Month: August 2020

  • Цены на нефть меняются разнонаправленно

    Мировые цены на нефть меняются разнонаправленно в ходе торгов 26 августа, передает RT.

    Октябрьские фьючерсы на нефть WTI подорожали на 0,09%, составив 43,39 доллара за баррель.

    Фьючерсы на нефть марки Brent с поставкой в октябре подешевели на 0,41% – до 46,05 доллара за баррель.

  • Neftin son qiyməti

    Dünya bazarında neftin qiymətində dəyişiklik müşahidə olunub.

    RT neftin avqustun 26-na olan qiymətləri barədə məlumat yayıb.

    WTI markalı neftin oktyabr fyuçersləri 0,09 faiz artaraq bir bareli 43,39 dollar (73,763 manat) olub.

    Oktyabr tədarükü üçün “Brent” markalı neftin fyuçersləri 0,41 faiz azalaraq 46,05 dollar (78,285 manat) təşkil edib.

  • Число инфицированных COVID-19 в мире превысило 24 000 000

    По данным на утро 26 августа, число инфицированных коронавирусом (COVID-19) в мире достигло 24 061 834.

    За весь период пандемии скончались 823 529 человек, выздоровели – 16 609 525.

    Больше всего инфицированных в США (5 955 728). На 2-м месте – Бразилия (3 674 176), на 3-м – Индия (3 234 474). В первую пятерку также входят Россия (966 189) и ЮАР (613 017).

    По числу жертв инфекции лидируют Соединенные Штаты – 182 404, вылечились 3 254 282 человека.

    Иран с 363 363 заболевшими занимает 11-е место, Турция (261 194) – 17-е.

    В Армении коронавирусом заразились 42 936 человек, в Грузии – 1429.

    Среди соседних стран наиболее высокая смертность от COVID-19 зафиксирована в Иране – 20 901 летальный исход.

    На сегодня в Азербайджане подтверждены 35 559 случаев инфицирования коронавирусом, 33 190 человек вылечились, 521 – скончался.

  • Dünyada koronavirusa yoluxanların sayı 24 milyonu keçdi – STATİSTİKA

    Dünyada 24 061 737 nəfərdə koronavirus aşkarlanıb.

    Virusa yoluxan 823 529 xəstə ölüb, 16 609 263 nəfər sağalıb.

    Yoluxma sayına görə ilk üçlükdə 5 955 728 yoluxma ilə ABŞ, 3 674 176 yoluxma ilə Braziliya, 3 234 474 yoluxma ilə Hindistan yer alıb.

    Rusiya 966 189 yoluxma ilə dördüncüdür.

    İranda 363 363, Türkiyədə 261 194, Ermənistanda 42 936, Gürcüstanda 1 429 nəfərdə koronavirus qeydə alınıb.

    Azərbaycanda koronavirus indiyə qədər 35 559 nəfərdə müəyyən edilib. Virusa yoluxan 521 nəfər ölüb, 33 190 nəfər sağalıb.

  • “Sizin də qadınlarınız, qızlarınız mənim kimi ulayacaq” – Gülər Əhmədovadan inanılmaz sözlər

    “Abel Məhərrəmov, etiraf elə, kimin tapşırığı ilə mənim əyani aspiranturada oxuyan oğlumu qovub ömrü boyu unutmayacağı zərbə vurdun? Bir gəncin gələcəyini məhv etdin. Niyə? Neyləmişdi o gənc sənə?”.

    Yenisabah.az xəbər verir ki, bunu keçmiş deputat Gülər Əhmədova bildirib. Keçmiş deputat daha sonra Abel Məhərrəmovun onu hakim Yeni Azərbaycan Partiyasından (YAP) xaric etməsindən danışıb:

    “Niyə BDU-da uçotda olmaya-olmaya məni YAP-dan çıxardın? Halbuki, Yasamal YAP-ının sədri rəhmətlik Fikrət müəllim ” O xanımın YAP-da əziyyəti çoxdur, mən onu çıxarda bilmərəm” demişdi. İsrarla neçə gün dalbadal “Gəlin ərizə yazın, partiyadan çıxın” mesajı göndərirdin. Mən nə dedim?

    Dedim ki, mən əqidəmdəm istefa vermirəm. İstəyirsən çıxart. Həbsdən sonra Cənab Prezidentə müraciət etdim ki, mən adi müəllim işləmək istəyirəm. Kiçik övladım həbsxanaya yanıma gələndə qapıdakı itlərdən, üst-başının aranmasından, mənim həbsimdən ciddi psixoloji sarsıntı keçirib, onunla məşğul olacağam. Sizə məni işlə təmin etmək tapşırıldı”.

    Gülər Əhmədovanın sözlərindən aydın olur ki, Abel Məhərrəmova onu işlə təmin etmək tapşırılıb. Keçmiş rektor tapşırığa əməl etsə də, 2 ay sonra Gülər Əhmədovanı işdən çıxmaq barədə ərizə yazmağa məcbur etməyə çalışıb:

    “Bu tapşırıq veriləndə 2014-cü ilin may ayı idi. 2 aydan sonra məni 4 prorektorunuz ilə birlikdə kabinetinə çağırıb”. İşdən çıxmaq haqqında könüllü ərizə yaz, yoxsa statya ilə çıxaracağam” dediniz. Nə həbs olunanda, nə də həbsdən azad olunanda ağlamayan mən ağladım, özümə görə deyil, Prezidentimə görə ağladım. Sizin riyakarcasına onu aldatdığınıza görə ağladım. Sizə “Prorektorları niyə bura yığmısınız? Kimə şahidlik edirlər? Bu ölkədə Prezidentdən də böyük kim var ki, onun qərarını pozursunuz” dedim.

    Çox sərt idin, Abel Məhərrəmov, çox. “Yaz, artıq-əskik danışma” dedin. Yazdım. Ona görə yazdım ki, o şərçi-böhtançı it sürüsünü yenə üstümə sala bilərdiniz. Yenə həbs etdirərdiniz artıq sizin qəddarlığınızı, şər-böhtanlarınızı, bütün ailəmi işsiz-gücsüz qoyduğunuzu, bir ailəni necə məhv etdiyinizi görmüşdüm. Bilirdim ki, özünüzü fövqəlbəşər sayırsınız.

    Allah bəlanızı versin.

    Mənə, övladlarıma yaşatdığınız bütün əzablar bumeranq kimi sizə qayıdacaq. Sizin də, övladlarınızın da üzünə qapılar bağlanacaq. Sizin də qadınlarınız, qızlarınız sübh namazına kimi mənim kimi ulayacaq.

    Siz də utandığınızdan nə həyat yoldaşınızın, nə də övladlarınızın üzünə baxa bilməyəcəksiniz, diliniz qısa olacaq. Deyə bilməyəcəksiniz ki, mən vəfasız, qəddar, mərhəmətsiz ,ədalətsiz ,qisasçı, naxələf adamlarla yoldaşlıq etmişəm.

    Allah var, Abel Məhərrəmov! Var Allah!Əlhəmdürillah!”

  • Tailandda həbsxanalar turistik məkana çevrilir

    Tailandın İslah Müəssisələri Nazirliyi ölkədəki 72 həbsxananı turistik məkana çevirməyi planlaşdırır.

    “Bangkok Post” bu barədə Tailandın ədliyyə nazirinin açıqlamasına istinadən məlumat yayıb.

    Ədliyyə naziri bildirib ki, belə həbsxanalarda aşpazlar üçün yemək müsabiqələri olacaq, qonaqların məhkumlar tərəfindən hazırlanmış əşyaları ala biləcəyi mağazalar açılacaq.

    Nazir xatırladıb ki, plan artıq beş həbsxanada həyata keçirilir.

  • Türkiyədə toylarda yemək və rəqs qadağan edildi

    Türkiyənin koronavirusa yoluxma sayında yenidən artım müşahidə edilir. Məhz bu səbəbdən bu gündən etibarən Türkiyədə yenidən məhdudiyyətlər tətbiq olunacaq.

    Daxili İşlər Nazirliyinin yeni qərarına əsasən Adana, Ankara, Ağrı, Bursa, Çorum, Diyarbakır, Erzurum, Gaziantep, Kayseri, Konya, Mardin, Şanlıurfa, Van və Yozqatda toy, xına, nişan mərasimləri bir saatdan artıq keçirilməyəcək. Toy və nikah zamanı yemək verilməyəcək, həmçinin rəqslər qadağan olunacaq.

    Bəylə gəlinin birinci dərəcəli qohumları istisna olmaqla 65 yaş və ondan yuxarı, eləcə də 15 yaşdan aşağı şəxslərin toylara gəlişi qadağandır.

    Məclislərdə maska və sosial məsafə qaydalarına əməl olunması vacibdir.

  • Daha 400 vətəndaşımız Rusiyadan Azərbaycana qayıdıb

    Daha 400 Azərbaycan vətəndaşı Rusiyanın Dağıstan Respublikasından ölkəmizə təxliyyə edilib.

    APA-nın xəbərinə görə, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin Dərbənd şəhərində olan əməkdaşı Tural Səfərov məlumat verib.

    Rusiya-Azərbaycan quru sərhədi vasitəsilə 400 Azərbaycan vətəndaşının vətənə qayıtması təmin olunub.

  • Nazir 43-cü bölmənin rəisi və 4 əməkdaşını İŞDƏN ÇIXARDI

    Binəqədi rayon polis idarəsinin 43-cü polis bölməsinin rəisi, polkovnik-leytenant Elşən Tağıyev və bir neçə əməkdaşı işdən çıxarılıb.

    Unikal.org-un əldə etdiyi məlumata görə, bununla bağlı Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, bölmənin rəis müavini, polis mayoru Ramin Səfərov, əməliyyatçılar Seymur Əliyev, Pərviz Məmmədzadə və Elvin Qafarov işdən çıxarılıb.

    Xəbəri Binəqədi rayon polis idarəsinin 43-cü polis bölməsindən Unikal.org-a təsdiqləyiblər.

  • Сегодня день рождения Первого вице-президента Азербайджана Мехрибан Алиевой

    Сегодня день рождения Первого вице-президента Азербайджана Мехрибан Алиевой.

    Мехрибан Ариф гызы Алиева родилась в 1964 году в городе Баку.

    В 1981 году, окончив с золотой медалью среднюю школу №23 города Баку, поступила на лечебно-профилактический факультет Азербайджанского государственного медицинского института имени Наримана Нариманова.

    В 1988 году с отличием окончила Первый Московский государственный медицинский институт имени И.М.Сеченова.

    В 1988-1990 годах прошла клиническую ординатуру Первого Московского медицинского института им. И.М. Сеченова по специальности “Глазные болезни”.

    В 1988-1992 годах работала в Москве в Научно-исследовательском институте глазных болезней.

    В 1995 году учредила Фонд культуры Азербайджана, который возглавляет в настоящее время.

    В 1996 году с целью более широкой пропаганды азербайджанской культуры учредила журнал “Азербайджан – Ирс”, издающийся на трех языках (азербайджанском, английском и русском).

    В октябре 2002 года была избрана президентом Федерации гимнастики Азербайджана.

    С 2004 года возглавляет Фонд Гейдара Алиева, созданный с целью изучения богатого политического наследия общенационального лидера азербайджанского народа и пропаганды его идей национальной государственности.

    В августе 2004 года за заслуги в сохранении и развитии устной народной литературы и национального музыкального наследия Азербайджана была удостоена почетного звания Посла доброй воли ЮНЕСКО.

    В декабре 2004 года на IV Генеральной ассамблее Национального олимпийского комитета Азербайджанской Республики была избрана членом Исполнительного комитета НОК.

    С 2004 года является членом Политического совета, а с 2013 года – заместителем председателя Партии “Ени Азербайджан”.

    В 2005 году получила ученую степень доктора философии по философии.

    В 2005, 2010 и 2015 годах избиралась депутатом Милли Меджлиса Азербайджанской Республики третьего, четвертого и пятого созывов.

    В ноябре 2006 года за широкомасштабную деятельность в гуманитарной сфере, в том числе за большую поддержку развития межцивилизационного и межкультурного диалога, пропаганды исламского культурного наследия и решения проблем детей, нуждающихся в заботе, была удостоена почетного звания Посла доброй воли ИСЕСКО.

    В июне 2016 года на проходящем в Баку IV Съезде азербайджанцев мира была избрана членом Координационного совета азербайджанцев мира.

    21 февраля 2017 года была назначена Первым вице-президентом Азербайджанской Республики. В связи с этим 6 марта 2017 года были приостановлены ее полномочия депутата Милли Меджлиса Азербайджанской Республики.

    Замужем, имеет двух дочерей, сына и пятерых внуков.

    Коллектив Median.Az сердечно поздравляет Первого вице-президента Мехрибан Алиеву с днем рождения!