Month: September 2020

  • Azərbaycanlı müğənni koronavirusdan öldü

    Koronavirusa yoluxan azərbaycanlı ifaçı vəfat edib.

    Baku.ws xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkələrdə məlumat paylaşıblar.

    “Uzun müddət xroniki xəstəliklə mübarizə apardı, amma koronavirusa qalib gələ bilmədi”, – deyə yaxınları qeyd ediblər.

    Toğrul Həbibi 1 saylı Klinik Mərkəzdə müalicə edilirdi. EKMO cihazına qoşulması üçün petisiya yaradılan T.Həbibi komada idi.

  • Xalq yazıçısından rus məktəblərinin bağlanmasını istəyənlərə SƏRT SÖZLƏR

    Azərbaycanın Xalq yazıçısı Çingiz Abdullayev “Facebook” profili vasitəsilə ölkədəki rus məktəblərinin bağlanmasına çağıran yerli millətçiləri tənqid edib.

    Konkret.az-ın məlumatına görə, o qeyd edib ki, Rusiya mediasında erməni soyadlı jurnalistlər üstünlük təşkil edir və bu, lobbi fəaliyyətinin nəticəsi deyil: “Onlar rus dilində səlis danışan ağıllı, intellektual və istedadlı insanlardır”.

    Buna baxmayaraq, o, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın rus və ingilis dillərindəki çıxışlarını nümunə gətirərək aralarında ölkə başçımızın xeyrinə olan böyük fərqi qeyd edib.

    Ç.Abdullayev xarici kanallarda demək olar ki, heç bir azərbaycanlının olmadığını, varsa belə, rus və ya ingilis dilində yaxşı danışmadıqlarını da qeyd edib.

    “Hörmətli yerli cahillər! Ana dilini bilmək əvvəlcədən vacibdir və bu, müzakirə edilə bilməz… Ancaq bizim kimi kiçik bir ölkənin ən azından rus, ingilis, fransız və ərəb dillərini bilən minlərlə insana ehtiyacı var.

    Əcnəbi dildə danışan yalnız jurnalistlərə deyil, xarici texnologiyaya yiyələnmiş zabitlərə, dünyada mədəniyyəti və elmi təmsil edən sənət və elm işçilərinə, və nəhayət siyasətçilərə ehtiyacımız var. Lobbimiz yoxdur, ona görə yox ki kimsə bizə bunu yaratmaqda mane olur. Düşüncəsizliyimiz, geriliyimiz, həsədimiz, cəhalətimiz – budur bizim əsas düşmənlər. Həm Qarabağda, həm beynəlxalq məsələlərdə, həm də xarici və daxili siyasətdə.

    Bir yerli “fəal” in dediyi kimi, “biz rus dilindən qurtulmağı xəyal edirdik, indi ingilis dilindən necə qurtulaq”, – xalq yazıçısı statusunda qeyd edib.

    Çingiz Abdullayev fərqli dillərdə məktəblərin sayının artmasına və uşaqlara xarici dilləri öyrənmək imkanı yaratmağa çağırıb:

    “Bəlkə o zaman bir anda iki azərbaycanlı televiziya ekranlarında görünəcək və biz başqalarının lobbisini yada salmayacağıq. Həqiqətən, xəyal qurmaq zərərli deyil”.

  • Restoran sahiblərinə XƏBƏRDARLIQ

    İctimai iaşə müəssisələrində xidmətlərin təşkili Nazirlər Kabinetinin müvafiq qərarı və normativ hüquqi sənədlərin tələblərinə uyğun həyata keçirilməlidir.

    Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Yenicag.az-a verilən məlumata görə, kafe-restoranlarda, mehmanxanaların və təhsil müəssisələrinin nəzdindəki ictimai iaşə sahəsində əhalinin sağlamlığının qorunması və təhlükəsizliyinin təmin edilməsi məqsədilə sanitariya-gigiyena və karantin qaydalarının tələblərinə ciddi əməl edilməlidir.

    Bildirilib ki, iaşə məkanının giriş-çıxışlarında, kassalarda dezinfeksiya məhlulundan istifadə imkanı, o cümlədən dezinfeksiya məhlulundan istifadə üçün müvafiq qurğuların (dispenserlərin) yerləşdirilməsi və həmin qurğuların işlək vəziyyətdə olması təmin edilməlidir. Müəssisə daxilində 2 metrlik sosial məsafəni gözləmək şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməlidir.

    Koronavirus (COVID-19) pandemiyası dövründə insanların sıx toplaşmasının xəstəliyin yayılma intensivliyinə birbaşa təsirini nəzərə alaraq, ictimai iaşə müəssisələrində COVID-19-a yoluxma hallarının və ya virusun yayılmasının qarşısının alınması məqsədilə müştəri qəbulu qüvvədə olan norma və qaydalardan 2 dəfə az olmalı və müvafiq olaraq hər adambaşına müəyyən edilən sahə ikiqat artırılmalıdır. Qida qəbulu zallarında oturacaqların ara məsafəsinin eyni masa arxasında 1 metrdən, masalararası məsafənin isə 2 metrdən az olmaması şərtdir. Eyni zamanda hər bir ictimai iaşə müəssisəsinin qarşısındakı lövhədə müəssisəyə müştəri qəbulu ilə bağlı məlumatlar öz əksini tapmalıdır.

    İşçi heyət hər zaman şəxsi gigiyena qaydalarına ciddi riayət etməlidir. Həmçinin onların dəyişəkli təmiz iş geyimi olmalıdır. Gün ərzində bir çox insanla təmasda olduqlarından qoruyucu vasitələrlə və dezinfeksiyaedici məhlulla təmin olunmalıdırlar.

    Həmçinin masalarda ümumi istifadədə olan duzqabı, istiotqabı, salfetqabı kimi əşyalar əvəzinə tək istifadəlik duz, istiot, salfet və digər məhsullar qoyulmalıdır. Hər bir masada əllərin mütəmadi dezinfeksiyası üçün vasitələr mütləq olmalıdır.

    Bununla bağlı olaraq AQTA aidiyyəti qurumlarla birlikdə mütəmadi olaraq maarifləndirici monitorinqlər keçirir. Monitorinqlər zamanı sahibkarlıq subyektlərində metodiki göstərişlərin tələblərinə əməl edilməsi vəziyyəti öyrənilir, sahibkarlara Nazirlər Kabinetinin müvafiq qərarı və normativ hüquqi sənədlərin tələbləri izah edilir.

  • Şəhidlərin şəkillərinin avtomobillərdən çıxarılmasının SƏBƏBİ AÇIQLANDI

    Son günlər Bakıda və digər şəhərlərdə avtomobilinə şəhid hərbçilərimizin şəkillərini vuran sürücülər DYP əməkdaşları tərəfindən saxlanılmağa başlanılıb.

    Baku.ws xəbər verir ki, saxlanılan avtomobillərə baxış keçirilərkən onların üzərinə vurulan şəhidlərin şəkilləri çıxarılıb.

    Məsələ həm sürücülər, həm də ictimaiyyətdə geniş müzakirə obyektinə çevrilib. Bəziləri DYP əməkdaşlarını qınayır, şəhidlərin şəkillərinin çıxarılmasını pisləyir, bəziləri isə bunu təqdir edir. Bəs, görəsən, şəhid hərbçilərimizin şəkillərinin avtomobillərdən çıxarılmasının səbəbi nədir? Bu məqsədlə Baş Dövlət Yol Polisi İdarəsinə müraciət etdik.

    Qurumun şöbə rəisi, polkovnik Kamran Əliyev Baku.ws-ə bildirdi ki, bununla bağlı şəhid ailələrindən müraciətlər daxil olub: “Qəhrəman şəhidimiz Mübariz İbrahimovun atası Ağakərim İbrahimov da Baş DYP İdarəsinə etdiyi müraciətdə gənc sürücülərimizin şəhidlərimizə olan sayğılarını, sevgilərini yüksək qiymətləndirib, lakin bəzi sürücülərin şəhid şəkilləri vurulmuş avtomobillərlə yol hərəkəti qaydalarının pozulmasının əleyhinə olduğunu və bunun yolverilməz olduğunu bildirib. Onun müraciəti təkcə öz oğlu ilə bağlı olmayıb. O, bütün şəhidlərimizin ruhuna ehtiramla, hörmətlə yanaşmağı xahiş edərək həmin şəkillərin avtomobilin gündə qorunan və ya tez-tez çirkab dəyən yerlərində deyil, salonda yerləşdirilməsini daha uyğun hesab edib.


    Bakı şəhərində bu məsələ ilə bağlı müəyyən görüşlər keçirilib. Hesab edirik ki, şəhidlərimizin şəkilləri daha möhtərəm yerlərə vurulmalıdır. Avtomobillərin üzərində şəhidlərin şəkillərinin olması o demək deyil ki, sürücülər bundan sui-istifadə edirlər. Əfsuslar olsun ki, belə sürücülər də olur. Amma şəkillərin vurulması istəkdən irəli gələn məsələdir. Şəhidə hörmət əlaməti olaraq avtomobillərə o şəkillər vurulur. Bu, qürurverici və təqdirəlayiq haldır.


    Nəzərə almaq lazımdır ki, sürücü özü bilmədən də qayda pozuntusuna yol verə bilər. İndi xüsusi texniki vasitənin köməyi ilə qayda pozuntuları aşkarlanır. Təsəvvür edin ki, qayda pozan bir avtomobilin fotosu çəkilir və onun üzərində şəhidin şəkli olur. Cərimə sanksiyasını nəzərdə tutan bir sənədin üzərində şəhidin şəklinin olması yaxşı hal deyil”.

  • Adil Əliyev vəzifəsindən getdi — FOTO

    Milli Məclisin vitse-spikeri Adil Əliyev Azərbaycan Kikboksinq Federasiyasının prezidenti vəzifəsindən istefa verib.

    Demokrat.az-ın xəbərinə görə, bu barədə Adil Əliyevin özü məlumat verib.

    O, artıq yeni federasiya prezidentinin adını da ictimaiyyətə açıqlayıb:

    “Əziz dostlar, Azərbaycan Kikboksinq Federasiyasında rəhbər dəyişikliyi oldu.

    Sentyabrın 7-də federasiyanın idarə heyətinin onlayn iclası keçirildi. İdarə heyətinin qərarına əsasən Orxan Əliyev Azərbaycan Kikboksinq Federasiyasının prezidenti seçildi. İnanıram ki, Orxan Əliyev federasiyanın əvvəlki uğurlarını davam etdirəcək və effektiv fəaliyyət göstərərək daha böyük uğurlara imza atacaq.

    Azərbaycan Kikboksinq Federasiyası ölkədə və beynəlxalq arenada stabil və inkişaf etmiş idman birliyi kimi qəbul olunur. Sıralarında minlərlə idmançını birləşdirir. Federasiyada ölkəmiz üçün sağlam və vətənpərvər gənclər yetişir. Məni federasiyanın fəxri prezidenti seçdikləri üçün idarə heyətinin üzvlərinə öz təşəkkürümü bildirirəm”.

  • Gəncədə 2 qardaş bıçaqlanıb

    Gəncədə bıçaqlanma hadisəsi baş verib.

    APA-nın yerli bürosunun məlumtına görə, hadisə “Dəmir yolunun altı” adlanan ərazidə qeydə alınıb.

    1990-cı il təvəllüdlü Niftəlizadə Xəyal Fazil oğlu qarnının kəsilmiş-deşilmiş bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Dərhal yaralı əməliyyata götürülüb.

    Digər yaralı – 1988-ci il təvəllüdlü Niftəlizadə Turan Fazil oğlu kürək nahiyəsindən bıçaq xəsarəti alıb. Hər iki şəxsin vəziyyətinin kafi olduğu bildirilir.

    Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil. Faktla bağlı polisə məlumat verilib, araşdırma aparılır.

  • Goranboyda yol-nəqliyyat hadisəsi olub, xəsarət alan var

    Goranboy rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

    “Report”un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Şəmmədli kəndində qeydə alınıb.

    Yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər (şəxsiyyəti dəqiqləşdirilir – red) xəsarət alıb. O, xəstəxanaya aparılıb.
    Hadisənin təfərrüatları və xəsarət alanın şəxsiyyəti dəqiqləşdirilir.

  • Женщина стала миллионершей благодаря шуточному подарку мужа

    Жительница Австралии выиграла четыре миллиона австралийских долларов благодаря мужу, который в шутку подарил ей на день рождения лотерейный билет.

    Как сообщает Median.Az со ссылкой на РИА Новости, по словам женщины, супруг вручил ей подарок и сказал с иронией, что тот принесет ей счастье.

    Как оказалось, он не ошибался: билет действительно оказался выигрышным. Больше всего домохозяйка обрадовалась возможности не думать о ценах на продукты, отремонтировать кухню и съездить в отпуск с семьей.

    “Кто-то подумает, что на эти деньги я могла бы купить новый дом. Но я решила начать с новой кухни”, – сказала она.

    Женщина добавила, что до сих пор не верит в выигрыш и хочет увидеть деньги на своем банковском счете. Победительница подчеркнула, что этот странный подарок оказался лучшим в ее жизни.

  • Avstraliyada qadın ərinin zarafatla verdiyi hədiyyə ilə milyonçu oldu

    Avstraliyada qadın həyat yoldaşının onun doğum günü münasibətilə hədiyyə etdiyi lotereya bileti sayəsində dörd milyon Avstraliya dolları udub.

    Bu barədə Median.Az “RİA Novosti” agentliyinə istinadən xəbər verir.

    Qadının sözlərinə görə, əri ona lotereya biletini hədiyyə edib və istehza ilə deyib ki, bu, ona xoşbəxtlik gətirəcək.

    Məlum olub ki, o səhv etməyib – bilet həqiqətən uduşlu olub. Evdar qadın mətbəxi təmir etmək və ailəsi ilə məzuniyyətə getmək imkanlarının yaranmasına sevinib.

    “Kimsə düşünəcək ki, bu pula yeni ev ala bilərdim. Amma mən yeni mətbəxdən başlamağa qərar verdim”, – o deyib.

    Qadın əlavə edib ki, hələ də indiyə qədər uduşa inanmır və pulu özünün bank hesabında görmək istəyir. Lotereyanın qalibi vurğulayıb ki, bu qəribə hədiyyə onun həyatında ən yaxşı mükafat olub.

  • Bakıda 14 yaşlı əcnəbini soyan gənc hakim qarşısına çıxarılır

    Bakıda əcnəbi vətəndaşa quldurluq etməkdə təqsirləndirilən Tağıyev Vüsal Elçin oğlunun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

    “Report” xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

    Hakim Azər Paşayevin icraatında olan iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

    Qeyd edək ki, hadisə bu ilin aprel ayında paytaxtın Xətai rayonu ərazisində baş verib.

    Həmin ərazidə yaşayan Pakistan vətəndaşı, 2006-cı il təvəllüdlü Sadior Damnik Zafar Maqbool oğlu Xətai rayonu, R.Bağırov küçəsində yerləşən “Araz” marketin yaxınlığında olarkən tanımadığı şəxs ona yaxınlaşaraq əlindəki 400 manatlıq “Samsung” markalı mobil telefonunu alıb və hadisə yerindən qaçıb.

    Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Hacıqabul rayon sakini, əvvəllər məhkum olunmuş 1996-cı il təvəllüdlü Tağıyev Vüsal Elçin oğlu müəyyən edilərək saxlanılıb.

    Ona Cinayət Məcəlləsinin 181.2.5-ci (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə quldurluq) maddəsi ilə ittiham irəli sürülüb.