Month: August 2020

  • ABŞ-da yanğın dəhşəti: Kaliforniyadan təxminən 120 min insan təxliyyə edildi

    ABŞ-ın Kaliforniya ştatında dəhşətli yanğın təhlükəsi ilə üzləşən 119 mindən çox sakin təxliyyə edilib.

    Bu barədə ştatın qubernatoru Hevin Nyusom öz “Twitter” səhifəsində yayımlanan mətbuat konfransında elan edib:

    “Təxliyyə xəbərdarlıqlarına ciddi yanaşmaq lazımdır. Biz 119 min nəfərə bu barədə xəbər göndərdik”.

    “Associated Press”in məlumatına görə, bu rəqəm artıq 140 mini keçib.

    Qubernatorun sözlərinə görə, Kaliforniyanın şimalındakı yanğınların sayı 367-dən 560-a qədər artıb. 312 000 hektar ərazi külə dönüb. Yanğına qarşı mübarizə üçün 12 mindən çox yanğınsöndürən səfərbər edilib.

    Nyusom 18 avqustda istilik dalğaları və yanğınlar səbəbilə fövqəladə vəziyyət elan edib.

  • Bakıda restoranın kassası qarət edildi

    Bakıda restoranda oğurluq hadisəsi baş verib.

    Trend-in məlumatına görə, Binəqədi rayonunda naməlum şəxs restoranlardan birinin kassasından 200 manat oğurlayıb.

    Binəqədi rayon Polis İdarəsinin 7-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 1976-cı il təvəllüdlü Zaur Fətəliyev saxlanılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Cəlal İsayev: “Restoranlarda qabların, stəkanların təmiz yuyulmaması yoluxma riski yaradır”

    Koronavirus pandemiyası ilə əlaqədar ölkədə karantin rejimi davam edir. Bu həftədən etibarən karantin rejiminin yumşaldılması ilə əlaqədar xüsusi qaydalar çərçivəsində kafe və restoranların açıq hava şəraitində fəaliyyətinə icazə verilib.

    Nazirlər Kabineti yanında operativ qərargahın avqust ayının 15-nə olan məlumatına görə, günlük koronavirusa yoluxma sayı 89 olub. Ötən gün üçün isə (21 avqust) yoluxma sayı 162 nəfərə çatıb.

    Yoluxma sayının artımına təkan verən səbəblər arasında karantin qaydalarının yumşalması çərçivəsində fəaliyyəti bərpa olunan iaşə obyektlərinin rolu ola bilərmi? Təmizlik normalarına riayət edilməməsi virusun yayılmasına nə dərəcədə təkan verə bilər?

    Oxu.Az-ın bu və digər suallarını Azərbaycanın baş infeksionisti Cəlal İsayev cavablandırıb. Onun sözlərinə görə, xəstəliyin yenidən kəskinləşməsinə bir çox amillər təsir göstərə bilər:

    “Restoranlarda təmizlik qaydalarına düzgün riayət edilməməsi, müştərilərə xidmət zamanı qabların, stəkanların dezinfeksiya olunmaması təbii ki, müəyyən dərəcədə yoluxma riski yaradır. Amma burada risk yüksək deyil. Əsas risk faktoru restorana gələn insanların qaydalara əməl etməməsidir. Çünki, açıq havada fəaliyyətinə icazə verilən restoranlarda sosial məsafənin gözlənilməsi üçün tədbirlər görülüb. Restoranlarda şəxsi təmizlik qaydalarına laqeydlik COVID-19 virusunun yayılmasını artıra bilər. Hər kəs bu qaydalara riayət etməlidir ki, yoluxma sayında artım baş verməsin”.

    C.İsayev geyim və müxtəlif digər əşyalardan da yoluxma riskinin mövcudluğundan danışdı:

    “Burada da risk az olsa da, insanlar əllərini hər hansı geyimə, digər əşyalara vurduqdan sonra ağız, burun yollarına toxunmamalıdır. Bu daha təhlükəlidir. Əllərini dərhal dezinfeksiya etməli ya da sabunla yumalıdırlar”.

  • Со дня смерти Абульфаза Эльчибея прошло 20 лет

    Минуло 20 лет со дня смерти лидера национально-освободительного движения, экс-президента Азербайджана Абульфаза Эльчибея.

    Он скончался 22 августа 2000 года в Военно-медицинской академии Гюльхане в Турции, где проходил лечение.

    А.Эльчибей родился 24 июня 1938 года в селении Келеки Ордубадского района. В 1957 году окончил факультет востоковедения Азербайджанского государственного университета. Был лидером начавшегося в нашей стране народного движения, создателем Народного фронта Азербайджана и его первым руководителем.

    В 1992 году А.Эльчибея избрали президентом страны, но спустя год в результате начавшегося в Гяндже восстания он покинул Баку и отправился в Келеки. Решением Милли Меджлиса (парламента) А.Эльчибей был лишен своих полномочий.

  • Əbülfəz Elçibəyin vəfatından 20 il ötür

    Milli azadlıq hərəkatının lideri, Azərbaycanın sabiq Prezidenti Əbülfəz Elçibəyin vəfatından 20 il keçir.

    Əbülfəz Elçibəy uzun sürən xərçəng xəstəliyindən sonra 2000-ci il avqustun 22-də müalicə aldığı Türkiyədəki Gülhanə Hərbi Tibb Akademiyasında vəfat edib. Onun nəşi Bakıya gətirilərək Fəxri xiyabanda dəfn edilib.

    Qeyd edək ki, Ə. Elçibəy 24 iyun 1938-ci ildə Naxçıvanın Ordubad rayonunun Kələki kəndində anadan olub. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb filologiyası şöbəsinə daxil olub.

    Azərbaycanda başlayan xalq hərəkatının liderlərindən, Azərbaycan Xalq Cəbhəsini yaradanlardan biri və ilk sədri olub.

    Prezident seçildikdən bir il sonra – 1993-cü ilin iyununda isə Gəncədə başlayan qiyam nəticəsində Bakını tərk edərək Kələkiyə köçüb.

    Milli Məclisin qərarı ilə səlahiyyətləri ləğv edilən Əbülfəz Elçibəy fəaliyyətini Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri kimi davam etdirib.

  • Назначен директор Центра мониторинга при Госкомиссии по языку – ФОТО

    Распоряжением премьер-министра Али Асадова доктор филологических наук, профессор Севиндж Новруз гызы Алиева назначена директором Центра мониторинга при Государственной комиссии по языку.

    Об этом сообщает Report.

    Ранее она занимала должность заведующего отделом мониторинга Института языковедения Национальной академии наук Азербайджана.

  • Baş nazirdən yüksək vəzifəyə TƏYİNAT – FOTO

    Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinə direktor təyin edilib.

    Report-un məlumatına görə, Baş nazir Əli Əsədovun imzaladığı sərəncamla filologiya elmləri doktoru, professor Sevinc Novruz qızı Əliyeva bu vəzifəyə seçilib.

    S.Əliyeva daha əvvəl AMEA-nın Dilçilik İnstitutunun monitorinq şöbəsinin müdiri vəzifəsində çalışıb.

  • Обнародована последняя мировая статистика по коронавирусу

    Число инфицированных коронавирусом в мире достигло 23 120 988.

    От COVID-19 в мире скончались 803 213, выздоровели – 15 715 218 человек.

    По числу заразившихся лидирует Северная Америка (6 846 553), а среди стран – США (5 796 727).

    На втором месте – Бразилия (3 536 488), на третьем – Индия (2 975 701), на четвертом – Россия (946 976).

    В Иране коронавирусом заразились 354 764 человека, Турции – 255 723, Армении – 42 477, Грузии – 1 385.

    В Азербайджане на сегодня выявлен 34 921 случай инфицирования COVID-19, 512 человек скончались, 32 682 – выздоровели.

  • Dünyada koronavirusa yoluxanların sayı 23 milyonu keçdi – STATİSTİKA

    Dünyada koronavirus 23 120 988 nəfərdə müəyyən edilib.

    Virusdan 803 213 xəstənin öldüyü, 15 715 218 nəfərin sağaldığı məlumdur.

    Virusun ən çox yayıldığı qitə Şimali Amerika (6 846 553 nəfər), ölkə ABŞ-dır (5 796 727 nəfər).

    Digər yerləri ardıcıl olaraq 3 536 488 yoluxma ilə Braziliya, 2 975 701 yoluxma ilə Hindistan, 946 976 yoluxma ilə Rusiya paylaşır.

    İranda 354 764, Türkiyədə 255 723, Ermənistanda 42 477, Gürcüstanda isə 1 385 nəfərdə koronavirus qeydə alınıb.

    Azərbaycanın sərhəd qonşuları arasında virusdan ən çox ölum İrandadır (20 376 nəfər).

    Azərbaycanda koronavirusa yoluxan 34 921 nəfərin 512-si ölüb, 32 682-si sağalıb.

  • Bakıda kişi qonşusu tərəfindən bıçaqlandı

    Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

    APA xəbər verir ki, hadisə Zabrat qəsəbəsində qeydə alınıb.

    Belə ki, 1988-ci il təvəllüdlü Tağıyev Kamran Natiq oğlu qonşusu ilə əlbəyaxa dava zamanı bıçaqlanıb. Yaralı döş qəfəsinin kəsilmiş-deşilmiş xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. O, əməliyyat olunub.

    Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsində araşdırma aparılır.