Month: August 2020

  • Xırdalanda 22 yaşlı gənc bıçaqlandı

    Abşeronda bıçaqlanma hadisəsi baş verib.

    “Report”un məlumatına görə, hadisə rayonun Xırdalan şəhərində qeydə alınıb.

    Belə ki, Mübahisə zəmnində bıçaqlanan 1998-ci il təvəllüdlü Mehraliyev Şahlar Hidayət oğlu bıçaqlanıb.

    Yaralı təcili yardımın köməyi ilə xəstəxanaya çatdırılıb.

    Müayinə zamanı ona döş qəfəsinin və sağ bud nahiyəsində iki ədəd kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Valideynləri “selfi” çəkərkən içində uşaqlar olan maşın dağdan üzüaşağı hərəkət etdi – VİDEO

    Validenyləri təbiət fonunda şəkil çəkdirdikləri vaxt içərisində yeddi və 10 yaşlarında uşaqlar olan avtomobil dağdan üzüaşağı hərəkət etməyə başlayıb.

    REN TV-nin məlumatına görə, hadisə Rusiyanın Çelyabinsk vilayətində baş verib.

    Məlumata görə, “Toyota Hilux” markalı pikap tövləyə çırpıldıqdan sonra dayanıb. Maşında olan hər iki uşaq xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib.

    Hadisə ilə bağlı yoxlamalara başlanılıb.

  • ETSN: “Son iki ildə 647 meşəbəyi işdən çıxarılıb”

    Meşələrin qırılaraq mebel sexlərinə verilməsi məsələsi barədə çoxlusayda şikayətlər var, həmin hadisələrlə bağlı aparılan araşdırmalar göstərib ki, bəzi meşə gözətçiləri də bu işlərdə kimlərləsə əlbir olub.

    Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi rəsmi Facebook səhifəsində “Ekspert saatı” adlı verilişdə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə deyib.

    Onun sözlərinə görə, səriştəsizliyə yol verən əməkdaşlarla bağlı lazımi tədbirlər görülüb:

    “2019-2020-ci ilin 7 ayı ərzində 647 meşə gözətçisi işdən çıxarılıb. Hər biri sübuta yetirilən araşdırmalar nəticəsində işdən azad edilib. Bu çox ciddi rəqəmdir. Bu istiqamətdə işlərimiz davam edir. Amma insanlar da nəzaərə almalıdır ki, ölkəmizin il ərzində 64 min kub metr odun tədarükünə ehjtiyacı var. Burada söhbət Təhsil Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və digər ucqar regionlarda yaşayan əhalinin təchizatından gedir. Azərbaycan bu sahədə inkişaf etmiş ölkələrdən də irəlidədir, çünki ölkənin artıq 96 faizi qazlaşdırılıb. Digər qazlaşdırılmayan regionların isə odun tədarükü vacibdir. Bu proses zamanı odun tədarükü ilə bərabər bir sıra içlik materiallar da əldə edilir ki, onların da dəyəri nəzərə alınmaqla müxtəlif müəssisələrə satışı həyata keçirilir”.

    Mebel sexlərinin fəaliyyətinə toxunan H.Əlizadə onu da qeyd edib ki, artıq taxtadan, meşə materiallarından mebel düzəldilməsi epizodik hallarda müşahidə edilir:

    “Dünyada gedən proseslərin inkişafı onu göstərir ki, əksər hallarda sexlər süni materiallardan istifadə edir. İl ərzində təkcə qeyri-meşə fondu torpaqlarında 2019-2020-ci ilin 7 ayı ərzində 356 min ağac əkilib, meşə fondu torpaqlarında isə ötən il 1 milyon 524 min ədəd ağac, bu il isə 261 min ədəd isə bu il əkilib. Ümumilikdə iki il ərzində 1 milyon 800 min ədəd ağac əkilib deməkdir.

    Bunun müqabilində çox az sayda qanunsuz qırıntıların olması və ya odun tədarükü zamanı əldə edilən içlik materialların sexlərə verilməsi düşünürük ki, təbiətə böyük neqativ təsir etmir. Lakin qanunsuz halların olması barədə sizinlə razıyıq və sizin köməyinizlə bu sahədə mübarizəmizi aparmalıyıq”.

  • SOCAR поставит на днях в Белоруссию 94 тысячи тонн нефти

    Госнефтекомпания Азербайджана (SOCAR) планирует 26-27 августа поставить в Белоруссию очередную партию нефти объемом 94 000 тонн.

    Об этом сообщил во вторник корреспонденту ТАСС руководитель отдела по связям с общественностью SOCAR Ибрагим Ахмедов.

    “Сделка о поставке партии нефти была согласована несколько недель назад. Белорусская сторона запросила 93-94 000 тонн. Завтра или послезавтра из турецкого порта Джейхан будет отгружена партия азербайджанской нефти для Белоруссии объемом 94 000 тонн”, – сказал представитель SOCAR.

    В марте SOCAR отгрузила две танкерные партии азербайджанской нефти для Белоруссии: одна объемом 90 000 тонн, вторая – 85 000 тонн. Они были доставлены в порт Одессы. Оттуда через трубопровод Одесса – Броды сырье было транспортировано на белорусские НПЗ. Еще по одной танкерной партии нефти SOCAR отправила в Белоруссию в апреле, июне и июле. Объем апрельской и июньской партий составил по 85 000 тонн, июльской – 650 000 баррелей.

    С 1 января 2020 года у Белоруссии не было соглашения с российскими компаниями на поставку нефти по трубопроводу “Дружба” из-за спора вокруг размера премии к беспошлинной цене нефти.

  • SOCAR Belarusa 94 min ton neft göndərəcək

    Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 26-27 avqust tarixlərində Belarusa 94 min ton neft tədarük edəcək.

    TASS xəbər verir ki, bu barədə SOCAR-ın İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İbrahim Əhmədov bildirib.

    SOCAR rəsmisi qeyd edib ki, növbəti neft partiyasının tədarükü ilə bağlı bir neçə həftə əvvəl razılıq əldə edilib:

    “Sabah və ya sonrakı günlərdə Türkiyənin Ceyhan limanından Belarusa 94 min ton həcmində Azərbaycan nefti göndəriləcək”.

    Xatırladaq ki, bu ilin mart ayında SOCAR Belarusa iki tanker Azərbaycan nefti göndərmişdi.

  • Təhsillə bağlı yeni qayda TƏSDİQ EDİLDİ

    COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən tədbirlər nəzərə alınaraq, Təhsil Nazirliyinin Kollegiyasının 21.05.2020-ci il tarixli qərarı ilə “Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılmasının müvəqqəti Qaydası” təsdiq edilib.

    Median.Az
    xəbər verir ki, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib. Onun sözlərinə görə, qaydaya əsasən şagirdlərinin tədris ilinin I yarımili üçün yarımillik balları və qiymətləri onların tədris ili üzrə müvafiq olaraq illik balları və qiymətləri kimi qəbul edilib:

    “Hər hansı fənn üzrə illik qiyməti ilə razılaşmayan V-VIII və X sinif şagirdlərinə ümumi təhsil müəssisəsinə yenidən məktəbdaxili qiymətləndirmənin təşkili ilə bağlı müraciət etmək imkanı yaradılıb.
    Əldə olunan ilkin məlumatlara əsasən 20 minə yaxın şagird bu hüququndan istifadə etmək üçün müraciət edib.

    Ölkə ərazisində 31 avqust 2020-ci il tarixədək xüsusi karantin rejiminin tətbiq olunduğunu nəzərə alaraq, illik qiyməti ilə razılaşmayan və ya biliyi qiymətləndirməyən şagirdlərin biliyinin yenidən qiymətləndirilməsi prosesinin 21-31 avqust 2020-ci il tarixləri arasında aşağıdakı iki formadan biri və ya hər ikisi seçilməklə həyata keçirilməsi tövsiyə olunur:

    1. Microsoft Teams platformasında onlayn şəkildə;
    2. Məktəblərdə açıq hava şəraitində.

    Açıq hava şəraitində qiymətləndirmə “İmtahanlar zamanı koronavirus infeksiyasının (COVİD-19) profilaktikasına dair metodiki göstərişlər”in (əlavə olunur) tələbləri gözlənilməklə həyata keçirilir.

    Qiymətləndirmənin təşkili formasının müəyyənləşdirilməsi üçün məktəb rəhbərliyi tərəfindən məktəbin maddi-tədris bazası, texniki təminatı və şagird-müəllim heyətinin internet resurslarına çıxış imkanları araşdırılmalı, araşdırma nəticəsinə əsasən, qiymətləndirmə formasının keçirilməsiə dair qərar qəbul edilməli və bu barədə müəllimlərə, valideyn və şagirdlərə məlumat verilməlidir.

    Əlavə olaraq bildiririk ki, II-VIII və X siniflərdə məktəbdaxili qiymətləndirmənin nəticələrinə əsasən təhsilalanların sinifdən-sinfə keçirilməsi “Ümumi təhsil müəssisələrində şagirdlərin sinifdən-sinfə keçirilməsi haqqında müvəqqəti qaydalar”a əsasən tənzimlənir”.

  • Müqəddəs meyvə ƏNCİR – Bilmədiyiniz faydaları

    “Əncirə və zeytuna and olsun”. ( Qurani Kərim. Tin surəsi, 1).

    Peyğəmbərimizə (səlləlləhu aleyhi vəsalləm) birisi əncir verir, alandan sonra belə buyurur: “Əgər məndən cənnətdən hansı meyvə gəlmişdir soruşsalar, əncir deyərəm.”

    Sfera.az naturopat həkim Füzuli Hüseynovun Abşeron əncirinin faydaları barədə açıqlamasını təqdim edir.

    “Əncir liflərlə ən zəngin meyvələrdən biri olduğundan mədə və bağırsaqların işini normallaşdıran, şlaklardan təmizləyən ən yaxşı təbii vasitə hesab olunur. Əncir ziyanlı xolesterin səviyyəsini qısa zamanda salmaq gücünə malikdir, bunula da əncir bizim ürəyimizin “dostudur” deyə bilərik. Əncirin tərkibindəki kalium ürək əzələsinin vurma gücünü artırır, bizi infarktdan qoruyur.

    Əncirin tərkibində fenol adlı bir maddə var. Sintetik fenol zəhərli olsa da əncirin tərkibindəki fenol orqanizmə mənfi təsir etmir, əksinə mədə-bağırsaqlarda parazitlik edən mikroorqanizmləri öldürür. Bu səbəbdən də əncirdən lyambliya və başqa mikroorqanizmlərin törətdiyi xəstəliklərin müalicəsində istifadə oluna bilər. Quruəncirin tərkibində Omeqa-3 və Omeqa-6 yağ turşuları vardır ki, insan orqanizminin özündə istehsal olunmur. Bu turşular sayəsində bizim ürək, qan-damar sistemlərimiz mükəmməl işləyir, beynimiz bu turşular sayəsində çalışır.

    Arıqlamaq istəyənlər üçün əncir idealdır, tərkibində yağ yoxdur. Yüngül işlədici xüsusiyyəti sayəsində bağırsaqlardakı toksinləri təmizləyir, piylənmənin qarşısını alır.

    Əncir bütün meyvələrin içərisində ən çox minerala sahibdir. 50 qram əncirdə 280 mq kalium, 60 mq kalsium, 1.5 qram dəmir vardır. Uzun sürən xəstəliklərdən sonra orqanizmi bərpa etmək üçün ən yaxşı qidalardan biri əncirdir. Əncirin təzəsi kimi qurusu da mineral tərkibini və faydalı xüsusiyyətlərini saxlayır.

    Bəzi xəstələrin qanında kalsium çox olur, sümüklərində isə az, yəni sümüklərin kalsiumu mənimsəməsi zəifləyir. Belə halda əncirin təsiri olduqca yüksəkdir, çünki onun tərkibindəki kalsium rahat şəkildə bütünlüklə orqanizmə sorulur.

    Həmçinin əncirin tərkibində olan dəmirin misə nisbəti 2:1-dir, bu nisbət dəmirin daha yaxşı sorulmağını təmin edir.

    Uşaq və böyüklərdə yuxarı tənəffüs yollarının bronxit, bəlğəmli öskürək kimi xəstəlikləri və səs tutulması zamanı 300 qram südün içinə 5-6 ədəd quru əncir atılır, 5 dəqiqə qaynadılaraq gün ərzində yavaş-yavaş içilir.

    Ortadan yarı bölünmüş əncir meyvəsinin görünüşü qadın yumurtalığının strukturunun tam bənzəridir. Məlum olmuşdur ki, əncir qadınlarda follikulun yetişməsi prosesini sürətləndirir, bununla da qadın sonsuzluğunu müalicə edir.

    Əncir, həmçinin kişilərdə aktiv spermanın miqdarını əhəmiyyətli dərəcədə artırır, bununla da kişi sonsuzluğunun qarşısını alır.

    Səhər quru ənciri zeytun yağının içinə atın, günorta yeməkdən əvvəl yeyin. Günorta atıb axşam yeyin, axşam atdığınızı isə səhər yeyin. Bu üsulla 1 ay müddətində yeyilən əncir qurusu bronxit, bronxial astma, mədə xorası, qastrit, bağırsaq yaraları, babasil, qəbizlik, yüksək xolesterin, osteoporoz, prostatit, ezofagit (qida borusu yarası), öd durğunluğu, pankreatit kimi xəstəlikləri müalicə edir.

    Əncir ana südünü artırır, əzələ qıcolmalarını götürür, yüksək qan təzyiqini salır. Əgər çay içən zaman qənd əvəzinə quru əncir istifadə etsək, bədənimiz sağlam olar.

  • Şirkət işçisi qarət olunub

    Abşeronda şirkətlərin birində kassir işləyən kişi qarət olunub.

    Median.Az “Xezerxeber.az”a istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsi, Abşeron Rayon Polis İdarəsi və Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində Rövşən Cavadovun baş nahiyəsinə küt alətlə xəsarət yetirib avtomobilindən içərisində 7 000 ABŞ dolları və 5341 manat olan çantanı aparmaqda şübhəli bilinən Cəlilabad rayon sakinləri 24 yaşlı Əmrah Həmzəyev, əmisi oğlu 21 yaşlı Sücəddin Həmzəyev saxlanıb.

    Onlar hadisəni qabaqcadan planlaşdırdıqlarını, hətta buna bir neçə dəfə cəhd etdiklərini bildiriblər. 3-cü cəhddə isə onlar çirkin əməllərini həyata keçiriblər. Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri daha bir əməliyyatla gecə saatlarında Rəhman Məmmədova məxsus avtomobili qaçıran Lənkəran şəhər sakini 30 yaşlı Mirhüseyn Ocaqov tutulub. Araşdırma zamanı məlum olub ki, o maşın ustasıdır. Masazır kəndində avtomobillərin təmiri sexlərinin birində çalışır. Hər iki faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.

  • Azərbaycanda qızıl ucuzlaşdı

    Azərbaycanda qızıl ucuzlaşıb, gümüş isə bahalaşıb.

    Median.Az xəbər verir ki, avqustun 25-də qızılın qiyməti avqustun 24-ü ilə müqayisədə 0,204 manat (0,01 faiz) azalaraq 1 unsiya üçün 3 287,1625 manat təşkil edib.

    Gümüş 0,0685 manat (0,15 faiz) bahalaşaraq 1 unsiya üçün 45,1355 manata bərabər olub.

    Platinin qiyməti 11,7045 manat (0,75 faiz) artaraq 1 574,2425 manat, palladiumun qiyməti 52,598 manat (1,44 faiz) artaraq 3 715,6135 manat təşkil edib.

    Bir ay ərzində bir unsiya qızıl 80,359 manat (2,5 faiz) bahalaşıb, gümüş 6,7299 manat (17,5 faiz) bahalaşıb, platin 34,4165 manat (2,2 faiz) bahalaşıb, palladium 81,668 manat (2,2 faiz) bahalaşıb.

    Bir il ərzində isə bir unsiya qızıl 745,739 manat (29,3 faiz) bahalaşıb, gümüş 16,2448 manat (56,2 faiz) bahalaşıb, platin 114,223 manat (7,8 faiz) bahalaşıb, palladium 1 192,8135 manat (47,3 faiz) bahalaşıb.

    Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir.

  • Abşeronda yol qəzası oldu, xəsarət alan var

    Abşeronda xəsarətlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

    “Report” xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 1994-cü il təvəllüdlü Aslanov Seyidağa Tahir oğlu bədən xəsarətləri alıb.

    Yaralı təcili yardımın köməyi ilə xəstəxanaya çatdırılıb, müayinə zamanı ona bədəninin müştərək travması diaqnozu qoyulub.

    Faktla bağlı araşdırma aparılır.