Month: August 2020

  • İstirahət gününün havası: Leysan yağacaq, dolu düşəcək

    Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək, axşam mülayimləşəcək.

    Havanın temperaturu Abşeron yarımadasında gecə 18-20, gündüz 21-24, Bakıda gecə 18-20, gündüz 21-23 dərəcə isti olacaq.

    Atmosfer təzyiqi normadan aşağı 754 mm civə sütunundan 758 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz olacaq.

    Abşeron çimərliklərində güclü şimal-qərb küləyi əsəcək, axşam mülayimləşəcək.

    Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 22-23, Türkan, Hövsan, Sahil, Şıxda isə 23-24 dərəcə isti təşkil edəcək.

    Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə arabir güclü qərb küləyi əsəcək.

    Havanın temperaturu gecə 17-20, gündüz 22-26, dağlarda gecə 4-7, gündüz 7-11 dərəcə isti olacaq.

  • COVID-19-a yoluxma rekordunu yeniləyən ölkədə virus təhlükəsi

    Ukrayna bir gündə aşkar olunan koronavirus infeksiyası hallarının sayına görə rekord qırıb.

    Bu barədə Strana.ua xəbər yayıb.

    Ölkənin Milli Təhlükəsizlik və Müdafiə Şurasının (NSDC) məlumatına görə, son bir gündə ölkədə 2 328 nəfərdə koronavirus aşkarlanıb, 657 nəfər sağalıb, 37 xəstə ölüb.

    Əvvəlki anti-rekord dünən, avqustun 21-də müəyyən edilmişdi. Dünən bir gündə 2106 nəfərdə COVID-19 aşkar olunub.

    Ukraynada infeksiyaya yoluxanların ümumi sayı 102 971 olub, onların 51 735-i sağalıb, 2244-ü ölüb.

  • Rusiyada yaşayış binasında güclü partlayış – VİDEO

    Rusiyanın Yaroslavl şəhərində çoxmərtəbəli yaşayış binasında baş verən partlayış təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.

    “RİA Novosti” agentliyi xəbər verir ki, görüntülər “VKontakte” sosial şəbəkəsindəki “Podsluşano v Yaroslavle” səhifəsində dərc edilib.

    Qeyd edək ki, qaz sızması nəticəsində baş verən partlayış zamanı iki nəfərin öldüyü təsdiqlənib, 38 nəfərin taleyi barədə məlumat yoxdur.

  • İsrailli futbolçu millimizə çağırıldı – RƏSMİ

    Ötən mövsümü “Sumqayıt” klubunda oynamış Əmir Ağayev Azərbaycan millisinə çağırılıb.

    Yunanıstanın “Atromitos” klubunun rəsmi saytı xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi Azərbaycan yığmasından dəvət alıb.

    AFFA tərəfindən bununla bağlı israilli futbolçunun yeni klubu olan “Atromitos”a məktub daxil olub. Məktubda bildirilir ki, Ağayev milli komandanın 31 avqust – 8 sentyabr tarixlərindəki təlim-məşq toplantısında düşərgədə olmalıdır. Komandamız UEFA Millətlər Liqası çərçivəsində sentyabrın 5-də Lüksemburqla Bakıda, ayın 8-də isə Kiprlə səfərdə qarşılaşmalıdır.

    Qeyd edək ki, İsraildə anadan olmasına baxmayaraq, valideynləri Azərbaycandan olduğu üçün Ağayevin milli pasportu var. O, ilk dəfə millimizə çağırılır.

  • ГПС и СГБ предотвратили контрабанду наркотиков – ФОТО

    Государственная пограничная служба (ГПС) и Служба государственной безопасности (СГБ) Азербайджана провели совместные оперативно-разыскные мероприятия.

    Как сообщили в пресс-центре ГПС, 17 августа, примерно в 11:25, на территории погранзаставы в селе Ашагы Яглывенд Физулинского района был обнаружен сверток с 2 кг 140 г наркотических средств.

    По данному факту проводится расследование.


  • DSX Füzuli rayonunda külli miqdarda narkotik aşkarladı – FOTO

    Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və narkotik vasitələrin qanunsuz döv­riy­­­yəsinə qarşı mübarizə istiqamətində sərhəd mühafizə və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

    Xidmətdən verilən məlumata görə, avqustun 17-də, saat 11:25 radələrində “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Füzuli rayonunun Aşağı Yağlıvənd kəndinin yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində dövlət sərhədinin gücləndirilmiş üsulla etibarlı mühafizəsinin təmin edilməsi məqsədilə Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları ilə birlikdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində sərhədboyu ərazidə bir ədəd sahibsiz halda bağlama aşkarlanıb.

    Bağlamaya baxış zamanı ümumi çəkisi təxmini 2 kiloqram 140 qram narkotik vasitə (1 kq 40 qr heroinə və 1 kq 100 qr metamfetaminə) oxşar maddələr aşkar olunaraq götürülüb.

    Fakt üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.


  • Azərbaycan çempionu Premyer Liqada mübarizəyə qoşulur: Bu gün “Sabah”a qarşı

    Bu gün Azərbaycan Premyer Liqasında ilk turun üçüncü görüşü keçiriləcək.

    Azərbaycan çempionu “Qarabağ” bu gün ölkə çempionatında mübarizəyə qoşulacaq.

    Ağdam klubu ilk turda öz meydanında güclənmiş “Sabah”la qarşılaşacaq. Görüş saat 20:00-da “Azərsun Arena”da keçiriləcək.

    Qeyd edək ki, dünən açılış matçında “Keşlə” səfərdə “Sumqayıt”a əlavə olunan dəqiqədə qol vuraraq qalib gəlib – 1:0. Həmçinin “Neftçi” öz meydanında “Səbail”i 2:1 məğlub edib. Sabah isə “Qəbələ” – “Zirə” matçı ilə tura yekun vurulacaq.
    //oxu.az

  • Milli Məclisin deputatlarının avtomobilləri – SİYAHI

    Milli Məclisdə təmsil olunan deputatların böyük əksəriyyətinin xidməti avtomobili olmasa da, şəxsi maşınları var.

    Maraqlıdır, Milli Məclisin deputatları hansı markalı avtomobillərdən istifadə edir?

    Median.Az “
    Report”-a istinadən Milli Məclisin bəzi deputatlarının hansı markalı avtomobillərdən istifadə etməsi ilə bağlı hazırlanan materialı təqdim edir.

    Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli “Report”a açıqlamasında şəxsi avtomobilinin olmadığını deyib: “Ümumiyyətlə şəxsi avtomobilim olmayıb. Övladımın birinin avtomobili var. Özüm isə Vəhdət Partiyasına məxsus olan 2008-ci il istehsalı “BMW” markalı avtomobildən istifadə edirəm”.

    Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramovun “Toyota Prado” markalı avtomobili var: “Avtomobilimi özüm idarə edirəm. Xüsusi sürücüm yoxdur”.

    Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev isə “Hyundai Genesis” markalı avtomobilinin olduğunu deyib: “Həmin avtomobildən 8 ildir istifadə edirəm”.

    Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Cavid Osmanov da şəxsi avtomobilinin olmadığını deyib:

    “Yeni Azərbaycan Partiyasının Ağdaş rayon təşkilatının balansında olan 2013-cü il istehsalı olan ” Mercedes E-Class” markalı xidməti avtomobildən istifadə edirəm”.

    Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı isə deyib ki, “Toyota Avalon” markalı avtomobili var: “Artıq iki ildir ki, bu avtomobildən istifadə edirəm”.

    Milli Məclisin deputatları Fazil Mustafa və Qənirə Paşayevanın “Toyota Prado”, Aqil Abbasın “Hyundai Sonata”, Erkin Qədirlinin “Toyota Corolla” markalı avtomobili var.

    Məlumat üçün isə bildirək ki, Milli Məclisin komitə sədrlərinin xidməti avtomobilləri “Mercedes E-Class”dır.

    Müşahidələrimiz zamanı məlum olub ki, deputatlar daha çox “Mercedes” markalı avtomobillərə üstünlük verir.

  • Bakıda gənclər küçədə kişini döyüb əşyalarını oğurladılar

    Bakı sakini küçədə döyülərək qarət edilib.

    Trend-in məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu ərazisində baş verib.

    Bakı şəhər sakini T.Maksimov ötən gün gecə saatlarında rayonun Bəşir Səfəroğlu küçəsində olarkən qəflətən naməlum şəxslərin hücumuna məruz qalıb.

    Həmin şəxslər ona baş və bədən nahiyəsindən xəsarətlər yetirərək, üzərində olan bahalı qol saatını, qolbaq və bank kartını götürərək, hadisə yerindən qaçıb.

    Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 1995-ci il təvəllüdlü Çingiz Rəsulov və 2000-ci il təvəllüdlü Sadiq Hüseynov saxlanılıb.

    Faktla bağlı cinayət işi başlanıb.

  • В Калифорнии эвакуируют почти 120 000 человек

    Власти американского штата Калифорния распорядились об эвакуации более 119 000 жителей, домам которых угрожают природные пожары. Об этом сообщил губернатор Гэвин Ньюсом на пресс-конференции, трансляция которой велась на его странице в Twitter, пишет ТАСС.

    “Уведомления об эвакуации следует воспринимать со всей серьезностью. Мы разослали их 119 000 человек”, – указал он. Между тем, по сведениям агентства The Associated Press, данный показатель превышает уже 140 000.

    Согласно информации губернатора, количество очагов природных пожаров на севере Калифорнии возросло с 367 до 560. Выгорела зона площадью 312 000 га. На борьбу с огнем мобилизованы более 12 000 пожарных.

    Ньюсом 18 августа объявил режим чрезвычайной ситуации в штате из-за аномальной жары и пожаров.