Month: August 2020

  • Pirşağıda villa sahibləri dənizi yenidən hasara alıb – FOTO

    “Bir il əvvəl Pirşağıda məşhur 5 villanın dənizə doğru uzanan hasarlarının bir hissəsinin söküldüyünü yazmışdım və bu mediada geniş işıqlandırılmışdı.

    Həyatımda ilk dəfə ötən il dənizin hasarlardan azad olan hissəsinə ayaq basdım, gəzişdim və ölçməyə başladım. Kubikdən tikilən hasarların dənizə uzanan hissəsinin ən azı 20 metr arasında söküldüyünü müşahidə etdim”.

    Bu sözləri tanınmış politoloq Elxan Şahinoğlu sosial şəbəkədə yazıb.

    O bildirib ki, bu il Pirşağıda gördüyü mənzərəyə yenə təəccüblənib:

    “Bu il Pirşağıya qayıtdıqda gözümə inanmadım. Dənizin suyu azaldığından həmin villaların sahibləri az qala dənizin ortasına qədər hündürlüyü 3 metrə yaxın dəmir dirəklər basdırmışdılar.

    Bu adamlar dövlətə və millətə meydan oxuyaraq “biz qanundan güclüyük” demək istəyirdilər. İlk qapalı villanın Penitensiar xidmətin rəisinə məxsus olduğuna dair xəbərləri bir neçə gün öncə bəzi saytlardan öyrəndim. Bunun nə dərəcədə dəqiq olduğunu bilmirəm.

    Ancaq öz gözlərimlə gördüyüm o idi ki, həmin vilanın sahibi kimdirsə? nümayişkənarə şəkildə dənizi yenidən insanlara qapatmışdı.

    Ən maraqlısı odur ki, illərdir həmin bahalı villalarda yaşayış görmədim, pəncərələr hər zaman qapalıdır.

    Buna baxmayaraq, “dəniz də mənimdir” deyən harınlamış təbəqə yaşamadığı villasının dənizə çıxışını qanuna zidd olaraq insanlara qapatmaqla məşğuldurlar. Ancaq bu gün daha bir sürpirzlə qarşılaşdım.

    Bu gün dənizin sahilində gəzişdikdə gördüm ki, dünən gördüyüm dəmir dirəklər yenidən dibindən sökülüb, dəniz sahilində təmizlik işləri görülürdü.

    Yenə sevindim. Buna baxmayaraq, o qədər də ümidli deyiləm. Dövlətə və millətə meydan sulayan həmin təbəqə yay bitdikdən sonra villası ətrafında dənizə çıxışı yenidən bağlamağa çalışacaq”.

  • Bakıda yeni avtobus xətləri işə düşür – Gediş haqqı 30-50 qəpik olacaq

    Xüsusi karantin rejiminin yumşaldılması ilə əlaqədar artan sərnişin təlabatının qarşılanması məqsədi ilə 5 sayda əlavə ekspres xətt təşkil edilir.

    Bakı Nəqliyyat Agentliyindən  verilən məlumata görə, bu ekspres xətlər üzrə də avtobusların iş qrafiki saat 06:30-dan 21:00-dək olmaqla müəyyən edilib. Ekspres xətlər qarşıdakı günlərdə mərhələ ilə fəaliyyətə başlayacaq. M1 A və M2 A xətti üzrə gediş haqqı 0.30, M8 xətti üzrə 0.40, M9 və M 10 xətləri üzrə isə gediş haqqı 0.50 azn müəyyən edilib.

    Təşkil olunacaq ekspres xətləri və istiqamətləri:

    1. M 1 A / Q.Qarayev pros (Laçın t/m-nin qarşısı) – Gənclik m/st.

    2. M2 A / Neftçilər m/st – Elmlər Akademiyası m/st

    3. M 8 / Maştağa qəsəbəsi – Gənclik m/st

    4. M 9 / Sea Breeze istirahət mərkəzi – N.Nərimanov m/st

    5. M 10 / Mərdəkan qəsəbəsi (stansiya) –N.Nərimanov m/st.

    Yeni ekspres xətlərin təşkilinin müsbət tərəfləri

    1. Pandemiya dövründə sərnişin sıxlığının yaranmasının qarşısını almaq;

    2. Şəhərətrafı kənd və qəsəbələrin şəhərin mərkəz əraziləri ilə birbaşa əlaqələndirilməsi;

    3. Yay mövsümü ərzində sərnişinlərin bəzi çimərlik, istirahət mərkəzlərinə rahat gediş-gəlişinin təmin olunması;

    4. Avtobuslararası hərəkət intervalının minimuma endirilməsi, sürətli daşımanın təşkili;

    5. Sərnişinlərin böyüktutumlu, yeni və rahat avtobuslarla daşınması;

    6. Daşımaların nağdsız ödəniş sistemi ilə həyata keçirilməsinin təmin edilməsi;

    7. Sərnişinlərin iki və ya daha artıq deyil, bir dəfə ödəniş etməklə təyinat məntəqəsinə çatdırılması;

    8. Əhalinin mobillilik imkanlarının artırılması;

    9. Avtomobilləşmənin qismən də olsa azalması, CNG mühərriklə işləyən müasir avtobusların ekoloji baxımdan ətraf mühitə mənfi təsirinin minimuma endirilməsi.

    Yeni ekspres xətlər üzrə avtobusların fəaliyyəti qarşıdakı günlərdə mərhələli qaydada təmin olunacaq.

    Həmçinin bildiririk ki, yollarda hərəkət intensivliyi artdığından bəzi küçələrdə dayanma-durma və parklanma qaydalarının pozulması hallarına daha çox rast gəlinməkdədir.

    Mövcud vəziyyət müntəzəm və ekspres xətlər üzrə avtobusların hərəkət intervalına da mənfi təsir edir ki, bu da sərnişin sıxlığının yaranmasına zəmin yaradır.

    Bunu nəzərə alaraq, dayanma-durma və parklanma qaydalarının pozulması nəticəsində problemlər müşahidə olunan ərazilər nəzarətə götürüləcək və inzibati xəta törədən sürücülərə qarşı müvafiq tədbirlər görüləcəkdir.

    Sərnişin sıxlığının qarşısının alınması baxımından vacib olan digər məqam xüsusi avtobus zolaqlarının olmasıdır. Paytaxt yollarında xüsusi hərəkət zolaqlarının təşkili istiqamətində tədbirlərimiz davam edir.

    Eyni zamanda sürücülərdən bu zolağın tələbinə mütləq qaydada əməl etmələrini tövsiyə edirik.

  • Sərt karantinin tətbiq edildiyi şəhər və rayonlarda məhkəmələrin keçirilməsi qaydaları açıqlandı

    Ali Məhkəmə karantin rejiminin uzadılması ilə bağlı məhkəmə proseslərinin keçirilməsi qaydaları ilə bağlı məlumat yayıb.

    Məlumatda bildirilir:

    “Azərbaycan Respublikasında yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması ilə əlaqədar Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrini, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 avqust 2020-ci il tarixli 278 nömrəli qərarını, habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 aprel 2020-ci il tarixli 6 nömrəli qərarındakı yanaşmanın davam etdirilməsinin zəruriliyini nəzərə alaraq, 5 avqust 2020-ci il saat 06:00-dan 31 avqust saat 00:00-dək sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq edildiyi Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərinin və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonlarının inzibati ərazisində fəaliyyət göstərən məhkəmələrə işlərə baxılması ilə bağlı aşağıdakılar tövsiyə edilsin:

    Ali Məhkəmədə və apelyasiya instansiyası məhkəmələrində bütün kateqoriya işlərə baxılması davam etdirilsin.

    Birinci instansiya məhkəmələri üzrə aşağıdakı işlərə baxılması təmin edilsin:

    Mülki və kommersiya mübahisələri üzrə – ailə-nikah münasibətlərindən (nikahın pozulması, aliment, uşaqla ünsiyyət, əmlak bölgüsü və digər), əmək münasibətlərindən irəli gələn və xüsusi icraat qaydasında baxılan mülki işlərə, tərəflərin sayı ikidən artıq olmayan kommersiya mübahisələrinə, əmr icraatına, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraata, habelə bütün kateqoriya işlər üzrə iddianın təmin tədbirləri ilə bağlı məsələlərə.

    Digər kateqoriya mülki və kommersiya mübahisələri üzrə isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin tələbləri nəzərə alınmaqla məhkəmə icraatının “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılması imkanlarından istifadəsi davam etdirilsin;

    Cinayət işləri üzrə – iki nəfərədək təqsirləndirilən şəxs barəsində olan cinayət işlərinə; Cinayət-Prosessual Məcəlləsinin 51-2-ci maddəsinə müvafiq olaraq məhkəmə icraatının videokonfrans əlaqə sistemindən istifadə edilməklə keçirilməsi mümkün olan digər cinayət işlərinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına, xüsusi ittiham qaydasında şikayət üzrə materiallara; tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında materiallara; qətimkan tədbirlərinin seçilməsi, dəyişdirilməsi, ləğvi, həbsdə, ev dustaqlığında saxlama müddətlərinin uzadılması, ev dustaqlığı qətimkan tədbiri ilə əlaqədar şəxsin üzərinə qoyulmuş vəzifələrin ləğvi, dəyişdirilməsi barədə, habelə məhkəmə nəzarətinin həyata keçirilməsi qaydasında verilmiş digər müraciətlərə; hökmün və ya məhkəmənin digər yekun qərarının icrası qaydasında təqdimatlara və ərizələrə;

    İnzibati xətalara dair bütün kateqoriya işlərə;

    İnzibati mübahisələr üzrə – sosial təminat hüququnun həyata keçirilməsi və vergi mübahisələri kateqoriyasına aid işlərə, eləcə də müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi ilə bağlı məsələlərə. Digər kateqoriya inzibati mübahisələr üzrə isə Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 16-cı maddəsinin tələbləri nəzərə alınmaqla şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən baxılması imkanlarından istifadəsi davam etdirilsin.

    Məhkəməyədək icraat zamanı barələrində həbs qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxslər haqqında cinayət işləri məhkəmələrin icraatına qəbul edilsin.

    Hakimlərin və məhkəmə aparatı işçilərinin iş rejimi ilə bağlı Nazirlər Kabineti yanında operativ qərargahın tövsiyələrindən irəli gələn digər zəruri məsələlər həll olunsun.

    Vətəndaşların qəbulu dayandırıldığından qəbul yalnız telefon, mobil və internet rabitəsi vasitəsi ilə həyata keçirilsin.

    Məhkəmə fəaliyyəti Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən müəyyən olunan zəruri sosial davranış və sanitar-epidemioloji qaydalara uyğun həyata keçirilsin.

    Vətəndaşların məhkəmə binalarında olduqları müddət ərzində qoruyucu maskalardan istifadə etmələri, şəxsi gigiyena, tibbi-profilaktik qaydalara, eləcə də sosial məsafəyə riayət etmələri təmin olunsun. Məhkəmələrin inzibati binalarında mütəmadi olaraq dezinfeksiya işləri aparılsın və qoruyucu-gigiyenik vasitələrlə təchiz edilsin”.

  • Deputatdan TƏBİB və operativ qərargaha sərt İTTİHAMLAR

    “Hesablama etmişəm ki, ölkədə 190 manatı almağa ehtiyacı olan düz 3 milyondan çox əhali var. Yanlış sərt karantin rejimi ölkəni məhv edir. 100 nəfər işçisi olan müəssisədə 20 nəfər işləyir.

    Guya hesablama aparılır ki, iş adamları heç kimi ixtisar etməyib. İş adamları özləri müflis olub. Büdcə dəyişikliyi sahibkarları da nəzərə alıb deməklə iş bitmir. Bu sərt karantin rejimini əsaslandıranlar xalqın ehtiyacını ödəsin. TƏBİB, o cümlədən, operativ qərargahın bəzi nümayəndələri bizi “xoxan”la qorxudur”.

    Oxu.Az-ın məlumatına görə, bunu Milli Məclisin iclasında deputat Razi Nurullayev deyib.

    O bildirib ki, ABŞ sərt karantin tətbiq etmir, Almaniyada, Fransada yumşalmalara gedilib, Finlandiya adi həyatını yaşayır.

    “TƏBİB isə deyir ki, hələ daha pis olacaq, acından ölməyənlər də payızda öləcək. Bu nə təfəkkür, bu nə ritorikadır? Camaatı, üzr istəyirəm, axmaq yerinə qoyublar?”, – deyə R.Nurullayev əlavə edib.

    Deputat söyləyib ki, operativ qərargah və TƏBİB-i dinləyəndə Kventin Tarantinonun qorxu filmlərinə şükür edir.

    “Bəsdirin millətin əsəblərini korladınız, hər kəsi psixoz etmisiniz. Ayıbdır, vallah. Büdcə dəyişikliyi birbaşa hər bir vətəndaşın sosial həyatında görünməlidir və o hiss etməlidir ki, nəsə aldı, nəsə yedi, nəsə içdi. Yoxsa hər nazirlik, hər komitə, hər idarə göz yaşı töküb bir layihə verir ki, pul ver.

    Ver, aparım dağıdım, aparım yeyim, aparım xarici ölkəyə çıxarım, aparım bir gündə tələm-tələsik yaratdığım firmaya verim, tez silim. Millət necə tarac olur-olsun, nə işim var. Büdcə xərcləmələrinə nəzarət ciddi olmalıdır. O ciddiyyəti görmürəm. Kim deyirsə oğurluq, talançılıq dayanıb, özünü aldatmasın. Xeyli yüksək vəzifəli məmur çəkib, özünü qoyub Himalay dağının başına. Amma bilin ki, oradan aşağı yuvarlananların aqibəti çox pis olur.

    Söz verirəm ki, sabaha kimi müqavimətim qırılmasa, təzyiqlərə, edilən telefon zənglərinə tab gətirə bilsəm, bir-iki faktı da araşdırıb, onların hamısının adını bir-bir bu tribunadan açıqlayacağam. Hələ telefonu qaldırmamaq nə deməkdir? Siz özünüzü nə zənn edirsiniz?

    Siz ən çirkin yollarla oğurlanan milyon və milyardlara sahib ola bilərsiniz, amma bu, bizi qorxutmaz. Qorxduğum Allahdır, dövlətin, müstəqillik və ölkə suverenliyinin qorunması üçün ölkənin birinci şəxsinin qarşısında özümü məsuliyyətli sayıram”.

    R.Nurullayev qeyd edib ki, büdcə oğurlamaları, şişirtmələri, ayrılan vəsaitləri yalançı tender və qohum-əqrəbanın adına açılan birgünlük şirkətlərlə silmə, qohumlarını, ən yaxın dost-tanışını vəzifəyə təyin etdirmə ölkəyə və suverenliyimizə xəyanətdir:

    “Ay başına dönüm, 120-140 manata virus testi olar? Bilirsiniz ki, həkimlərə vəd edilən artım ödənilməyib? Bilirsiniz ki, nə qədər insan xeyli hissəsi doğru olan şayiə ucbatından xəstəxanalara müraciət etmir? Birmənalı deyirəm ki, sərt karantin rejiminin davam etməsində maraqlı şəxslər və qüvvələr var.

    Qəşəngcə varlanırlar, qəşəngcə pul silirlər. Biz də burada büdcə təsdiq edək ki, onlar daha da varlansınlar. Büdcəyə, dövlət qurumlarının fəaliyyətinə nəzarət lazımdır və bu təklifi yenə deyirəm ki, deputatlar, mətbuat və vətəndaş cəmiyyəti təmsilçilərindən ibarət nəzarət qrupu yaradılmalıdır”, – deyə R.Nurullayev əlavə edib.

  • FHN çimərliklərlə bağlı əhaliyə müraciət etdi

    Fövqəladə Hallar Nazirliyi çimərliklərdən istifadəyə dair əhaliyə müraciət edib.

    Median.Az-ın məlumatına görə, nazirlik əhaliyə çimərlikdə xoş zaman keçirmək üçün bir sıra təhlükəsizlik qaydalarına əməl edilməsinin vacibliyini bildirir.

    Belə ki, yeni növ koronavirusdan qorunmaq məqsədilə:

    – çimərlikdə, ailə üzvləri istisna olmaqla, insanlar arasındakı məsafə iki metr, çətirlərin oxları arasındakı minimal məsafə dörd metr olmalıdır!

    – qapalı yerlərdə mütləq, açıq ərazilərdə və su ilə təmas olmayan yerlərdə mümkün qədər tibbi maskadan istifadə edilməlidir!

    – özünüzdə COVID-19 infeksiyasına yoluxmaya xas simptomlar olan qızdırma, quru öskürək və s. hiss etdikdə dərhal tibb məntəqəsinə müraciət edilməlidir!

    Həmçinin, qadağandır:

    – nəzərdə tutulmamış ərazilərdə çimmək!

    – çimmə zonasının işarələnmiş sərhədlərindən kənara üzmək!

    – küləkli havada dənizə girmək!

    – çimərlikdə gecələmək!

    – sərxoş halda çimərlikdə olmaq!

    – suda kobud hərəkətlər etmək!

    – çimərlikdə balıq tutmaq!

    – xilasetmə texnikasından başqa digər qayıq və kiçik gəmilərlə çimərliyə daxil olmaq!

    Yadda saxlayın:

    – Çimərlikdə uşaqlar nəzarətsiz qalmamalı, xəbərdaredici nişan və lövhələrin göstərişlərinə, xilasedicilərin çağırış və tələblərinə sözsüz əməl edilməlidir!

    – Qızmar günəş altında fasiləsiz dayanmaq, hava qaraldıqdan sonra suya daxil olmaq təhlükəlidir!

    Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

    Təhlükə zamanı 112-yə zəng edin!

  • Первые кадры с открывшихся в Азербайджане пляжей – ВИДЕО

    С сегодняшнего дня в Азербайджане открыты пляжи и заработал сайт cimerlik.az.

    Как передает Qafqazinfo, на включенных в реестр пляжах ранее был проведен мониторинг, и они готовы принять первых посетителей.

    В настоящее время волонтеры проводят здесь просветительскую работу.

  • Çimərliklərdən ilk görüntülər – VİDEO

    Bu gündən Azərbaycanda çimərliklərin fəaliyyətinə icazə verilib və cimerlik.az saytı aktivləşib.

    Qafqazinfo xəbər verir ki, artıq monitorinq olunmuş və reyestrə daxil edilmiş çimərliklər vətəndaşların istifadəsi üçün tam hazırdır.

    Hazırda çimərliklərdə könüllülər tərəfindən səsgücləndiricilər vasitəsilə maarifləndirmə işləri aparılır.

  • İsveçdə karantindən imtinanın nəticələri qiymətləndirilir

    Mütəxəssislər İsveçin karantindən imtina etməsinin gözlənilməz nəticəsini elan ediblər.

    “RİA Novosti” xəbər verir ki, hökumət ikinci rüb üçün ilkin iqtisadi hesabatı hazırlayır.

    Təhlilçilər bunun ölkədə ÜDM-nin (Ümumi Daxili Məhsul) yeddi faiz azalmasını əks etdirəcəyinə inanırlar.

    “Bu, Şimali Avropanın ən böyük iqtisadiyyatı üçün görünməmiş rəqəmdir. Bununla birlikdə, o, koronavirusun artması səbəbindən sərt karantin tətbiq edilən Avrozonanın əksər ölkələrindəkindən daha aşağı göstərici olacaq”, – deyə qeyd edilir.

    Mütəxəssislər belə bir viral strategiyanın gələcəkdə İsveç iqtisadiyyatına necə təsir edəcəyini deyə bilmirlər. O, qonşu Danimarka və Norveçlə müqayisədə daha sürətlə bərpa olacaqmı?

    Bununla yanaşı, bildirilir ki, karantinin rədd edilməsi ölkədə COVID-19-dan ölüm statistikasını artırıb.

  • Daily Sabah опубликовала статью “Влияние армянской агрессии и глобального кризиса на Азербайджан”

    Высокопоставленный менеджер и азербайджанский предприниматель Рауф Рустамов на страницах Daily Sabah опубликовал материал под названием “Влияние армянской агрессии и глобального кризиса на Азербайджан”.

    В публикации отмечается, что Армения бесстыдно держит под оккупацией Нагорно-Карабахский регион и семь прилегающих районов Азербайджана, но мир не реагирует на эту агрессию на ожидаемом уровне.

    Р.Рустамов уверен, что вместе с правильной реакцией парламентариев Турции и поддержкой турецкой нации, эта ситуация будет доведена до международного сообщества.

    Автор пишет, что, поддерживая тесное сотрудничество со Всемирной организацией здравоохранения (ВОЗ), правительство Азербайджана приняло правильные и своевременные решения, чтобы предотвратить превращение этой пандемии в национальный кризис.

    Говорится, что на поддержку борьбы с вирусом были выделены необходимые средства.

    Вместе с тем автор подчеркивает, что в то время, как нефть и связанные с ней отрасли промышленности были в первую очередь затронуты кризисом COVID-19, факт индустриального перехода в Азербайджане с 2008 года с целью сокращения нефтяной зависимости помог минимизировать влияние нового кризиса на государство.

    Также сообщается, что мы добились положительных результатов от азербайджано-турецкого сотрудничества во время данного неожиданного глобального кризиса.

  • “Daily Sabah” qəzetində “Erməni təcavüzünün və qlobal böhranın Azərbaycana təsiri” adlı məqalə dərc edilib

    Yüksək səviyyəli azərbaycanlı menecer və sahibkar Rauf Rüstəmovun “Daily Sabah” qəzetində “Erməni təcavüzünün və qlobal böhranın Azərbaycana təsiri” adlı məqaləsi dərc edilib.

    Müəllif qeyd edir ki, Ermənistan Dağlıq Qarabağ bölgəsini və onunla sərhəddə olan yeddi rayonu işğal altında saxlayır, amma dünya bu təcavüzə gözlənilən səviyyədə reaksiya vermir.

    Müəllif əmindir ki, Türkiyəli parlamentarilərin düzgün reaksiyası və türk millətinin dəstəyi ilə bu vəziyyət beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılacaq.

    Bununla yanaşı, qeyd olunur ki, Azərbaycan hökuməti Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə sıx əməkdaşlığını davam etdirərək, pandemiya vəziyyətinin milli böhrana çevrilməməsi üçün vaxtında və düzgün qərarlar qəbul etdi. Virusla mübarizəyə dəstək vermək üçün lazımi sərmayələr ayrıldı.

    Müəllif qeyd edir ki, neft və onunla əlaqəli olan sənaye sistemi COVID-19 böhranından təsirləndiyi vaxtda, Azərbaycanın neftdən asılılığını azaltmaq üçün 2008-ci ildən bəri həyata keçirdiyi sənaye keçidi bu təsirin minimuma endirilməsinə kömək etdi.

    Məqalədə gözlənilməz qlobal böhran dövründə Azərbaycan-Türkiyə əməkdaşlığından müsbət nəticələr qazandığımız da qeyd olunur.