Month: August 2020

  • Brilyant Dadaşova Sərdar Ortacla eyni səhnədə – VİDEO

    Xalq artisti Brilyant Dadaşova türkiyəli müğənni Sərdar Ortacla eyni səhnəni bölüşüb.

    Axşam.az xəbər verir ki, o, Sərdar Ortacın İstanbuldakı konsertinə qatılıb. Gecədə türkiyəli müğənni Brilyant Dadaşovanı səhnəyə dəvət edib və onlar birlikdə mahnılar səsləndiriblər.

    B.Dadaşovanın ünvanına təriflər yağdıran Sərdar ona öz təşəkkürünü bildirib.

  • Etibarnamə mülkiyyət hüququ yaradırmı? – AÇIQLAMA

    “Hər hansı əmlaka etibarnamə verilirsə, bu, həmin şəxsə əmlakla bağlı mülkiyyət hüququ vermir”.

    Oxu.Az-ın məlumatına görə, bu barədə Azərbaycan Notariat Palatası İdarə Heyətinin sədri Hüseyn Məmmədov Ədliyyə Nazirliyi tərəfindən Notariatın fəaliyyəti üzrə keçirilən onlayn brifinqdə çıxışı zamanı deyib.

    Onun sözlərinə görə, etibarnamə əmlaka yalnız təmsilçilik hüququ verir:

    “Təmsilçilik isə mülkiyyətçinin dəyişməsinə, əmlak üzərində bütünlükdə sərəncamvermə hüququ yaratmır”.

    “Əmlak üzərində tam mülkiyyət hüququna sahib olmaq üçün mütləq şəkildə alqı-satqı, bağışlama və başqa müqavilələr bağlanmalıdır”, – deyə H.Məmmədov qeyd edib.

  • Navalnının vəziyyəti yaxşılaşıb

    Aleksey Navalnının müalicə aldığı Omsk xəstəxanasının baş həkimi Aleksandr Muraxovski bildirib ki, siyasətçinin vəziyyəti yaxşılaşıb.

    REN TV xəbər verir ki, baş həkim bu barədə jurnalistlərə açıqlamasında söyləyib.

    “Gecə yaxşı keçdi, onun səhhəti səhər saat səkkizdə bir qədər yaxşılaşdı, lakin hələ də tam sabitliyə nail olunmayıb. Bu gün mütəxəssislərin iştirakı ilə konsilium keçirdik. Almaniyaya müalicəyə göndərilməsi üçün ilk növbədə pasiyentin səhhətinin tam sabitləşməsinə nail olmaq lazımdır”, deyə A. Muraxovski vurğulayıb.

    Xatırladaq ki, ötən gün Moskvadan Tomska yollanan müxalifətçinin halı təyyarədə kəskin pisləşib. O, ayaqyoluna getdikdən sonra huşunu itirib.

    Təyyarə Omsk şəhərində təcili eniş etmək məcburiyyətində qalıb.

    Müayinə zamanı məlum olub ki, siyasətçi naməlum maddə ilə zəhərlənib.

  • ВС Армении нарушили режим прекращения огня 35 раз за сутки

    Подразделения вооруженных сил Армении, используя крупнокалиберные пулеметы и снайперские винтовки, в течение суток нарушили режим прекращения огня в различных направлениях фронта 35 раз.

    Об этом сообщает пресс-служба Минобороны Азербайджана.

    С позиций в селах Мосесгех, Чинари Бердского, в селе Джил – Чамбаракского, на безымянных высотах – Ехегнадзорского и в селе Аравис – Сисианского районов Армении подверглись обстрелу расположения азербайджанской армии в селах Агдам, Асрик Джырдахан, Агбулаг – Товузского, в селе Заманлы и на безымянных высотах – Гедабейского, в селах Гюннут – Шарурского и Арафса – Джульфинского районов Нахчыванской Автономной Республики.

    Оборонное ведомство отмечает, что обстрел также велся с позиций, расположенных близ оккупированных сел Новрузлу, Мерзили Агдамского и на безымянных высотах на территории Тертерского и Ходжавендского районов.

  • İriçaplı pulemyotlar işə düşdü – Atəşkəs yenidən pozuldu

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 35 dəfə pozublar.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, Ermənistan Respublikası Berd rayonunun Mosesqex və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Əsrik Cırdaxan, Ağbulaq kəndlərində, Çəmbərək rayonunun Cil kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə, Yeğeqnadzor rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Günnüt kəndində, Sisian rayonunun Arevis kəndində yerləşən mövqelərdən Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Ərəfsə kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

    İşğal altında olan Ağdam rayonunun Novruzlu və Mərzili kəndləri yaxınlığında, həmçinin Tərtər və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

  • Арендатор парикмахерской предстанет перед судом за нарушение правил карантина – ФОТО

    Сотрудники Управления полиции Балакенского района в результате проведенных мероприятий установили, что арендатор Дж.Угалаева в нарушение правил карантинного режима собрала в закрытом помещении около 20 человек по случаю открытия парикмахерской.

    Как сообщили в шекинской региональной группе пресс-службы МВД, материалы, собранные в ее отношении, были направлены в суд для дачи юридической оценки инциденту.


  • Azərbaycanda qadın kişi salonunun açılışı üçün karantini pozdu, məhkəməlik oldu – FOTO

    Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində şəhər ərazisində karantin qaydalarını pozaraq insanları bir yerə toplayıb, yeni obyektin açılışı məqsədilə məclis təşkil edən şəxs müəyyən edilib.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən həmin ünvana baxış keçirilən zaman icarədar C.Uqalayevanın kişi salonunun açılışı məqsədilə qapalı məkanda 20-yə yaxın şəxsi bir yerə toplayaraq məclis təşkil etdiyi və karantin qaydalarını pozduğu aşkarlanıb.

    İcarədar barəsində Balakən Rayon Polis Şöbəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.


  • Завтра Лалу Шовкет прооперируют

    Завтра председателя Либеральной партии Азербайджана Лалу Шовкет прооперируют в одной из частных клиник.

    Об этом АПА сообщил ее сын Сидги Шовкет

    По словам С.Шовкет, в настоящее время его мать находится в больнице под контролем врачей, и ее состояние оценивается как удовлетворительное.

    “У нее уже давно опухоль в толстой кишке. Каждый год из-за этого поднималась температура, проводилось лечение. Врачи порекомендовали удалить опухоль. Завтра она будет прооперирована в одной из частных клиник”, – сказал он.

  • Lalə Şövkət sabah əməliyyat olunacaq

    Azərbaycan Liberal Partiyasının lideri Lalə Şövkət sabah əməliyyat olunacaq.

    Bunu APA-ya açıqlamasında Lalə Şövkətin oğlu Sidqi Şövkət bildirib.

    S.Şövkətin sözlərinə görə, hazırda anasının vəziyyəti normaldır, xəstəxanada həkim nəzarətindədir:

    “Uzun illərdir, Lalə xanımın yoğun bağırsağında şiş var. Sadəcə, hər il şiş temperaturunun qalxmasına səbəb olurdu, müalicə edilirdi.

    Bu il də dörd ay həmin şiş Lalə xanımın temperaturunun qalxmasına səbəb oldu.

    Həkimlər və cərrahlar şişin mütləq əməliyyatla götürülməli olduğunu məsləhət gördülər.

    Lalə xanım sabah özəl klinikalardan birində əməliyyat olunacaq”.

  • Azərbaycanlı müğənni özünə dəbdəbəli ad günü keçirdi – VİDEO

    Müğənni Nüşabə Musayeva məşhur restoranların birində özünə ad günü şənliyi təşkil edib.

    Şənlikdə onun dostları və yaxınları iştirak edib.

    Bununla bağlı N.Musayeva “Instagram” səhifəsində paylaşım edərək, ad günündə yanında olan dostlarına təşəkkürünü bildirib.

    Ad günündəki maraqlı görüntülərdən biri də arxa fondakı bəy gəlinin rəqsi olub.

    Qeyd edək ki, hazırda Nazirlər Kabineti yanında operativ qərargahın qərarı ilə ölkədə xüsusi karantin rejimi tətbiq edilir.