Month: August 2020

  • Deputat: “Gömrüklə bağlı qəbul edilən bu dəyişiklik çox ciddi yanlışlıqdır”

    Deputat Elnur Allahverdiyev Nazirlər Kabinetinin gömrük sahəsilə bağlı qəbul etdiyi son qərarın dövlətin iqtisadi siyasət fəlsəfəsinə ziddiyyət təşkil etdiyini bildirib.

    “Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən iqtisadi islahatların ana xəttini liberallaşma təşkil edir. Cənab Prezident dəfələrlə öz çıxışlarında qeyd edib ki, Azərbaycan dövlətinin siyasətinin episentrində Azərbaycan vətəndaşı, onun marağı dayanır. Mart ayından başlayaraq pandemiya fonunda iqtisadi fəaliyyətin daralması və karantin rejiminin sərtləşdirilməsi nəticəsində qapanma barədə qərar veriləndə Cənab Prezident açıq şəkildə ifadə etdi ki, biz əhalinin sağlamlığının qorunmasını əsas məqsəd kimi qəbul edirik və buna görə də, ölkə iqtisadiyyatının azalacağına hazırıq. Yəni ölkə başçısı əhalinin sağlamlığını, sosial müdafiəsini iqtisadi maraqlardan üstün tutduğunu nümayiş etdirdi. Pandemiyanın törətdiyi iqtisadi reallıq da bizə nümayiş etdirdi ki, iqtisadiyyatımız, özəl sektor, ən əsası isə özəl sahənin dövlətlə münasibətləri daha çevik olmalıdır. Vergi sahəsindəki şəffaflaşdırma tədbirlərinin əhəmiyyəti hər kəsə məlumdur. Dövlətin zərər çəkmiş sahibkarlara maddi dəstək etməsi üçün şəffaf və qanuni müstəvidə fəaliyyət, işçilərlə əmək müqaviləsinin vacibliyinin başlıca səbəb kimi irəli sürülməsi çox uğurlu addımdır və nəticələrini görürük. Ancaq təəssüflə qeyd etməliyəm ki, hələ də elə sahələr var, dövlətin iqtisadi siyasətində izlənən novator tendensiyalardan geri qalır, prosesə özünün mühafizəkar yanaşması, “statistik nailiyyətlər” əldə etmək istəkləri ilə həm özəl sferanın, həm də vətəndaşların narazılığına səbəb olur”.

    Banker.az bildirir ki, bu sözləri oxu.az-a açıqlamasında Milli Məclisin deputatı, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Elnur Allahverdiyev deyib.

    Deputat bildirib ki, bu sözləri ilə konkret olaraq Dövlət Gömrük Komitəsinin fəaliyyətini nəzərdə tutur. Belə ki, həm qurumun işi, həm də Nazirlər Kabinetinin gömrük sahəsilə bağlı qəbul etdiyi son qərar nə mövcud iqtisadi çağırışlara, nə də dövlətin iqtisadi siyasət fəlsəfəsinə nəinki uyğun gəlmir, hətta ziddiyyət təşkil edir.

    “Nazirlər Kabinetinin 14 oktyabr 2013-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları” var.

    Bugünlərdə həmin qaydalara dəyişiklik edilib. Biz son iki ildə, xüsusilə pandemiya ilə əlaqədar son yarım ildə adət etmişik ki, dövlətin iqtisadiyyatla bağlı islahatları liberal xarakter daşıyır.

    Yəni XXI əsrdə, internet yüzilliyində, sərhədlərin açıq və şəffaf olduğu bir dövrdə dövlətin əsas məqsədi bu şəraitdən istifadə edən sahibkarlar və vətəndaşlara maksimum iqtisadi azadlıqlar verməkdən ibarətdir. Yetər ki, fəaliyyətin qanuni olsun və vergini ödəyəsən. Son dəyişikliklərdə isə biz bunun tam əksini görürük” – deyən E.Allahverdiyevin sözlərinə görə, əgər indiyədək bu qaydalara əsasən ölkənin gömrük ərazisinə ayda bir dəfə gətirilən, ümumi gömrük dəyəri 1500 ABŞ dollarından artıq olmayan mallar gömrük rüsumundan azad idisə, indi bu rəqəm 800 dollara salınıb.

    “Təsəvvür edirsiniz, cəmi 800 dollar. Yəni bu 1500 ABŞ dolları nə böyük rəqəmdir ki, onu da endirib 800 dollara salmışıq? Aydın məsələdir ki, bu qərar güzəranını xırda biznesə bağlamış vətəndaşların dolanışığına ciddi zərbə vuracaq. Gəlin ticarəti qoyaq kənara, tutaq ki, sıravi vətəndaş xaricdən qiyməti cəmi 1000 dollar olan əşya və yaxud ailəsinə geyim alıb. Bundan gömrük rüsumu tutmaq absurd deyilmi? Gömrüklə bağlı qəbul edilən bu dəyişiklik çox ciddi yanlışlıqdır” – deyə millət vəkili təəccüblənir.

    “Görəsən, Dövlət Gömrük Komitəsi bu cür təkliflər irəli sürəndə hansı “mötəbər” informasiyaya, iqtisadi təhlillərə əsaslanır, dövlət büdcəsinə nə qədər əhəmiyyətli əlavə rüsum toplamaqla töhfə verəcəyini düşünür?” – deyə sual verən deputat hesab edir ki, “iqtisadiyyatın faktiki dayandığı bir dövrdə, dövlətin işləməyən vətəndaşların və zərər görmüş sahibkarların yükünü öz üzərinə götürüb dövlət büdcəsindən vəsait xərclədiyi zamanda, öz gəlirlərinin azaldığı reallıqda ümidini bir parça çörəyə bağlamış vətəndaş üçün yaradılan, onsuz da yersiz olan məhdudiyyət heç bir məntiqə sığmır”.

    Dəyişikliklərə əsasən, bundan sonra beynəlxalq poçt göndərişləri və yaxud daşıyıcı şirkət vasitəsilə eyni fiziki şəxsin adına 30 gün müddətində ümumi gömrük dəyəri 300 ABŞ dolları ekvivalenti məbləğindən artıq olmayan mallara görə gömrük rüsumu tutulmayacaq. Halbuki indiyə qədər bu məbləğ 1000 ABŞ dolları idi.

    “Güzəşt birdən-birə 3 dəfə azaldılıb. Bunun bir izahı var görəsən? Açığı, mən bu dəyişiklikləri düşünənləri başa düşməkdə çətinlik çəkirəm. Görəsən, onların alış-veriş nöqtələrindən xəbərləri varmı? Ölkədə iri ticarət mərkəzləri bağlıdır. Fərdi qaydada işləyən mağazalara girsəniz, tutaq ki, geyim biznesi ilə məşğul olanlara, – görəcəksiniz ki, mövsümə aid bir dənə olsun yeni nümunə yoxdur.

    Payız qapıdadır, satılan isə yay mallarıdır. İnsanlar bu səbəbdən üz tutublar onlayn sifarişə. Həm istədikləri tərzdə, həm də mövsümə görə sifarişlərini edirlər. İndi təqribən 500 manatdan yuxarı məbləğdə sifarişlərinə rüsum ödəməlidirlər. Məncə, bu qərar çox ciddi yanlışlıqdır” – deyə deputat bildirib. Onun sözlərinə görə, vətəndaş heç “dünyanın düz vaxtında” gömrük qaydalarından razı deyildi, indi isə narazılıq artacaq: “Bir seçicimiz müraciət edib ki, xaricdən onlayn vasitəsilə məbləği təqribən 600 manat olan bijuteriya məhsulu sifariş verib. Nə qızıldır, nə də gümüş. Adi bəzək əşyasıdır. Sifarişi gömrükdə saxlayıblar ki, bu ticarət məqsədilədir. Götürmək istəyirsinizsə, təqribən 400 manata yaxın vergisidir, özü də fiziki şəxs kimi götürə bilməzsiniz, gedin VÖEN-li bir nəfər tapıb gətirin, onun adına götürün. Nəticə etibarilə, həmin sifariş gömrükdən 2 günə, əzab-əziyyətlə çıxıb. 600 manatlıq bijuteriyaya 400 manat rüsum. Gülüncdür”.

    E.Allahverdiyev hesab edir ki, bu dəyişikliyin müəllifləri gedib daşıyıcı şirkətlərin ofislərinin önündə durub, gecə saat 1-dək növbədə dayanan vətəndaşları müşahidə etsələr, gerçək vəziyyət barədə daha çox məlumat toplaya bilərlər:

    “Mən bu absurd dəyişikliyi Milli Məclisdə mütləq qaldıracam. Bu dəyişiklik belə bir çətin dövrdə dövlətimizin iqtisadi siyasətinə, cənab Prezidentin müəllifi olduğu çoxşaxəli islahatların ruhuna ziddir. Məncə bu məsələyə yenidən və ədalətlə baxılmalıdır. Artıq sosial şəbəkələrdə bu yeni qərarla bağlı ciddi müzakirələr gedir və vətəndaşlar tərəfindən haqlı narazılıqlar səslənir”.

    Millət vəkili sözügedən dəyişiklikləri bir vaxtlar meşələrdən meyvə, giləmeyvə, göbələk və sair yığımlarına görə vətəndaşların haqq ödəməsi kimi qəbul olunan və sonradan ləğv edilən absurd qərarla müqayisə edərək ümid edir ki, gömrüklə bağlı yeni qərar qüvvəyə minmədən ləğv ediləcək.

  • Vilayət Eyvazovdan yeni TƏYİNAT

    Daxili İşlər orqanlarında kadr dəyişikliyi olub.

    Bununla bağlı müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.

    Əmrə əsasən, polis mayoru Sənani Məmmədov Gəncə Şəhər Kəpəz Rayon Polis İdarəsinin xidmət üzrə rəis müavini vəzifəsinə təyinat alıb.

    O, bu təyinatadək həmin idarədə xidmət üzrə inspektor vəzifəsində işləyib.

  • ADB Azərbaycanda nəqliyyat sektorunun inkişafını dəstəkləyəcək

    “Təhlükəsizlik, Data və Yaşıl” koronavirus pandemiyasından zərər görmüş nəqliyyat sektorunun davamlı inkişafını təmin edəcək üçün açar sözlərdir.

    Median.Az xəbər verir ki, bu barədə Asiya İnkişaf Bankının (ADB) prezidenti Masatsugu Asakava bu gün keçirilən yeddinci Asiya və Sakit Okean Nəqliyyat Forumunda deyib.

    Onun sözlərinə görə, pandemiya nəqliyyat sektoruna illərlə hiss ediləcək böyük bir zərbə vurdu: “Biz hazırda pandemiyanın yaratdığı mənfi təsirləri azaltmağa köklənməliyik.

    İqtisadiyyat mövcud vəziyyətə uyğunlaşmağı və nəqliyyat xidmətlərini canlandırmağı bacarmalıdır. Eyni zamanda, koronavuris pandemiyasından əvvəl mövcud olan çağırışlar hələ də fəaliyyət tələb edir. Həmin məsələlərə infrastruktur, yol təhlükəsizliyi , yük daşıma və ictimai nəqliyyatla bağlı çağırışlar daxildir. Qısa müddət ərzində ictimai nəqliyyat istifadəçilərini təhlükəsizliyə inandırmaq və ictimai etimadı bərpa etmək üçün böyük təşəbbüs lazımdır. Pandemiyanın inkişaf edən vəziyyətini tam şəkildə anlamaq üçün və layihələrin iqtisadi inkişafı ilə bağlı məlumatlandırmaq üçün Data (Data analizi xam məlumatları əldə edərək, onları istifadəçilərin qərar verməsi ilə yararlı vəziyyətə gətirmək üçün istifadə edilən bir prosesdi) tələb edilir.

    Yaşıl nəqliyyatı inkişaf etdirmək üçün bir çox imkanlar var. Məsələn, tətbiqlərə, yeniliklərə əsaslanan çatdırılma xidməti həyatın bir xüsusiyyəti halına gəldi, ancaq sıxlıq və ətraf mühitin çirkləndirməsi riskini artırdı. Bunu həll etmək üçün davamlılığa yönələn yaşıl bərpa prosesini təşviq etməliyik. Seçimlərdən biri elektrikli nəqliyyat vasitələrinə keçidi dəstəkləməkdir.

    ADB Asiya ölkələrində gəzinti və velosiped idmanını inkişaf etdirilməsi, logistika və təchizat zəncirlərinin səmərəliliyini artırılması ilə bağlı fürsət görür. Bu ilin ilk birinci yarısında ADB nəqliyyat sektorunun bərpa və investisiya qoyuluşunu dəstəkləmək üçün geniş layihələrə investisiya yatırıb. Həmin layihələrə
    Pakistanın Kəraçi şəhərində sürətli nəqliyyat sistemi və Kiribatidə adalararası nəqliyyat üçün 235 milyon ABŞ dolları dəyərində vəsaitin ayrılması aiddir”.

    O əlavə edib ki, ADB quruma üzv olan inkişaf etməkdə olan ölkələri bu çətin və qeyri-müəyyən dövrdə dəstəkləyir: “ADB koronavirus pandemiyasına sürətli cavab verdi, belə ki 20 milyard ABŞ dollarlıq hərtərəfli yardım paketi ayırdı. Bu, üç hissədən ibarət idi. Birincisi, qrantlar və texniki yardım dəstək proqramları təcili həll tələb edən səhiyyə böhranına ünvanlandı. Ventilyasiya cihazlarına, test dəstlərinə və fərdi qoruyucu vasitələrə olan ehtiyacları ödəmək əsas hədəf olaraq müəyyənləşdi.

    Pandemiyaya cavab variantları adlı yeni maliyyələşdirmə modulu çərçivəsində sürətli şəkildə ayrılan büdcə dəstəyini təqdim edirik. Bununla yanaşı, biz özəl sektorun fəaliyyətlərini davam etdirmək üçün və pandemiyanın mövcud olduğu şəraitdə şirkətlərin əməkdaşlarının məşğulluğunu təmin etmək üçün dəstəyimizi davam etdiririk. Bu günə olan məlumata görə, biz hərtərəfli paketin 9,3 milyard ABŞ dolları dəyərində məbləği icra edilib.

    Həmin məbləğin 7 milyard ABŞ dolları 17 ölkə və 1,3 milyard ABŞ dolları isə özəl sektorun dəstəklənməsi üçün ayrılıb. Bundan əlavə, ADB pandemiyanın ictimai nəqliyyata, aviasiya və logistika sahələrinə maliyyə təsirlərini azaltmaq üçün bu istiqamətdə görüləcək tədbirləri araşdırır. Biz nəqliyyat infrastrukturunun və xidmətlərinin inkişafına ehtiyac olması ilə bağlı məlumatlıyıq. Biz hökumət və özəl sektorun dəstəklənməsi ilə bağlı səylərimizi davam etdirəcəyik”.

    Forum avqustun 24-dən 28-dək davam edəcək. Forumda 1 200-dən çox insan iştirak edir.

    Qeyd edək ki, 22 dekabr 1999-cu ildən üzvlüyə qəbul olunmuş Azərbaycan ötən dövrdə 80-dən artıq layihəyə kredit, zəmanət, texniki dəstək qrantları qismində ADB tərəfindən 5 milyard ABŞ dollara yaxın vəsait alıb.

  • Bakıda yeniyetmə beş nəfər tərəfindən döyülüb – FOTO

    Bakının Sabunçu rayonunda naməlum şəxslər yeniyetməni döyüb.

    Median.Az xəbər verir ki, hadisə Natəvan küçəsində baş verib.

    2006-cı il təvəllüdlü Əzizli Vasif Elbrus oğlu küçədə beş naməlum şəxs tərəfindən döyülüb. V.Əzizli baş və üz nahiyələrindən ağır xəsarətlər alıb. Yaralı xəstəxanaya yerləşdirilib.


  • “Naxçıvan Aqrolizinq”in adı dəyişdirildi

    Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında fərman imzalayıb.

    Median.Az xəbər verir ki, fərmanla “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək “Naxçıvan Aqroservis” Açıq Səhmdar Cəmiyyəti adlandırılıb.

    Müəyyən edilib ki, Cəmiyyət kənd təsərrüfatı məhsulları istehsalçılarının, lizinq yolu ilə satılması daxil olmaqla, qanunla müəyyən edilmiş qaydada kənd təsərrüfatı istehsal vasitələri (kənd təsərrüfatı texnikası, texnoloji avadanlıq, o cümlədən suvarma sistemləri dəsti və avadanlığı, aqrokimyəvi maddələr, bitki mühafizəsi vasitələri, sertifikatlı toxum və ting) ilə təmin edilməsini, aqrotexniki xidmətlər göstərilməsini və bu sahədə fəaliyyətin təşkilini həyata keçirən hüquqi şəxsdir.

    Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə Cəmiyyətin yeni nizamnaməsini təsdiq etmək, bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

  • Ağcabədidə 14 ədəd çətənə kolu aşkar edilərək götürülüb

    Ağcabədidə çətənə bitkisi yetişdirən şəxs saxlanılıb.

    Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən “Xaş-Xaş 2020” kompleks tədbirlər planına uyğun olaraq kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi və bu qanunsuz fəaliyyətlə məşğul olan şəxslərin məsuliyyətə cəlb olunmaları istiqamətində tədbirlər uğurla davam etdirilir.

    DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, daxil olan məlumat əsasında, Ağcabədi RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində çətənə bitkisi yetişdirməkdə şübhəli bilinən rayonun Şərəfxanlı kənd sakini Elmin Mirzai saxlanılıb.

    E. Mirzainin yaşadığı ünvana baxış keçirilən zaman evinin həyətindən aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi, ümumi çəkisi 16 kiloqramdan artıq 14 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

    Faktla bağlı Ağcabədi RPŞ-də araşdırmalar davam etdirilir.

  • Bakıda motosikletçini mikroavtobus vurub

    Bakının Xətai rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

    Median.Az xəbər verir ki, hadisə metronun “Əhmədli” stansiyasının yaxınlığında qeydə alınıb.

    21 yaşlı Fərəcov Orxan Nəriman oğlu idarə etdiyi motosikletlə yol hərəkəti qaydalarına zidd olaraq “Dönmək qadağandır” nişanının tələbini pozub. Bu zaman onu “Mercedes” markalı mikroavtobus vurub. Qəza nəticəsində motosikletin sürücüsü O.Fərəcov ağır xəsarət alıb.

    Yaralı xəstəxanaya yerləşdirilib.

  • Azərbaycanda nənəsinin yasından qayıdan qız qəzaya düşüb öldü

    Xəbər verdiyimiz kimi, Qobustanda sərnişin daşıyan “Mercedes Vita” markalı 90 XP 790 nömrəli mikroavtobusun sürücüsü idarəetməni itirərək maşını aşırıb.

    Median.Az -ın qafqazinfo-ya istinadən verdiyi məlumatına görə, hadisə nəticəsində vəfat edən 1996-cı il təvəllüdlü Əminə Qabulovadır.

    Məlumata görə, o, Qaxdan nənəsinin yasından qayıdırmış.

    Qeyd edək ki, həmin mikroavtobusun Bakı-Zaqatala istiqamətində sərnişin daşıma ilə məşğul olduğu bildirilir.

  • Зеленский наградил медалью заместителя председателя Азербайджанского государственного таможенного комитета

    Президент Украины Владимир Зеленский подписал Указ о награждении орденами и медалями ряда лиц.

    Как сообщает АЗЕРТАДЖ, среди награжденных – заместитель председателя Азербайджанского государственного таможенного комитета, генерал-майор таможенной службы Игбал Бабаев. Указом Президента Украины И.Бабаев награжден медалью “За труд и доблесть”.

    Отметим, что И.Бабаев в 1981-1986 годах учился в Киевском национальном университете строительства и архитектуры (КНУСА). В 1986-1987 годах работал преподавателем на кафедре автоматизации производственных процессов КНУСА. В 1987-1991 годах был принят в аспирантуру КНУСА, а также продолжал преподавательскую деятельность.

    За внедрение результатов и эффективность научных трудов в 1989 году был удостоен в Киеве звания “Лучший изобретатель”.

  • Hacıqabul sakini velosipeddən yıxılaraq ağır xəsarət aldı

    Hacıqabulda velosiped sürən şəxs ağır xəsarət alıb.

    “Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Ağacanlı kəndində qeydə alınıb.

    Belə ki, kənd sakini, 1992-ci il təvəllüdlü Bağırov Əliverdi Bilal oğlu velosipedlə hərəkətdə olarkən qəfil qarşısına azyaşlı uşaq çıxıb.

    Sürət həddi çox olduğundan o, azyaşlını vurmamaq üçün istiqaməti dəyişmək istəyib. Elə bu zaman velosiped aşıb və Ə. Bağırov yerə yıxılıb.

    Ağır kəllə-beyn travması alan velosipedçi Şirvan Şəhər Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

    Faktlabağlı araşdırma aparılır.