Month: August 2020

  • Belarusda prezident seçkilərində səsvermə başlayıb

    Son iki gün ərzində Belarusda 12,75 faiz seçici vaxtından əvvəl səs vermək hüququndan istifadə edib.

    Bu barədə Belarusun Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

    Belarusda prezident seçkiləri avqustun 9-na təyin edilib.

    4-8 avqust ərzində vətəndaşlara erkən səsvermə hüququndan istifadə etməyə icazə verilib.

  • Müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edən namizədlər üçün yeni təlimat hazırlanıb

    “2020-2021-ci tədris ili üçün ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edən namizədlər üçün yeni təlimat hazırlanıb.

    Median.Az-ın məlumatına görə, bu barədə Təhsil naziri Emin Əmrullayev “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”yə müəyyən dəyişikliyin edilməsi barədə əmr imzalayıb.

    Əmrə əsasən, 2020-2021-ci tədris ili üçün ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsinin Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) “İmtahanlar zamanı koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair” metodiki göstərişləri nəzərə alınmaqla imtahan iştirakçıları üçün hazırlanmış təlimata uyğun təşkili və keçirilməsi təmin edilir.

    Hazırlanan təlimata görə, müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edən namizədlərin bu şərtləri yerinə yetirməsi vacibdir:

    – İmtahana gələrkən aşağıdakı sənədləri gətirmək mütləqdir:

    a) şəxsiyyəti təsdiq edən sənəd;

    b) şəxsi səhifədən çıxarış;

    c) əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqəsi;

    – Namizəd şəxs səhifəsində qeyd olunan vaxtda müəyyən edilmiş imtahan mərkəzində olmalıdır;

    – Namizəd imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidir. Maskadan istifadə bütün proses boyu mütləqdir (şəxsiyyəti təsdiq edən sənədi təqdim etdikdə müvəqqəti olaraq maskanı çıxarmaq olar);

    – İmtahan binasına daxil olan namizədin məsafədən ölçə bilən elektron termometrlə bədən hərarəti yoxlanılır və zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunur.

    İmtahana bədən hərarəti 37°C-dən aşağı olan şəxslər buraxılır;

    – Yoxlamadan keçərkən namizəd sosial məsafəni saxlamaqla şəxsiyyətini təsdiq edən sənədi nəzarətçiyə təqdim etməli və tələb olunduğu təqdirdə müvəqqəti olaraq maskasını çıxararaq, üzünü göstərməlidir;

    – Namizədi müşayiət edənlər imtahan mərkəzinin ərazisinə buraxılmayacaqlar;

    Namizədlər özlərinin və başqalarının sağlamlığına məsuliyyətlə yanaşmalı və qeyd olunanlara riayət etməlidirlər. İmtahan prosesində tibbi maskasını çıxaran və təlimatdan irəli gələn digər vəzifələri yerinə yetirməyən namizəd imtahandan uzaqlaşdırılacaq və imtahan nəticəsi ləğv ediləcək. Həmin namizəd cari il təkrar müsabiqədə iştirak edə bilməyəcək.

  • Deputatdan operativ qərargaha müraciət: “Rayonlara gediş-gəliş açılsın”

    Milli Məclisin iclasında deputat Fazil Mustafa koronavirus pandemiyası dövründə bəzi iş yerlərinin açılmasını təklif edib.

    Oxu.Az-ın xəbərinə görə, F.Mustafa bildirib ki, xüsusi karantin dövründə marketlərə çox sayda insan daxil olur.

    “Amma digər müəssisələr işləmir. Kiçik sahibkarlıq fəaliyyət göstərmir. Nazirlər Kabineti yanında operativ qərargaha müraciət edirəm ki, qərarlarına bir də baxsın. Nə qədər müəssisə varsa, açılsın. Amma nəzarət də gücləndirilsin, karantin qaydalarının pozulmasına görə yeri gələndə sahibkar cərimələnsin. Lakin insanlar işsiz qalıblar, biz bunu anlamalıyıq”, – deyə F.Mustafa əlavə edib.

    Millət vəkili qeyd edib ki, rayonlara gediş-gəliş açılmalıdır:

    “Rayonlara gediş-gəliş açılmalıdır ki, bölgələrdə turizm sektoru məhv olmasın”.

  • İsrail paytaxtının meriyasının binası Livan bayrağına büründü

    İsrailin paytaxtı Tel-Əviv şəhərinin meriyasının binası Livan bayrağının rəngləri ilə işıqlandırılıb.

    Median.Az xəbər verir ki, bu barədə şəhərin meri Ron Xuldai “Twitter” hesabında məlumat verib.

    R.Xuldai yazıb ki, insanlıq bütün münaqişələrin fövqündə durur və İsrail qonşu Livan xalqının dərdinə şərikdir.

    Qeyd edək ki, iki gün əvvəl Beyrutda baş verən partlayış nəticəsində 137 nəfər həlak olub, beş mindən çox insan yaralanıb.

    Partlayışa 2015-ci ildə gömrük orqanları tərəfindən müsadirə olunmuş, anbarda saxlanan 2,7 min ton ammonium-nitrat maddəsinin detonasiyası səbəb olub.

  • Məhkəmə Gülər Əhmədovanın oğlu ilə bağlı qərar verdi

    Keçmiş deputat Gülər Əhmədovanın qanunsuz silah saxlamaqda təqsirləndirilən oğlu Toğrul Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Report-un xəbərinə görə, işə Nərimanov Rayon Məhkəməsində hakim Samir Məmmədovun sədrliyi ilə baxılıb və hökm çıxarılıb.

    Hökmə əsasən, T.Əhmədov iki il müddətinə azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz silah saxlama) maddəsilə təqsirli bilinib.

    Qeyd edək ki, 1987-ci il təvəllüdlü Toğrul Fikrət oğlu Əhmədov Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının fevral ayında keçirdikləri xüsusi əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. Onun idarə etdiyi BMW markalı avtomobilinə baxış keçirilən zaman 1 ədəd “Glock-19” markalı tapança, iki ədəd patron darağı və 38 ədəd patron aşkar edilərək götürülüb.

    Ona Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz silah saxlama) maddəsilə ittiham verilib.

    T.Əhmədov keçmiş deputat Gülər Əhmədovanın oğludur.

    Xatırladaq ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru Elşad Abdullayevin yaydığı qalmaqallı videodan sonra G.Əhmədova deputat mandatından imtina edib. Onun barəsində həbs qətimkan tədbiri seçilmişdi.

    G.Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 307.2-ci (cinayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən cinayəti gizlətmə, qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə ittiham olunub.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, üç il müddətinə azadlıqdan məhrum edilib.

    Hökmdən narazı qalan keçmiş deputat apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə G.Əhmədovaya üç il sınaq müddəti təyin olunmaqla şərti cəza verilib və o, azadlığa buraxılıb.

  • İmişlidə motosiklet avtomobillə toqquşdu

    İmişli rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

    “Report”un Mil-Muğan bürosunun məlumatına görə, hadisə saat 21:00 radələrində İmişli-Biləsuvar avtomobil yolunun rayonun Qızılkənd kəndindən keçən hissəsində qeydə alınıb.

    Qəza zamanı “Mercedes” markalı avtomobillə motosiklet toqquşub.

    Hadisə nəticəsində 2 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

    Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

  • В Баку массажный салон нарушил требования карантина – ВИДЕО

    В Хатаинском районе города Баку выявлен массажный салон Magic Tours – Massage Center, нарушивший требования особого карантинного режима. Деятельность объекта приостановлена.

    Об этом сообщили в пресс-службе Главного управления полиции города Баку.

    В результате мероприятий, проведенных сотрудниками Хатаинского РУП, арендатор, работники и посетители субъекта предпринимательства привлечены к административной ответственности.

    Задержаны 10 человек, в их отношении приняты меры в соответствии с законодательством.

    Арендатор объекта С.Султанлы оштрафован на 6000 манатов, остальные – на 100 манатов.

  • KİVDF-nin İcraçı direktoruna ağır itki üz verib

    Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun İcraçı direktoru Əhməd İsmayılova ağır itki üz verib.

    Ə.İsmayılovun atası Məhəmməd müəllim bu gün Bakıda dünyasını dəyişib.

    Median.Az xəbər verir ki, mərhum sabah Göyçayda dəfn olunacaq.

    Allah rəhmət eləsin!//sfera.az

  • Bakıda qanunsuz fəaliyyət göstərən masaj salonu aşkarlandı – Obyektin icarədarı 6000 manat cərimələndi

    Paytaxtın Xətai rayonunda xüsusi karantin rejimi qayda və tələblərinin pozulması ilə müşayiət olunan “Magic Tours – Massage Center” adlı masaj salonu aşkar olunaraq fəaliyyəti dayandırılıb.

    Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən verilən məlumata görə, Xətai RPİ əməkdaşlarının keçirdiyi tədbirlərlə rayon ərazisində sahibkarlıq subyektinin icarədarı, işçiləri və müştəriləri inzibati məsuliyyətə cəlb olunublar.

    Ümumilikdə 10 nəfər saxlanılaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb. İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, obyektin icarədarı S.Sultanlı 6000 manat, digərləri 100 manat cərimə olunublar.//milli.az

  • Baş Prokurorluq Milli Məclisdə ictimai asayişi pozaraq həbs olunanların görüntülərini yaydı – VİDEO

    İyulun 14-dən 15-nə keçən gecə ictimai asayişin pozulmasına səbəb olan hərəkətlərin təşkili, bu cür hərəkətlərdə fəal iştirak və xidməti vəzifələrini yerinə yetirən hakimiyyət nümayəndələrinə zor tətbiq etməklə müqavimət göstərilməsi ilə müşayiət olunan hərəkətlərin tödərilməsi faktları ilə bağlı Baş prokuror tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

    Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin əməkdaşlarından ibarət birgə istintaq əməliyyat qrupu yaradılmaqla istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.

    Cinayət işinin istintaqı zamanı cinayət törətmiş şəxslərin dairəsi müəyyənləşib. Sözügedən hadisələrin törədilməsində bilavasitə iştirakı olan şəxslər istintaqa cəlb edilib. Barələrində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbirləri seçilib.

    Hazırda cinayət işi üzrə zəruri intensiv istintaq hərəkətləri və əməliyyat axtarış tədbirləri davam etdirilir. Cinayətin törədilməsində hər hansı formada iştirak etmiş şəxslərin müəyyənləşdirilərək, cinayət məsuliyyətinə cəlb olunmaları təmin ediləcək.