Month: September 2020

  • Помощь онкологическим больным будет оказываться из госбюджета

    Кабинет министров разъяснил свое постановление №329.

    Как сообщили АПА в Кабмине, постановление предусмотрено внести изменение в «Порядок обеспечения лекарственными средствами онкологических больных».

    Согласно изменению, в 9-м разделе документа слова «бюджетные средства соответствующего органа здравоохранения по территории, на которой проживает гражданин» заменяются словами «средства госбюджета».

    Это связано с передачей в подчинение TƏBİB территориальных учреждений здравоохранения. Поэтому в связи с переходом в подчинение TƏBİB территориальные учреждения здравоохранения будут оказывать помощь онкологическим больным посредством госбюджета.
    В соответствии с постановлением внесено изменение в «Нормативы финансирования государственных дошкольных учебных заведений». Суть изменения в том, что Закон о медицинском страховании будет распространяться на всю территорию Азербайджана.

  • Onkoloji xəstələrə yardım dövlət büdcəsi hesabına olacaq

    Nazirlər Kabineti 329 nömrəli qərarına dair izah verib.

    Nazirlər Kabinetindən verilən xəbərə görə, qərarla “Onkoloji xəstələrin dərman vasitələri ilə təminatı Qaydası”nda dəyişiklik nəzərdə tutulur.

    Dəyişikliyə əsasən, “Onkoloji xəstələrin dərman vasitələri ilə təminatı Qaydası”nın 9-cü hissəsində “vətəndaşın yaşadığı ərazi üzrə müvafiq səhiyyə orqanının büdcə vəsaiti” sözləri “dövlət büdcəsinin vəsaitləri” sözləri ilə əvəz etdilir: “Səbəb ərazi səhiyyə müəssisələrinin TƏBİB-in tabeliyinə verilməsidir. Odur ki, ərazi səhiyyə müəssisələri İcbari Tuibbi Sığorta prinsipləri üzrə işləyən TƏBİB-in tabeliyinə keçdiyi üçün onkoloji xəstələrə yardım dövlət büdcəsi vasitəsilə həyata keçiriləcək.

    Qərara əsasən “Dövlət məktəbəqədər təhsil müəssisəsini maliyyələşdirmə normativləri”ndə dəyişiklik edilib. Dəyişikliyin mahiyyəti Tibbi sığorta haqqında qanunun bütün Azərbaycan ərazisinə şamil edilməsidir. Dəyişikliyə əsaəan “bu sığorta növü tətbiq edilən ərazilərdə” sözlərinin çıxarılmasının səbəbi odur ki, bu Qərar hazırlanarkən İcbari tibbi sığorta yalnız pilot layihə qismində Azərbaycan Respublikasının bir neçə rayonunda tətbiq edilirdi. İndi butun respublikası ərazisini əhatə etdiyindən bu ifadənin istifadəsinə ehtiyac duyulmur.

    Qərar habelə “Dövlət ümumi təhsil müəssisəsini maliyyələşdirmə Normativləri”ndə dəyişikliyi nəzərdə tutur. Dəyişikliyə əsasən “bu sığorta növü tətbiq edilən ərazilərdə” sözlərinin çıxarılmasınını səbəi odur ki, bu Qərar hazırlanarkən icbari tibbi sığorta yalnız pilot layihə qismində ölkənin bir neçə rayonunda tətbiq edilirdi. İndi butun ölkə ərazisini əhatə etdiyindən bu ifadənin istifadəsinə ehtiyac duyulmur.

    “Tibbi sığorta müqaviləsinin forması və bağlanma Qaydasının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 6 mart tarixli 58 nömrəli Qərarı “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 dekabr tarixli 241 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır. Həmin Fərman ləğv edildiyindən Qərar öz hüquqi güvvəsini itirmişdir. Bununla bağlı ləğvi nəzərdə tutulur.

    “Tibb təchizatçısının və ya tibbi ərazi bölməsinin icbari tibbi sığorta çərçivəsində göstərdiyi tibbi xidmətlərlə bağlı hesabatların təqdim edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 11 iyun tarixli 264 nömrəli Qərarı “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1441-VQD nömrəli Qanununun tətbiqi və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 dekabr tarixli 241 nömrəli Fərmanının ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 31 yanvar tarixli 502 nömrəli Fərmanının 1.1.9-cu yarımbəndinin icrasını təmin etmək məqsədilə icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır. Həmin Fərman 1.1.9-cuarımbəndi ləğv edildiyindən Qərar öz hüquqi güvvəsini itirmişdir. Bununla bağlı ləğvi nəzərdə tutulur”.

  • “Qarabağ” – “Molde” oyunu bu ölkədə keçiriləcək – RƏSMİ

    Çempionlar Liqasının III təsnifat mərhələsində Azərbaycanın “Qarabağ” klubu ilə Norveçin “Molde” klubunun oyunu Kiprin Larnaka şəhərində keçiriləcək.

    Larnaka stadionunda baş tutacaq matç sentyabrın 16-sı Bakı vaxtı ilə 21:00-da start götürəcək.

    Qeyd edək ki, Norveç klubu Bakıya gələ bilməyəcəyini açıqlamışdı. UEFA da məhz bu səbəbdən oyunu neytral meydana təyin edib.

  • Yaponiya: “Çin təhlükəsizliyimizə təhdid təşkil edir”

    Çin Yaponiyanın təhlükəsizliyinə təhdid təşkil edir, Pekin güc yolu ilə regionda status-kvonu dəyişmək istəyir.

    “RİA Novosti”nin məlumatına görə, bu sözləri Yaponiyanın Baş naziri Taro Kono deyib.

    “Biz onların davranışını diqqətlə izləməliyik. Çin son on ildə müdafiə xərclərini əhəmiyyətli dərəcədə artırıb və regionda fəaliyyətini aktivləşdirir. Əgər əvvəllər Çinin fəaliyyətləri “narahatlıq yaradan” hesab olunurdusa, hazırda “təhdid təşkil edir”, – deyə nazir bildirib.

  • İmişlidə ağır qəza: Sürücü hadisə yerində öldü

    İmişlidə avtoqəza zamanı sürücü ölüb.

    APA-nın Mil-Muğan bürosunun məlumatına görə, İmişli şəhərində “QAZ 24” markalı avtimobillə “Mercedes” markalı avtomobil toqquşub.

    Qəza nəticəsində “QAZ 24”ün sürücüsü, Yuxarı Qaralar kənd sakini, 1966-cı il təvəllüdlü Nağıyev Əlikram Fərzəli oğlu hadisə yerində ölüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Bakıda yeddi yaşlı uşağı elektrik cərəyanının vurması faktı ilə bağlı cinayət işi məhkəməyə göndərilib

    22 mart 2019-cu il tarixdə paytaxtın Yasamal rayonu, Z.Xəlilov küçəsində yerləşən yataqxanada yaşayan 2013-cü il təvəllüdlü Amin Əliyevin yaşadığı binanın girişində quraşdırılmış elektrik naqillərinə toxunması nəticəsində yanıq xəsarətləri alması faktı üzrə Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə və ya dövlətin və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olduqda) maddəsi ilə Yasamal rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.

    Yasamal rayon Prokurorluğundan verilən məlumata görə, istintaqla 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin Yasamal rayonu 138 nömrəli mənzil komunal-istismar sahəsinin mühəndisi Ağalar İbrahimovun həmin müəssisənin balansında olan Yasamal rayonu, Z.Xəlilov küçəsi 14 ünvanında yerləşən yataqxananın 1-ci girişində yerləşən alçaq gərginlikli elektrik naqillərinin birləşdiyi yardımçı otağın açıq vəziyyətdə olmasını müəyyən edərək həmin yerin qapı və ya digər hər hansı vasitə ilə bağlanmasını və bununla da təhlükəsiz istismarını təmin etməli olduğu halda bunu etməyərək, işə vicdansız və laqeyd münasibət göstərərək xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməməsi nəticəsində Amin Əliyevin ehtiyatsızlıqdan həmin naqillərə toxunaraq yanıq xəsarətləri almasına əsaslı şübhələr müəyyən edildiyindən o, Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

    Cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilib, hadisə yerinə baxış keçirilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

    Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Yasamal rayon məhkəməsinə göndərilib.

  • Госкомитет изучает информацию об истязании отчимом падчерицы

    Государственный комитет Азербайджана по проблемам семьи, женщин и детей взял под свой контроль ситуацию с 11-летней девочкой, которая подвергалась физическому насилию со стороны отчима.

    Как сообщили в комитете, в связи с этим фактом указанный госорган обратился в Комиссию по делам несовершеннолетних и защите их прав при Исполнительной власти города Сумгайыта.

    Ведется работа по изучению данного вопроса и принятия необходимых мер.

  • Azərbaycanda atanın ögey qızına işgəncə verməsi məsələsi NƏZARƏTƏ GÖTÜRÜLDÜ

    Ögey atası tərəfindən işgəncəyə məruz qalan uşaqla bağlı mətbuatda əksini tapmış məsələ Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzarətinə götürülüb.

    Komitədən verilən məlumata görə, faktla bağlı qurum tərəfindən operativ şəkildə Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaya müraciət olunub.

    Məsələnin araşdırılması və lazımı tədbirlərin həyata keçirilməsi istiqamətində iş aparılır.

  • “Torqovaya”nın ağır yükü: Binalar təhlükə altındadır – VİDEO

    Bakının “Torqovaya” kimi tanınan Nizami küçəsində tarixi və gözoxşayan binalar təhlükə altındadır. Bu binaların üzərində tikilən yeni mərtəbələr sözün əsl mənasında şəhərin görüntüsünə xələl gətirməklə yanaşı onları təhlükə altında qoyur.

    Məsələnin aktuallığını nəzərə alan Baku TV əməkdaşları sözügedən ərazidə olub.

    Əslində binaların zaman-zaman yenidən qurmaya və təmirə ehtiyacı var, amma restavrasiya adı ilə yeni tikinti aparmaq problemdir. Buna səbəb bir bina tikilən zaman təməli qoyularkən onun bütün yükləri hesablanır, mövsüm dəyişkənliyinə əsasən külək və qar yükü də nəzərdə tutulmasıdır. Yəni, sonradan tikiləcək mərtəbələr binanın görüntüsünə xələl gətirməklə yanaşı orada yaşayan sakinləri də təhlükə qarşısında qoyur.

    Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etdik. Qurumdan bildirdilər ki, bu məsələ artıq onların səlahiyyətində deyil. Belə ki, Prezidentin 1 avqust 2018-ci il fərmanı ilə Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Şəhərsalma Baş İdarəsi Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyinə verilib.

    Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən isə bildirdilər ki, bu tikililər 2018-ci ildən əvvələ təsadüf edir, buna görə də bu məsələnin onlara heç bir aidiyyəti yoxdur.

    Nəticə olaraq, tikintinin hansı qurumun nəzarəti altında və kim tərəfindən həyata keçirildiyi naməlum olaraq qaldığı kimi, bu tikintilərin görüntünü korlayaraq, təhlükə yaratdığı halda sökülməməsi də qaranlıq məsələdir.

  • В Баку повесились двое мужчин

    Два суицида совершены в Баку за минувшие сутки.

    Об этом Oxu.Az сообщили в правоохранительных органах.

    8 сентября в Бинагадинском районе Баку на территории одноименного поселка в 09:30 было обнаружено тело Фариза Османова (1987 г.р.). Мужчина повесился на газовой трубе перед домом, в котором проживал.

    В настоящее время прокуратура района выясняет причины, толкнувшие мужчину на самоубийство.

    Аналогичный суицид зарегистрирован на территории Сабунчинского района в поселке Рамана. Здесь на газовой трубе повесился Юсиф Джабиев (1970 г.р.). В данном случае также причины суицида выясняются.