Month: August 2020

  • В Азербайджане выявлены 129 новых случаев инфицирования COVID-19, скончались еще четыре человека – ФОТО

    В Азербайджане за сутки выявлены 129 новых случаев инфицирования коронавирусом, еще 421 человек вылечился и был выписан домой.

    Об этом 7 августа сообщает оперативный штаб при Кабинете министров.

    За минувшие сутки от COVID-19 скончались еще четыре пациента.

    До сегодняшнего дня коронавирусом в Азербайджане заразились 33 376 человек, 483 из них скончались, 29 696 – излечились, 3 197 – находятся на лечении в больницах особого режима.

    В республике на сегодня проведен 773 051 тест (за последние 24 часа – 6 872) на COVID-19.

  • Azərbaycanda daha dörd nəfər koronavirusdan öldü: 129 yeni yoluxma – FOTO/VİDEO

    Azərbaycanda koronavirus infeksiyasına 129 yeni yoluxma faktı qeydə alınıb, 421 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

    Bu barədə Nazirlər Kabineti yanında operativ qərargahdan məlumat verilib.

    COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış dörd nəfər vəfat edib.

    Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6872 test aparılıb.

    Aktiv xəstə sayı isə 3197 nəfərdir.

  • Azərbaycanda yeni doğulmuş körpə oğurlanıb? – YENİLƏNİB + RƏSMİ AÇIQLAMA

    “Azərbaycanda ananın xəstəxanada dünyaya gətirdiyi uşağının oğurlanması iddiasi ilə bağlı toplanmış materiallar Sabunçu Rayon Prokurorluğuna göndəriləcək”.

    Bunu oxu.az-a açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi Elşad Hacıyev bildirib.

    * * * * *

    Azərbaycanda ana xəstəxanada dünyaya gətirdiyi uşağının oğurlandığını iddia edib.

    Median.Az-ın məlumatına görə, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

    Zabrat qəsəbə sakini bildirib ki, 3 saylı şəhər Klinik Xəstəxanasının doğum şöbəsində uşaq dünyaya gətirib.

    O iddia edir ki, övladı ondan xəbərsiz satılıb.

    Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva Oxu.Az-a açıqlamasında bildirib ki, məsələ ilə bağlı TƏBİB-ə şikayət daxil olmayıb:

    “Bu, hüquq-mühafizə orqanlarının işidir. Əgər iddia doğrudursa, yəqin ki, araşdırılar”.

    Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi Elşad Hacıyev isə bildirib ki, hazırda sosial şəbəkələrdə yayılan məlumatla bağlı araşdırma aparılır.

  • Bakıdakı svetofor məntəqələrinə xidmət 2 mln. manatdan baha başa gələcək

    Avqustun 6-da elektron tender “Techmaster” MMC-ni Bakı Nəqliyyat Agentliyinin şəhərdə svetoforların istismarına xidmətlərin alınması üzrə tenderin qalibi kimi müəyyən edib.

    Banker.az bu barədə Vahid Dövlət Elektron Satınalma Portalına istinadən xəbər verir.

    Bu şirkət bu ilin mart ayında BNA ilə 1000-dən çox svetoforun təchizatı və quraşdırılması üzrə müqavilə imzalayıb.

    BNA 323 svetoforun texniki xidmət və təmirinə ehtuiyacı var. Bu işə görə “Texmaster” MMC 2 milyon 69.5 min manat (1.2 milyon dollar) alacaq.

  • DYP-dən rayonlara getmək istəyənlərə MÜRACİƏT

    “Son günlər şəxslərin yaşayış yerini və olduğu yeri SMS icazə, xidməti vəsiqə, “icaze.e-gov.az” portalı vasitəsi ilə tərk etmək sisteminin 5 avqust 2020-ci il tarixdən ləğv edilməsi ilə əlaqədar Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda yaşayan, lakin respublikanın müxtəlif rayonlarında daimi qeydiyyatda olan şəxslər məzuniyyətə çıxmalarını əsas gətirərək bu inzibati ərazilərdən çıxmağa çalışırlar”.

    Bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib.

    DYP bir daha hərəkət iştirakçılarının nəzərinə çatdırır ki, sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu 13 şəhər və rayona giriş-çıxış və ölkənin digər şəhər və rayonlarından yerustü və hava nəqliyyatı ilə sərnişin daşımalarının dayandırılması ilə bağlı məhdudiyyətlər qüvvədə olduğu üçün qeydiyyat yerindən asılı olmayaraq həmin inzibati ərazilərdə yaşayan şəxslərin digər şəhər və rayonlara getmələrinə icazə verilmir:

    “Bu səbəbdən hərəkət iştirakşılarından xahiş olunur ki, müvafiq ezamiyyə vərəqələri verilmiş və ya “icaze.e-gov.az” portalına barəsində 5 avqust 2020-ci il tarixindən sonra respublikanın digər şəhər və rayonlarına getməsi ilə əlaqədar icazə verilməsi barədə məlumatlar daxil edilmiş şəxslər, habelə müvafiq icazə əsasında yaxın qohumunun dəfnində iştirak etmək halları istisna olmaqla digər şəxslər Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonundan çıxaraq ayrı-ayrı istiqamətlərə getmək məqsədilə yola çıxmasınlar. Çünki, bir daha qeyd edirik ki, qeydiyyat yerindən asılı olmayaraq heç kim sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu ərazidən respublikanın digər şəhər və rayonlara buraxılmayacaq və həmin şəxslər xüsusi karantin postlarından geri qaytarılacaqlar”.

  • İlham Əliyev Aleksandr Vuçiçlə Ermənistanın Serbiya istehsalı sursatlardan istifadə etməsindən danışdı

    Avqustun 7-də Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

    Aleksandr Vuçiç iyul ayında Ermənistan-Azərbaycan sərhədində Ermənistanın təxribatı nəticəsində baş vermiş hadisələr zamanı hərbi qulluqçularımızın həlak olması ilə əlaqədar başsağlığı verib.

    Eyni zamanda, Serbiya Prezidenti bu hərbi toqquşmalarda Ermənistan tərəfinin Serbiyada istehsal olunan silahlardan istifadə etməsindən təəssüf hissi keçirdiyini bildirib.

    O, bu vəziyyətin araşdırılması ilə bağlı yaxın vaxtlarda Azərbaycana Serbiyanın yüksəksəviyyəli nümayəndə heyətinin göndəriləcəyini qeyd edib. Aleksandr Vuçiç Azərbaycanla strateji tərəfdaşlığa əsaslanan dostluq münasibətlərini yüksək qiymətləndirdiyini vurğulayaraq bunun təsdiqi kimi, Azərbaycan Prezidentini Serbiyaya rəsmi səfərə dəvət edib.

    Telefon zənginə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev qeyd edib ki, Ermənistan tərəfinin Azərbaycanın hərbi və mülki mövqelərini atəşə tutması zamanı Serbiya istehsalı olan hərbi sursatlardan istifadə etməsi faktı Azərbaycan cəmiyyəti tərəfindən narahatlıqla qəbul edilib və bu atəşin nəticəsində hərbi qulluqçularımız və o cümlədən, mülki şəxsimiz həlak olub.

    Dövlətimizin başçısı Serbiya Prezidentinin yuxarıda göstərilən faktın araşdırılması və əməkdaşlığın perspektivlərinin müzakirə edilməsi üçün yüksəksəviyyəli nümayəndə heyətinin göndərilməsi barədə qərarı ilə bağlı məmnunluğunu ifadə edib.

    Telefon söhbəti zamanı tərəflər gələcəkdə ölkələrimiz arasında dostluq əlaqələrinə kölgə sala biləcək hərəkətlərə yol verilməməsi barədə qərara gəliblər.

    Prezident İlham Əliyev Serbiyaya səfər ilə əlaqədar dəvətə görə minnətdarlığını bildirib.

  • DİM II və III qrup üzrə qəbul imtahanlarının tarixini açıqladı – CƏDVƏL

    İmtahanlar pandemiya şəraiti və xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq təşkil ediləcək. İmtahanlarda kütləviliyin və təmas hallarının qarşısını almaq məqsədilə hər ixtisas qrupu üzrə imtahan aşağıdakı qrafikə uyğun iki gün ərzində keçiriləcək.

    Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, cari ilin məzunları bitirdikləri məktəbin yerləşdiyi yerə uyğun imtahan mərkəzində imtahan verirlər.

    Əvvəlki illərin məzunları isə şəxsi kabinetlərində faktiki yaşadıqları ünvanı qeyd etdikləri halda, yaşadıqları ünvanın aid olduğu yerə uyğun, əks halda, şəxsiyyət vəsiqəsində qeyd olunmuş ünvanın aid olduğu yerə uyğun imtahan mərkəzində imtahan verirlər.

    13-14 avqust 2020-ci il tarixlərində:

    – cari və əvvəlki illərin məzunları üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanları;

    – I-IV ixtisas qrupları üzrə:

    – ali və ya orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyənlər üçün əlavə xarici dil imtahanı;

    – qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyənlər üçün əlavə imtahan (Azərbaycan və ya rus dili) keçiriləcək.

    I-IV ixtisas qrupu üzrə sənəd verən abituriyentlərin blok imtahanları (həmçinin II və III ixtisas qrupu üzrə sənəd verənlərin əlavə xarici dil imtahanları) tarixləri haqqında növbəti həftə məlumat veriləcək.

    Qeyd edək ki, məcburi köçkün rayonlarının məktəblərində təhsil alan şagirdlər bitirdikləri təhsil müəssisəsinin yerləşdiyi rayona müvafiq imtahan mərkəzində imtahan verirlər.

    Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu şəhər və rayonlara giriş-çıxışa məhdudiyyət qoyulduğu üçün imtahan iştirakçıları haqqında məlumat bazası aidiyyəti qurumlara təqdim ediləcək, imtahan iştirakçılarının və ehtiyac olarsa, iştirakçını müşayiət edən bir nəfərin imtahan binasına gedib və imtahandan sonra qayıtmasına icazə veriləcək.

    İmtahan iştirakçısına “İmtahana buraxılış vərəqəsi” ilə bir yerdə onu müşayiət edəcək bir nəfər üçün arayış da çap etmək imkanı yaradılıb. Arayış imtahan iştirakçısı tərəfindən doldurulmalı və imza ilə təsdiqlənməlidir.

    Arayış yoxlama zamanı şəxsiyyət vəsiqəsi ilə birlikdə təqdim edilir və imtahan iştirakçısının özü iştirak etdikdə (imtahan binasının yaxınlığında gözləmək istisna olmaqla) və onun müvafiq sənədləri (şəxsiyyət vəsiqəsi, imtahana buraxılış vərəqəsi) təqdim edildikdə etibarlıdır. Yoxlama zamanı zərurət yarandıqda QR kodundan istifadə olunur.

    Bildirək ki, imtahana buraxılış vərəqələri imtahandan beş gün əvvəl DİM-in saytında yerləşdiriləcək.

    Ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinə hazırlaşan abituriyentlər fənlər üzrə tapşırıq nümunələri ilə “Abituriyent 1” jurnalında tanış ola bilərlər. Ətraflı məlumatı burada ala bilərsiniz.

  • İki kafe karantinə rəğmən fəaliyyət göstərirmiş

    Ölkə ərazisində elan edilmiş xüsusi karantin rejiminin tələblərini pozan şəxslərlə bağlı tədbirlər davam etdirilir.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, bu istiqamətdə Cəlilabad Rayon İcra Hakimiyyəti və Rayon Polis Şöbəsinin əməkdaşlarının birgə keçirdikləri növbəti tədbirlər nəticəsində şəhərin Qurtuluş küçəsində yerləşən “Babək” və “Basqal” kafelərinin karantin rejiminin qaydalarına zidd olaraq fəaliyyət göstərdikləri müəyyən olunub.

    Obyektlərə baxış zamanı orada olan kafe sahibləri M.Əliyev və S.Ayazlı ilə yanaşı, beş nəfər müştərinin karantin qaydalarını pozduqları aşkar edilib.

    Onlarla profilaktik söhbətlər aparılıb, karantin rejiminin qaydaları və tələbləri bir daha izah edilib. Barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.

  • Дорожная полиция: За сутки к ответственности привлечены 334 нарушителя карантина

    За нарушение правил жесткого карантинного режима за минувшие сутки к ответственности привлечены 334 участника дорожного движения.

    Об этом говорится в сообщении Главного управления Государственной дорожной полиции МВД.

    Отмечается, что 221 человек, находившийся в транспортных средствах, был привлечен к ответственности по статье 211.1 Кодекса об административных проступках, 112 – за неиспользование средств индивидуальной защиты в такси и автобусах, один – за повторное нарушение (по той же статье).

    За сутки в результате проверок на постах развернули обратно 600 автомобилей, следовавших в Баку, и 270 машин, пытавшихся выехать из столицы, – всего 870 транспортных средств.

  • 334 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib – RƏSMİ

    Koronavirusun yayılmasının qarşısının alınması məqsədilə Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Xaçmaz, Goranboy, Göygöl, Salyan rayonları ərazisində tətbiq edilmiş sərtləşdirilmiş xüsusi karantin rejiminin pozulmasına görə 6 avqust 2020-ci il saat 00:00-dan 7 avqust 2020-ci il saat 00:00-dək olan müddət ərzində nəqliyyat vasitələri ilə hərəkətdə olan 221 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci, sərnişindaşımada istifadə olunan taksi və avtobuslarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilmədiyinə görə 112 nəfər həmin Məcəllənin 211.2-ci, eyni əməllərin il ərzində təkrar törədilməsinə görə isə Məcəllənin 211.3-cü maddəsi ilə bir nəfər olmaqla, ümumilikdə 334 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

    Bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

    Qeyd olunan müddət ərzində Bakı-Quba yolunun 52-ci km-də yerləşən karantin keçid postundan 30-u rayon, 115-i paytaxt istiqamətinə olmaqla 145, Bakı-Şamaxı-Yevlax yolunun 31-ci km-də yerləşən postdan 135-i rayon, 260-ı paytaxt istiqamətinə olmaqla 395, Bakı-Qazax-Gürcüstan yolunun 65-ci km-də yerləşən keçid postundan 105-i rayon, 225-i paytaxt istiqamətinə olmaqla 330 avtomobil geri qaytarılıb, ümumilikdə 870 nəqliyyat vasitəsi ilə müvafiq icazə olmadan postlardan keçmək cəhdinin qarşısı alınıb.