Month: August 2020

  • Mehriban Əliyevanın doğum günüdür

    Bu gün Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür.

    Mehriban Arif qızı Əliyeva – 1964-cü ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub.

    1981-ci ildə Bakı şəhər 23 №-li orta məktəbi qızıl medalla bitirərək Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub.

    1988-ci ildə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib.

    1988-1990-cı illərdə İ.M.Seçenov adına Birinci Moskva Tibb İnstitutunda “Göz xəstəlikləri” ixtisası üzrə kliniki ordinatura keçib.

    1988–1992-ci illərdə Moskvada Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda işləyib.

    1995-ci ildə Mehriban Əliyevanın təşəbbüsü ilə hazırda onun rəhbərlik etdiyi Azərbaycan Mədəniyyətinin Dostları Fondu təsis olunub.

    1996-cı ildə Mehriban Əliyeva Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması məqsədilə üç dildə (Azərbaycan, ingilis və rus) çap olunan “Azərbaycan – İrs” jurnalını təsis edib.

    Mehriban Əliyeva 2002-ci ildə Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib.

    2004-cü ildən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin zəngin siyasi irsinin öyrənilməsi və milli dövlətçilik ideyalarının təbliği məqsədi ilə yaradılmış Heydər Əliyev Fonduna rəhbərlik edir.

    2004-cü ilin avqustunda Azərbaycan şifahi xalq ədəbiyyatı və milli musiqi irsinin qorunub saxlanılması və inkişaf etdirilməsində xidmətlərinə görə UNESCO-nun Xoşməramlı səfiri adına layiq görülüb.

    2004-cü ilin dekabrında Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin IV Baş Məclisində MOK-un İcraiyyə Komitəsinə üzv seçilib.

    2004-cü ildən Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, 2013-cü ildən isə Partiyanın sədr müavinidir.

    2005-ci ildə fəlsəfə üzrə fəlsəfə doktoru alimlik dərəcəsi alıb.

    2005, 2010 və 2015-ci illərdə üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikasının Milli Məclisinin deputatı seçilib.

    Humanitar sahədə genişmiqyaslı fəaliyyətinə, o cümlədən sivilizasiyalararası və mədəniyyətlərarası dialoqun inkişafına, İslam mədəni irsinin təbliğinə və qayğıya ehtiyacı olan uşaqların problemlərinin həllində böyük dəstəyə görə 2006-cı ilin noyabrında ISESCO-nun Xoşməramlı səfiri adına layiq görülüb.

    2016-cı ilin iyununda Bakıda keçirilən Dünya Azərbaycanlılarının IV Qurultayında Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü seçilib.

    2017-ci il fevralın 21-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə təyin edilib. Bununla əlaqədar 2017-ci il martın 6-da Azərbaycan Respublikası Milli Məclisinin deputatı səlahiyyətlərinə xitam verilib.

    Ailəlidir, iki qızı, bir oğlu və beş nəvəsi var.

    Median.Az kollektivi Birinci vitse-prezident Mehriban Əliyevanı doğum günü münasibəti ilə təbrik edir!

  • Hikmət Əlizadə: “Sumqayıtda məişət tullantılarının yandırılması problemi tam həll olunmayıb”

    Sumqayıt şəhərində gündə 2 min kub metr, şəhər ətrafı ərazilərdə isə min kub metr məişət tullantısı formalaşır.

    Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi rəsmi Facebook səhifəsində “Ekspert saatı” adlı verilişdə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə deyib.

    O bildirib ki, toplanan məişət tullantıları Sumqayıt şəhər poliqonuna daşınır:

    “Razıyıq ki, məişət tullantılarının yandırılması məsələsi aktualdır və bu sizin qədər bizi də narahat edir. Bu məsələ qismən öz həllini tapsa da, tamamilə həll olunmayıb. Sumqayıt şəhər poliqonunun ərazisi və idarəolunması ətraf mühitə cavabdeh bir qurum kimi bizi də qane etmir. Bunun sübutu olaraq, cari ilin 7 ayı ərzində həmin poliqon və idarəedilmə prosesində yol verilən məsələlər barədə inzibati sənədləşmə həyata keçirilib, 15 min manat cərimə tətbiq edilib. Bu hələ məsələnin həlli deyil. Sumqayıt sənaye şəhəridir və yaxın zamanlarda Sumqayıtda müasir poliqonun yaradılması üçün işlər aparılır”.

    H. Əlizadə ölkə başçısının plastik qablaşdırma tullantılarının ətraf mühitə təsirinin azaldılması ilə bağlı sərəncamına əsasən, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfdaşları ilə birgə pilot layihəyə start veriləcəyini də qeyd edib.

    “Artıq bu istiqamətdə hazırlıq işləri başa çatıb. Bu layihə çərçivəsində 6 ay müddətində Sumqayıtın bir neçə mikrorayonunda məişət tullantılarının çeşidlənməsi ilə bağlı işlər aparılacaq. Bu çeşidlənmə nəticəsində plastik və digər mənşəli məişət tullantıları təkrar emal sexlərinə gedəcək. Fikrimcə, bu həm Sumqayıt ərazisində gələcəkdə məişət tullantılarının çeşidlənməsi, qablaşdırılması üçün böyük təkan olacaq, həm də poliqonun idarə edilməsinə müsbət təsir edəcək. Belə ki, tullantıların həcminin müəyyən qədər azalacağını düşünürük”, – deyə ETSN rəsmisi bildirib.

  • Месси решил уйти из “Барселоны”

    Нападающий “Барселоны” Лионель Месси принял решение покинуть команду.

    Как утверждает Marca, аргентинец уведомил клуб по факсу о своем желании уйти. По данным источника, он хочет воспользоваться своим правом расторгнуть контракт в одностороннем порядке.

    Отмечается, что данный пункт истек 10 июня, однако нетипичная ситуация с коронавирусом, вероятно, позволит игроку воспользоваться этой опцией.

    Ожидается, что Месси не будет участвовать в тренировках команды в эти выходные и не станет проходить тестирование на коронавирус. Его решение окончательное.

  • Messinin “Barselona”nı tərk etmək istəyi rəsmən təsdiqləndi

    İspaniyanın “Barselona” klubunun kapitanı Lionel Messinin komandadan gedəcəyi ilə bağlı qərarı təsdiqlənib.

    “Marca” yazır ki, Messi bu barədə klub rəhbərliyinə məlumat verib. Lakin “Barselona”nın futbolçunu asanlıqla buraxmayacağı da aydındır.

    Messi ilə bir neçə klubun maraqlandığı da qeyd olunur. Klublar arasında “Mançester Siti” və Milanın “İnter”inin adları çəkilir.

  • Bu gün 400 vətəndaşımız Rusiyadan Azərbaycana qayıdıb

    Bu gün daha 400 Azərbaycan vətəndaşı Rusiyanın Dağıstan Respublikasından ölkəmizə təxliyə edilib.

    APA-nın Rusiya bürosunun xəbərinə görə, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin Dərbənd şəhərində olan əməkdaşı Tural Səfərov məlumat verib.

    Rusiya-Azərbaycan quru sərhədi vasitəsi ilə 400 Azərbaycan vətəndaşının vətənə qayıtması təmin olunub.

    Qeyd edək ki, koronavirus pandemiyasına görə Rusiya-Azərbaycan sərhədi mart ayının 18-dən bağlanıb.

  • В Украине пьяный майор переехал трех курсанток военного вуза

    Три курсантки военного вуза пострадали в результате наезда автомобиля в Киеве. Инцидент произошел у колледжа на Зоологической улице.

    Как сообщает Рен ТВ, за рулем машины Toyota Prius находился майор. Он был в состоянии алкогольного опьянения. В момент ДТП девушки находились у входа в административное здание. Они стояли в очереди на получение формы.

    “Все в тяжелом состоянии госпитализированы в военный госпиталь, одной из них ампутируют обе ноги”, – говорится в сообщении.

    В пресс-службе киевской полиции сообщили, что по данному факту уже начато расследование. Виновнику аварии грозит до 8 лет тюрьмы.

  • Bərdədə ata və oğul həmkəndliləri tərəfindən bıçaqlandı

    Bərdədə ata və oğul bıçaqlanıb.

    “Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Məmmədli kəndində baş verib.

    Belə ki, rayonun Məmmədli kənd sakinləri 1973-ci il təvəllüdlü Hacıyev Namiq və övladı 2003-cü il təvəllüdlü Hacıyev Ümüd həmkəndlisi Məmmədov Ruslan tərəfindən bıçaqlanıblar.

    Hər iki yaralı kənd sakinlərinin köməkliyi ilə Bərdə rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

    Faktla bağlı Bərdə rayon Polis Şöbəsində araşdırma aparılır.

  • Bakı polisi nəzarət-profilaktik tədbirləri davam etdirir

    Paytaxtın Qaradağ rayonunda polis əməkdaşları tərəfindən koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə ərazidə növbəti nəzarət-profilaktiki tədbirlər həyata keçirilib.

    Bakı Şəhər Baş Polis İdarəsindən “Report”a verilən məlumata görə, tədbir çərçivəsində ictimai nəqliyyatda və qapalı yerlərdə maskadan istifadə etməyən şəxslərlə profilaktiki söhbət aparılıb, maskası olmayan şəxslərə tibbi maskalar paylanılıb.

    Rayonda nəzarət-profilaktiki tədbirlər çərçivəsində Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq profilaktiki tədbirlər davam etdirilir.

  • В Москве умер азербайджанский бизнесмен

    В Москве скончался азербайджанский бизнесмен Хилал Худаш оглы Сафаров.

    Как передает аранское бюро Report, Х.Сафаров родившийся в 1955 году в селе Халадж Сальянского района, более 30 лет проживал в столице России.

    По предварительной информации, около месяца наш соотечественник лечился в московской больнице, после перенесенного сердечного приступа.

    Ожидается, что тело бизнесмена доставят в его родное село.

  • Salyanlı iş adamı Moskvada dünyasını dəyişdi

    Moskvada yaşayan salyanlı iş adamı dünyasını dəyişib.

    “Report”un Aran bürosu xəbər verir ki, 1955-ci ildə Salyan rayonunun Xalac kəndində doğulmuş və 30 ildən çoxdur ki, Rusiyanın paytaxtı Moskva şəhərində yaşayan iş adamı Səfərov Hilal Xudaş oğlu dünyasını dəyişib.

    İlkin məlumata görə, H. Səfərov infarkt keçirdiyinə görə, bir aya yaxın imiş Moskvada xəstəxanalardan birində müalicə alırmış.

    İş adamının meyitinin doğulduğu Xalac kəndinə gətirilməsi gözlənilir.