Month: August 2020

  • Bakıda saxta pul çap edənlər tutuldu

    Bakıda saxta pul hazırlayan şəxslər aşkarlanıb.

    Trend-in məlumatına görə, hadisə avqustun 21-də Yasamal rayonu, B.Məcidov küçəsində yerləşən mağazada baş verib.

    Həmin mağazadan telefon almaq üçün beş ədəd 50 manatlıq saxta əskinas, avqustun 23-də Nəsimi rayonu 20 Yanvar küçəsində dönər evindən bir ədəd 50 manat saxta əskinas verilməsi ilə bağlı polisə məlumat daxil olub.

    Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxta əskinas dövriyyə buraxmaqda şübhəli bilinən Yasamal rayon ərazisində kirayə yaşayanlar – 1992-ci il təvəllüdlü Xaləddin Məmmədov və pulları hazırlayan əvvəllər məhkum olunan, 1991-ci il təvəllüdlü Rəşad Hacıyev tutulub.

    Onların yaşadığı mənzildən saxta pul hazırlayan çap vasitələri və X.Məmmədovdan səkkiz ədəd saxta 50 manatlıq əskinaslar götürülüb.

    Faktla bağlı araşdırmalar davam etdirilir.

  • Ильхам Алиев и Мехрибан Алиева на открытии общежития после реконструкции в поселке Бузовна – ФОТО/ВИДЕО

    Президент Азербайджана Ильхам Алиев и Первый вице-президент Мехрибан Алиева 26 августа приняли участие в открытии после реконструкции семиэтажного здания общежития на 99 квартир в поселке Бузовна Хазарского района Баку.

    Об этом сообщает АЗЕРТАДЖ.







  • İlham Əliyev və Mehriban Əliyeva Buzovnada yataqxana binasının açılışında – YENİLƏNİB + FOTO/VİDEO

    Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva avqustun 26-da Bakının Xəzər rayonunun Buzovna qəsəbəsində yenidən qurulan 99 mənzildən ibarət yeddimərtəbəli yataqxana binasının açılışında iştirak ediblər.

    AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyevə və Birinci vitse-prezidentə Mehriban Əliyevaya yataqxana binası barədə məlumat verilib.

    Bildirilib ki, binadakı mənzillər 1, 2 və 3 otaqlıdır. Yeni yataqxana binası “Azəriqaz” QSC-nin “Bakqazmaş” zavodunun qəzalı vəziyyətdə olan beşmərtəbəli yataqxanasının yerində inşa edilib.

    Heydər Əliyev Fondunun layihəsi çərçivəsində tikilən binada mənzillər tam təmirlidir və zəruri avadanlıqla təchiz olunub.

    * * * * *

    Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva avqustun 26-da Bakının Xəzər rayonunun Buzovna qəsəbəsində yenidən qurulan 99 mənzildən ibarət yeddimərtəbəli yataqxana binasının açılışında iştirak ediblər.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb.







  • Ailənin qızı üçün topladığı cehizlər yandı

    Biləsuvar rayonunda yanğın baş verib.

    Report-un məlumatına görə, hadisə rayonun Xırmandalı kəndində Xankişiyev Saleh Məhəmməd oğluna məxsus evdə qeydə alınıb.

    Yanğın nəticəsində ailənin qızı üçün topladığı cehizləri də yanıb. Yanğın söndürülüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Жителя Абшерона подозревают в нанесении ножевых ранений жене

    В прокуратуру Абшеронского района поступила информация о том, что 15 августа, около 06:00, местную жительницу Шахану Мамедову ударили ножом.

    Как сообщили в надзорном ведомстве, сотрудники прокуратуры и полиции провели осмотр места происшествия.

    По данному факту возбуждено уголовное дело по статье 29, 120.1 (покушение на убийство) УК АР.

    В ходе расследования установлено, что женщину на почве ревности ударил ножом ее муж Баба Мамедов.

    Он привлечен к следствию в качестве подозреваемого. Решением суда в его отношении избрана мера пресечения в виде ареста.

    Расследование продолжается.

  • Abşeronda kişi arvadını qısqanclıq zəminində bıçaqlayıb

    Avqustun 15-də Abşeronda bıçaqlanma hadisəsi baş verib.

    Abşeron Rayon Prokurorluğundan verilən məlumata görə, rayon sakini Şəhanə Məmmədova əri Baba Məmmədov tərəfindən bıçaqlanıb.

    Bildirilir ki, prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və digər prosessual hərəkətlər yerinə yetirilib.

    Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

    Aparılan araşdırmalar nəticəsində hadisənin qısqanclıq zəminində baş verməsi müəyyən olunub.

    B.Məmmədov Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

  • Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının növbəti iclası keçirilib

    Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının videokonfrans formatında növbəti iclası keçirilib.

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən xəbərə görə, iclasda Prezident İlham Əliyevin 2017-ci il 9 oktyabr tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qeyri-formal məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı” çərçivəsində 2020-ci ilin ilk yarısında görülən işlər, əldə edilən nəticələr və qarşıda duran vəzifələr müzakirə edilib.

    Baş nazirin müavini, Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının sədri Əli Əhmədov cari ilin ilk yarısında qeyri-formal məşğulluq sahəsində görülmüş işlər və əldə edilmiş nailiyyətlər barədə ətraflı məlumat verib.

    Komissiyanın sədri son illər dövlət tərəfindən əmək münasibətləri iştirakçılarının hüquq bərabərliyinin təmin edilməsi, qanuni mənafelərinin qorunması, əmək müqaviləsi üzrə öhdəliklərinin icrasına hüquqi təminatın yaradılması istiqamətində sistemli və məqsədyönlü tədbirlər həyata keçirildiyini qeyd edib.

    Görülən məqsədyönlü tədbirlərin vətəndaşların əmək hüquqlarının qorunması, işçilərin maddi, sosial tələbatlarının ödənilməsi və layiqli həyat səviyyələrinin əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasına səbəb olduğu vurğulanıb.

    İclasda Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini, Qanunvericilik və idarəetmə üzrə işçi qrupunun rəhbəri Anar Əliyevin “Azərbaycan Respublikasında qeyri-formal məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı” çərçivəsində hazırlanmış və razılaşdırılması başa çatdırılmamış qanunvericilik layihələri barədə məruzəsi dinlənilib.

    Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Komissiyanın tapşırığına uyğun olaraq tikinti sahəsində qeyri-formal məşğulluq hallarının azaldılması ilə bağlı aidiyyəti qurumlarla birgə hazırlanan təkliflərlə əlaqədar çıxış edib.

    Müzakirələrdə İqtisadiyyat naziri Mikayıl Cabbarov, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev, Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev çıxış edərək müzakirə olunan məsələlərə dair münasibət bildiriblər.

    Eyni zamanda, “Azərbaycan Respublikasında qeyri-formal məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”nın icrası ilə əlaqədar Dövlət Başçısına təqdim ediləcək hesabatın layihəsi müzakirə edilərək qəbul olunub.

    İclasın sonunda Komissiyanın sədri Əli Əhmədov qarşıda duran vəzifələrlə bağlı, o cümlədən, ölkədə qeyri-formal məşğulluğun qarşısının alınmasına, bu istiqamətdə qanunvericilik aktlarının təkmilləşdirilməsinə, əmək ehtiyatlarının keyfiyyətcə yaxşılaşdırılmasına və iqtisadi fəallığın yüksəldilməsinə yönəlmiş tədbirlərin daha da gücləndirilməsinə dair müvafiq tapşırıqlarını verib.

  • Balakəndə ev yandı

    Balakən rayonunun Qabaqçöl qəsəbəsində ev yanıb.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

    Bildirilir ki, ümumi sahəsi 120 kvadrat metr olan köməkçi tikilinin taxta konstruksiyalardan ibarət tavanı 60 kvadrat metr sahədə və içərisində ev əşyaları külə dönüb.

    Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • Azərbaycanda yeniyetmə dörd dəfə doğuş etdi

    “Azərbaycanda bəzi yeniyetmələr üçüncü və dördüncü dəfə uşaq dünyaya gətirirlər”.

    Median.Az xəbər verir ki, bu fikri Media.Az-a müsahibəsində Azərbaycan İnsan Hüquqları Mərkəzinin rəhbəri Eldar Zeynalov bidirib.

    Onun fikrincə, ölkədə erkən nikahların çoxu cənub bölgələrində baş verib: “17 yaşlı bir qızın dördüncü dəfə doğuş etməsini təsəvvürünüzə gətirirsinizmi?! Belə çıxır ki, o, aktiv cinsi həyat yaşayır, bu kimi hallara diqqət yetirmək lazımdır.

    Uşağa təcavüz faktına görə isə heç kim məsuliyyət daşımır. Nə təcavüzkar, nə valideyn, nə dini nikah mərasimini keçirən molla, nə küçədə hamilə azyaşlı qızı görən və gözlərini yuman rayon polis işçisi, nə də körpəni dünyaya gətirən həkim”.

    Dövlət Statistika Komitəsinin məlumatına görə, 2018-ci ildə Azərbaycanda 15 yaşdan 17 yaşa qədər qızların 2000-2500 doğuş etməsi faktı qeydə alınıb.

  • Baş infeksionistin evindən oğurlanan 160 mindən nə xəbər var? — Özü danışdı

    Azərbaycanın baş infeksionisti Cəlal İsayevin evindən edilən oğurluq hadisəsi ilə bağlı araşdırma aparılır.

    Median.Az xəbər verir ki, bunu ölkə.az saytının əməkdaşına özü açıqlamasında bildirib.

    Onun sözlərinə görə cinayət hadisəsi ilə bağlı saxlanılan şəxslər var və araşdırmalar hələdə davam edir.

    Qeyd edək ki, bir il əvvəl Bakı şəhəri, Xətai rayon sakini Cəlal İsayev polisə ərizə ilə müraciət edərək yaşadığı evdən 72 min ABŞ dolları (122000 AZN), 2500 manat pul və 20 min ABŞ dolları (34000 AZN) dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib. Polisə daxil olan məlumat əsasında araşdırmalara başlanıb.