Month: September 2020

  • Prezidentdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə bağlı SƏRƏNCAM

    Prezident İlham Əliyev Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vahid elektron informasiya sisteminin müasirləşdirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb.

    Sərəncama əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vahid elektron informasiya sistemində təhlükəsizlik, texniki və proqram vasitələri sahəsində əsaslı dəyişiklik məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə üç milyon səkkiz yüz altmış altı min manat ayrılıb.

  • Обнародовано число детей, усыновленных в Азербайджане иностранцами

    Обнародовано число детей, усыновленных в Азербайджане иностранными гражданами.

    Об этом на заседании комитета по труду и социальной политике Милли Меджлиса (парламента) сказал завотделом политики по усыновлению Министерства труда и социальной защиты населения Фархад Алекперов, сообщает корреспондент Oxu.Az.

    Он отметил, что с 1 ноября 2019 года по сегодняшний день иностранцы усыновили троих детей.

    По его словам, в целом, до 1 ноября прошлого года иностранными гражданами были усыновлены 80 детей.

  • Əcnəbilərə övladlığa verilən uşaqların sayı açıqlandı

    Azərbaycanda əcnəbilər tərəfindən övladlığa götürülən uşaqların sayı açıqlanıb.

    Bu barədə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Övladlığa götürmə siyasəti şöbəsinin müdiri Fərhad Ələkbərov məlumat verib.

    O deyib ki, 2019-cu ilin noyabrın 1-dən indiyə qədər cəmi üç uşaq əcnəbiyə övladlığa verilib.

    Onun sözlərinə görə, ötən ilin noyabrın 1-nə qədər 80-ə qədər uşaq əcnəbilər tərəfindən övladlığa götürülüb.

    Qeyd edək ki, 2019-cu ilin noyabrın 1-dən Azərbaycanda övladlığa götürmə tam şəkildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir.

    Buna qədər isə həmin səlahiyyət Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində olub.

  • В Азербайджане мужчина совершил кражу, притворившись верующим – ВИДЕО

    В Азербайджане мужчина совершил кражу, притворившись верующим.

    На распространившихся в соцсетях кадрах видно, как мужчина зашел в подсобное помещение, где находились вещи сотрудников, чтобы якобы совершить намаз.

    Воспользовавшись тем, что в комнате никого нет, он начал проверять содержимое сумок.

    Его действия попали на камеру видеонаблюдения, установленную в помещении.

  • Azərbaycanda namaz qılmaq adı ilə oğurluq edildi – VİDEO

    Azərbaycanda kişi namaz qılmaq adı ilə oğurluq edib.

    Bununla bağlı görüntülər sosial şəbəkədə yayılıb.

    Videodan görünür ki, kişi namaz qılmaq üçün səccadənin qarşısına keçib. Otaqda tək olduğunu görən kişi yaxınlıqdakı əl çantalarını soyub.

    Həmin anlar otaqdakı təhlükəsizlik kameralarına əks olunub.

    Həmin görüntüləri təqdim edirik:

  • Bəxtiyar Hacıyev saxlanıldı

    Fəal siyası bloqer Bəxtiyar Haciyev aksiyada polis tərəfindən saxlanılıb.

    Bu barədə o, öz “facebook” səhifəsində paylaşım edib.

  • Vilayət Eyvazov yeni rəis təyin etdi

    Daxili İşlər orqanlarında kadr dəyişikliyi olub.

    Bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

    Əmrə əsasən, polis polkovnik-leytenantı Bayramov Bəxtiyar Binəqədi Rayon Polis İdarəsinin narkotiklərlə mübarizə şöbəsinin rəisi vəzifəsinə təyin olunub.

  • Polis və hərbi maşınlar AMEA Rəyasət Heyəti binasını dövriyyəyə aldı – FOTOLAR

    Polis və hərbi texnika Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) inzibati binasını dövriyyəyə alıb.

    Sfera.az nəyin baş verdiyini dəqiqləşdirə bilməsə də ərazidən çəkilmiş fotolar əldə edib.

    Həmin fotoları təqdim edirik.




  • Sumqayıtda ata ögey qızına işgəncə verdi – FOTO/VİDEO

    Azyaşlı uşaq atalığı tərəfindən fiziki zorakılığa məruz qalıb. Ögey ata bıçağı qızdırıb uşağın əlinin üzərinə basıb.

    Bu sözləri Oxu.Az-a açıqlamasında Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə deyib. O bildirib ki, bu barədə ona videogörüntülər sosial şəbəkələrdən göndərilib:

    “Mənə deyilənə görə, hadisə dünən Sumqayıt səhəri İnşaatçılar qəsəbəsində baş verib. Uşaq atalığı tərəfindən fiziki zorakılığa məruz qalıb. Bu videonu sosial şəbəkələrdən mənə göndəriblər. Atalığın adının Əli olduğu deyilir. İlkin ehtimala görə, qızın 11 yaşı var. Uşaq da açıq aşkar atalığı tərəfindən bıçağın qızdırılaraq əlinin üstünü yandırmasını təsdiq edir.

    Şiddət görən uşaq qaçıb qonşulara sığınıb. Aldığım məlumata görə, Daxili İşlər Nazirliyinin (DİN) “102” Xidməti-Zəng Mərkəzinə qonşular tərəfindən müraciət olunub. Hazırda onlara qarşı da uşağın anası və atalığı tərəfindən təzyiqlər var. Əlbəttə uşağın ailəsi hər vəchlə çalışacaq ki, bu məsələni ört-basdır etsin. Şəxsən mən bu məsələni nəzarətsiz qoymayacağam”.

    K.Ağazadə məsələyə aidiyyəti qurumlar tərəfindən dərhal reaksiya veriləcəyinə inandığını qeyd edib:

    “Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsi operativ şəkildə də bu məsələyə reaksiya verəcək, buna əminəm. Əmin olmadığım isə Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və uşaq hüquqlarının müdafiəsi komissiyasının reaksiya verməsidir. DİN Sumqayıt Şəhər Polis İdarəsinin ərazi üzrə bölməsinin də ciddi araşdırma aparacağına böyük ümid bəsləyirəm”.

  • В Азербайджане число учащихся в новом учебном году составит более 1,5 млн

    В новом учебном году, согласно прогнозу, в общеобразовательных учреждениях Азербайджана буду обучаться 1 574 206 учащихся, сообщает Минобразования.

    Из них 733 279 – девочки, 840 927 – мальчики.

    В первый класс пойдут 165 511 учащихся, в девятый – 132 734, в XI-XII классах будут учиться 85 044 учащихся.

    Обучение будет вестись в 4 440 школах, из которых 317 – начальные, 783 – средние общеобразовательные, 3 319 – полные средние школы, 16 – школы специального типа и пять – очно-заочные (вечерние) полные средние школы, 60 – школы-лицеи, 50 – лицеи, 15 – гимназии и 14 – гимназии интернатного типа с интеграционным обучением.

    Ожидается, что в новом учебном году дошкольные группы общеобразовательных учреждений будут посещать 121 696 детей.