Month: August 2020

  • Bakıda icazəsiz küçəyə çıxan COVID-19 xəstəsi aşkarlandı

    Paytaxtın Sabunçu rayonunda koronavirusa yoluxmuş xəstə müəyyən olunub.

    Bakı şəhər BPİ Mətbuat Xidmətindən verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsi əməkdaşları tərəfindən Maştağa qəsəbəsində qəsəbə sakini, 1989-cu il təvəllüdlü Anar Cəfərov vətəndaşların intensiv hərəkət etdiyi istirahət parkında aşkar olunub.

    COVID-19 daşıyıcısı olan şəxslə profilaktik söhbətlər aparılıb, onun bu hərəkətlərinin digər şəxslərin həyat və sağlamlığı üçün təhlükə olduğu diqqətinə çatdırılıb, ona digər şəxslərlə təmasda olmaması üçün tövsiyələr verilməklə, müalicəsini davam etdirmək üçün müvafiq ünvana yerləşdirilib.

  • В ряде районов Баку и Азербайджана ограничат подачу воды

    Из-за повышения уровня мутности воды в Куре приостановлена работа водоочистных сооружений. В связи с этим будет ограничено водоснабжение Ширванского, Гаджигабульского, Сальянского, Билясуварского, Саатлинского, Сабирабадского районов Азербайджана и Гарадагского, Сабаильского и Бинагадинского районов Баку.

    Об этом сообщает ОАО “Азерсу”.

  • Paytaxtın bəzi rayonunda su olmayacaq

    Azərbaycanın bir neçə rayonunda, o cümlədən Bakıda içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

    Bu barədə “Azərsu” ASC-dən məlumat verilib.

    Bildirilib ki, Kür çayında bulanıqlığın artması ilə əlaqədar Kür sutəmizləyici qurğularında suyun emalı müvəqqəti dayandırılıb. Bu səbəbdən Şirvan, Hacıqabul, Salyan, Biləsuvar, Saatlı, Sabirabad rayonlarına, magistral kəmərlərin trassası boyu yerləşən kəndlərə, həmçinin Bakının Qaradağ, Səbail və Binəqədi rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

    İstehlakçılara içməli sudan qənaətlə istifadə etmək tövsiyə olunur.

  • В Азербайджане еще один врач вылечился от коронавируса – ФОТО

    Врач – терапевт бакинской больницы №26 Гюльнар Агаева выписана из Центрального таможенного госпиталя, где проходила лечение от коронавируса. Об этом сообщили в госпитале.

    Она была инфицирована во время лечения пациентов с COVID-19. 12 августа ее перевели в реанимационное отделение Центрального таможенного госпиталя из другого медучреждения.

    Состояние врача оценивалось как критическое, у нее была низкая сатурация и повышенная температура. Она выздоровела благодаря напряженной работе реаниматологов, инфекционистов и среднего медперсонала госпиталя.

  • Azərbaycanda daha bir həkim koronavirusdan sağaldı – FOTO

    Mərkəzi Gömrük Hospitalında COVİD-19-dan müalicə alan 26 saylı şəhər xəstəxanasının terapevti Gülnar Ağayeva sağalaraq evə buraxılıb.

    Bu barədə hospitaldan məlumat verilib.

    Bildirilib ki, həkim koronavirus xəstələrini müalicə etdiyi zaman virusa yoluxub. Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəhbərliyi ilə əldə olunmuş razılığa əsasən, 12 avqust tarixində Gülnar Ağayeva Mərkəzi Gömrük Hospitalının Reanimasiya və İntensiv Terapiya şöbəsində yerləşdirilib. Daxil olarkən onun vəziyyəti kritik ağır olub və saturasiyası aşağı, hərarəti yüksək və nəfəs almaqda çətinlik çəkib.

  • В Сети появились кадры из заснеженной Австралии с дерущимися кенгуру – ВИДЕО

    На юго-восточном побережье Австралии внезапно выпал снег, сообщает “Медуза”.

    В Сети появились кадры с кенгуру, боксирующими во время снегопада. Стычка произошла на ферме жительницы штата Новый Южный Уэльс Уэнди Линдси. Она то и сняла животных на видео.

    “Мы часто видим дерущихся кенгуру, но чтобы это происходило во время снегопада… Это было довольно удивительно”, – вспоминает Линдси. Кто из кенгуру в итоге победил в поединке, к сожалению, не уточняется.

  • Kenquruların ilk qar sevinci – VİDEO

    Avstraliyanın cənub-şərq sahillərində yağan gözlənilməz qar bu materikin simvolu hesab olunan kenquruların sevincinə səbəb olub.

    “7News” xəbər verir ki, Yeni Cənubi Uels ştatının sakini kenquruların qar dənəcikləri altında bir-biri ilə oynamasını qeydə alaraq ictimailəşdirib.

    “Biz tez-tez kenquruların mübarizə apardığını görürük, ancaq qar yağan zaman bu hadisəyə şahidlik etmək… Çox gözəl idi”, – videonu mobil telefonuna çəkən Vendi Lindsay xatırlayır.

  • Bakıda bəzi “MilliÖn” terminalları işləmir – AÇIQLAMA

    Metronun “Neftçilər” stansiyasının çıxışında quraşdırılan “MilliÖn” terminalları işləmir.

    Söhbət paytaxtın Nizami rayonu ərazisindən gedir.

    Belə ki, səhər saatlarından etibarən “Neftçilər” metrostansiyasının hər iki çıxışında yerləşən “MilliÖn” terminallarının işində problem yaranıb.

    Vətəndaşların sözlərinə görə, artıq bir həftədir ki, vəziyyət belədir.

    Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən “MilliÖn” şəbəkəsinin İctimaiyyətlə Əlaqələr və Müştəri Xidmətləri İdarəsinin rəhbəri Ülviyyə Əfəndiyeva bildirib ki, ərazidə qoyulan terminalların bir həftədir işləməməsi həqiqəti əks etdirmir:

    “Qeyd edilən ərazidə iki “MilliÖn” terminalı var. Onlardan biri gün ərzində inkassasiya olunacaq. Terminallardan birində son ödəniş səhər saat 05:00 radələrində həyata keçirilib. Hazırda terminal çalışmır.

    Dərhal bu barədə texniki xidmətə məlumat ötürülüb. Gün ərzində yaranan problem aradan qaldırılacaq. Texniki xidmətin əməkdaşları terminallara baxış keçirməlidir. Ola bilər ki, müştərilər pulu aparata qatlanmış formada salıblar və əskinaslar orada ilişib. Ya da ola bilər ki, terminala yad cisimlə müdaxilə edilib.

    Problem elektrik cərəyanında yaşanan nasazlıqla da əlaqədar ola bilər. Odur ki, bütün hallarda gün ərzində terminallara baxış keçiriləcək və problem aradan qaldırılacaq”.
    //oxu.az

  • Zibilliyə qərq olan Gəncə, kimdir müqəssir? – FOTO/VİDEO

    Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncədə zibillik baş alıb gedir.

    Bu barədə foto və videogörüntülər sosial şəbəkədə paylaşılıb.

    Söhbət Yeni Gəncə qəsəbəsi, Ə.Cavad adına 2 saylı tam orta məktəbin arxasındakı “Dərə” deyilən ərazidən gedir.

    Məişət tullantıları 30 nömrəli yaşayış binasının arxasındakı əraziyə atıldığı üçün bina sakinləri vəziyyətdən şikayətçidirlər.

    Onların sözlərinə görə, yoldan keçən əlindəki zibili bura atır. Bələdiyyəyə isə dəfələrlə müraciət olunsa da, ərazinin təmizlənməsinə baxılmır.

    Bildirilir ki, natəmizlik ətrafda xoşagəlməz mənzərənin yaranmasına, xəstəliklərin baş alıb getməsinə şərait yaradır.

    Həmin görüntüləri təqdim edirik:

  • В Хачмазе ревнивый муж ударил жену ножом

    Генпрокуратура распространила сообщение о нанесении увечий жительнице Хачмазского района Язбахар Агаевой.

    В информации говорится, что инцидент произошел 24 августа.

    “Сотрудники прокуратуры и полиции провели осмотр места происшествия, выполнили другие необходимые процессуальные действия.

    По факту преступления возбуждено уголовное дело по статье 29,120.1 (покушение на убийство) УК АР.

    В ходе предварительного следствия было установлено, что Я.Агаеву ударил ножом ее муж Джавид в результате конфликта, возникшего на почве ревности.

    Мужчина задержан в качестве подозреваемого. Следствие продолжается”, – отмечается в сообщении.