Month: September 2020

  • ABŞ-ın ATƏT-dəki səfiri: “Tərəflər danışıqlar masasına gəlməlidir”

    “Dağlıq Qarabağ münaqişəsinin hərbi həlli yoxdur. Tərəflər danışıqlar masasına gəlməlidir”.

    APA-nın xəbərinə görə, bunu ABŞ-ın ATƏT-dəki səfiri Ceyms Gilmor bu gün ATƏT-in Daimi Şurasının Dağlıq Qarabağdakı gərgin vəziyyətlə bağlı keçirdiyi xüsusi iclasında çıxışında deyib.

    Ceym Gilmor bildirib ki, ABŞ Dağlıq Qarabağ bölgəsində təmas xətti boyunca mülki şəxslər də daxil olmaqla, xeyli sayda itki ilə nəticələnən genişmiqyaslı hərbi əməliyyatlar barədə xəbərlərdən dərindən narahatdır.

    “Biz Minsk Qrupu həmsədrlərinə və beynəlxalq ictimaiyyətə qoşularaq şiddətin böyüməsini ən sərt şəkildə qınayırıq və bütün iştirakçıları dərhal hərbi əməliyyatları dayandırmağa çağırırıq. Ölən və yaralananların ailələrinə başsağlığı veririk.

    Tərəfləri döyüşü dərhal dayandırmağa və ən qısa müddətdə şərt qoyulmadan danışıqlar masasına dönməyə çağırırıq. ABŞ Dövlət Katibinin müavini Stiven Biqan Ermənistan və Azərbaycan Xarici İşlər nazirləri ilə əlaqə saxlayaraq onlara de-eskalasiya barədə bildirib, vəziyyətin daha da kəskinləşmənin qarşısını almaq üçün aralarındakı mövcud birbaşa rabitə əlaqələrindən istifadə etməyə, regiondakı gərginliyi artıra biləcək zərərli ritorikadan və hərəkətlərdən çəkinməyə çağırıb”, – deyə ABŞ səfiri bildirib.

    Diplomat deyib ki, ABŞ tərəfləri gərginliyi azaltmaq üçün təcili addımlar atmağa, təhlükəsizlik tədbirlərini təmin etməyə və beynəlxalq insan haqlarına hörmət etməyə çağırır.

    “ABŞ hər hansı kənar qüvvə tərəfindən artan şiddətdə iştirakın regional gərginliyi daha da artıracağına inanır. Dağlıq Qarabağ münaqişəsinin hərbi həlli yoxdur. Tərəflər danışıqlar masasına gəlməlidir. Minsk Qrupunun həmsədri olaraq, ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh və danışıqlar yolu ilə həllinə kömək etməklə bağlı öhdəliyini bir daha təsdiqləyir. Vəziyyəti dəyişməklə daha çox mülki şəxs və hərbi qulluqçunun itkisinin qarşısını almaq üçün hələ vaxt var”, – deyə Ceyms Gilmor vurğulayıb.

    Qeyd edək ki, Ermənistan və Azərbaycan arasında gərginləşən vəziyyətlə əlaqədar ATƏT Daimi Şurasının xüsusi iclası çağırılıb.

  • Prezident İlham Əliyevin “RTR Planeta” kanalına müsahibəsi – CANLI

    Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın “RTR Planeta” kanalına eksklüziv müsahibə verir.

  • “Xəbər Saatı”: Cəbhə bölgəsinə canlı bağlantı

    “Report” TV-nin efirində yayımlanan “Xəbər Saatı”nın sentyabrın 29-na olan xüsusi buraxılışı:

  • Ədalət və İnkişaf Partiyası: Azərbaycan öz ərazisinin müdafiə haqqına malikdir

    “Azərbaycan və Türkiyə eyni kədərə, eyni gələcəyə, eyni dəyərlərə sahib iki ölkədir”.

    “Report” “Anadolu”ya istinadən xəbər verir ki, bunu Türkiyənin Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çelik deyib.

    “Azərbaycan ərazisini müdafiə etmək haqqına malikdir. Qarabağ bölgəsi Azərbaycan torpağıdır. Ermənistan orada işğalçıdır. Ermənistanın mülki obyektlərə hücum etməsi beynəlxalq hüququn açıq-aşkar pozulmasıdır. Beynəlxalq ictimaiyyət Ermənistanı qınamalıdır”, – Ö.Çelik vurğulayıb.

  • AKP sözçüsü: “Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını tərk etdiyi an problem həll olunar”

    “Azərbaycan xalqına başsağlığı və dəstək vermək yerinə, Azərbaycan dövlətinə “qanuni müdafiə haqqından istifadə etmə” demək, Ermənistana dəstək vermək deməkdir. Zalımla məzlumu eyni tutmaq ədalətli deyil. Beynəlxalq ictimaiyyət Ermənistanı qınamalıdır”.

    APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömer Çelik media nümayəndələri ilə görüşündə deyib.

    O bildirib ki, Ermənistanın Azərbaycanın yaşayış məntəqələrinə hücumları 1949-cu il Cenevrə Sazişinin aşık-aşkar pozulmasıdır: “Odur ki, Türkiyə Azərbaycanı ərazi bütövlüyü uğrunda mübarizəsində haqlı sayır və qardaş ölkənin yanındadır. Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını tərk etdiyi an bu problem həll olunar”.

  • Müharibə şəraitində Paşinyanın arvadı Ermənistandan pul çıxarır – sensasion ARAŞDIRMA

    Ermənistanda ölkənin işgüzar elitasına və keçmiş rəhbərliyə qarşı korrupsiya əleyhinə mübarizə kampaniyası vədi ilə başlanan məxməri inqilaba ölkənin birinci xanımı Anna Akopyan “Ermənistan çamaşırxanası” kimi diz çökdürdü.

    Ermənistan mətbuatının məlumatına görə, Azərbaycanla genişmiqyaslı müharibə və davam edən səfərbərlik nəzərə alınmaqla, erməni oliqarxları ölkədən təhlükəsiz çıxmaq üçün xeyli miqdarda pul ödəyiblər.

    Əvvəlki hallarda olduğu kimi, pul Anna Akopyanın rəhbərlik etdiyi “Mənim Addımım” və “Gülüşlər Şəhəri” xeyriyyə fondları vasitəsilə İsveçrə və ofşor bank bank hesablarına köçürüldü.

    Elita üçün bu təxliyyə əməliyyatının mərkəzində önəmli rolu Baş nazirin qaynı, Anna Akopyanın qardaşı və Ermənistan parlamentinin üzvü Hraçya Akopyan oynayıb.

    Anna Akopyanın qardaşı yalnız pul köçürmələri üçün lazımi tədbirlərlə kifayətlənməyib, həm də maddi-texniki dəstəyi təmin edib.

    Bildirilir ki, o, hətta şəxsi “Lear Jet” təyyarəsini hərbi vəziyyətə görə qapadılan Ermənistanın əsas beynəlxalq hava limanı olan Zvartnotsdan uçuşları təşkil üçün təqdim edib.

    Bu əməliyyatla bağlı əlavə məlumat veriləcək.

  • Türk Ticarət və Sənaye Palatasının sədrindən Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidentinə məktub

    Türk Ticarət və Sənaye Palatasının (TOBB) sədri Rıfat Hisarcıklıoğlu Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayevə məktub göndərib.

    Məktubda bildirilir ki, sentyabrın 27-dən başlayan hadisələri öz növbəsində TOBB da diqqətlə izləyir və Ermənistanın bu təxribatlarının bölgəmizdəki sülh danışıqlarını baltaladığını bəyan edir.

    “Bu təxribatlar beynəlxalq hüququ açıq şəkildə tapdalayır. Mülki əhali arasında itkilərə yol açan bu təxribatları şiddətlə qınayırıq. Ermənistan bu təxribatçı hərəkətlərilə bölgədə sülh və əmin-amanlıq üçün əsas təhlükə olduğunu bir daha göstərdi”, – deyən Rıfat Hisarcıklıoğlu Azərbaycanın öz xalqını və ərazi bütövlüyünü qorumaq üçün haqlı müdafiəsini dəstəklədiklərini qeyd edib.

    Bu dönəmdə türk iş dünyasının və Türk Ticarət və Sənaye Palatasının Azərbaycana dəstəyi tamdır, söyləyən Rıfat Hisarcıklıoğlu beynəlxalq ictimaiyyəti də haqlının yanında olmağa çağırdı.

    TOBB başkanı Azərbaycan torpaqlarının azad olunması uğrunda gedən döyüşlərdə şəhid olanlara Allah rəhmət diləyib, “Can Azərbaycan”a başsağlığı verib və yaralılara acil şəfa diləyib.

  • Владислав Шурыгин: Очевидно, что Азербайджан готов намного лучше, чем Армения – КОММЕНТАРИЙ

    Контрнаступление азербайджанской армии по всей линии соприкосновения на оккупированных территориях Азербайджана продолжается уже третий день. По мнению некоторых аналитиков, Вооруженные силы Азербайджана используют тактику ликвидации военной инфраструктуры армянской армии.

    Российский военный эксперт, публицист, постоянный член Изборского клуба Владислав Шурыгин в беседе Media.Az отметил, что сейчас идет эскалация боевых действий: “Очевидно, к нынешним боевым действиям Азербайджан готов намного лучше, чем Армения. Нынешняя операция – это как шахматная комбинация. Армянская сторона, еще раз скажу, была не готова к такому энергичному наступлению азербайджанской армии”.

    Эксперт указал на продвижение азербайджанской армии только за первые сутки на 2-10 км в зависимости от направления. “Сейчас где-то идут бои, которые можно назвать позиционными. Вопрос в том, зафиксировать ли имеющиеся результаты, либо наращивать участие военных сил”, – отметил В.Шурыгин.

    – Возможно ли, что нынешние боевые действия приведут руководство Армении к пониманию необходимости мирных переговоров, от которых Ереван отказался?

    – Если Азербайджан зафиксирует за собой результат, то может поставить Армению перед новой политической реальностью. Это может случиться только тогда, когда будут осознаны масштабы потерь и сделаны определенные военно-политические выводы.

    Сейчас будет накачка (в Армении – ред.) внутреннего милитаризма, попытки отбить все потерянное назад. Но по мере усугубления ситуации это серьезно встревожит армянское руководство. В Ереване понимают несостоятельность и несравнимость боевых потенциалов Азербайджана и Армении. Особенно на территории Карабаха. Это очевидно. На одном энтузиазме воевать нельзя, эти времена давно прошли.

  • Vladislav Şurıgin: “Azərbaycan Ermənistandan qat-qat yaxşı hazırlaşıb”

    Azərbaycanın işğal edilmiş ərazilərinin bütün təmas xətti boyunca Azərbaycan ordusunun əks-hücumu artıq üçüncü gündür davam edir. Bəzi analitiklərin fikrincə, Azərbaycan Silahlı Qüvvələri erməni ordusunun hərbi infrastrukturunu məhv etmək taktikasından istifadə edir.

    Rusiyalı hərbi ekspert, publisist, İzbor Klubunun daimi üzvü Vladislav Şurıgin “Media.Az”la söhbətində qeyd edib ki, indi döyüş əməliyyatlarının eskalasiyası gedir:

    “Görünür, Azərbaycan indiki döyüş əməliyyatlarına Ermənistandan qat-qat yaxşı hazırlaşıb. İndiki əməliyyat şahmat kombinasiyası kimidir. Bir daha təkrar edirəm ki, Ermənistan tərəfi Azərbaycan ordusunun belə ciddi şəkildə hücuma keçəcəyinə hazır deyildi”.
    Həmsöhbətimiz Azərbaycan ordusunun elə ilk gündə istiqamətdən asılı olaraq 2-10 kilometr irəlilədiyini göstərib.

    “İndi haradasa döyüşlər gedir və bunları mövqe döyüşləri adlandırmaq olar. İndi məsələ bundadır: mövcud nəticələri möhkəmləndirmək, yaxud hərbi əməliyyatları genişləndirmək.

    – İndiki döyüş əməliyyatları Yerevanın imtina etdiyi sülh danışıqlarının zəruri olduğunu Ermənistanın başa düşməsinə rəvac verə bilərmi?

    – Əgər Azərbaycan real nəticə nümayiş etdirsə, Ermənistanı yeni siyasi reallıq qarşısında qoya bilər.

    Bu da yalnız itkilərin miqyası başa düşüləcəyi təqdirdə və müəyyən hərbi-siyasi nəticə çıxarılacağı təqdirdə baş verə bilər. İndi (Ermənistanda-red.) daxildə hərbiləşdirmə, itirilənləri geri qaytarmaq cəhdləri olacaq, lakin vəziyyətin getdikcə ağırlaşması Ermənistan rəhbərliyini ciddi narahat etməyə başlayacaq. İrəvanda Ermənistanın döyüş potensialının Azərbaycanın döyüş potensialı ilə müqayisəyə gəlmədiyini və ondan xeyli zəif olduğunu başa düşürlər. Xüsusən də Qarabağ ərazisində. Bu aydındır. Təkcə ruh yüksəkliyi ilə döyüşmək olmaz, o vaxtlar çoxdan geridə qaldı.

  • “Haber Global”: Ermənistan Azərbaycana hücumdan əvvəl PKK terror təşkilatı ilə razılaşıb

    Ermənistan Azərbaycana hücum etməzdən əvvəl PKK terror təşkilatı ilə razılaşıb.

    Bu barədə “Haber Global” Türkiyə təhlükəsizlik mənbələrindən əldə edilən xəbərə istinadla məlumat verib.

    Bildirilib ki, iyul ayının sonunda əldə edilən razılaşmaya əsasən, PKK/YPG üzvü olan təxminən 300 terrorçu avtobuslarla Ermənistan və Qarabağa göndərilib.

    Onların Dağlıq Qarabağdakı erməni hərbçilərinə təlim keçdikləri qeyd edilir.

    Son aylarda Ermənistan tərəfindən Dağlıq Qarabağ bölgəsinə aparılan PKK/YPG terror təşkilatı üzvləri tərəfindən öyrədilən döyüşçülərin Azərbaycana məxsus mülki hədəflərə hücumlarda istifadə edildiyi bildirilib.