Month: September 2020

  • Aviqdor Liberman: “Beynəlxalq hüquq və İsrailin maraqları baxımından həqiqət Azərbaycanın tərəfindədir”

    Dağlıq Qarabağda Ermənistanla Azərbaycan arasında ardıcıl üç gündür ki, şiddətli döyüşlər davam edir. Hərbi əməliyyatlar nəticəsində hər iki tərəfin hərbçiləri və mülki əhali arasında itkilər var. Bakı məsuliyyəti Ermənistanın, İrəvan isə – Azərbaycanın üzərinə qoyur.

    BMT-nin baş katibi Antonio Quttereş Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla danışıqlar apararaq onları atəşi dayandırmağa çağırıb. Sentyabrın 29-da BMT Təhlükəsizlik Şurası münaqişə bölgəsindəki vəziyyətlə bağlı təcili iclas keçirəcək (iclas qapalı olacaq). Bununla yanaşı, Türkiyə bəyan edib ki, münaqişə nə qədər uzansa da, Azərbaycana lazımi dəstək göstərəcək.

    Qüds rəsmi olaraq Azərbaycan-Ermənistan münaqişəsində bitərəfliyə sadiq qalır. Lakin İsrailin keçmiş xarici işlər naziri və keçmiş müdafiə naziri, “Bizim evimiz – İsrail” partiyasının lideri Aviqdor Liberman “beynəlxalq hüquq, tarixi faktlar və ən əsası İsrail dövlətinin maraqları baxımından həqiqətin Azərbaycanın tərəfində olduğunu” bildirib. Siyasətçi sentyabrın 29-da İsrailin “Vesti” informasiya mənbəyinin müxbiri ilə söhbətində belə düşünməyinin səbəbini izah edib.

    – Ümumiyyətlə, İsrail siyasətçiləri ölkə xaricindəki münaqişələri qiymətləndirərkən son dərəcə ehtiyatlı davranırlar. Lakin bu dəfə Siz tərəflərdən birinin dəstəklədiyinizi tam aydın ifadə etmisiniz. Belə mövqeyiniz nə ilə əlaqədardır?

    – Başa düşürəm ki, müharibə edən tərəflərin hər birinin uzun müddət davam edən münaqişə, onun səbəbləri və hərəkətverici qüvvələri barədə öz baxışları var. Tarixi perspektiv göstərir ki, Sovet İttifaqı yaranmazdan əvvəl də demək olar ki, bütün dövrlərdə Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsi olub.

    Müasir tarixdə bu qarşıdurma 1988-ci ildə yenidənqurma və aşkarlıq dalğası nəticəsində Azərbaycan SSR-in tərkibində olan Dağlıq Qarabağın erməni əhalisi açıq şəkildə muxtar bölgənin Ermənistana birləşdirilməsini tələb etdiyi zaman aktiv mərhələyə qədəm qoydu.

    Münaqişəni Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) çərçivəsində həll etmək üçün ABŞ, Fransa və Rusiyanın həmsədrliyi ilə Minsk Qrupu yaradıldı. Bəşəriyyət üçün müasir təhdidlər (miqrasiya böhranı, koronavirus pandemiyası, İranın nüvə proqramı və s.) fonunda Dağlıq Qarabağ problemi sanki arxa plana – dünya siyasətinin kənarına keçmişdi, amma heç də həll olunmadı. Nikol Paşinyanın Ermənistanın baş naziri vəzifəsinə seçilməsi ilə əlaqədar müsbət dəyişikliklərin gözləntiləri (o, Dağlıq Qarabağ klanları ilə əlaqəsi olmayan ilk baş nazirdir) reallaşmadı. Münaqişənin həlli istiqamətində nəinki irəliləyiş əldə olunmadı, əksinə Paşinyan ən sərt mövqe tutaraq, “Dağlıq Qarabağ Ermənistanındır və nöqtə” deyə bəyan etdi.

    – Hərçənd İrəvan Dağlıq Qarabağ sakinlərinin əksəriyyətinin ermənilərdən ibarət olduğunu və vətənlərinin bir hissəsi olması istəyini bəyan edir. Bu məntiqi deyilmi?

    – Bununla yanaşı, ermənilərin Dağlıq Qarabağla əlaqəsi olmayan Azərbaycanın yeddi rayonunu ələ keçirməsinə dünya səssiz qaldı. Belə bir dondurulmuş vəziyyətdə münaqişənin uzun müddət mövcud ola bilməyəcəyi, gec və ya tez eskalasiyanın baş verəcəyi aydın məsələdir. Və bu da baş verdi.

    Beynəlxalq hüquq baxımından Dağlıq Qarabağ Azərbaycanın ərazisidir. Buna görə, BMT-yə üzv dövlətlərin heç biri (Ermənistanın özü də daxil olmaqla) Dağlıq Qarabağın suverenliyini tanımır.

    – Bəs İsrail dövlətinin baxışı necədir?

    – İsraildən vəziyyət belə görünür. Birincisi, Azərbaycan yəhudilərə qarşı ən tolerant ölkələrdən biridir. Azərbaycan ərazisində yəhudilərə qarşı yaxşı münasibət əsrlər boyu dəyişməyib. Hətta Sovet antisemitizminin zirvəsində belə, yəhudilərə qarşı qərəz olmayıb.

    İkincisi, müstəqil Azərbaycan dövləti qurulduqdan sonra belə İsrail ilə münasibətlər ən yüksək səviyyədə olub. Azərbaycan özünü ikitərəfli münasibətlərdəki öhdəliklərini heç vaxt pozmayan və beynəlxalq aləmdə təmkinli davranan ciddi, etibarlı bir tərəfdaş kimi sübut edib.

    Bu səbəbdən tarixi faktlar, beynəlxalq hüquq və İsrailin maraqları baxımından mövqeyimiz son dərəcə aydındır. Və bu müddət ərzində ardıcıl şəkildə İsrail hökumətinin başçısı kimin olmasından, xarici işlər nazirinin kim olmasından asılı olmayaraq mövqeyimizə uyğun hərəkət edilib. Beləliklə, Azərbaycana münasibət mövzusunda İsrailin siyasi quruluşunun konsensusu var. Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik, bu ərazi bütövlüyü bərpa olunmadan regionda nizamlanmadan söhbət gedə bilməyəcəyinə inanırıq.

    – İsrail KİV-ləri Türkiyənin və Ərdoğanın Azərbaycan tərəfində münaqişəyə qarışmasından narahatlığını ifadə edir. Buna İsrail tərəfindən necə baxmaq olar?

    – Azərbaycan tarixən üç imperiyanın – fars, osmanlı və rus imperiyasının qovşağında yerləşir. İndi də bütün bu tarixi üçbucaq yenidən hərəkətə gəlir. Türkiyənin qeyd-şərtsiz Azərbaycanı, İranı isə Ermənistanı dəstəkləməsi kifayət qədər aydındır. Və bu vəziyyətdə Türk-İran fikir ayrılıqları yeni bir keyfiyyətdə təzahür edir – düşünürəm ki, İsrail bununla bağlı heç də kədərlənməyəcək.

    Çox güman ki, Türkiyə, İran və Rusiya bu münaqişədəki addımlarını çox diqqətlə atacaqlar.

    – BMT Təhlükəsizlik Şurası bu gün, sentyabrın 29-da Dağlıq Qarabağdakı vəziyyətlə bağlı xüsusi iclasın keçirilməsini planlaşdırır. Hər hansı bir ciddi qərar gözləmək üçün bir səbəb varmı?

    – Əvvəla, Təhlükəsizlik Şurasının bu iclası qapalı olacaq. Belə bir iclasın təyin olunmasının özü də bizi dondurulmuş münaqişələrin olmadığına bir daha inandırır. Ruslarda belə bir atalar sözü var: “Göy guruldamayana qədər, kişi xaç çəkməz”. Daim göy gurultusunu gözləməyə ehtiyac yoxdur. İstənilən dondurulmuş münaqişə bir anda partlayır. Bu, həm Dağlıq Qarabağla, həm də Həmas və Hizbullahla bağlı münaqişəmizlə əlaqədar olaraq düzgündür. Hər şeyin həlli olmalıdır. Əks təqdirdə, xroniki münaqişə dondurulmuş münaqişəyə, dondurulmuş münaqişə isə müharibəyə çevrilir.

    Mən BMT Təhlükəsizlik Şurasının iclasından sonra irəliləyiş gözləməzdim. Məncə, burada yeni bir şey icad etməyə ehtiyac yoxdur. “Minsk formatı” var ki, onun çərçivəsində bir çox yaxşı təkliflər hazırlanıb. Görünür, qrupun həmsədrləri – ABŞ, Fransa, Rusiya – daha fəal rol oynamalı və daha dəqiq mövqe nümayiş etdirməlidirlər.

    – Buna baxmayaraq, Qüdsdə bu barədə susurlar …

    – İsrailin müdaxilə etmək istəmədiyi aydındır. Buna baxmayaraq, bir daha təkrar edirəm, Azərbaycanla münasibətlərimiz geniş, dərin, strateji, Ermənistanla isə minimum səviyyədədir. Biz Azərbaycana çox yaxın münasibətlər qurduğumuz müasir müsəlman şiə ölkəsi nümunəsi olaraq baxırıq. Buna görə də təkrar edirəm, Azərbaycanın ərazi bütövlüyü mövqeyini tam dəstəkləyirik. Və hər baxımdan – tarixi, beynəlxalq və milli maraqlar – bu İsrailin rəsmi mövqeyidir.

  • В результате обстрела армянскими ВС населенных пунктов погиб еще один мирный житель

    В результате обстрела армянскими ВС населенных пунктов Азербайджана погиб еще один мирный житель.

    Как сообщает АПА, в городе Тертере на жилой дом, расположенный на улице Узеира Гаджибекова, упал снаряд. В результате погибла Айнур Мехдиева.

  • Ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində daha bir mülki şəxs həyatını itirib

    Ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində daha bir mülki şəxs həyatını itirib.

    APA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrinin atdığı top mərmisi Tərtər şəhəri, Üzeyir Hacıbəyov küçəsində yaşayış evinə düşüb.

    Nəticədə ev sahibəsi Aynur Mehdiyeva həlak olub.

  • Belçika Parlamentinin deputatı: “Siz tarixin doğru tərəfindəsiniz”

    Milli Məclisin Sədri Sahibə Qafarovanın tapşırığı ilə Azərbaycan-Belçika parlamentlərarası əlaqələr üzrə işçi qrupu Belçika Parlamentinin Azərbaycan dostluq qrupunun rəhbəri, deputat Tim Vandenput ilə videokonfrans formatında görüş keçirib.

    Bu barədə Milli Məclisin deputatı Kamal Cəfərov məlumat verib.

    Bildirilib ki, videokonfransda Azərbaycan-Belçika Dostluq Qrupunun rəhbəri, deputat Kamal Cəfərov, qrupun üzvləri deputatlar Nigar Arpadarai və Vüqar Bayramov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son vəziyyət, Ermənistanın Azərbaycana təcavüzü barədə geniş məlumat veriblər.

    Belçika Parlamentinin deputatı Tim Vandeput Ermənistanın cəbhə xəttində təxribatları nəticəsində həyatını itirən şəxslərə görə dərin hüznlə başsağlığı verib. O bildirib ki, hazırda baş verənlər çox aydındır. “Möhkəm olun, inanın ki, siz tarixin doğru tərəfindəsiniz və beynəlxalq hüquq çərçivəsindəsiz” – deyə Tim Vandenput qeyd edib.

    Tim Vandenput həmçinin bildirib ki, Belçika da BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvüdür. Bu görüş və verilən geniş məlumatı Belçikanın Xairici İşlər nazirinə çatdıracaq.

  • Putin öz xalqını çox təhlükəli və görünməz düşmən barədə xəbərdarlıq etdi

    Rusiya Prezidenti Vladimir Putin insanların pandemiya tədbirlərindən bezmələrini anladığını deyib, bununla belə COVID-19-un çox təhlükəli və sakit bir düşmən olduğunu unutmamağa çağırıb.

    “Maskalar, sosial məsafə və bu kimi şeylər, xüsusilə təhsil, iş yerlərindəki müəyyən məhdudiyyətlər, təcrid… əlbəttə ki, insanlar bütün bunlardan bezib və mən bunları çox yaxşı başa düşürəm. Ancaq qəribədir, insanlar hələ də bütün dünyanın, o cümlədən bizim çox təhlükəli bir düşmənlə qarşılaşdığımızı hər zaman hiss etmir, başa düşmür və buna görə də inanmırlar”, – deyə Putin hökumət iclasında bildirib.

    Prezident əlavə edib ki, koronavirus da daxil olmaqla yoluxucu xəstəliklər sakit, görünməz və çox təhlükəli düşməndir.

  • Azərbaycanda daha iki nəfər koronavirusdan öldü: 58 yeni yoluxma – FOTO

    Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 58 yeni yoluxma faktı qeydə alınıb, 102 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

    Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış iki nəfər vəfat edib.

    Aktiv xəstə sayı 1702 nəfərdir.

    Ölkədə son sutka ərzində 5496, hazırkı dövrədək isə 1110279 test aparılıb.

  • Hərbi vəzifəlilərin səfərbərlik üzrə yola salınmasına başlanıldı – RƏSMİ

    Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin “Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” 28 sentyabr 2020-ci il tarixli sərəncamının icrası ilə bağlı təsdiq edilmiş plana uyğun olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli struktur bölmələrində hərbi vəzifəlilərin səfərbərlik üzrə yola salınmasına başlanılıb.

    Bu barədə qurumun açıqlamasında bildirilir.

    Qeyd edilib ki, qismən səfərbərliyə cəlb edilmiş Azərbaycan vətəndaşları ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmək üçün böyük ruh yüksəkliyi və coşqu ilə Xidmətin qeydiyyatda olduqları idarə, şöbə və bölmələrinə gəlirlər.

    Hərbi vəzifəlilərin, onları yola salan valideyn və yaxınlarının ruh yüksəkliyi bir daha onu göstərir ki, xalqımız işğal olunmuş ərazilərimizi düşməndən azad etmək üçün ordumuzun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlarla qürur duyur və ümumi qələbəmiz naminə nəbzi Vətən ilə vuran Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin Sərəncamını təntənə ilə qarşılayır.

    Çoxmillətli ölkəmizdə hər kəs Vətənin müdafiəsini qanunla müəyyən edilmiş vəzifədən əlavə, özünə mənəvi borc bilir. Bu gün hər bir çağırışçının dilində əsas şüar bunlardır: “Biz birlikdə güclüyük!”, “Biz zəfər çalacağıq!”. Çünki bizim işimiz haqq işidir.

    Bildiririk ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən ehtiyatda olan birinci dərəcəli hərbi vəzifəlilər əsgərlər, matroslar, çavuşlar, gizirlər və miçmanlar 35 yaş, zabitlər isə hərbi rütbəsindən asılı olaraq 50 və daha yuxarı yaş həddində Azərbaycan Ordusunun komplektləşdirilməsinə cəlb edilir, hərbi vəzifəlilərin hərbi hissələrə təhvil verilməsini təmin etmək üçün müvafiq tədbirlər uğurla davam etdirilir.

  • Bütün qan qrupları üzrə kifayət qədər qan ehtiyatı yığılıb

    Respublika Diaqnostika Mərkəzində bütün qan qrupları üzrə kifayət qədər qan ehtiyatı toplanıb.

    Bu barədə Oxu.Az-a Respublika Diaqnostika Mərkəzindən məlumat verilib. Bildirilib ki, könüllü olaraq qan verən şəxslərin sayı həddən artıq çoxdur:

    “Artıq bütün qan qrupları üzrə kifayət qədər qan ehtiyatı yığılıb. Bu səbəbdən də Respublika Diaqnostika Mərkəzində qanvermə aksiyası dayandırılıb. Qanvermə ilə bağlı hər hansı yeni aksiya olarsa, bu barədə ictimaiyyətə məlumat veriləcək”.

  • В Шушакенде уничтожен вражеский штаб – ВИДЕО

    Азербайджанская армия уничтожила еще один штаб противника.

    Об этом свидетельствует видео, оказавшееся в распоряжении Oxu.Az.

    Отмечается, что кадры сняты в Шушакенде, входящем в состав административной территории оккупированного Ходжалинского района Азербайджана.

    На видео дрон-камикадзе азербайджанской армии устанавливает местонахождение вражеского штаба, а затем точным ударом уничтожает его.

  • Şuşakənddə erməni qərargahı məhv edildi – ANBAAN VİDEO

    Azərbaycan Ordusu düşmənin daha bir qərargahını məhv edib.

    Bununla bağlı görüntüləri Oxu.Az əldə edib.

    Kadrlar Azərbaycanın işğal altında olan Xocalı rayonunun inzibati ərazisinə daxil olan Şuşakənddə qeydə alınıb.

    Görüntülərdən aydın olur ki, ordumuza məxsus dron-kamikadze düşmənin qərargahını müəyyənləşdirir və dəqiq zərbə ilə onu məhv edir.Azərbaycan Ordusu düşmənin daha bir qərargahını məhv edib.

    Bununla bağlı görüntüləri Oxu.Az əldə edib.

    Kadrlar Azərbaycanın işğal altında olan Xocalı rayonunun inzibati ərazisinə daxil olan Şuşakənddə qeydə alınıb.

    Görüntülərdən aydın olur ki, ordumuza məxsus dron-kamikadze düşmənin qərargahını müəyyənləşdirir və dəqiq zərbə ilə onu məhv edir.