Month: September 2020

  • Azərbaycan dənizçilərinin sənədlərinin etibarlılıq müddəti uzadılacaq

    Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi Azərbaycan dənizçilərinin şəxsiyyət vəsiqələrinin və sertifikatlarının etibarlılıq müddətini bu ilin sonuna qədər uzadacaq.

    Bu barədə agentlikdən məlumat verilib.

    Xatırladaq ki, dənizçilərin etibarlılıq müddəti bitmiş – “Dənizçinin Şəxsiyyət Sənədi”, sertifikatların (diplomların) etibarlılıq müddəti ilkin mərhələdə 1 iyul 2020-ci il, daha sonra isə 1 oktyabr 2020-ci il tarixədək artırılmışdı.

    Artıq agentlik yeni koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar zəruri xidmətlərin göstərilməsi üzrə fəsadların qarşısının alınmasına dair planlar barədə Beynəlxalq Dəniz Təşkilatına, Azərbaycan dənizçilərinə, gəmi sahiblərinə, gəmiçilik şirkətlərinə, Dövlət Liman Nəzarəti və Bayraq nəzarətini həyata keçirən qurumlara, gəmiləri heyətlə komplektləşdirən agentliklərə və digər aidiyyəti şəxslərə bildiriş göndərib.

    Azərbaycan dənizçilərinə verilən şəxsiyyət sənədi və “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair Beynəlxalq Konvensiya”nın tələblərinə uyğun olaraq verilən sertifikatların (diplomların) etibarlılıq müddətlərinin bitmə ehtimalı bəzi mühüm addımların atılması zərurətini yaradıb.

    Dövlət Dəniz Agentliyi Azərbaycan və xarici bayraq altında üzən gəmilərdə Azərbaycan dənizçilərinın çalışdığını nəzərə alıb, dənizçilərin etibarlılıq müddəti bitmiş – “Dənizçinin Şəxsiyyət Sənədi”, sertifikatların (diplomların) etibarlılıq müddətini aşağıdakı tələblərə riayət olunmaqla 31 dekabr 2020-ci il tarixə qədər uzadacaq.

    Qeyd edək ki, gəmiləri heyətlə komplektləşdirən aidiyyəti agentliklər, gəmiçilik şirkətləri və ya dənizçilər aşağıda qeyd olunan sənədlərlə birlikdə etibarlılıq müddətinin uzadılmasına dair müraciət formasını elektron şəkildə təqdim etməlidir:

    – Gəmiləri heyətlə komplektləşdirən aidiyyəti agentliklər, gəmiçilik şirkətləri və ya dənizçilər tərəfindən uzadılma səbəbinin əsaslandırılmasına dair məktub,

    – Mövcud şərtlərə əsasən liman və ya miqrasiya qurumundan gəmini tərk edə bilməməsi barədə yazılı bəyanat və ya rəsmi bildiriş,

    – Əmək müqaviləsinin surəti.

  • Президент Ильхам Алиев принял участие в открытии надземного пешеходного перехода – ОБНОВЛЕНО + ФОТО/ВИДЕО

    Президент Азербайджанской Республики Ильхам Алиев принял участие в открытии надземного пешеходного перехода на автодороге Мардакян-Загульба.

    Как сообщает АЗЕРТАДЖ, при строительстве этого надземного пешеходного перехода были приняты во внимание прилегающий жилой массив, наличие школы, использование жителями в большей степени именно этой части дороги и другие факторы. Переход построен на основании подписанного главой государства распоряжения в рамках Государственной программы социально-экономического развития города Баку и его поселков.

    Председатель правления Государственного агентства автомобильных дорог Азербайджана Салех Мамедов проинформировал главу государства о технико-экономических показателях перехода.

    Было отмечено, что общая протяженность перехода вместе с пандусами составляет 180 метров. Протяженность средней части перехода, сооруженного из металлической конструкции в виде сетки на трех опорах, составляет 52 метра, а ширина – 4,5 метра. Пешеходный переход собран из 39 стальных колец, пересекающихся друг с другом под углом 57 градусов.

    Для удобного передвижения на переходе сооружены пандусы с учетом международных стандартов. Пандусы установлены под углом 8 градусов.

    Отметим, что проект данного пешеходного перехода – идея итальянского дизайнера, а его конструкции изготовлены местными специалистами.









  • İlham Əliyev Bakıda yerüstü piyada keçidinin açılışında – YENİLƏNİB + FOTO/VİDEO

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mərdəkan-Zuğulba avtomobil yolunda yerüstü piyada keçidinin açılışında iştirak edib.

    AZƏRTAC xəbər verir ki, bu yerüstü piyada keçidi tikilərkən ətrafdakı yaşayış massivi, məktəbin mövcudluğu, insanların daha çox yolun bu hissəsindən istifadəsi və digər amillər nəzərə alınıb. Keçid Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən, Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı çərçivəsində inşa edilib.

    Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov keçidin texniki-iqtisadi göstəriciləri barədə dövlətimizin başçısına məlumat verib.

    Bildirilib ki, keçidin ümumi uzunluğu panduslarla birlikdə 180 metrdir. Üç dayaq üzərində torşəkilli metal konstruksiyadan quraşdırılmış keçidin orta hissəsinin uzunluğu 52 metr, eni 4,5 metrdir. Piyada keçidi bir-biri ilə 57 dərəcə bucaq altında kəsişən 39 ədəd polad halqadan yığılıb.

    Rahat hərəkət üçün keçiddə beynəlxalq standartlar nəzərə alınmaqla panduslar quraşdırılıb. Pandusların maililiyi 8 dərəcəyə bərabərdir.

    Qeyd edək ki, bu piyada keçidinin layihəsi italiyalı dizaynerin təxəyyülünün məhsuludur, konstruksiyaları isə yerli mütəxəssislər tərəfindən hazırlanıb.

    * * * * *

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mərdəkan-Zuğulba avtomobil yolunda yerüstü piyada keçidinin açılışında iştirak edib.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb.









  • Türkiyədə karantin qaydaları sərtləşdirilib – VİDEO

    Türkiyə hökuməti koronavirusla mübarizə çərçivəsində ölkənin bütün ictimai yerlərində tibbi maskalardan məcburi istifadəni tətbiq edir. Artan yoluxma halları ilə əlaqədar ölkədə bir sıra karantin tədbirləri sərtləşdirilib.

    “Koronavirus pandemiyası səbəbindən ölkənin bütün ictimai yerlərində maska taxmaq məcburidir” – bu barədə Türkiyənin Daxili İşlər Nazirliyinin məlumatında deyilir.
    Beləliklə, qonşu Türkiyə koronavirusla mübarizə çərçivəsində ölkənin bütün ictimai yerlərində tibbi maskalardan istifadəni icbari edib.

    Ölkənin Daxili İşlər Nazirliyinin açıqlamasında, həmçinin qeyd olunub ki, ictimai nəqliyyatda sərnişinlərin ayaq üstə getmələrinə icazə verilməyəcək. Bundan əlavə, restoran, bar, klub və hotellərdə konsertlərin təşkili və ya musiqi qruplarının çıxışı qadağan olunur.

    Qeyd edək ki, Türkiyədə koronavirusa ilk yoluxma faktı martın 10-da Avropadan qayıdan yerli bir sakində qeydə alınıb. Bu günə qədər ölkədə koronavirusa yoluxanların ümumi sayı 283 mini keçib, 6 782 nəfər ölüb, 253 mindən çox türkiyəli sağalmağı bacarıb.

  • Прогноз погоды на 10 сентября

    Национальная служба гидрометеорологии Министерства экологии и природных ресурсов обнародовала прогноз погоды в Азербайджане на 10 сентября.

    В Баку и на Абшеронском полуострове ожидается переменная облачность, днем местами непродолжительные дожди, северо-восточный ветер.

    Температура воздуха на Абшероне составит ночью 19-23, днем – 28-31, в Баку ночью – 20-22, днем – 28-30 градусов тепла.

    Атмосферное давление – 763 мм ртутного столба, относительная влажность ночью – 60-70%, днем – 35-40%.

    На северных пляжах полуострова (Сумгайыт, Новханы, Пиршаги, Нардаран, Бильгя, Загульба) температура морской воды составит 23-24, на южных (Тюркан, Говсан, Сахиль, Ших) – 24-25 градусов тепла.

    В некоторых горных регионах Азербайджана прогнозируются грозы, непродолжительные дожди, град, на остальной территории страны ожидается погода без осадков, восточный ветер.

    Температура воздуха составит ночью 17-21, днем – 29-34, в горах ночью – 10-15, днем – 18-23 градуса тепла.

  • Sabah yağış yağacaq – PROQNOZ

    Sentyabrın 10-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin gündüz yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək.

    Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, havanın temperaturu Abşeron yarımadasında gecə 19-23, gündüz 28-31, Bakıda gecə 20-22, gündüz 28-30 dərəcə isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 60-70, gündüz 35-40 faiz təşkil edəcək.

    Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 23-24, Türkan, Hövsan, Sahil, Şıxda isə 24-25 dərəcə isti olacaq.

    Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 17-21, gündüz 29-34, dağlarda gecə 10-15, gündüz 18-23 dərəcə isti olacaq.

    Tibbi-meteoroloji proqnoza gəlincə, sentyabrın 10-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişli olsa da, havada rütubətliliyin bir qədər çox olması bəzi insanlarda narahatlıq hissi yarada bilər.

  • Президент Ильхам Алиев упразднил Совет финансовой стабильности

    Президент Азербайджана Ильхам Алиев 9 сентября подписал указ об упразднении Совета финансовой стабильности и учреждении вместо него Экономического совета.

    Текст документа опубликован АЗЕРТАДЖ.

    Указом также утвержден состав Экономического совета. Председателем назначен премьер-министр Али Асадов.

    В состав Совета входят:

    помощник Президента Азербайджана – завотделом по экономическим вопросам и политики инновационного развития;

    помощник Президента Азербайджана – завотделом по вопросам экономической политики и промышленности;

    помощник Первого вице-президента;

    помощник Первого вице-президента;

    министр экономики АР;

    министр финансов АР;

    министр труда и социальной защиты населения;

    председатель Центробанка;

    исполнительный директор Азербайджанского государственного нефтефонда.

    В целях организации деятельности Совета создается его секретариат.

    Осуществлять функции секретариата рекомендуется Центральному банку Азербайджанской Республики.

    Совет создан с целью сохранения макроэкономической стабильности в стране и ускорения социально-экономического развития, формирования экономической политики на текущий и среднесрочный периоды путем изучения процессов, происходящих в глобальной и национальной экономике, в том числе в фискальном и монетарном секторах, а также в финансово-банковском секторе.

    Совету поручено подготовить и представить Президенту АР предложения по определению направлений осуществляемых реформ и экономической политики с целью принятия превентивных мер, направленных на предотвращение возможных внутренних и внешних воздействий на экономику страны, и в связи с этим один раз в шесть месяцев информировать главу государства о своей деятельности.

    Для реализации намеченных мероприятий в Совет могут быть привлечены местные и зарубежные эксперты, специалисты, международные организации и научные учреждения, рабочие группы по отдельным направлениям, состоящие из представителей соответствующих государственных органов и заинтересованных сторон.

    Кроме того, указ Президента Азербайджанской Республики от 15 июля 2016 года № 995 “Об учреждении Совета финансовой стабильности Азербайджанской Республики” аннулируется.

  • Prezident Maliyyə Sabitliyi Şurasını ləğv etdi – FƏRMAN

    Prezident İlham Əliyev Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurasının ləğvi və onun əvəzinə İqtisadi Şuranın yaradılması ilə bağlı Fərman imzalayıb.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb.

    Fərmanla yeni yaradılan İqtisadi Şuranın tərkibi təsdiq edilib. Şuranın sədri Baş nazir Əli Əsədov olub.

    Şuranın tərkibinə aşağıda qeyd edilən üzvlər daxildir:

    Azərbaycan Respublikası Prezidentinin köməkçisi – İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri;

    Azərbaycan Respublikası Prezidentinin köməkçisi – İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri;

    Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi;

    Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi;

    Azərbaycan Respublikasının İqtisadiyyat naziri;

    Azərbaycan Respublikasının Maliyyə naziri;

    Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri;

    Azərbaycan Respublikası Mərkəzi Bankının sədri;

    Azərbaycan Dövlət Neft Fondunun İcraçı direktoru.

    Şuranın fəaliyyətinin təşkili məqsədilə Şuranın Katibliyi yaradılır və Katibliyin funksiyasının həyata keçirilməsi Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilir.

    Şuraya ölkədə makroiqtisadi sabitliyin qorunması və sosial-iqtisadi inkişafın sürətləndirilməsi məqsədilə qlobal və milli iqtisadiyyatda, o cümlədən fiskal və monetar sektorlarda, həmçinin maliyyə-bank sektorunda baş verən proseslər öyrənilməklə cari və ortamüddətli dövr üçün iqtisadi siyasətin formalaşmasına, habelə ölkə iqtisadiyyatında yarana biləcək daxili və xarici təsirlərin qarşısının alınmasına yönəlmiş qabaqlayıcı tədbirlərin görülməsi məqsədilə həyata keçiriləcək islahatların və iqtisadi siyasətin istiqamətinin müəyyən edilməsinə dair təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməsi tapşırılır və bununla bağlı fəaliyyəti barədə altı ayda bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

    Nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi məqsədilə Şurada yerli və xarici ekspertləri, mütəxəssisləri, beynəlxalq təşkilatları və elmi müəssisələri cəlb edə, aidiyyəti dövlət orqanlarının və maraqlı tərəflərin nümayəndələrindən ibarət ayrı-ayrı istiqamətlər üzrə işçi qruplar yaradıla bilər.

    Həmçinin, “Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 iyul tarixli 995 nömrəli Fərmanı ləğv edilib.

  • Alıcılar bunlara diqqət etsin: Balıq bazarında canlanma – VİDEO

    Deyirlər, balıq tutmağa nə qədər tezdən getsən bir o qədər bəxtin gətirər. Biz də bu məqsədlə sübh tezdən balıqçıların daha çox üz tutduğu Qum adasına gələrək bir günümüzü bu maraqlı peşə sahibləri ilə birgə keçirtmək qərarına gəldik.

    ARB Xəbər komandası Qum adasına gedərək balıqçılarla bağlı geniş süjet hazırlayıb.

    Səhərin sübh çağı günəşdən qabaq oyanıb özünü Qum adasına çatdıran bu insanların arasında peşəkarlar da var, həvəskarlar da.

    Ətraflı reportajı təqdim edirik:

  • Президент Ильхам Алиев выделил средства Госслужбе по мобилизации и призыву на военную службу

    Президент Азербайджана Ильхам Алиев подписал распоряжение о мерах по усовершенствованию единой электронной информационной системы Государственной службы по мобилизации и призыву на военную службу.

    Текст документа опубликован АЗЕРТАДЖ.

    Согласно распоряжению, с целью внесения кардинальных изменений в сфере безопасности, технических и программных средств единой электронной информационной системы Госслужбы по мобилизации и призыву на военную службу АР из резервного фонда Президента Азербайджана, предусмотренного госбюджетом на 2020 год, указанной Госслужбе выделяется 3 млн 866 тыс. манатов.