Month: August 2020

  • Tibbi maskadan istifadə etməyənlər cərimələndi – VİDEO

    Şəkidə qapalı məkanlarda tibbi maskadan istifadə etməyən şəxslərə qarşı reyd keçirilib.

    Baku TV xəbər verir ki, Şəkidə koronavirusun yayılmasının qarşısının alınması məqsədilə qapalı məkanlarda tibbi maskalardan istifadə etməyən şəxslərə qarşı tədbirlər davam etdirilir.

    Polis əməkdaşları tərəfindən şəhər ərazisində yerləşən böyük supermarketlərdə keçirilən reyd zamanı bəzi müştərilərin tibbi maskadan istifadə etmədiyi aşkar olunub.

    Həmin şəxslərlə profilaktik söhbətlər aparılıb, sanitar-gigiyenik tələblər izah olunub. Tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadənin zəruriliyi bildirilib.

    Tibbi maskadan istifadə etməyən şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib edilib, onlar 100 manat məbləğində cərimə olunublar.

  • Bakıda 32 yaşlı kişi özünü yandırıb

    Bakıda intihar hadisəsi baş verib.

    APA-nın məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonunda qeydə alınıb.

    Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü Kərimov Məcid Asəl oğlu yaşadığı evin həyətində üzərinə benzin tökərək özünü yandırıb. Təcilli xəstəxanaya yerləşdirilən yaralını xilas etmək mümkün olmayıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Beyrutda 10 yanğınsöndürən itkin düşüb

    Ötən gün Livanın paytaxtı Beyrutda baş verən güclü partlayışdan dərhal sonra hadisə yerinə yollanan 10 yanğınsöndürən itkin düşüb.

    REN TV-nin xəbərinə görə, bu barədə Beyrut şəhərinin qubernatoru Mərvan Əbbud məlumat verib.

    O bildirib ki, xilasedicilər hadisə yerinə iki avtomobildə gediblər, onları üç təcili tibbi yardım maşını müşayiət edib.

    Bir müddət sonra isə onlarla bütün əlaqə kəsilib.

    Qeyd olunur ki, Livan mülki müdafiə xidmətinin əməkdaşları bu saata qədər yanğını tam söndürə bilməyib.

    Xatırladaq ki, Livanın paytaxtı Beyrutdakı limanda ammonium-nitrat saxlanılan anbarda baş vermiş güclü partlayış nəticəsində 100-dən çox şəxs həlak olub, minlərlə insan yaralanıb.

  • Bakıda bir milyon manatlıq qızılı oğurlanan şəxs bankda çalışırmış, keçmiş əri isə…

    Bakıda bir milyon manat dəyərində qızıl-zinət əşyası oğurlanan şəxsin kimliyi bilinib.

    Hüquq-mühafizə orqanlarından Oxu.Az-a daxil olan məlumata görə, qızılları oğurlanan şəxs Zülfiyyə Əliyevadır.

    O, banklardan birində hüquqşünas vəzifəsində çalışır.

    Qeyd edək ki, Z.Əliyevanın keçmiş həyat yoldaşı tikinti şirkətlərindən birinin rəhbəri olub. Cütlüyün üç uşağı var. Onlar atası ilə yaşayır.

  • Azərbaycan beynəlxalq təşkilatlardan kredit istəyir? – RƏSMİ

    “Koronavirus pandemiyasının iqtisadiyyata mənfi təsirlərinə baxmayaraq, Azərbaycan beynəlxalq qurumlardan kredit alınması üçün müraciət etməyib”.

    Oxu.Az-ın xəbərinə görə, bunu Milli Məclisin iclasında Maliyyə naziri Samir Şərifov bildirib.

    Onun sözlərinə görə, Azərbaycan öz maliyyə ehtiyatları hesabına koronavirusla mübarizə aparır.

    S.Şərifov bildirib ki, dünyanın bir çox ölkələrində ÜDM-nin həcmi aşağı düşüb.

    “Azərbaycanda ÜDM-lə bağlı azalma var, amma vəziyyət o qədər pis deyil”, – deyə S.Şərifov əlavə edib.

  • Beyrutdakı dəhşətli partlayışın səbəbi məlum oldu – VİDEO

    Livanın paytaxtı Beyrutda baş verən güclü partlayışın ilkin səbəbləri açıqlanıb.

    Livanın “LBC International” telekanalı məlumat verir ki, Beyrut limanında baş vermiş partlayış aparılan qaynaq işləri zamanı 2 700 ton selitrin partlaması nəticəsində meydana gəlib.

    “Oğurluq hallarının qarşısını almaq məqsədilə hasardakı dəliklərdə qaynaq işlərinin icra edildiyi zaman 2 700 ton selitr partlayıb”, – telekanal hüquq-mühafizə orqanlarının ilkin nəticələrinə istinadən xəbər verir.

    Livan Səhiyyə Nazirliyinin məlumatına görə, partlayış nəticəsində 78 nəfər ölüb, dörd mindən artıq insan yaralanıb.

    Hazırda Beyrut fəlakət bölgəsi elan edilib.

  • DİM qəbul imtahanının ikinci mərhələsinə hazırlaşanlara müraciət etdi

    DİM qəbul imtahanının ikinci mərhələsinə hazırlaşanlara müraciət edib.

    Bildirilib ki, abituriyentlər fənlər üzrə tapşırıq nümunələri ilə “Abituriyent 1” jurnalında tanış ola bilərlər.

    Xatırladaq ki, 2020-ci ilin fevral ayında nəşr olunun jurnalda qəbul imtahanının ikinci mərhələsi üçün I, II, III və IV ixtisas qruplarına daxil olan fənlər üzrə tapşırıq nümunələri də dərc olunub.

    İmtahana hazırlaşan abituriyentlər öyrəndiklərini yoxlaya bilmələri üçün jurnalın 68-112-ci səhifələrində verilmiş tapşırıq nümunələri ilə tanış ola bilərlər.

    Qəbul imtahanı modelinə əsasən, hər fənn üzrə 30 tapşırıq verilir. Bu tapşırıqların 22-si qapalı, səkkizi isə açıq tiplidir.

    Açıq tipli tapşırıqlardan üçü yazılı şəkildə cavablandırılması tələb olunan situasiya, mətn və yaxud mənbə əsasında hazırlanan tapşırıqlardır. Digər açıq tipli tapşırıqlar uzun müddət istifadə olunan hesablama, seçim, uyğunluğu müəyyənetmə tipli tapşırıqlardır.

    Jurnalın 113-121-ci səhifələrində tapşırıq nümunələrinin düzgün cavabları və qiymətləndirmə meyarları da verilib.

    Jurnal iki dildə – Azərbaycan və rus dillərindədir.

  • Belarus hökuməti ölkəyə səfər edən Azərbaycan vətəndaşlarını karantinə yerləşdirməyəcək

    Belarus Respublikasının Səhiyyə Nazirliyi beş ölkənin turistləri üçün iki həftəlik məcburi karantin müddətini ləğv edib.

    4 avqust 2020-ci il tarixindən etibarən Azərbaycan, Tanzaniya, Şri-Lanka, Monqolustan və Fici adasından Belarusa səfər edəcək şəxslər də məcburi karantinə yerləşdirilməyəcək.

    Qeyd edək ki, son məlumatlara əsasən, Belarusda 68 250 nəfər COVID-19 virusuna yoluxub. 574 xəstə pandemiyanın qurbanı olub.

  • Hannover şəhərində Azərbaycan ordusuna dəstək mitinqi keçirilib

    Almaniyanın Hannover şəhərində Ermənistanın son hərbi təxribatlarına etiraz və düşmənin xain hücumunun qarşısını böyük şücaətlə alan Azərbaycan silahlı qüvvələrinə dəstək məqsədilə mitinq keçirilib.

    Bununla bağlı Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

    “Bakı” Almaniya-Azərbaycan Dostluq Cəmiyyətinin təşkil etdiyi aksiyada soydaşlarımızla yanaşı, türk və digər icmaların üzvləri də iştirak ediblər.

    Azərbaycan, Türkiyə və Almaniyanın dövlət bayraqlarının, Aprel və Tovuz döyüşlərində həlak olan şəhidlərimizin şəkillərinin və müxtəlif şüarların nümayiş etdirildiyi mitinqdə çıxış edənlər Ermənistanın işğalçı və təcavüzkar siyasətini, ermənilərin Los-Anceles, Brüssel, Londonda etiraz aksiyaları keçirən azərbaycanlılara milli nifrət zəminində hücum etmələrini kəskin şəkildə pisləyiblər.

    Natiqlər Qarabağın Azərbaycan torpaqları olduğunu bir daha bəyan edərək, Almaniya hökumətindən və dünya birliyindən Xocalı kimi dəhşətli soyqırımı törədən Ermənistanın ciddi şəkildə cəzalandırılması, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün bərpa olunması üçün qətiyyətli addımlar atılmasını tələb ediblər.

    Mitinq ərzində qəhrəman şəhidlərimizin adları bir-bir çəkilib, “Vur, keç səngəri, Azərbaycan əsgəri!”, “Şəhidlər ölməz, Vətən bölünməz!”, “Erməni terroruna son!”, “Erməni təcavüzünə son!”, “Qarabağ Azərbaycandır!”, “Qarabağ bizimdir, bizim olacaq” və sair şüarlar səsləndirilib.

  • Президент Ильхам Алиев выделил средства на продолжение реконструкции автодорог в Баку

    Президент Азербайджана Ильхам Алиев 5 августа подписал распоряжение о дополнительных мерах по продолжению реконструкции автомобильных дорог на территории Ясамальского района Баку.

    Текст документа опубликован АЗЕРТАДЖ.

    Согласно распоряжению, для продолжения работ по реконструкции дорог в Ясамальском районе столицы из распределения государственных капиталовложений (инвестиционных расходов), предусмотренных в госбюджете на 2020 год на строительство и реконструкцию автодорог, Государственному агентству автомобильных дорог АР выделяется 2 650 000 манатов.

    Министерству финансов поручено обеспечить финансирование в указанной сумме, Кабинету министров – решить вытекающие из данного распоряжения вопросы.