Month: August 2020

  • Xaçmazda kişi qısqanclıq zəminində arvadını bıçaqlayıb – RƏSMİ

    Avqustun 24-də Xaçmaz rayon sakini Yazbahar Ağayeva bıçaqlanıb.

    Bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

    Bildirilib ki, prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və digər prosessual hərəkətlər yerinə yetirilib.

    Faktla bağlı Xaçmaz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin edilib.

    Aparılan araşdırmalar nəticəsində müəyyən olunub ki, Yazbahar Ağayeva aralarında yaranan mübahisə nəticəsində əri Cavid Ağayev tərəfindən bıçaqlanıb. Mübahisəyə səbəb qısqanclıq motivlərinin olduğu qeyd edilir.

    Cavid Ağayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

    Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

  • В Азербайджане скончался председатель окружного избиркома

    В Азербайджане после продолжительной болезни скончался председатель Евлах-Мингячевирской окружной избирательной комиссии (ОИК) №49 Этибар Гаджиев, сообщает Publika.az.

  • Azərbaycanda vəzifəli şəxs vəfat etdi

    Azərbaycanda vəzifəli şəxs vəfat edib.

    Publika.az xəbər verir ki, 49 saylı Yevlax-Mingəçevir dairə seçki komissiyasının sədri Etibar Hacıyev ölüb.

    Onun xəstəlik səbəbindən həyatını itirdiyi bildirilir.

  • Обнародована последняя мировая статистика по коронавирусу

    По данным на утро 25 августа, число инфицированных коронавирусом (COVID-19) в мире достигло 23 812 221.

    За весь период пандемии скончались 817 016 человек, выздоровели – 16 362 337.

    Больше всего инфицированных в США (5 915 630). На 2-м месте – Бразилия (3 627 217), на 3-м – Индия (3 167 323). В первую пятерку также входят Россия (961 493) и ЮАР (611 450).

    По числу жертв инфекции лидируют Соединенные Штаты – 181 114, вылечился 3 217 981 человек.

    Иран с 361 150 заболевшими занимает 11-е место, Турция (259 692) – 18-е.

    В Армении коронавирусом заразились 42 825 человек, в Грузии – 1 421.

    Среди соседних стран наиболее высокая смертность от COVID-19 зафиксирована в Иране – 20 776 летальных исходов.

    На сегодня в Азербайджане подтверждены 35 426 случаев инфицирования коронавирусом, 33 104 человека вылечились, 519 – скончались.

  • Koronavirusla bağlı SON STATİSTİKA

    Dünyada 23 812 221 nəfərdə koronavirus aşkarlanıb.

    Virusdan 817 016 xəstə ölüb, 16 362 337 nəfər sağalıb.

    Virusa yoluxma sayına görə ilk üçlükdə yer tutan dövlətlər ABŞ (5 915 630 nəfər), Braziliya (3 627 217 nəfər) və Hindistandır (3 167 323 nəfər).

    Azərbaycanın sərhəd qonşularından Rusiya 961 493 yoluxma ilə dördüncüdür.

    Digər qonşularımız İranda 361 150, Türkiyədə 259 692, Ermənistanda 42 825, Gürcüstanda 1 421 nəfərdə koronavirus qeydə alınıb.

    Azərbaycanda koronavirus müşahidə edilən 35 426 nəfərin 33 104-ü sağalıb, 519-u ölüb.

  • Bakıda iki avtomobil toqquşdu: Üç nəfər yaralandı

    Bakıda iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    “Report” xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.

    Belə ki, Maştağa-Zabrat yolunda qeydə alınan qəza nəticəsində 1999-cu il təvəllüdlü Həsənov Murad İlqar oğlu, 1964-cü il təvəllüdlü Həsənov Arif Feyruz oğlu və 1990-ci il təvəllüdlü Musayev Cavid Camal oğlu müxtəlif bədən xəsarətləri alıblar.

    Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

    Faktla bağlı araşdırma aparılır.

  • Sabunçuda beş nəfər 14 yaşlı yeniyetməni döyüb xəstəxanalıq etdi

    Bakının Sabunçu rayonunda naməlum şəxslər yeniyetməni döyüb.

    APA xəbər verir ki, hadisə Natəvan küçəsində baş verib.

    2006-cı il təvəllüdlü Əzizli Vasif Elbrus oğlu küçədə beş naməlum şəxs tərəfindən döyülüb.

    V.Əzizli baş və üz nahiyələrindən ağır xəsarətlər alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

  • Siyavuş Novruzovun istefası qəbul edildi

    Siyavuş Novruzovun Yeni Azərbaycan Partiyası İcra katibinin müavini vəzifəsindən azad edilməsi barədə müraciəti qəbul edilib.

    Bunu APA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası Mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev bildirib.

    Qeyd edək ki, dünən partiyanın İcra katibinin müavini Siyavuş Novruzov partiyanın Sədri İlham Əliyevə müraciət edərək partiyada tutduğu vəzifədən azad edilməsini xahiş edib.

  • В Баку полиция задержала коронавирусного больного, отдыхающего в парке

    В Сабунчинском районе Баку сотрудники полиции обнаружили коронавирусного больного, несмотря на карантин, отдыхавшего в парке.

    Как сообщили в пресс-службе Главного управления полиции города Баку, сотрудники 14-го отделения полиции Сабунчинского РУП провели беседу с жителем Маштаги Анаром Джафаровым, 1989 года рождения, который отдыхал в многолюдном парке.

    Ему было разъяснено, что подобные действия несут опасность для здоровья других граждан. Пациент был помещен по определенному адресу для прохождения дальнейшего лечения.

  • Fazil Mustafa: “Sərt karantin rejimini artıq aradan qaldırmaq lazımdır”

    “Sərt karantin rejimini artıq aradan qaldırmaq lazımdır”.

    Bu barədə Millət vəkili Fazil Mustafa bildirib.

    Deputatın fikrincə rayonlara gediş-gəlişi bərpa etmək də vacib məsələlərdəndir.

    “Yalnız insanlara nəzarət gücləndirilməildir. Qapalı məkanlarda sosial məsafə gözlənilməklə, gigiyenik normalara əməl etməklə, restoranların, kafelərin də açılmasına icazə verilməlidir.

    Çünki əhalinin iqtisadi cəhətdən yoxsullaşması, iş adamlarının müflis olması dövlətə daha böyük zərbə vurur. Məsuliyyətli insanlar yenə də qorunacaqlar.

    Məsuliyyətsiz insan onsuz da ”qaydalara əməl et” deyəndə narazı qalır. Ona görə biz daha çox məsuliyyətli insanların marağını təmin edərək addım atmalıyıq.

    Fikrimcə, bütün sahələrdə iş yerləri açılmalıdır. Məktəblərin də müvafiq qaydalarla açılmasını təmin etmək lazımdır. Onsuz da yoluxma riski yalnız özünü qorumaqdan asılı deyil.

    Müşahidələr də göstərdi ki, hətta çox sayda adamlar bir yerə yığışdığı zaman yoluxma sayı o qədər də artmadı”, – deyə F.Mustafa bildirib.

    F.Mustafa futbol oyunlarının yenidən bərpa edilməsini təqdirəlayiq addım kimi qiymətləndirib:

    “Bütün idman yarışlarını bərpa etmək lazımdır. Məncə, artıq qaydalara riayət etməyi insanların öz üzərinə buraxmaq lazımdır.

    Əməl edənlər etsinlər, etməyənlər də özləri öz əziyyətlərini çəksinlər. Digər tərəfdən yas və toy mərasimlərini də tənzimləmək lazımdır. 30-40 nəfəri keçməmək şərti ilə toylar keçirilsin.

    Bir nəfərdən də artıq müğənni çağırılmasın. Yəni bir şənlik formasında keçirilsin. Yas mərasimlərini də eyni qaydada, 30 nəfərdən artıq insanın yığılmasına imkan verilməsin, eyni zamanda sosial məsafə gözlənilsin. İnsanları bu formada hədsiz məhdudiyyətlə qapamaq olmaz”.