTheVoiceOfAzerbaijan, #NoSilenceForAzerbaijan, #İşgalciDevletErmenistan, #AzerbaijanWantsJustice, #StopLyingArmenia, #KnowTheTruthForAzerbaijan, #AzerbaijanNotEnemy, #AzerbaijanisAreNotTarget, #StopArmenianProvocation, #ReturnAzerbaijaniLands, #KIAZteam həşteqlərindən istifadə edilərək ümumilikdə bir milyon tvit atılıb, onların nəticəsi olaraq tvitlər 30 milyon insana çatıb.

    Qarabağ və Azərbaycan həqiqətlərini, ermənilərin bizə qarşı olan aqressiyasını dünya arenasında işıqlandırmaq üçün beynəlxalq dil hesab edilən ingilis dilində videolar hazırlanıb və yeni videolar hazırlanmağa davam edəcək.

    Rəsmi sayt (http://www.karabakhisazerbaijan.com/) artıq fəaliyyətə başlayıb, saytda Qarabağ və Azərbaycan haqqında həqiqətlər, fəal gənclərin layihələri, təşəbbüskarlar haqqında məlumatlar və Qarabağ gerçəkləri üçün xüsusi hazırlanan videolar yer alıb. Həmçinin yaxın zamanda sayt digər dillərə də tərcümə olunaraq istifadəyə veriləcək.

    Hazırda “Niyyətimiz Qarabağ”, “Qarabağ Xatirələri”, “İnformasiya Müharibəsi necə aparılır” və s. layihələr həyata keçirilməkdədir.

    Layihədə idarə heyəti — Urfan Sərkərov, Yusif Xəlilov, Mürsəl Mürsəlli, İlkin Namazlı, Lalə Həmidli, Nərmin Seyidova, Rüstəm Səfərli, Uğur İmaməliyev, Yunus Babasoylu, Sənan Ağayev, Nihad Ataxanlı və bizə dəstək olan üzvlərimiz hər biri həmrəy olaraq Vətəni üçün bu informasiya müharibəsində canla-başla iştirak edir.

  • Ailəsi tərəfindən dəfn edilən kişi beş gündən sonra evinə qayıtdı

    Hindistanda ailəsi tərəfindən dəfn edilən kişi beş gündən sonra evinə qayıdıb.

    Qəribə olayla bağlı “Times Now News” məlumat yayıb.

    Belə ki, avqustun 2-də ailə üzvləri ilə mübahisə edən Əhməd Hassan onlara məlumat vermədən evi tərk edib və geri qayıtmayıb.

    Ailə başçısının harada olduğunu öyrənə bilməyən ailəsi onun itkin düşməsi ilə əlaqədar polisə məlumat verib.

    Üç gün sonra ailə üzvləri naməlum kişinin cəsədini tanımaq üçün hüquq-mühafizə orqanlarına dəvət olunub.

    İtkin düşən şəxsin qardaşları vəfat etmiş şəxsin onların qardaşı olduğunu təsdiq edərək, elə həmin gün meyiti dəfn ediblər.

    Lakin avqustun 7-də Ə.Hassan evə qayıdıb.

    O bildirib ki, bütün bu müddət ərzində fabrikdə işləyib və əməkhaqqını alandan sonra evinə qayıtmaq qərarına gəlib.

    Ə.Hassanın həyat yoldaşı ərinin qayıtmasından məmnun olduğunu bildirib.

    Qadın qeyd edib ki, meyitə baxış keçirərkən onun ərinə məxsus olmasına şübhə etsə də, qardaşları vəfat olmuş şəxsin məhz Ə.Hassan olduğunu təsdiq ediblər.

    Polislər isə dəfn edilən şəxsin kimliyini öyrənmək məqsədilə cinayət işini yenidən bərpa etmək məcburiyyətində qalıblar.

  • Gürcüstan Azərbaycanın nəhəng layihəsini “bloklayıb” – Mübahisə Stokholm Məhkəməsinə çıxacaq

    Azərbaycan və onun iri regional layihələrində əsas tərəfdəşlarından olan Gürcüstan arasında gözlənilməz iqtisadi mübahisə yaranıb.

    Median.Az Fed.az-a istinadən xəbər verir ki, Gürcüstan hökuməti Azərbaycanda dövlət səviyyəsində reallaşdırılan mühüm regional layihəyə – “Azerbaijan Digital Hub” layihəsinə problem yaratmağa başlayıb.

    Azərbaycanda bu mövzu o qədər də üzə çıxarılmasa da, qonşu ölkə artıq bir ilə yaxındır ki, Azərbaycanın regionun rəqəmsal mərkəzinə çevirəcək layihəni faktiki olaraq bloklayıb. Ən maraqlısı isə odur ki, Gürcüstan tərəfi bunu beynəlxalq qanunların və investorların hüquqlarını pozmaqla edir. Tərəflər arasında aparılan danışıqlar demək olar ki, dalana dirənib. Vəziyyətin bu şəkil alması, Azərbaycanda reallaşdırılan və əhəmiyyətinə görə, Bakı-Ceyhan kəməri və Bakı-Qars dəmiryolu kimi layihələrdən geri qalmayan «Azerbaijan Digital Hub» layihəsini sual altına salır.

    “Azerbaijan Digital Hub” nə layihədir?
    “Azerbaijan Digital Hub” proqramı Azərbaycandan keçməklə Asiya və Avropa arasında nəhəng rəqəmsal dəhlizin – “Rəqəmsal İpək Yolu”nun yaradılmasını nəzərdə tutur. Söhbət Çinlə Avropanı birləşdirən dəhlizdən gedir. Bu layihə nəticəsində Azərbaycan regionun və dünyanın internet və rəqəmsal mərkəzlərindən birinə çevriləcək və ölkənin İnternet sahəsində xarici ölkələrdən asılılığı minimuma enəcək.

    Proqram çərçivəsində Xəzər dənizinin dibi ilə Qazaxıstandan Azərbaycana, buradan isə ölkə ərazisindən keçməklə Gürcüstana qədər magistral fiber-optik kabel çəkiləcək, Bakı şəhərində regionun ən böyük Data Mərkəzi inşa ediləcək. Dünyanın iri kontent provayderlərinin – Google, Facebook, Netflix, Apple, Alibaba, Amazon, Tencent və s.-in məlumat bazaları burada saxlanılacaq.

    Başqa sözlə, “Azerbaijan Digital Hub” proqramı çərçivəsində Azərbaycanın gələcəkdə Qafqaz, Yaxın Şərq, Orta Asiya və Cənub Asiya ölkələrini əhatə edən böyük bir regionun Rəqamsal Mərkəzinə çevrilməlidir. Bu layihə həmin regionlarda yaşayan 1,8 milyard əhalinin (dünya əhalisinin dörddə biri deməkdir) internetlə təminatına təsir edəcək.

    “Azerbaijan Digital Hub” proqramı bir qədər əvvəl Çin hökumətinin təşəbbüsü ilə başlanan “Belt and Road Initiative” layihəsinin də bir hissəsidir. Layihəni Azərbaycan tərəfdən “AzerTelecom” şirkəti reallaşdırır və bununla bağlı Çinin informasiya və kommunikasiya nəhəngi “China Telecom” ilə Starteji Anlaşma Memorandumu da imzalanıb. Sazişə əsasən, “China Telecom” şirkətinin internet trafiki “Digital HUB” proqramı çərçivəsində Azərbaycan üzərindən daşınacaq.

    Artıq Xəzərin dibindən keçməklə Azərbaycanla Qazaxıstan arasında və ölkə ərazisindən keçən magistral kabelin çəkilməsinə başlanılıb.

    Sonradan bu kabel Gürcüstandan keçməklə Avropaya uzanmalıdır. Problem də Gürcüstanda yaranıb.

    Gürcüstanın baş naziri, hətta İvanişvili də razılıq vermişdi
    Layihənin Gürcüstan tərəfini reallaşdırmaq üçün bu ölkədə partnyor tapmaq lazım idi. “AzerTelecom” şirkəti bu məsələni Gürcüstanın «Qafqaz Onlayn» («Caucasus Online») şirkətinin səhmlərini almaqla həll etdi. Sözügedən şirkət Qara dənizin dibi ilə çəkilmiş kabelin sahibidir. Alqı-satqıdan əvvəl – hələ 2018-ci ildən Azərbaycan və Gürcüstan arasında bu barədə danışıqlar aparılıb. “AzerTelecom” »un sahibi olan «NEQSOL Holding»in nümayəndələri Gürcüstan hökumətini bu layihə, onun əhəmiyyəti, holdinqin «Caucasus Online» şirkətindən pay almaq planı və layihənin Gürcüstana gətirəcəyi iqtisadi və siyasi faydalar barədə məlumatlandırıblar.

    Belə ki, «Caucasus Online» şirkətinin sahibi və payın satıcısı olan Kviça Makatsariya və alıcı qismində olan «NEQSOL Holding»in nümayəndələri Gürcüstanın baş naziri Baxtadze, Milli telekommunikasiya komitəsinin rəhbəri, hətta Gürcüstanın təhlükəsizlik xidmətinin rəhbəri və milyarder İvanişvili ilə görüşüb planları barədə məlumat veriblər.

    Bu görüşlərdə gürcü tərəfi layihə və bu alqı-satqı əməliyyatına etiraz etməyib. Nəticədə NEQSOL şirkəti 61 milyon dollar ödəyərək «Caucasus Online» şirkətinin səhmlərnin 49%-ni əldə edib. Və artıq layihənin reallaşması üçün problem olmayıb. Amma əsl problemlər bundan sonra başlayıb.

    Problemlər bir il əvvəl başlayıb
    Amma təqribən bir il əvvəl Gürcüstanın dövlət və nəzarət orqanları tərəffindən layihəyə və şirkətə görünməmiş təzyiqlər başlayıb. Gürcüstanla indiyədək dəfələrlə olduğu kimi, bu problemidə əvvəlcə sırf texniki məsələ kimi qaldırılıb. 2019-cu ilin avqustunda Gürcüstanın Milli Kommunikasiya Komitəsi bəyan edib ki, «Caucasus Online» şirkətinin səhmlərinin «NEQSOL Holding»ə satışı barədə müqaviləni ləğv etmək niyyətindədir. Bunun formal səbəbi odur ki, guya holdinq və şirkət bu alqı-sağtqı barədə komitəni vaxtında xəbərdar etməyiblər. Azərbaycan şirkəti «NEQSOL Holding» bu iddiaları rədd edir və bildirir ki, hələ alqı-satqıdan əvvəl dəfələrlə Gürcüstan rəsmiləri, hətta baş nazirlə görüşdə bu planları ətraflı açıqlayıb.

    Amma Komitə iddia edir ki, bununla bağlı yazılı, rəsmi xəbərdarlıq olmalı idi. Yeri gəlmişkən, indiyədək baş verən belə halların hamısında alqı-satqıya problem yaradılmayıb. Yalnız Azərbaycan şirkəti ilə bağlı halda bu məsələ ciddi probolemə çevrilib. Komitə bununla kifayətlənməyib və qarşı tərəfə təzyiq etmək üçün bildirib ki, alqı-satqı ləğv edilməsə, bu əməliyyat məcburi ləğv ediləcək və şirkətə kənar idarəçi təyin ediləcək. Beynəlxalq qanunvericilikdə bu hərəkətin adı – əmlakın özününküləşdirilməsi deməkdir.

    Məsələyə Gürcüstən parlamenti də qoşulur
    Amma «Caucasus Online» şirkətinə və onun səhmlərinin sahibi olan «NEQSOL Holding»ə hücumlar tənzimləyici orqanla başa çatmır. Təzyiqlər daha yüksək səviyyədə – Gürcüstan parlamenti tərəfindən başlayır. Belə ki, Azərbaycan şirkətinə basqıların qızğın vaxtında Gürcüstan parlamenti «Elektron kommunikassiyalar haqqında» qanuna təcili şəkildə qeyri-adi dəyişikliklər edilir.

    Bu düzəlişlər nəticəsində Gürcüstanın Milli Kommunikasiya Komitəsinə (GNCC – hansı ki, problemi başlamışdı) əlavə səlahiyyətlər verilir, yeni qanuna görə komitə telekommunikasiya bazarına nəzarət üçün əlavə səlahiyətlər alır və bunlardan biri də həmin şirkətlərə xüsusi menecerlərin (kənar idarəçilərin) təyin edilməsidir. Başqa sözlə şirkət öz sahiblərinin idarəçiliyindən çıxarılır.

    Bu dəyişikliklər təkcə xarakterinə görə deyil, həm də qəbul edilmə formasına görə, Gürcüstanın tarixinə düşüb. Belə ki, telekommunikasiya haqqında qanun parlamentdə gecədən səhərə qədər müzakirə edilərək qəbul olunub.

    Dəyişikliklər o qədər qeyri-demokratik və biznesə ziddir ki, Gürcüstanın özünün 9 telekommunikasiya şirkəti bununla bağlı etiraz açıqlaması veriblər.

    «NEQSOL Holding» Gürcüstan hökumətini Stokholm məhkəməsinə verir
    Amma məsələ bununla bitməyib. ABŞ dövlət katibinin keçmiş müavini, Gürcüstanda baş verən bu prosesləri diqqətlə izləyən Metyu Brayzə bildirib ki, bu proseslər nəticəsində Gürcüstanın biznes mühiti ilə bağlı reputasiyası ciddi zərər görəcək və bu ölkəyə investorların inamı azala bilər.

    Problem ondadır ki, Gürcüstan tərəfinin yaratdığı problem həll olunmasa, layihə tamamilə fərqli istiqaimətdə inkişaf etməli olacaq. Bu zaman Asiya ilə Avropanı birləşdirən kabel ya Rusiyadan, ya da Qırmızı dənizdən və Yaxın şərqdən keçməklə, hətta Cənubi Afrikanı dolanmaqla okeanın dibi ilə çəkilməlidir. Onlar isə olduqca bahalı və etibarlı olmayan istiqamətlərdir.

    Son məlumatlara görə, yaranmış vəziyyətdə başqa yol görməyən «Azertelecom» və onun sahibi olan «NEQSOL Holding» şirkəti Gürcstan hökumətini Stokholmdakı beynəlxalq arbitraj məhkəməsinə verməyi qərara alıb.

    Problemin böyüklüyünə və çox mühüm bir layihəni dayandırmasına baxmayaraq hələlik Azərbaycan rəsmi qurumları məsələ ilə bağlı geniş açıqlama verməyə tələsmir, görünür, problemin danışıqlarla, sakitcə bitəcəyinə ümid edirlər.

    Qeyd edək ki, «Caucasus Online» şirkəti ətrafında baş verənlər Gürcüstanda biznesə qarşı yeganə belə hal deyil. Bir qədər əvvəl oxşar halla ABŞ-ın Frontera Resours şirkəti rastlaşıb.

    Görünür, bunun nəticəsində ABŞ hökməti bəyan edib ki, Gürcüstan xarici investorların qorunması ilə bağlı ciddi addımlar atmasa 2021-ci ildə ölkəyə ayrılan yardımı 15% azaldacaq. Bəzi ekspertlər hesab edir ki, Gürcüstanda baş verən bu hallar ölkədə investisiya mühitini pisləşdirib və birbaşa xarici investisiyaların azalması ilə nəticələnib.

    Belə ki 2018-2020-ci illərdə ölkəyə birbaşa xarici investiiyalar kəskin azalıb. Əgər 2017-ci ildə ölkəyə 2 milyard dollar birbaşa yatırım gəlmişdisə, 2019-cu ildə bu rəqəm 1,2 milyard dollara düşüb. 2020-ci ilin ilk rübündə isə bu rəqəm 165 milyon dollar təşkil edb. Bu da 2019-cu ilin eyni döründən 40% azdır.

  • Кабмин внес изменения в решение о приеме посетителей в объектах общепита в период пандемии

    Кабинет министров внес изменения в решение “О регулировании некоторых вопросов, связанных с приемом клиентов в предприятиях общественного питания в период пандемии коронавируса (COVID-19)”.

    Согласно изменениям, до слов “прием пищи” добавлены слова “учреждения общественного питания”, а после слова “в залах” – “в помещениях, а также на участке на открытом воздухе”.

    В то же время, после слова “залы для приема пищи” в графу “нормы плотности, установленные на одного человека при приеме клиента в учреждениях общественного питания в период пандемии коронавируса (COVID-19)”, утвержденные этим решением, были добавлены слова “помещения, а также участки на открытом воздухе”.

    Так, согласно решению, расстояние между стульями в залах для приема пищи предприятий общественного питания, а также их участке на открытом воздухе, должно быть не менее одного метра за одним столом, а расстояние между столами – не менее двух метров.

  • Baş Nazirdən pandemiya dövründə kafe və restoranlarla bağlı QƏRAR

    Nazirlər Kabineti “Koronavirus (COVID-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə” qərarına dəyişiklik edib.

    Baş Nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

    Qərar əsasən, “qida qəbulu” sözlərinin əvvəlinə “ictimai iaşə müəssisələrinin” sözləri və “zallarında” sözündən sonra “, otaqlarında, habelə onların açıq hava sahələrində” sözləri əlavə edilib.

    Eyni zamanda, həmin qərarla təsdiq edilmiş “Koronavirus (COVID-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu zamanı adambaşına müəyyən edilən sıxlıq normaları”nın “Qida qəbulu zalları” sütununa “zalları” sözündən sonra “otaqlar, habelə açıq hava sahələri” sözləri əlavə edilib.

    Belə ki, qərara əsasən, ictimai iaşə müəssisələrinin qida qəbulu zallarında, otaqlarında, habelə onların açıq hava sahələrində oturacaqların ara məsafəsi eyni masa arxasında bir metrdən, masalararası məsafələr isə iki metrdən az olmamalıdır.

  • Nazirlikdən Nəcməddin Sadıkovla bağlı iddialara REAKSİYA

    “Xaricdə məskunlaşaraq, ölkəmizə düşmən mövqedə olan mənbələr, eləcə də, Ermənistanın xüsusi xidmət orqanları tərəfindən maliyyələşdirilən, onlardan təlimat alan bəzi üzdəniraq şəxslər Azərbaycan Ordusunda uzun illər xidmət edən Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkova, eləcə də, digər yüksək rütbəli zabitlərə qarşı qarayaxma kampaniyasının önündə gedirlər. Bu şəxslərin əsas məqsədləri Azərbaycan Ordusunun yüksələn imicinə xələl gətirməyə yönələn yalanlar uydurmaqdır”.

    Bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

    Qeyd edilib ki, onların bu yaxınlarda keçirilən əməliyyat müşavirəsində guya “Baş Qərargah rəisinin türkiyəli hərbi qulluqçuların birgə təlimlərə gəlməsi ilə bağlı təhqiramiz ifadələr işlətməsi” barədə iddiaları yalandır, növbəti iftiradır, heç bir həqiqətə uyğun deyil:

    “Həmin müşavirədə qeyd olunan iddialarla bağlı heç bir fikir səsləndirilməyib, yalnız xidməti məsələlər müzakirə edilib.

    Bu cür çirkin üsullarla Azərbaycan Ordusuna və hərbi qulluqçularımıza qarşı addımlar atan, qərəzli yazılar dərc edənlərin başlıca niyyətləri işğalçı Ermənistanın maraqlarına xidmət etməkdir. Amma həmin məkrli dairələr və onların ortaya atdığı ünsürlər bilsinlər ki, heç zaman çirkin niyyətlərinə nail ola bilməyəcəklər.

    Biz həmin şəxslər tərəfindən səsləndirilən qərəzli fikirləri qəti surətdə rədd edirik. Bildiririk ki, belə dezinformasiya xarakterli məlumatların məhz bu gün – Azərbaycan-Türkiyə birgə taktiki təlimlərinin keçirildiyi ərəfədə yayılması Ermənistanın xüsusi xidmət orqanları tərəfindən ölkəmizə qarşı həyata keçirilən növbəti təxribatın tərkib hissəsidir”.

  • Yevlaxda ad günü keçirənlər cərimələndi

    Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədilə elan edilən xüsusi karantin rejiminin pozulması hallarının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər davam etdirilir.

    Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Yevlax Rayon Polis Şöbəsinə rayonun Qaraməmmədli kəndindəki kafelərin birində ad günü qonaqlığı keçirilməsi barədə məlumat daxil olub.

    Məlumatla əlaqədar polis əməkdaşları dərhal həmin ünvana gəlib və orada karantin rejiminin qaydalarının pozulduğu aşkar edilib.

    Mərasim dayandırılıb və orada olanlardan doqquz nəfər polis şöbəsinə gətirilərək, barələrində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə protokol tərtib edilib və onlar cərimə olunublar.

  • Bakıda dəhşət: Ata 2 yaşlı oğlunun boğazını kəsib öldürmək istədi

    Baş Prokurorluq 2 yaşlı oğlunu bıçaqlayan ata ilə bağlı məlumat yayıb.

    AZXEBER.COM-a daxil olan açıqlamada qeyd edilir ki, avqustun 5-də saat 14 radələrində Səbail rayonu ərazisində Emil Kazıyevin 2018-ci il təvəllüdlü oğlu Ömər Şabanova bıçaq xəsarətini yetirməsi, daha sonra özünün də bədənin müxtəlif nahiyələrinə xəsarətlər yetirməsi barədə Səbail rayon Polis İdarəsinə məlumat daxil olub.

    Həmin məlumat əsasında prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilməklə, zəruri prosessual hərəkətlər keçirilmiş və fakta görə Səbail RPİ-də Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.

    Aparılmış istintaq zamanı Emil Kazıyevin bıçaqla boğaz nahiyəsini kəsərək köməksiz vəziyyətdə olan azyaşlı oğlu Ömər Şabanovu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edildiyindən, 10.08.2020-ci il tarixdə iş üzrə əməl Cinayət Məcəlləsinin 29, 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürməyə cəhd) maddəsinə tövsif edilməklə cinayət işi Səbail rayon prokurorluğu tərəfindən icraata qəbul edilib.

    Rayon prokurorluğunun müstəntiqi tərəfindən Emil Kazıyevin barəsində “ittiham elan edilməsi üçün tutulması” haqqında qərar qəbul edilib, lakin sonuncunun xəstəxananın reanimasiya şöbəsində stasionar müalicə almasını nəzərə alaraq, hazırda təqsirləndirilən şəxs qismində cəlb olunması mümkün olmayıb.

    Qeyd edilməlidir ki, hazırda Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən azyaşlı Ömər Şabanovun şəxsiyyət kimi formalaşmasına, habelə onun mənəvi inkişafına, fiziki və psixi sağlamlığına təsir edən amillər, ümumilikdə maddi-məişət şəraiti hərtərəfli yoxlanılır və araşdırmanın nəticəsindən asılı olaraq Ömər Şabanovun gələcək həyat şəraiti, qulluq və qayğı vəziyyəti ilə bağlı qanuni tədbirlərin görülməsi təmin ediləcək.

  • В Азербайджане выявлены 84 новых случая инфицирования COVID-19, скончались еще три человека – ФОТО

    В Азербайджане за минувшие сутки выявлены 84 новых случая инфицирования коронавирусом, еще 214 человек вылечились и были выписаны домой.

    Об этом 11 августа сообщает оперативный штаб при Кабинете министров.

    За минувшие сутки от COVID-19 скончались еще три пациента.

    До сегодняшнего дня коронавирусом в Азербайджане заразился 33 731 человек, 495 из которых скончались, 30 856 – излечились, 2 380 – находятся в активной фазе лечения в больницах особого режима.

    В республике на сегодня проведены 796 459 тестов (за последние 24 часа – 6 318) на COVID-19.