Month: September 2020

  • В Баку юноша получил ножевое ранение

    На улице Джафара Джаббарлы в Бинагадинском районе Баку в ходе драки 17-летний Айхан Шахмарзаде получил ножевое ранение, сообщает AПA.

    Пострадавший потерял много крови. Он был доставлен в больницу и прооперирован.

    По данному факту ведется расследование.

  • 17 yaşlı yeniyetmə dostu tərəfindən bıçaqlandı

    Bakının Binəqədi rayonunda dava zamanı 17 yaşlı oğlan bıçaqlanıb.

    APA xəbər verir ki, hadisə Cəfər Cabbarlı küçəsində baş verib.

    2003-cü il təvəllüdlü Şahmarzadə Ayxan Mobil oğlu dostu ilə əlbəyaxa dava zamanı bıçaqlanıb.

    Yaralı çoxlu qan itirərək xəstəxanaya çatdırılıb. O, cərrahi əməliyyat edilib.

    Fakt Nərimanov Rayon Polis İdarəsində araşdırılır.

  • Число вылечившихся от коронавируса в мире превысило 20 млн

    По данным на утро 10 сентября, число инфицированных коронавирусом (COVID-19) в мире достигло 28 025 181.

    Суточный прирост составил 286 336 человек.

    За весь период пандемии скончались 908 000 человек, выздоровели 20 103 385 заразившихся.

    Больше всего инфицированных в США (6 549 475). На втором месте – Индия (4 465 863), третьем – Бразилия (4 199 332). В первую пятерку также входят Россия (1 041 007) и Перу (702 776).

    По числу жертв инфекции лидируют Соединенные Штаты – 195 239, вылечились – 3 846 095 человек.

    Иран с 393 425 заболевшими занимает 12-е место, Турция (284 943) – 18-е.

    В Армении коронавирусом заразились 45 152 человека, в Грузии – 1 773.

    Среди соседних стран наиболее высокая смертность от COVID-19 зафиксирована в Иране – 22 669 летальных исходов.

    На сегодня в Азербайджане подтверждены 37 732 случая инфицирования коронавирусом, 35 119 человек вылечились, 555 – скончались.

  • Dünyada koronavirusdan sağalanların sayı 20 milyonu keçdi – STATİSTİKA

    Dünyada 28 025 181 nəfərdə koronavirus aşkarlanıb.

    Virusdan 908 000 xəstə ölüb, 20 103 385 nəfər sağalıb.

    Koronavirusun ən çox yayıldığı ölkələr ABŞ (6 549 475 nəfər), Hindistan (4 465 863 nəfər), Braziliya (4 199 332 nəfər) və Rusiyadır (1 041 007 nəfər).

    İranda 393 425, Türkiyədə 284 943, Ermənistanda 45 152, Gürcüstanda 1 773 nəfərdə koronavirus qeydə alınıb.

    Azərbaycanda koronavirusa yoluxan 37 732 nəfərdən 555-i ölüb, 35 119-u sağalıb.

  • В Азербайджане сегодня пройдут выпускные экзамены для более 20 тыс. учащихся

    Государственный экзаменационный центр (ГЭЦ) Азербайджана сегодня, 10 сентября, проведет выпускные экзамены для учащихся 9-го и 11-го классов, не принявших участие в итоговых (аттестационных) экзаменах, прошедших в июне – июле, сообщает ГЭЦ.

    Они будут организованы в Баку, Абшеронском районе, Нахчыване, Гяндже, Шамкире, Сумгайыте, Евлахе, Шеки, Агджабеди, Кюрдамире, Сабирабаде, Лянкяране, Джалилабаде, Масаллы и Хачмазе.

    По итогам экзаменов учащимся будут выданы аттестаты.

    В них должны принять участие 20 435 человек, из них 18 277 – по уровню общего (9-летнего) среднего образования и 1 789 – полного (11-летнего) среднего образования. 369 учащихся сдадут экзамен только по азербайджанскому языку.

  • Bu gün 20 mindən artıq şagird buraxılış imtahanı verir

    Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən iyun-iyul aylarında keçirilən yekun qiymətləndirmə (attestasiya) imtahanlarda iştirak etməyən 9-cu və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanları keçirilir.

    Qurumdan verilən məlumata görə, imtahanlar respublikanın 15 şəhər və rayonunda təşkil olunur.

    İmtahanlarda ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 18277, tam (11 illik) orta təhsil səviyyəsi üzrə 1789 şagirdin iştirakı nəzərdə tutulur. 369 şagird isə yalnız Azərbaycan dili fənni üzrə imtahan verir. Ümumilikdə imtahanda 20 min 435 şagird iştirak edəcək.

  • В Whatsapp обнаружили ломающие мессенджер “страшные” сообщения

    В WhatsApp появились “страшные” сообщения, которые полностью выводят мессенджер из строя. Об этом сообщил портал WABetainfo, пишет РИА Новости.

    Сообщение состоит из случайного набора необычных текстовых символов, его прочтение может привести к циклическому сбою приложения.

    Проблема актуальна для мобильных операционных систем iOS и Android, в некоторых случаях пользователям приходится полностью переустанавливать мессенджер.

    В случае получения такого сообщения пользователь должен попытаться заблокировать отправителя с помощью браузерной версии WhatsApp Web. Кроме того, во избежание проблем следует установить более строгие настройки конфиденциальности.

  • “WhatsApp”a tətbiqi bloklayan mesajlar gəlməyə başlayıb – XƏBƏRDARLIQ

    “WhatsApp” istifadəçilərinə naməlum nömrələrdən tətbiqin bloklanmasına səbəb olan ismarıclar gəlməyə başlayıb.

    Bu barədə “WABetainfo” xəbər yayıb.

    Bildirilir ki, bu cür mesajlarda “WhatsApp”ın işləyə bilmədiyi simvollar olur.

    İstifadəçi telefonda mətni açmağa çalışarsa, tətbiq bloka düşür. Onun işləməsi isə ancaq yenidən quraşdırılma ilə mümkündür.

    Belə bir riskin qarşısını almaq və zərərli mətnlərdən qorunmaq üçün istifadəçilərə “Ayarlar”a keçmək və “kontaktda olmayan şəxslərin qrup söhbətlərinə əlavə etməsinə qadağa qoymaq” tövsiyə olunur.

    Bu sayədə istifadəçilər fırıldaqçılığın qurbanı olmaqdan qoruna bilərlər.

    İsmarıc artıq telefona gəlibsə “WhatsApp”ın kompyuterdə veb-versiyasından istifadə etməklə mətni silmək məsləhət görülür.

    Messencer nümayəndələri bu “baq”ın tətbiqin yaxın günlərdə gözlənilən yenilənməsində həll ediləcəyini bildiriblər.

  • Rusiyalı “Boni və Klayd” konvoydan qaçdı – VİDEO

    Rusiyanın İrkutsk şəhərində təhlükəli cinayətkarlar konvoydan qaçıb.

    “112” “Telegram” kanalı bununla bağlı görüntüləri yayıb.

    Məlumata görə, Tatyana Nikitina və sevgilisi Serqey Ustyuqov üç il əvvəl qarət, qanunsuz silah alveri və oğurluqla əlaqədar həbs olunublar. Ancaq onların cinayətlərinin epizodlarının istintaqı bu günə qədər davam edib.

    Bir gün əvvəl cütlük növbəti istintaq hərəkətləri üçün həbsxanadan çıxarılıblar. Lakin proses bitdikdən sonra cinayətkarlar kaloniyaya yox, kirayə mənzilə aparılıblar.

    Bundan istifadə edən rusiyalı “Boni və Klayd” qaçıb.

    Cinayətkarların axtarışına başlanılıb. Onların nəzarətçiləri isə dindirilir.

  • Aeroportda çamadanın çəkisinə görə əlavə pul ödəməmək üçün tövsiyələr

    Sosial şəbəkələrdə aeoportlarda çamadanın çəkisini azaltmaq və bununla da əlavə pul verməkdən qurtulmaq barədə müzakirələr gedib.

    “Daily Express”in məlumatına görə, müvafiq diskusiya “Reddit”də aparılıb.

    Adı açıqlanmayan aeroportlardan birinin naməlum yük daşıyanı, bununla bağlı maraqlı tövsiyələrini verib.

    Hava limanı əməkdaşının sözlərinə görə, səyyahlar səfərə hazırlıq müddətində yığım prosesinə xüsusi diqqət yetirməli və hər hansı əşyanı qoyarkən bir neçə dəqiqə dərindən düşünməlidir.

    “Əlində olan hər şeyi aparmağa ehtiyac yoxdur. Hansısa əşyanı aparıb-aparmamaq barədə kiminləsə mübahisə yarandıqda isə həmin əşyanı cəsarətlə qarşı tərəfin öhdəsinə qoymaq olar”, – deyə işçi bildirib.

    Onun sözlərinə görə, sərnişin bu yolla çamadanında yerə qənaət edəcək, bu, həmçinin çəkinin əhəmiyyətli dərəcədə azalmasına səbəb olacaq.

    Müzakirə iştirakçısı əlavə olaraq, turistlərə aeroportda çantanın və ya çamadanın itə bilməsi ehtimalını da nəzərə almağı tövsiyə edib.

    “Ən azı bir həftə yaşaya bilməyəcəyiniz əşyaları, məsələn açarları, dərmanları, noutbuku, telefonunuza ora qoymayın, özünüzlə götürün”, – deyə o, sözlərini yekunlaşdırıb.