Month: August 2020

  • Президент Ильхам Алиев дал поручение по дальнейшей выплате пособия в размере 190 манатов – ВИДЕО

    600 000 безработных граждан, в том числе неформально занятых, временно потерявших работу и относящихся к малообеспеченным слоям населения, охвачены заботой государства.

    Об этом 6 августа на совещании в видеоформате в связи с принятыми в нашей стране мерами по борьбе с коронавирусом и социально-экономической ситуацией сказал Президент Азербайджана Ильхам Алиев.

    По словам главы государства, указанные категории граждан уже получили в течение нескольких месяцев пособие в размере 190 манатов.

    “Считаю, что эта социальная поддержка должна оказываться и дальше. В настоящее время в 13 городах и районах Азербайджана применяется жесткий карантинный режим.

    Граждане указанных категорий, которые проживают в этих городах и районах, должны быть охвачены такой заботой и впредь. Даю вам поручение перечислить им 190 манатов и в августе”, – заявил Президент Ильхам Алиев.

  • Prezidentdən GÖSTƏRİŞ – 190 manatlıq birdəfəlik ödəmə avqustda da veriləcək – VİDEO

    “Altı yüz min işsiz insan, o cümlədən qeyri-formal məşğulluqda fəaliyyət göstərən və müvəqqəti olaraq öz işini itirən, aztəminatlı təbəqəyə aid olan insan dövlət tərəfindən qayğı ilə əhatə olunubdur”.

    Bunu avqustun 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı keçirdiyi müşavirədə deyib.

    Dövlət başçısının sözlərinə görə, onlara artıq bir neçə ay ərzində 190 manat müavinət verilir:

    “Hesab edirəm ki, bu sosial dəstək bundan sonra da davam etdirilməlidir. Hazırda Azərbaycanın 13 şəhər və rayonunda sərt karantin rejimi tətbiq edilir.

    Həmin rayonların bu kateqoriyaya aid insanları bu dəstəklə bundan sonra da əhatə olunmalıdır. Sizə göstəriş verirəm ki, avqust ayında da onlara 190 manat ödənilsin”.

  • Prezident: “Azərbaycana 100 təcili yardım maşınının gətirilməsi nəzərdə tutulur”

    “Azərbaycana 100 təcili tibbi yardım maşınının gətirilməsi nəzərdə tutulur. Onlardan 40-ı artıq Bakıdadır”.

    Bunu avqustun 6-da Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı keçirdiyi müşavirədə deyib.

    Dövlət başçısı bildirib ki, təcili tibbi yardım maşınları bütün bölgələrə göndəriləcək:

    “Xəstə vətəndaşlarımıza lazımi tibbi yardımın göstərilməsi üçün bu maşınların çox böyük əhəmiyyəti var”, – deyə Prezident İlham Əliyev əlavə edib.

  • MM-də müzakirə: Bu kafe və restoranlar açılsın – Video

    Millət vəkili Qənirə Paşayeva Milli Məclisdə aztəminatlı ailələrdən olan tələbələrə təhsil haqqı güzəştləri, bəzi ticarət obyektlərinin, açıq havada fəaliyyət göstərən kafe və restoranların açılması təklifləri ilə çıxış edib.

    Q.Paşayeva dünyanın ağır bir pandemiya dönəmindən keçdiyini xatırladıb və ölkəmizdə çətin vəziyyətə düşən ailələrə dəstəklə bağlı həyata keçirilən proqramlardan bəhs edib.

    Deputat bildirib ki, bəzi məsələlərə böyük diqqət yetirmək lazımdır:

    “Təxminən 15 min aztəminatlı ailələrdən olan tələbələrin təhsil haqlarına edilən güzəştləri, həmin vəsaitin dövlət büdcəsindən ödənilməsini yüksək dəyərləndiririk. Amma belə ailələrin sayı hədsiz çoxdur. Sakinlərimizlə görüşdə görürük ki, təhsil haqqını ödəyə bilmədiyinə görə hətta 3-cü, 4-cü kurs tələbələri var ki, universiteti atmaq məcburiyyətində qalırlar. Əgər büdcədə 40 milyon vəsait varsa, güzəşt tətbiq olunan kateqoriyanın genişləndirilməsi barədə Təhsil Nazirliyi ilə müzakirələr aparmaq lazımdır. Övladını təkbaşına böyüdən analar var ki, təhsil haqqı ödəməyə çətinlik çəkirlər. Biz bu cür ailələrə dəstək olmalıyıq. Ona görə də xahiş edirəm ki, övladını tək böyüdən və çətin vəziyyətdə olan ailələrə dəstək göstərilsin”.

    Deputatın sözlərinə görə, mollardan başqa ticarət obyektləri var ki, gündəlik müştəri sıxlığı az olur:

    “Mebel, qızıl və geyim dükanlarından başlayaraq, mollardan başqa bütün ticarət mərkəzlərinin açılmasını həyata keçirmək vacib və müsbət olardı. Yoluxma riski yüksək olmayan, açıq havada yerləşən restoranların, kafelərin karantin qaydalarına əməl etməklə fəaliyyəti bərpa etmək olar. Bu iş yerlərinin açılması sahibkarlığın inkişafı üçün müsbət olar”.

    Çıxışı bu videodan izləyə bilərsiniz:

  • Bakı-Xırdalan-Sumqayıt qatarlarının hərəkəti 3 ay müddətinə dayandırılır

    Bakı-Sumqayıt avtomobil yolunun genişləndirilməsi işləri ilə əlaqədar Xırdalan dairəsində yerləşən dəmir yolu körpüsünün sökülərək yenidən tikintisi səbəbindən Bakı-Xırdalan-Sumqayıt istiqamətində elektrik qatarlarının hərəkəti müvəqqəti olaraq dayandırılır.

    “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətindən verilən məlumata görə, qatarlar avqustun 10-dan noyabrın 10-dək hərəkətdə olmayacaq. Buna görə də qeyd olunan müddət ərzində Biləcəri və Xırdalan istiqamətində elektrik qatarları hərəkət etməyəcək.

    Bakı-Sumqayıt yolunun genişləndirilməsi işləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilir. Xırdalan dairəsində yerləşən dəmir yolu körpüsü isə genişləndirmə işlərinə maneçilik törədir. Bu səbəbdən köhnə körpü söküləcək və onun yerində yeni biraşırımlı tağlı dəmir yolu körpüsü inşa olunacaq.

    Körpünün tikintisi müddətində Sumqayıta gedən və ya ordan Bakıya gələn sərnişinlər Bakı-Pirşağı-Sumqayıt istiqamətində hərəkət edən elektrik qatarlarından istifadə edə biləcəklər.

  • “TƏBİB heç nə bacarmır, evimizi yıxan da qohumbazlıqdır”

    “Adama rayonuna görə yox, özünə görə hörmət qoymaq lazımdır…”

    “Bu gün koronavirus xəstələriylə işləyən həkimlərimiz ölümlə çarpışır. Mənim həyat yoldaşım da orda işləyir və kosmonavtlar kimi skofandr geyinirlər”.

    Bunu moderator.az-a açıqlamasında Tibb Universitetinin (ATU) dosenti Rəşid Mahmudov deyib. O, koronavirus xəstələriylə işləyən həkimlərin maaşlarının verilməməsinə etirazını bildirib:

    “TƏBİB həkimlərin çoxunun əmək haqqısını verməyib. Bu gün koronavirus xəstələriylə işləyən həkimlərimiz ölümlə çarpışır. Mənim həyat yoldaşım da orda işləyir və kosmonavtlar kimi skofandr geyinirlər. Ən qorxulu, riskli işdir. Buna görə bir çox həkimlərimiz dünyasını dəyişdi. Bunlar elə bilirdilər ki, koronavirus xəstəsi az olacaq, amma bütün xəstəxanalar doldu. Ona görə də elə bildilər ki, 50-100 həkimə əlavə maaş verəcəklər. Demişdilər ki, həkimlərə maaşlarının beş misli veriləcək. Amma məlum oldu ki, TƏBİB yalan danışır. Koronavirus xəstələriylə işləyən həkimlərin hamısının maaşları verilməlidir. Virusun altı növü var və Kovid-19 bunun yeddinci növüdür. Xəstənin toxunduğu yerdə virus beş sutka qala bilir. Həkimlərimizin hər biri ailə başçısıdır, onlar bununla öz ailələrini də axı təhlükə altında qoyurlar. Hər şeyə cavabdeh Səhiyyə Nazirliyi olmalı idi. Bunları nazirliyin tərkibindən çıxarıb TƏBİB-ə verdilər və onların da gördüyü iş göz qabağındadır. TƏBİB ancaq yerdəyişmə etməklə məşğuldur, başqa heç nə bacarmır. Bizim evimizi yıxan da qohum və yerlibazlıqdır. Adama rayonuna görə yox, özünə görə hörmət qoymaq lazımdır”.

    Qeyd edək ki, deputat Rüfət Quliyev Lənkərandan olan bir qrup həkimin maaşlarının TƏBİB tərəfindən verilmədiyini bildirib.

  • Nadir Qafarzadə kəskin danışdı: “İnsanlar acından öləcəklər” – AÇIQLAMA

    “Mənim dəyərləndirməyimin fərqi yoxdur. Əgər səlahiyyətim olsaydı, tamam fərqli qərarlar qəbul edərdim. Çünki insanlar evdə pulsuz-parasız qalıblar. Pul yoxdursa, deməli, ərzaq da yoxdur. İnsanların koronavirusdan, yoxsa aclıqdan ölməsinin fərqi nədir ki? Onsuzda insanlar acından öləcəklər.”

    Bunu PostNews.Az-a açıqlamasında müğənni Nadir Qafarzadə Nazirlər Kabineti yanında Operativ Qərargahın karantin rejimi ilə bağlı son qərarlarına münasibət bildirərkən deyib. O, məktəblərin bağlı olmasına da toxunub və “təhsilsizlik ölkəni inkişafdan saxlayır”-deyə fikrini ifadə edib:

    “Təhsil birinci növbədədir. Məktəblər və baxçalar mütləq açılmalıdır. Çünki gənclər və uşaqlar təhsilə ehtiyac duyurlar. Nəinki gənclər, ümümi olaraq, bütün ölkə ehtiyac duyur. Düşünürəm ki, təhsil yoxdursa, deməli gələcək də yoxdur. Gələcəkdə uşaqlarımızdan savad tələb edə bilməyəcəyik.”

    Müğənni, insanların aqressiv olması, şəkər, xərçəng və digər xəstəliklərin artmasının səbəbini evdə oturub, fikir etmələləriylə əlaqələndirib:

    “İnsanlar açıq havada gəzməlidir, bir işlə məşğul olmalıdır və ya nə iləsə başını qatmalıdırlar. Bu gedişat bizi yaxşı yerə doğru aparmır. Ona görə də fikirləşirəm ki, dövlət səviyyəsində aidiyyatı qurumlar, yəni bu işlə kim məşğul olursa, biraz düşünsün.”

    Toyların qadağan olunmasına da toxunan N.Qafarzadə, insanların bu sahədə də ciddi sosial sıxıntılar yaşadığını söyləyib:

    “Eybi yox, toylar kiçik miqyasda təşkil olsun. Toylardan danışsam, camaat deyəcək ki, özünə sərf edəni danışır. Amma tək müğənni mən deyiləm, minlərlə müğənni var. Müğənnilərdən savayı toydan gəlirini təmin edən digər insanlar da var. Axı onlar da evdə qalmağa məcburdurlar. Əgər toy yoxdursa, deməli, mebel və qızıl bazarında çatışmazlıq var. Həmçinin də gözəllik salonları daha az işləyir: indi həmin salonlara 1-2 nəfər gedirsə, toylar olan zamanlar 15 nəfər gedirdi. Həmçinin də gəlinlər və bəylər orada bəzənirdi. Bunların hamısı toylarla bağlıdır. Bundan əlavə olaraq, ərzaqlar, içkilər az satılır. İnsanlara səbr arzulayıram, amma nə zamana qədər səbr etmək olar axı?! İnsanlarda artıq səbr tükənib.”

    “İnsanlara 190 manat birdəfəlik ödəmə verirlər. Dükan-bazara çıxın, baxın. Qiymətlər “alışıb-yanır”. 190 manatla nə etmək olar axı?!” deyən müğənni insanlara səbirli olmağa səsləyib və aidiyyati qurumlara müraciət ünvanlayıb:

    “Üstəlik, kommunal xərclər də var. Bəzi insanlar isə dərman-preparatlara ehtiyaclar duyurlar. Bundan başqa, insanlar ay ərzində 1-2 dəfə mal, 3-4 dəfə də toyuq əti yeməlidirlər. Yaydır, tərəvəzlər-badımcan, bibər, pomidor və s. ucuzdur. Amma nə vaxta qədər ancaq bunları yeyəcəklər axı. Badımcanın yanında ət, toyuq da olmalıdır. Üstəlik, yağ da lazımdır. Özü də ki, badımcan bişiriləndə yağ tələb edən tərəvəzdir. Bununla ucuzluğa getmiş kimi görünsəm də, hamısını bir yerə yığanda ciddi problemdir. 190 manat da önəmli bir məbləğ deyil. Heç olmasa, onu versinlər. Camaat evinə bir aylıq olmasa da, bir həftəlik bazarlıq edə bilsin. İnsanlar var ki, ailədə 4-5 və yaxud 10 nəfərdən ibarətdir. Bunların hamısına yemək lazımdır. Bundan başqa, uşaqlar üçün uşaq bezləri, xüsusi uşaq yeməkləri, vitanminlər almaq lazımdır. Xahiş edirəm ki, bunu aidiyyati orqanlar düşünsünlər. Bu insanlar yazıqdır. Allah səbr versin!”

  • Prezident İlham Əliyev: “Koronavirusa qarşı mübarizədə müsbət dinamika bizi çox sevindirir”

    Avqustun 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda müşavirə keçirib.

    “Report” xəbər verir ki, dövlət başçısı müşavirədə çıxış edib.

    Dövlət başçısı deyib ki, koronavirusa qarşı mübarizə işində müsbət dinamika müşahidə olunur: “İyulun 16-dan bu günə qədər bu müsbət dinamika deməyə əsas verir ki, görülmüş bütün tədbirlər vaxtında görülmüş tədbirlərdir. Bu tədbirlər nəticəsində vəziyyət bu günə qədər nəzarət altındadır. İyulun 16-dan bu günə qədər yoluxanların sayı sağalanların sayından xeyli aşağıdır. Bu müsbət dinamika deməyə əsas verir ki, biz koronavirus xəstəliyini bundan sonra da nəzarət altında saxlayacağıq.

    Bu gün 46 xəstəxana ancaq koronavirus xəstələrinə xidmət göstərir. Onu da bildirməliyəm ki, bu 46 xəstəxananın 41-i son 17 il ərzində tikilib və ya əsaslı şəkildə təmir edilib, müasir avadanlıqlarla təchiz olunub. Əgər biz vaxtında bu addımları atmasaydıq, bu gün çox böyük problemlərlə, faciəvi vəziyyətlə üz-üzə qala bilərdik.

    Adambaşına düşən testlərin sayına görə bu gün Azərbaycan dünya miqyasında qabaqcıl yerlərdədir.

    Biz qısa müddət ərzində laboratoriyalarımızın sayını 5 dəfə artırdıq. Yaxın gələcəkdə alınacaq yeni laboratoriyalar imkan verəcək ki, daha da böyük sayda testlər keçirilsin. Biz bütövlükdə laboratoriyaların sayını 45-ə çatdırmalıyıq.

    Bu günə qədər modul tipli 9 xəstəxana istismara verilmişdir. Onlardan 4-ü bir gün ərzində – iyulun 29-da fəaliyyətə başlayıb. Qobustan, İsmayıllı, Qəbələ və Şəki şəhərlərində mənim iştirakımla bu xəstəxanaların açılışı olmuşdur. Yaxın gələcəkdə modul tipli xəstəxanaların sayı bütövlükdə 16-ya çatdırılacaq və beləliklə, bizim təkcə bu xəstəxanalarda 3200 koronavirus xəstəsi müalicə ala biləcək”.

  • К сведению лиц, не оплачивающих штраф за нарушение карантинного режима

    “К сожалению, есть люди, которые думают, что выписанные в период карантинного режима штрафы не нужно будет оплачивать после отмены карантина”.

    Как передает Median.Az, об этом сказал начальник отдела по связям с общественностью Главного управления государственной дорожной полиции (ГУГДП), полковник полиции Кямран Алиев.

    Он добавил, что таких уступков не будет: “В законодательстве нет правовой нормы касательно отмены штрафов”.

    “Если штрафы за нарушение карантинного режима не будут уплачены в течение 3-х месяцев, в этом случае данные лица будут привлечены к общественным работам. Например, если лицо привлекалось к ответственности за нарушение особого карантинного режима в начале апреля, и прошло 3 месяца, то суд может принять решение о привлечении его к обязательным общественным работам сроком от 160 до 240 часов. Также предусмотрен административный арест сроком на 3 месяца”, – сказал Кямран Алиев.

  • Hökumətdən uşaq pulu ilə bağlı – Açıqlama

    “Bundan əvvəl uşaqpulu hamıya verilirdi. Ancaq uşaq pulunun məbləği olduqca aşağı idi”.

    Bu fikirləri Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev parlamentin bu gün keçirilən plenar iclasında deyib.

    Onun sözlərinə görə, “Ünvanlı dövlət sosial yardımı haqqında” qanun qəbul olunduğuna görə uşaqpulu ünvanlı şəkildə aztəminatlı ailələrə verilir: “Bu gün 84 minə yaxın ailə ünvanlı yardım alır”.

    ///”Report”