Month: September 2020

  • Полад Бюльбюльоглу провел встречу в МИД России – ВИДЕО

    Посол Азербайджана в РФ Полад Бюльбюльоглу сообщил, что на встрече в МИД России во вторник обсудил вопрос предотвращения конфликтов между азербайджанской и армянской диаспорами.

    “Мы встречались с замминистра [иностранных дел России] Андреем Руденко и первым замглавы МВД Александром Горовым. Я знаю, что они встречались с моим армянским коллегой сегодня. Пригласили меня для того, чтобы мы еще раз [провели работу] со своими диаспорами и живущими здесь гражданами Азербайджана, с которыми поддерживаем связь. [Прозвучала] просьба от административных органов, чтобы на территории России в связи с эскалацией конфликта в Нагорном Карабахе не повторились июльские события в Москве”, – рассказал посол журналистам, передает ТАСС.

    П.Бюльбюльоглу отметил, что естественное желание российской стороны [в том], чтобы на их территории был порядок, чтобы не было межнациональных конфликтов:

    “Мы с пониманием относимся к этому предупреждению и считаем, что это правильно. Естественно, со своей стороны сделаем все, чтобы таких конфликтов на территории России не было”, – добавил посол.

  • Polad Bülbüloğlu Rusiya XİN-də görüş keçirib – VİDEO

    Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu Rusiya Xarici İşlər Nazirliyində keçirdiyi görüşdə Azərbaycan və erməni diasporları arasındakı münaqişələrin qarşısının alınması məsələsini müzakirə etdiyini bildirib.

    TASS agentliyi xəbər verir ki, P. Bülbüloğlu bu barədə jurnalistlərə açıqlama verib.

    “Biz Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko və Rusiya daxili işlər nazirinin müavini Aleksandr Qorovla görüşdük. Bilirəm ki, bu gün onlar mənim erməni həmkarlarımla da görüşüblər. Məni dəvət edərək Rusiyada yaşayan və bizim əlaqədə olduğumuz diaspor nümayəndələri ilə iş aparmağımızı istədilər. İnzibati orqanların xahişi Dağlıq Qarabağdakı münaqişənin alovlanması ilə əlaqədar iyul ayında baş verən hadisələrin təkrarlanmaması ilə əlaqədar idi”, deyə azərbaycanlı diplomat bildirib.

    P. Bülbüloğlu Rusiya tərəfinin xəbərdarlığını anlayışla qəbul etdiklərini və bunun doğru olduğunu qeyd edib: “Təbii olaraq, Rusiya ərazisində əvvəl baş vermiş konfliktlərin təkrarlanmaması üçün əlimizdən gələn hər şeyi etməyə çalışacağıq”.

  • Mədət Quliyevin qayını da döyüşə getdi – FOTO

    Müdafiə Sənayesi naziri Mədət Quliyevin qayını da hərbi xidmətə yollanıb.

    Median.Az xəbər verir ki, bu barədə M.Quliyevin həyat yoldaşı Zəhra Quliyeva məlumat verib:

    “Qardaşım artıq ikinci dəfə həqiqi xidmətə, elini-obasını, vətənini qorumağa getdi. Yaşasın Azərbaycan! Yaşasın Ali Baş Komandan! Allah bütün hərbçilərimizi qorusun”.//sfera.az

  • İlham Əliyev: “Türkiyənin döyüşlərdə iştirakı ilə bağlı iddialar “fake news”dur”

    Türkiyənin regiondakı rolu sabitləşdirici xarakter daşıyır. Türkiyə bizim müttəfiqimiz və qardaş ölkəmizdir.

    Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın “Rossiya 1” kanalına eksklüziv müsahibəsində bildirib.

    Prezident qeyd edib ki, Türkiyə Ermənistanın hücumundan dərhal sonra həm dövlət başçısı, həm də digər rəhbər səviyyələrdə Azərbaycana və beynəlxalq hüquqa dəstəyini bildirdi: “Çünki Ermənistan artıq 30 ildir Azərbaycan ərazisini işğalda saxlamaqla beynəlxalq hüququ pozur. Türkiyə bizə ancaq mənəvi dəstək göstərir və biz buna görə Türkiyə prezidentinə və türk xalqına minnətdarıq. Başqa heç cür Türkiyə bu münaqişədə iştirak etmir və erməni tərəfinin Türkiyənin döyüşlərdə iştirakı ilə bağlı yaydığı şayiələr təxribat xarakteri daşıyır. Bu, “fake news”dur. Türkiyənin münaqişədə iştirakı ilə bağlı bir dənə də dəlil yoxdur və buna heç ehtiyac da yoxdur. Azərbaycan ordusu öz xalqını və ərazisini müdafiə etməyə tam hazırdır”.

    Ermənistan tərəfinin iddia etdiyi Ermənistan hərbi hava qüvvələrinə məxsus “Su-25” döyüş təyyarəsinin Türkiyəyə məxsus “F-16” təyyarələri tərəfindən vurulması xəbərini şərh edən ölkə başçısı qeyd etdi ki, Türkiyənin Hərbi Hava Qüvvələri və “F-16” qırıcıları münaqişədə iştirak etmir və bu xəbər heç bir dəlillə təsdiq olunmur: “Müasir texnologiyaların inkişafını nəzərə alaraq belə bir halı gizlətmək mümkün deyil. Buna görə də bu xəbəri asanlıqla yoxlayıb təxribat olduğunu aydınlaşdırmaq olar. Ermənistan tərəfinin məqsədi bizə aydındır. İlk növbədə onlar Azərbaycan ordusunun işğal olunmuş ərazilərini azad edərkən qazandığı nailiyyətləri kölgələmək istəyirlər. Həmçinin Ermənistan tərəfi münaqişənin genişlənməsi və üçüncü ölkələrin buna qoşulmasını iddia etməklə daha çox tərəfləri münaqişəyə cəlb etmək istəyir və öz təxribatına haqq qazandırmağa çalışır. Sizə tam məsuliyyətlə deyirəm ki, türkiyə münaqişə tərəfi deyil, döyüşlərdə iştirak etmir və buna da ehtiyac yoxdur”.

  • Azərbaycanın Baş Naziri Türkiyənin Vitse-prezidenti ilə telefonla danışıb

    Bu gün Türkiyə Respublikasının Vitse-prezidenti Fuad Oktay Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədova telefonla zəng edib.

    Nazirlər Kabinetindən “Report”a verilən məlumata görə, F.Oktay Ermənistanın təcavüzünün qarşısının alınması və işğal olunmuş torpaqların azad edilməsi işində Türkiyənin Azərbaycanın yanında olduğunu və hər cür yardım göstərməyə hazır olduqlarını bildirib.

    Ə.Əsədov Türkiyə Respublikası rəhbərliyinin bütün səviyyələrdə Azərbaycana göstərdiyi dəstəyə görə minnətdarlığını ifadə edib.

    Telefon danışığı zamanı tərəflər ikitərəfli münasibətlərə dair məsələləri müzakirə ediblər.

  • Gürcüstanın ədliyyə naziri vəzifəsini tərk edir

    Gürcüstan baş nazirinin müavini, ədliyyə naziri Tea Tsulukiani vəzifəsindən gedir.

    “Report”un yerli bürosu xəbər verir ki, buna səbəb nazirin parlament seçkiləri ilə bağlı kampaniyaya cəlb olunmasıdır.

    Nazir oktyabrın 1-dən etibarən seçki kampaniyasında iştirak edəcək.

    Qeyd edək ki, qonşu ölkədə parlament seçkiləri oktyabrın 31-də keçiriləcək. T.Tsulukiani hakim Gürcü Arzusu Partiyasının seçki siyahısında 4-cü yerdədir.

  • ANAMA cəbhəboyu ərazilərdə keçirilmiş əməliyyatlar barədə məlumat yaydı

    Sentyabrın 27-29-da Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağdam, Ağcabədi, Ağdaş, Bərdə, Beyləqan, Biləsuvar, Goranboy, Naftalan, Füzuli, Tərtər və Hacıqabul rayonları ərazisinə Ermənistan silahlı qüvvələri tərəfindən atılmış mərmilərin həyətyanı sahələrə, yol kənarına, otlaq və əkin sahəsinə düşməsi barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən 32 Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən 3 və Dövlət Sərhəd Xidmətindən 1 müraciət daxil olub.

    ANAMA-dan “Report”a verilən məlumata görə, daxil olmuş 36 çağırış əsasında Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu tərəfindən Ağdam rayonunun 1-ci 4 Yol, Quzanlı qəsəbələri və Çəmənli kəndi, Ağcabədi rayonunun Qaradolaq, Ağgöl, Avşar, Hacılar kəndləri, Tərtər rayonun Qaynaq, Sarıcalı, Çəmənli kəndləri və Şıxarx qəsəbəsi, Füzuli rayonun Şükürbəyli və Horadiz kəndləri, Goranboy rayonunun Qaramusalı, Həmənli, Qaraçinar, Boluslu, Meşəli, Qırıqlı kəndləri, Biləsuvar rayonun Nəriman kəndi, Naftalan rayonunun Qaşaltı kəndi və Hacıqabul rayonu ərazisində Daxili İşlər Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları ilə birlikdə 34 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib.

    Aparılmış təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd aviabomba (OFAB-100), 6 ədəd raket, 1 ədəd raketinin arxa hissəsi (dolu) və 2 ədəd döyüş başlığı, 2 ədəd hərbi məqsədlər üçün istifadə olunan metroloji radiopelenqator, 1 ədəd dron (partladıcısı yerində zərərsizləşdirilmişdir), 2 ədəd raketin mikrosxeması və 4 ədəd partlamış raket hissələri aşkar olunub.

  • Mehriban Əliyeva: “Qoy Uca Tanrı hər bir azərbaycanlıya müqəddəs Qarabağ torpağını öpməyi nəsib etsin!” – FOTO

    Azərbaycan dövləti heç vaxt başqasının torpaqlarına iddialı olmayıb, heç zaman insanlığa qarşı cinayət törətməyib. Azərbaycan Ordusu başqa dövlətin torpaqlarına ayaq basmayıb, o, doğma torpağını qoruyur və onun uğrunda döyüşür!

    Bu sözləri Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva “Facebook” hesabında yazıb.
    Mehriban Əliyeva qeyd edib:

    “Ermənistanın növbəti silahlı təxribatına cavab verildi! Azərbaycan Ordusu öz Vətənini müdafiə edərək, uğurlu əks-hücum əməliyyatı keçirir və Azərbaycanın işğal altında olan ərazilərini azad edir.

    Azərbaycan dövlətinə və xalqına dəstək olaraq öz prinsipial və ədalətli mövqeyini nümayiş etdirən bütün insanlara, təşkilatlara və dövlətlərə dərin təşəkkürümü bildirirəm. İlk növbədə, qardaş Türkiyə xalqına və şəxsən Prezident Rəcəb Tayyib Ərdoğana minnətdaram. Onların həmrəyliyi və mənəvi dəstəyi bu gün hər bir azərbaycanlıya qürur hissi yaşadır.

    Azərbaycanın bütün əsgərlərinin, zabitlərinin həyatı və sağlamlığı üçün dua edirəm!

    Bu gün biz azərbaycanlılar niyyətimizlə, hərəkət və dualarımızla misli görülməmiş birlik göstəririk. Ulu Tanrı Azərbaycan xalqına onun müqəddəs mübarizəsində yar olsun!

    Qoy Uca Tanrı hər bir azərbaycanlıya müqəddəs Qarabağ torpağını öpməyi nəsib etsin!

    Allah şəhidlərimizə rəhmət etsin! Qəbirləri nurla dolsun!”

    Azərbaycan dövləti heç vaxt başqasının torpaqlarına iddialı olmayıb, heç zaman insanlığa qarşı cinayət törətməyib….

    Mehriban Əliyeva paylaştı: 29 Eylül 2020 Salı

  • Prezident İlham Əliyev “Rossiya 1” telekanalında: “Biz işğalçıya qarşı adekvat cavab verməyə məcbur oduq”

    Ermənistan tərəfinin 27 sentyabrdan başlayan təxribatı, yaşayış məntəqələrini atəşə tutması nəticəsində 11 mülki şəxs həlak olub, onlardan da ikisi uşaqdır.

    Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın “Rossiya 1” kanalına eksklüziv müsahibəsində bildirib.

    Prezident qeyd edib ki, hərbçilər arasında da itkilər var: “Biz işğalçıya qarşı adekvat cavab verməyə və bununla da öz əhalimizi və torpağımızı müdafiə etməyə məcbur olduq. Artıq üç sutkadır ki, şiddətli döyüşlər gedir, bu döyüşlərin nəticəsi olaraq Azərbaycan ordusu işğal altında olan bir neçə yaşayış məntəqəsini və müxtəlif istiqamətlərdə strateji yüksəklikləri işğaldan azad etdi. İndi də aktiv döyüşlər davam edir”.

  • Ədliyyə işçiləri və hakimlər Silahlı Qüvvələrə Yardım Fonduna vəsait köçürüb

    Ədliyyə işçiləri və hakimlər vətəndaş fəallığı və orduya dəstəklərini nümayiş etdirərək mütəmadi olaraq əmək haqlarının bir hissəsini Silahlı Qüvvələrə Yardım Fonduna köçürürlər.

    Ədliyyə Nazirliyindən APA-ya verilən məlumata görə, cəbhədə qələbələrimizdən ruhlanan ədliyyə işçiləri və hakimlər hazırda da əmək haqları fondundan 1 milyon 600 min manatın Silahlı Qüvvələrə Yardım Fonduna köçürülməsi qərarına gəliblər: “Ordumuz ən yüksək səviyyədə təchiz edilir, gündəlik dövlət qayğısı ilə əhatə olunur və əlavə heç bir yardıma ehtiyac yoxdur. Bu addım isə ordu ilə həmrəylik nümayişi kimi mənəvi borc hesab olunub. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin qətiyyətli mövqeyindən qürur və iftixar hissi duyan ədliyyə və məhkəmə işçiləri bu şərəfli yolda dövlət başçısının ətrafında sıx birləşdiklərini ifadə edirlər”.