Month: August 2020

  • Rayonlara giriş-çıxış qaydaları müəyyənləşdi

    Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisinə aşağıdakı şəxslərin giriş-çıxış məsələsi aşağıdakı qaydada həyata keçiriləcək.

    Median.Az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operatriv Qərargah sərt karantin rejiminin yumşaldılması istiqamətində növbəti tədbirlər paketində əksini tapıb.

    Bildirilib ki, yaxın qohumunun dəfnində iştirak etmək istəyən şəxslər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin 102 Xidməti – Zəng Mərkəzi vasitəsilə almalıdırlar.

    Bundan başqa, təxirəsalınmaz tibbi zərurətlə və ya qrafik üzrə müalicə almaqla əlaqədar həkim tərəfindən verilən arayış və beynəlxalq və ölkədaxili uçuşlara müvafiq reys üçün bileti olan şəxslər biletləri əsasında, dövlət sərhədindən müvafiq qaydada ölkəyə daxil olan şəxslərin yaşadıqları və ya olduqları yerə gəlməsinə isə onların pasportuna vurulmuş ştamp əsasında hərəkət edə bilərlər.

  • İşçi sayına tətbiq edilən 50 faizlik məhdudiyyət ləğv edilir

    Bəzi sahələr üzrə işə cəlb olunan işçilərin sayına tətbiq edilən 50 faizlik və həmin iş və xidmət sahələri üzrə mülki-hüquqi müqavilə ilə işləyənlərə verilən icazələrin sayının əmək müqaviləsi ilə işləyənlərin ümumi sayının 30 faizindən çox olmaması ilə bağlı məhdudiyyətlər ləğv edilir.

    Median.Az bildirir ki, bu barədə məsələ Nazirlər Kabineti yanında Operatriv Qərargah sərt karantin rejiminin yumşaldılması istiqamətində növbəti tədbirlər paketində əksini tapıb.

    Bu sahələr aşağıdakılardır:

    – Gündəlik baxım və gigiyena vasitələrinin istehsalı;

    – Tikinti və məişət avadanlıqlarının istehsalı və təmiri;

    – Mühəndislik və layihələndirmə xidmətləri;

    – Qablaşdırma məhsullarının istehsalı;

    – Daş, metal və taxta məhsullarının istehsalı;

    – Mebel istehsalı və təmiri;

    – Zoomağazalar, o cümlədən heyvanlar üçün yem satış məntəqələri;

    – Tikinti materiallarının və məişət xırdavatlarının satışı məntəqələri;

    – Onlayn satışlar;

    – Kimyəvi təmizləmə;

    – Mənzillər istisna olmaqla, yaşayış binalarının təmizlənməsi;

    – Avtomobillərin təmiri;

    – Avtomobil yuyulma məntəqələri;

    – Heyvan sığınacaqları;

    – Tərcümə xidmətləri.

  • Baş nazirdən 190 manatlıq birdəfəlik ödəmə ilə bağlı QƏRAR

    Baş nazir Əli əsədov Bakı,Sumqayıt,Gəncə, Mingəçevir, Yevlax şəhərləri və Abşeron, Cəlilabad, Masallı, Goranboy, Göygöl, Bərdə, Salyan, Xaçmaz rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəmənin

    verilməsi haqqında qərar imzalayıb.

    Qərar Nazirlər Kabinetinin saytında dərc olunub.

    Qərara əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və
    qaydası”na əsasən Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Yevlax şəhərləri və Abşeron, Cəlilabad, Masallı, Goranboy, Göygöl, Bərdə, Salyan, Xaçmaz rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəməni almış şəxslərə müvafiq qaydalara uyğun olaraq təkrar yoxlama keçirildikdən sonra 190 manat məbləğində ödəmənin verilməsi birdəfəlik şəkildə həyata keçiriləcək.

    Bundan başqa, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Maliyyə Nazirliyi bu Qərardan irəli gələn məsələləri həll edəcək.

  • В Азербайджане вновь смягчается карантинный режим: отменен ряд ограничений – ОФИЦИАЛЬНО

    Оперативный штаб при Кабинете министров принял очередной пакет мер в направлении смягчения жесткого карантинного режима.

    Учитывая положительную тенденцию в динамике заражения Covid-19 и необходимость усиления экономической активности, оперативный штаб при Кабинете Министров принял решение о допуске к деятельности некоторых отраслей производства, торговли и услуг.

    Согласно решению Кабинета министров, в список сфер, деятельность которых разрешена на территории городов Баку, Сумгайыт, Гянджа, Евлах, Масаллы, Джалилабад, Мингячевир и Абшеронского, Бардинского, Сальянского, Хачмазского, Геранбойского, Гейгельского районов, с 00.00 10 августа 2020 года добавляется следующее:

    – проведение спортивных соревнований и игр на открытом воздухе

    – деятельность торговых объектов, осуществляющих продажу непродовольственных товаров, и объектов, оказывающих бытовые услуги населению (за исключением крупных торговых центров)

    – производство машин и оборудования;

    – производство электрооборудования;

    – производство компьютерной, электронной и оптической продукции;

    – производство автомобилей, прицепов и полуприцепов;

    – производство прочих транспортных средств;

    – производство полиграфической продукции;

    – производство ювелирных изделий;

    – производство музыкальных инструментов, спортивных товаров;

    – производство одежды;

    – текстильная промышленность;

    – производство обуви;

    – производство кожи и изделий из кожи;

    – производство табачных изделий;

    – производство прочей промышленной продукции.

    Отменяются ограничения в связи числом работников (50%, а также 30% от общей численности сотрудников, осуществляющих трудовую деятельность на указанных условиях (по трудовым договорам)), привлекаемых к работе по нижеперечисленным сферам:

    – производство средств ежедневного ухода и гигиены;

    – производство и ремонт строительной и бытовой техники;

    – инженерные и проектные услуги;

    – производство упаковочной продукции;

    – производство изделий из камня, металла и дерева;

    – производство и ремонт мебели;

    – пункты продажи кормов для животных, включая зоомагазины;

    – пункты продажи строительных материалов и бытовых мелочей;

    – онлайн продажи;

    – химчистка;

    – уборка жилых помещений, кроме квартир;

    – ремонт автомобилей;

    – автомойки;

    – приюты для животных;

    – услуги перевода.

  • Azərbaycanda karantin rejimi yenidən yumşaldıldı: Bir sıra məhdudiyyətlər ləğv edildi – RƏSMİ

    Nazirlər Kabineti yanında operatriv qərargah sərt karantin rejiminin yumşaldılması istiqamətində növbəti tədbirlər paketini qəbul edib

    COVID-19 infeksiyasına yoluxmanın dinamikasında müsbət tendensiyanın müşahidə olunması və iqtisadi aktivliyin gücləndirilməsi zərurəti nəzərə alınaraq Nazirlər Kabineti yanında operativ qərargah bəzi istehsal, ticarət və xidmət sahələrinin fəaliyyətinə icazə verilməsi haqda qərar qəbul edib.

    Nazirlər Kabinetin müvafiq qərarına əsasən, Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində 2020-ci ilin avqusutun 10-u saat 00.00-dan etibarən fəaliyyətinə icazə verilən sahələrin siyahısına aşağıdakılar əlavə edilir:

    – Açıq havada idman yarışlarının və oyunlarının keçirilməsi;

    – Qeyri-ərzaq mallarının satışını həyata keçirən ticarət obyektələrinin və əhaliyə məişət xidmətləri göstərən obyektlərin (iri ticarət mərkəzləri istisna olmaqla) fəaliyyəti;

    – maşın və avadanlıqların istehsalı;

    – elektrik avadanlıqlarının istehsalı;

    – kompüter, elektron və optik məhsulların istehsalı;

    – avtomobil, qoşqu və yarımqoşquların istehsalı;

    – sair nəqliyyat vasitələrinin istehsalı;

    – poliqrafiya məhsullarının istehsalı;

    – zərgərlik məmulatlarının istehsalı;

    – musiqi alətləri, idman mallarının istehsalı;

    – geyim istehsalı;

    – toxuculuq sənayesi;

    – ayaqqabıların istehsalı;

    – dəri və dəri məmulatlarının istehsalı;

    – tütün məmulatlarının istehsalı;

    – sair sənaye məhsullarının istehsalı.

    Aşağıda qeyd olunan sahələr üzrə işə cəlb olunan işçilərin sayına tətbiq edilən 50 faizlik və həmin iş və xidmət sahələri üzrə mülki-hüquqi müqavilə ilə işləyənlərə verilən icazələrin sayının əmək müqaviləsi ilə işləyənlərin ümumi sayının 30 faizindən çox olmaması ilə bağlı məhdudiyyətlər ləğv edilir:

    – Gündəlik baxım və gigiyena vasitələrinin istehsalı;
    – Tikinti və məişət avadanlıqlarının istehsalı və təmiri;
    – Mühəndislik və layihələndirmə xidmətləri;
    – Qablaşdırma məhsullarının istehsalı;
    – Daş, metal və taxta məhsullarının istehsalı;
    – Mebel istehsalı və təmiri;
    – Zoomağazalar, o cümlədən heyvanlar üçün yem satış məntəqələri;
    – Tikinti materiallarının və məişət xırdavatlarının satışı məntəqələri;
    – Onlayn satışlar;
    – Kimyəvi təmizləmə;
    – Mənzillər istisna olmaqla, yaşayış binalarının təmizlənməsi;
    – Avtomobillərin təmiri;
    – Avtomobil yuyulma məntəqələri;
    – Heyvan sığınacaqları;
    – Tərcümə xidmətləri.

    Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisinə aşağıdakı şəxslərin giriş-çıxış məsələsi aşağıdakı qaydada həyata keçirilir:

    – Yaxın qohumunun dəfnində iştirak etmək istəyən şəxslər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin 102 Xidməti – Zəng Mərkəzi vasitəsilə alınan icazə əsasında;

    – Təxirəsalınmaz tibbi zərurətlə və ya qrafik üzrə müalicə almaqla əlaqədar həkim tərəfindən verilən arayış əsasında;

    – Beynəlxalq və ölkədaxili uçuşlara müvafiq reys üçün bileti olan şəxslər biletləri əsasında, dövlət sərhədindən müvafiq qaydada ölkəyə daxil olan şəxslərin yaşadıqları və ya olduqları yerə gəlməsinə isə onların pasportuna vurulmuş ştamp əsasında.

    Operativ qərargah vətəndaşlara müraciət edərək bildirir ki, infeksiyanın yayılmasının qarşısının alınması tədbirləri ilə iqtisadi fəaliyyəti sinxronlaşdırmaq üçün sanitar-epidemioloji tələblərə ciddi əməl edilməlidir. Sanitar-epidemioloji tələblərə əməl edilməsi iqtisadi fəaliyyəti davam etdirməyin və daha da genişləndirməyin yeganə üsuludur.

  • Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ikinci mərhələsinə start verilir

    Avqustun 14-dən müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinə start veriləcək.

    Bu barədə Median.Az-a Təhsil Nazirliyindən bildirilib. Məlumata görə, bu mərhələdə 46 228 namizəd iştirak hüququ qazanıb. Müvafiq ixtisas üzrə test imtahanının keçiriləcəyi tarix və yer barədə məlumat namizədlərin şəxsi səhifələrinə mərhələli qaydada göndəriləcək.

    Test imtahanlarının Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Masallı, Şirvan, Kürdəmir, Ağdaş, Mingəçevir, Bərdə, Ağcabədi, Quba, Şamaxı, Balakən, İsmayıllı, Ağstafa və Tovuz daxil olmaqla ümumilikdə 17 regionda təşkil edilən 32 mərkəzdə keçirilməsi nəzərdə tutulub. İmtahanlar təxminən 18 gün davam edəcək. Namizədlərə ixtisasa dair 40, təlim strategiyaları və metodikaya dair 20 test tapşırığı olmaqla ümumilikdə 60 sual təqdim ediləcək.

    İmtahanlar Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) “İmtahanlar zamanı koronavirus infeksiyasının (COVİD-19) profilaktikasına dair” metodiki göstərişləri nəzərə alınmaqla imtahan iştirakçıları üçün hazırlanmış təlimata uyğun təşkil ediləcək. İmtahana gələn namizədlərin şəxsi səhifələrində qeyd olunacaq vaxtdan 1 saat əvvəl imtahan təşkil edilən mərkəzdə olmaları zəruridir. Namizədlər tibbi maskada olmalı, şəxsiyyəti təsdiq edən sənədin əslini və şəxsi səhifədən çıxarışı özləri ilə gətirməlidirlər.

  • Polis paytaxtda reydlər keçirib

    Koronavirus (COVID-19) infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə paytaxtda fəaliyyət göstərən ictimai nəqliyyatda və qapalı məkanlarda gücləndirilmiş nəzarət-profilaktik tədbirlər çərçivəsində reydlər keçirilib.

    Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xdimətindən Milli.Az-a verilən məlumata görə, polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən sosial məsafəni gözləməyən, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (maskalardan) istifadə etməyən şəxslərlə profilaktik söhbətlər aparılmaqla, mövcud sanitar-epidemioloji tələblər izah olunub.

    Diqqətə çatdırılıb ki, hər bir hərəkət iştirakçısı tətbiq olunan qaydalara, sosial məsuliyyətdən irəli gələrək özünü, yaxınlarını və digər şəxsləri qorumaq üçün sanitar-epidemioloji qayda və tələblərə ciddi riayət etməli, başqalarını da buna çağırmalıdır.
    Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun profilaktikasına dair metodiki göstərişlərə əməl etməyən şəxslər barəsində inzibati tədbirlər görülüb.

    Nəzarət-profilaktiki tədbirlər davam etdirilir.

  • Göyərtəsində 191 nəfər olan təyyarə qəzaya uğradı: Ölənlər var – VİDEO

    Hindistanda sərnişin təyyarəsi qəzaya uğrayıb.

    REN TV xəbər verir ki, hadisə ölkənin Keral ştatında baş verib.

    Bildirilib ki, “Air İndia” şirkətinə məxsus təyyarə eniş zolağından çıxıb və iki yerə bölünüb.

    Hadisə zamanı azı üç nəfər ölüb, 40 nəfər yaralanıb. Ölənlər arasında təyyarənin kapitanı da var.

    Qəzanın səbəbləri məlum deyil.

  • Karantin qaydaları pozulan iki kafe aşkarlandı

    Ölkə ərazisində elan edilmiş xüsusi karantin rejiminin tələblərini pozan şəxslərlə bağlı tədbirlər davam etdirilir.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Milli.Az-a verilən məlumata görə, bu istiqamətdə Cəlilabad Rayon İcra Hakimiyyəti və Rayon Polis Şöbəsinin əməkdaşlarının birgə keçirdikləri növbəti tədbirlər nəticəsində şəhərin Qurtuluş küçəsində yerləşən “Babək” və “Basqal” kafelərinin karantin rejiminin qaydalarına zidd olaraq fəaliyyət göstərdiyi müəyyən olunub.

    Obyektlərə baxış zamanı orada olan kafe sahibləri M.Əliyev və S.Ayazlı ilə yanaşı 5 nəfər müştərinin karantin qaydalarını pozduqları aşkar edilib. Onlarla profilaktik söhbətlər aparılıb, karantin rejiminin qaydaları və tələbləri bir daha izah edilib. Barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.

  • Avropa Liqasında ölkəmizi təmsil edəcək klubdan yeni transfer – FOTO

    Avropa Liqasında ölkəmizi təmsil edəcək “Keşlə” klubu ukraynalı futbolçu Dmitro Klots ilə müqavilə imzalayıb.

    Klubun rəsmi saytının yaydığı məlumata görə, 24 yaşlı yarımmüdafiəçi mövsümün sonuna qədər paytaxt təmsilçisinin şərəfini qoruyacaq.

    Qeyd edək ki, Klots karyerası ərzində yalnız Ukraynanın “Karpatı” klubunda çıxış edib.

    O, beş il ərzində Ukrayna Premyer Liqası çərçivəsində 106 oyun keçirib və bir qol vurub.