Month: August 2020

  • 15 yaşlı qızı hamilə buraxan müəllim bir il müddətinə azadlıqdan məhrum edildi

    Lerikdə 15 yaşlı qızla cinsi əlaqədə olan və onu hamilə buraxan şəxslə bağlı məhkəmə qərar verib. Bu işdə təqsirləndirilən məktəb müəllimi, 60 yaşlı Məmmədov Şəfahət bir il azadlıqdan məhrum edilib.

    Bu barədə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova məlumat paylaşıb.

    “15 yaşında düşüncəsi zəif olan uşağı məktəb müəllimi, 60 yaşlı Məmmədov Şəfahət münasibətə girərək hamilə qoyub. Müəllimə bu gün Lerik Rayon Məhkəməsində hakim Atabəy Kiçikbəyov tərəfindən cəmi bir il iş kəsilib. Bu uşaq aylardır gözümüzün önündədir, hamilə olduğunu belə dərk etmir. Sual veririk, bu nə qərardır, bu nə ədalətsizlikdir?! Bəs, bu uşağın gələcəyi necə olacaq?! O, özü anlamır heç nəyi, bəs bizdəmi başa düşmürük ya bizim qız övladlarımız yoxdurmu?!

    Tək sözlə bunu deyirik, sonu nə olur olsun, bu uşağı müdafiə edəcəyik və bu haqsız qərarla bağı bütün qurumları tək-tək məlumatlandırıb ciddi ölçü götürülməsini tələb edəcəyik!”, – deyə M.Zeynalova bildirib.

    Qeyd edək ki, Ş.Məmmədov rayonun Kirəvud kəndində rus dili müəllimi işləyib. Zərərçəkmiş isə həmin məktəbdə təhsil alıb.

  • Rəsmi Minsk Belarusda komendant saatının tətbiq ediləcəyi ilə bağlı xəbəri təkzib edib

    “Belarus hökuməti Minskdə komendant saatının tətbiq ediləcəyi ilə bağlı xəbərləri təkzib edir”.

    Median.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Belarus Nazirlər Şurasının mətbuat katibi Alexandra İsaeva bildirib.

    O diqqətə çatdırıb ki, yalnız rəsmi məlumatlara etibar edin: “Rəsmi olaraq belə bir məlumat yoxdur”.

    Qeyd edək ki, avqustun 9-da Belarusda keçirilən Prezident seçkilərində Aleksandr Lukaşenkonun qalib gəlməsilə bağlı MSK-nın ilkin açıqlamasından sonra ölkənin bir sıra şəhərlərində səsvermənin nəticələri ilə razılaşmayan müxalif qüvvələrin kütləvi icazəsiz etiraz aksiyaları keçirilmişdi.

  • Nazir Ceyhun Bayramov Mövlud Çavuşoğlu ilə görüşüb

    Avqustun 11-də Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov Türkiyə Respublikasına rəsmi səfəri çərçivəsində Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.

    Xarici İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, təkbətək görüşdən sonra hər iki tərəfdən nümayəndə heyətlərinin iştirakı ilə geniştərkibli görüş baş tutub.

    Nazir Mövlud Çavuşoğlu Ceyhun Bayramovu səmimi salamlayaraq, onu Türkiyədə qəbul etməkdən məmnunluq bildirib.

    Tərəflər ikitərəfli gündəlikdə duran bir çox sahələrdə, o cümlədən siyasi, iqtisadi, ticarət, humanitar, mədəniyyət, təhsil və digər sahələrdə əməkdaşlıq münasibətlərin inkişafından məmnun olduqlarını bildiriblər və bu münasibətlərin daha da genişləndirilməsi petspektivlərini müzakirə ediblər.

    İki ölkə arasında mövcud əməkdaşlığın həm ikitərəfli, həm də çoxtərəfli formatlarda bundan sonra da davam etdiriləcəyindən əminlik ifadə edilib.

    Nazir Ceyhun Bayramov Ermənistanın Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi sonuncu təxribatdan danışaraq, Türkiyə dövlətinin hər zaman olduğu kimi Azərbaycanın haqq mövqeyinə nümayiş etdirdiyi dəstəyi məmnunluqla qeyd etdi. Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri, xüsusilə də dövlətlərin suverenliyi, ərazi bütövlüyünə hörmət və beynəlxalq sərhədlərin toxunulmazlığı əsasında həllinin vacibliyi vurğulanıb.

    Görüşdən sonra Xarici İşlər nazirlərinin mətbuat üçün brifinqi keçirilib.

  • Gürcüstandan daha 74 Azərbaycan vətəndaşı təxliyə ediləcək

    Sabah Gürcüstandan daha 279 nəfər Azərbaycana təxliyə ediləcək.

    Median.Az APA-ya istinadən xəbər verir ki, təxliyə edilənlərdən 74-ü Azərbaycan, 202-si Gürcüstan, 2-si Rusiya və 1-i Ukrayna vətəndaşıdır.

    Təxliyə edilənlər 11 avqust tarixində Tbilisidə COVID-19 testindən keçiriliblər və nəticələr gün ərzində Azərbaycanın Gürcüstandakı səfirliyinə təqdim ediləcək.

    Neqativ cavab alan şəxslərə COVID pasportu veriləcək və onlar 12 avqust tarixində saat 10:00-da Azərbaycanın Gürcüstandakı səfirliyinin binasının qarşısından ayrılmış xüsusi ayrılmış 5 avtobusla “Sınıq Körpü” sərhəd-keçid məntəqəsinə yollanacaqlar. Təxliyə edilənlər Azərbaycanda karantinə alınmayacaqlar.

  • В Балакене владелец ресторана оштрафован за нарушение правил карантинного режима – ФОТО

    Сотрудники управления полиции выявили на территории Балакенского района ресторан, в котором не соблюдались требования карантинного режима.

    Как сообщили в шекинской региональной группе пресс-службы МВД, в ресторане “Фонтан”, расположенном в селе Катех, столы располагались на близком расстоянии друг от друга, а посетители не соблюдали социальную дистанцию.

    В отношении владельца заведения Руслана Османова был составлен протокол в соответствии с Кодексом об административных проступках, он оштрафован на 3 000 манатов.

  • Şəkidə sərt karantin rejimi ləğv edilsə də, mübarizə davam edir – FOTO

    Şəkidə sərt karantin rejimi ləğv edilsə də, mübarizə davam edir.

    Rayon ərazisində koronavirusa yoluxma hallarının qarşısının alınmasının nəticəsi olaraq Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən avqustun 5-dən etibarən Şəkidə sərtləşdirilmiş karantin rejimi ləğv edilmişdir.

    Bu gün Şəkidə hər kəs çox yaxşı başa düşür ki, yoluxmanın qarşısını almaq və sərt karantin rejimindən çıxmaq üçün Şəki şəhər İH, Polis şöbəsi, Şəki səhiyyəsi, Gigiyena və Epidemiologiya Mərkəzi, Qida Təhlükəsizliyi, digər aidiyyatı orqanların əməkdaşları və könüllülər öz öhdələrinə düşən vəzifələri yerinə yetirmək üçün bütün gün ərzində dayanmadan çalışıblar.

    Qeyd olunan idarə və təşkilatların əməkdaşlarının danılmaz əməyinin və əhalimizin tövsiyə edilən qaydalara riayət etməsinin nəticəsidir ki, bu gün Şəkidə sakinlərin yaşayış yerini SMS icazə ilə tərk etmək sistemi ləğv olunub, bütün mağazalar, parklar, kafe və restoranlar, istirahət zonaları açılıb, sərbəst hərəkət təmin olunub.

    Dünyada isə pandemiya can almaqda davam edir. Son məlumatlara görə dünyada koronavirusa yoluxmuş xəstələrin sayı 20 milyonu, vəfat edənlərin sayı 738 mini keçir və bu say hər saat artmaqda davam edir.

    Bu gün Şəkidə hər kəs çox aydın şəkildə başa düşür ki, rayonda sərt karantin rejimi ləğv olunsa da, heç kim bu virusa yoluxmaqdan sığortalanmayıb. Və nə qədər ki, dünyada vaksin icad edilməyib, başqa dövlətlər kimi bizim də dövlətimiz vaksini əldə edərək əhalisini bu virusdan qorumaq imkanında deyil, vacib olan 3 şərtə: qoruyucu maskadan istifadə, sosial məsafənin qorunması və dezinfeksiya tədbirlərinə əməl etməklə özümüzü, ailəmizi, əzizlərimizi və ətrafımızı qoruya bilərik.

    Bu gün Şəkidə öz ailəsi, övladları və ya nəvələri ilə sərbəst şəkildə hərəkət edə bilən hər kəs çox aydın şəkildə başa düşür ki, özümüzü qorumasaq və yoluxma halları əvvəlki aylarda olduğu kimi artarsa, yenidən sərt karantin rejimi tətbiq oluna bilər. Belə olduqda isə, sərt rejimdən çıxaraq sərbəst hərəkət edə bilməyimiz üçün gecə-gündüz çalışan şəxslərin əməyinin üstündən xətt çəkmiş olacaq və özümüz isə yenə də məhdudiyyətlər rejimində yaşamalı olacağıq.

    Bu gün Şəkidə hər bir kəs çox yaxşı başa düşür ki, xəstəliyin yayılmasının qarşısının alınmasında gərgin əməyi olan, hər an yoluxma riski ilə üz-üzə dayanan Şəki şəhər İH, polis şöbəsi, digər idarə və təşkilatların əməkdaşları sərt karantin regimi ləğv edilməsinə baxmayaraq, yoluxma hallarının baş verməməsi üçün əvvəlkindən daha çox çalışır, öhdələrinə düşən vəzifələri yerinə yetirmək üçün bütün imkanlarını səfərbər edirlər.

    Belə ki, sərt karantin rejimi dövründə rayon əhalisi arasında maarifləndirmə işləri aparan, mərkəzi bazarda, ərzaq satışı ilə məşğul olan obyektlərdə, nəqliyyatda qaydalara riayət edilməsinə nəzarət edən və mütəmadi dezinfeksiya işlərini həyata keçirən əməkdaşlar, bu gün artıq fəaliyyətinə razılıq verilmiş bütün obyetklərdə, parklarda, kafe və restoranlarda, otellərdə və istirahət zonalarında gündəlik 70-dən artıq reydlər keçirir, təbliğatla yanaşı, istirahət etmək üçün gələn sakinlərə tələb olunan qaydalara uyğun şəkildə xidmət göstərilməsinə ciddi nəzarət edirlər.

    Bu gün əvvəlkidən ikiqat artıq əziyyət çəkən həmin əməkdaşlar da çox yaxşı başa düşürlər ki, sərt karantin regimi yenidən tətbiq edilərsə, rayonumuzun digər sakinləri kimi onların da ailə üzvləri sərt rejimə riayət etməli olacaqlar.

    Bu gün yaşımızdan, vəzifəmizdən və imkanlarımızdan asılı olmayaraq hər birimiz üçün başa düşülməsi çətin olmayan yalnız bir tələb var: Özünü qoru !

    Sən özünü qorusan, qarşındakını da, ətrafındakıları da qorumuş olacaqsan!

    PS.

    Əziz Şəkililər!

    Əksər rayonlarında ailəvi dostları olması ilə fəxr edən, evində qonaqları olması ilə qürur duyan, bu gün isə gəliş-gediş olmadığı üçün özünü çox tənha hiss edən biz də, bizimlə görüşmək, dərdləşmək və həm də istirahət etmək üçün rayonumuza gəlmək istəyən dostlarımız və qonaqlarımız da çox yaxşı başa düşürlər ki, hər hansı gözlənilməz yoluxma halı nəticəsində kiminsə ailəsində arzulamadığımız ağır faciə baş verərsə, bu həmin ailələr arasındakı dostluq münasibətlərinə ömürlük son deməkdir!

    Ona görə də, səbrli olun…

    Bu günkü problem tək bizim yox, bütün dünyanın problemidir…

    Vaxt gələcək yenə də süfrəmizin başında baş tacımız olan əziz dostlarımız, qonaqlarımız oturacaq. O zaman yenə də özümüzü güclü və arxalı hiss edəcəyik…//milli.az

  • Bakıda qadın 30 nəfəri aldadaraq pulunu aldı

    Bakıda dələduzluqda təqsirləndirilən Xədicə Əhmədovanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

    Median.Az xəbər verir ki, baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilən iş hakim Babək Pənahovun icraatındadır.

    Qeyd edək ki, X.Əhmədova müxtəlif vədlər verərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə vətəndaşların pulunu mənimsəməkdə təqsirləndirilir.

    Ona Cinayət Məcəlləsinin 178.2.2-ci (təkrar dələduzluq) maddəsi ilə ittiham verilib.

    İş üzrə 30 zərərçəkmiş var.

    Xatırladaq ki, X.Əhmədova əvvəllər də eyni əmələ görə ittiham olunub.

  • Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Rəhman Cəfərovun ailəsini sosial nəzarətə götürdü

    Ağdam rayonundan məcburi köçkün, hazırda Bakı şəhəri, Binəqədi rayonunda məcburi köçkünlər üçün inşa edilmiş “Gənclər şəhərciyi”ndə üçotaqlı mənzildə məskunlaşmış Rəhman Cəfərovun ailəsində yaranan çətinliklərlə bağlı bəzi kütləvi informasiya vasitələrində və internet resurslarında yayılmış müraciəti Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən dərhal nəzarətə götürülüb.

    Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən verilən məlumata görə, ilk növbədə daha geniş məlumat almaq üçün 10 avqust 2020-ci il tarixində ailə ilə telefon əlaqəsi saxlanılıb. Bununla yanaşı, ilkin ehtiyacları qarşılamaq üçün karantin rejiminin qaydalarına uyğun olaraq ailəyə səfər edilib və müvafiq maddi yardımlar göstərilib.

    Ailədəki vəziyyətin daha dərindən qiymətləndirilməsi üçün Dövlət Komitəsinin əməkdaşları 11 avqust 2020-ci il tarixində ikinci dəfə ailə başçısı ilə telefon əlaqəsi yaradıblar.

    Rəhman Cəfərov sosial şəbəkələrdə geniş yayılmış müraciətində qeyd etdiyi kimi ailəsinin bütünlüklə infeksiyaya yoluxduğunu, bir qisminin hazırda müvafiq xəstəxanalarda müalicə olunduğunu, özünün isə karantində olması səbəbindən işləmədiyini və maddi vəziyyətlərinin ağırlaşdığını diqqətə çatdırıb.

    Məlumat üçün bildiririk ki, hazırda ölkə başçısı cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, pandemiya dövründə həssas təbəqədən olan ailələrə dəstək məqsədilə həyata keçirilən sosial layihələr ümumilikdə beş milyon əhalini əhatə etməkdədir.

    Dövlət Komitəsi də öz səlahiyyətləri çərçivəsində, eyni zamanda qeyri-hökumət təşkilatları, könüllü ailələri bu prosesə cəlb etməklə həssas təbəqədən olan ailələrə dəstək göstərilməsini daim diqqətdə saxlamaqla yanaşı, ehtiyaclarının ödənilməsi üçün müvafiq qurumlara yönləndirilməsi işini davam etdirir.

    Bu gün də Komitənin nəzdində fəaliyyət göstərən Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən ailəyə növbəti yardım göstərilib və bildiririk ki, Dövlət Komitəsi Rəhman Cəfərovun ailəsində vəziyyətin normallaşması üçün aidiyyəti qurumlar tərəfindən tədbirlərin görülməsini nəzarətdə saxlayacaq.

  • Aeroport yolunda qəza baş verib – FOTO

    Aeroport şosesində (Hava limanı istiqamətində Ramana körpüsünü enən hissədə) yol-nəqliyyat hadisəsi baş verib.

    Median.Az xəbər verir ki, bu səbəbdən hazırda Aeroport şossesində Sabunçu körpüsünün yanından başlayaraq hava limanı istiqamətində hadisə baş verən yerədək sıxlıq yaranıb.//oxu.az

  • Çimərliklərdə reydlər nələri üzə çıxardı? – FOTO

    Məlumat verildiyi kimi, Nazirlər Kabineti yanında operativ qərargahın qərarı ilə çimərliklər xüsusi karantin rejiminin tələblərinə uyğun müəyyən edilən qaydalar çərçivəsində avqustun 5-dən vətəndaşların istifadəsinə verilib.

    Bununla əlaqədar Bakı və paytaxt rayonların icra hakimiyyətləri və struktur bölmələri tərəfindən aidiyyəti qurumlarla birlikdə çimərliklərdə karantin qaydaları tələblərinə uyğun olaraq vətəndaşların istirahəti üçün lazimi şərait yaradılıb, təmizliyin qorunması, tullantıların daşınması üçün bütün əlavə tədbirlər görülür.

    Çimərliklərdəki mövcud vəziyyətə nəzarət məqsədilə Bakı Şəhər İcra Hakimiyyəti və aidiyyəti qurumların nümayəndələri gündəlik reydlər keçirir və maarifləndirmə işləri aparırlar. Reydlər nəticəsində aşkar edilmiş çatışmazlıqlarla bağlı müvafiq tədbirlər görülür.

    Belə ki, ictimai çimərliklərdə spirtli içkilərin satışı və gətirilməsinin qadağan edilməsinə baxmayaraq, reyd zamanı vətəndaşlardan beş nəfərin özləri ilə çimərliyə spirtli içki gətirərək içdikləri aşkarlanmış, onlara buna yol verilməməsi və içkili şəkildə dənizdə çimməyin qadağan edilməsi ilə bağlı xəbərdarlıq edilib.

    Həmçinin “Şıx” çımərlik zonasındakı özəl çimərliklərdən birində vətəndaş Həsrət Cəfərov tərəfindən məişət və digər tullantıların həm dənizə, həm də çimərlik ərazisinə atıldığı müəyyən edilib və o, DİN əməkdaşları tərəfindən akt tərtib edilərək, İXM-nin müvafiq maddəsinə əsasən, cərimə edilib.

    Bakı Şəhər İcra Hakimiyyəti və DİN əməkdaşları tərəfindən çimərliklərin cavabdeh şəxsləri ilə söhbətlər aparılıb, onlara bildirilib ki, vətəndaşların sağlamlığı və təhlükəsizliyi məsələləri hər zaman ön planda olmalıdır. Buna görə də, karantin şəraitinin pozulması və antisanitariya vəziyyətinə yol verilən çimərliklər barədə ciddi ölçü götürüləcək.