Month: September 2020

  • Cəbhədə atəşkəs yenidən pozuldu

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 51 dəfə pozub.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, Ermənistan Respublikası Berd rayonunun Mosesqex və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Koxanəbi və Əsrik Cırdaxan kəndlərində, Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Qaravəlilər kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

    Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Tağıbəyli, Yusifcanlı, Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Kürdlər, Horadiz kəndləri yaxınlığında, həmçinin Tərtər və Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

  • 688 bal toplayan tələbə: “Sosial şəbəkələrdən daha az istifadə etməli oldum”

    “Təhsilimi yerli və xarici olmaqla iki universitetdə davam etdirmək istərdim”.

    Bu sözləri Oxu.Az-a II ixtisas qrupu üzrə ali məktəbə qəbul imtahanlarından 688 bal toplayan Murad Mustafazadə deyib. M.Mustafazadə Sumqayıt şəhərində yaşayır və Təbiət Elmləri Təmayüllü Gimnaziyanın məzunudur.

    O deyir ki, beşinci sinfə qədər Sumqayıt şəhəri 41 nömrəli tam orta məktəbdə təhsil alıb:

    “Beşinci sinifdən imtahan verərək, yüksək nəticə ilə Təbiət Elmləri Təmayüllü Gimnaziyaya qəbul olmuşam. Dil biliklərimi təkmilləşdirməyə üstünlük vermişəm. İELTS və digər sertifikatlarım var. Davamlı olaraq intellektual oyunlara qatılırdım, olimpiadalarda iştirak edirdim. Bu, biliklərimin dərinləşməsində çox önəmli nüanslardan biridir. 2019-2020-ci ildə keçirilən olimpiadalarda coğrafiya fənni üzrə ikinci yer tutmuşam və tam orta təhsilimi qızıl medal, qızıl attestatla bitirdim”.

    M.Mustafazadə ali məktəbə hazırlaşdığı zamanlarda özünə xüsusi məhdudiyyətlər qoymadığını deyir:

    “Bu il nəinki mənə, bütün abituriyentlərin hazırlıq prosesinə pandemiyanın təsiri olub. Onlayn keçirilən dərslər zamanı çətinlik yaradan məqamlar olurdu. Üzbəüz əlaqədə olmadığımız üçün suallar ünvanlamaq operativ cavab almaq bəzən mümkün olmurdu, amma müəllimlərimiz də əllərindən gələni edirdi. Bizlərə dəstək olurdu. Amma bütün hallarda mən özümə xüsusi məhdudiyyətlər qoymamışam. Doqquzuncu sinfə qədər ixtisas qrupları barədə məlumatlar topladım və öz istəyimə uyğun ixtisas qrupunu seçdim. Hazırlıq müddətində sadəcə sosial şəbəkələrdən daha az istifadə etməli və dərslərə daha məsuliyyətlə yanaşmalı olduğum fikrini özümə təlqin edirdim.

    Mən iqtisadiyyat sahəsini, xüsusilə də biznesin idarə edilməsi bölməsini istəyirəm. Azərbaycanda biznesin idarəedilməsi çoxşaxəlidir. Ali təhsil kimi həm yerli, həm də xarici universitetlərdən cavab gözləyirəm. Xüsusilə Türkiyənin Yaxın Şərq Texniki Universitetini (ODTÜ) nəzərimdə saxlamışam. Yerli ali məktəblərdən isə İqtisadiyyat Universitetinin tələbəsi olmaq istəyirəm”.

    M.Mustafazadə də zəhmətinin bəhrəsini görən abituriyentlərdən biri kimi, sevincini ilk olaraq ailəsi ilə bölüşdüyünü deyir:

    “Topladığım balı öyrəndiyimdə çox sevindim. İlk olaraq bu barədə ailəmə xəbər verdim. İnanıram ki, insan qarşısına məqsəd qoyanda hər şeyə nail ola bilər. Ali məktəbə hazırlaşan abituriyentlərə məsləhətim odur ki, qarşılarına məqsəd qoysunlar. Gündəlik plan tərtib etsinlər və ona uyğun zaman bölgüsü aparsınlar. Təbii ki, üstünlüyü dərslərə versinlər, amma çox oxumaq savadlı olmaq demək deyil. Əsas keyfiyyət göstəricisidir”.

  • Али Миралиев: Я не умер, эти слухи распространяют низкие люди

    “Мы не вправе жить? Я не понимаю, почему распространяются эти слухи”.

    Об этом Oxu.Az заявил певец Али Миралиев, комментируя информацию о своей смерти, распространившуюся сегодня в соцсетях.

    “Откуда взялась эта информация, кто это написал? Эти люди пытаются похоронить живого человека. Подобные слухи распространяют очень низкие люди”, – отметил он.

  • Əli Mirəliyev: “Mən ölməmişəm, bu xəbəri yayanlar alçaq adamlardır”

    “Bizim yaşamağa haqqımız yoxdur? Bu məlumatların niyə yayıldığını başa düşmürəm”.

    Bu sözləri bu gün sosial şəbəkələrdə öldüyü deyilən bəstəkar, müğənni Əli Mirəliyev Oxu.Az-a açıqlamasında deyib.

    “Bu məlumatlar harada yayılıb, kim yazıb? Bu insanlar sağ adamı öldürməyə çalışır. Bu xəbəri yayanlar nə alçaq adamlardır”, – o bildirib.

  • Число скончавшихся от коронавируса в мире превысило 900 тысяч

    По данным на утро 9 сентября, число инфицированных коронавирусом (COVID-19) в мире достигло 27 738 845.

    Суточный прирост составил 249 474 человека.

    За весь период пандемии скончались 901 868 человек, выздоровели 19 832 446 заразившихся.

    Больше всего инфицированных в США (6 514 231). На втором месте – Индия (4 370 128), третьем – Бразилия (4 165 124). В первую пятерку также входят Россия (1 035 789) и Перу (696 190).

    По числу жертв инфекции лидируют Соединенные Штаты – 194 032, вылечились – 3 796 760 человек.

    Иран с 391 112 заболевшими занимает 12-е место, Турция (283 270) – 18-е.

    В Армении коронавирусом заразились 44 953 человека, в Грузии – 1 729.

    Среди соседних стран наиболее высокая смертность от COVID-19 зафиксирована в Иране – 22 542 летальных исхода.

    На сегодня в Азербайджане подтверждены 37 557 случаев инфицирования коронавирусом, 34 965 человек вылечились, 552 – скончались.

  • Dünyada koronavirusdan ölənlərin sayı 900 mini keçdi – STATİSTİKA

    Dünyada 27 738 845 nəfərdə koronavirus aşkarlanıb.

    Virusdan 901 868 xəstə ölüb, 19 832 446 nəfər sağalıb.

    Koronavirusun ən çox yayıldığı ölkələr siyahısında ilk sıralarda 6 514 231 yoluxma ilə ABŞ, 4 370 128 yoluxma ilə Hindistan, 4 147 794 yoluxma ilə Braziliya, 4 165 124 yoluxma ilə Rusiya qərarlaşıb.

    İranda 391 112, Türkiyədə 283 270, Ermənistanda 44 953, Gürcüstanda 1 729 nəfərdə koronavirus qeydə alınıb.

    Azərbaycanda indiyə qədər koronavirusa yoluxan 37 557 nəfərin 552-si ölüb, 34 965 nəfər sağalıb.

  • В Баку молодой человек получил удар ножом в спину

    В Низаминском районе Баку 18-летний Ровшан Ализаде во время конфликта со своим знакомым получил удар ножом в спину, передает АПА.

    Сотрудники правоохранительных органов выясняют обстоятельства произошедшего.

  • Yeniyetmə tanışı ilə mübahisə zamanı kürəyindən bıçaqlandı

    Bakının Nizami rayonunda bıçaqlanma hadisəsi baş verib.

    APA xəbər verir ki, 2002-ci il təvəllüdlü Əlizadə Rövşən Səfər oğlu tanışı ilə mübahisə zamanı kürək nahiyəsindən bıçaqlanıb.

    Hadisənin təfərrüatı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırılır.

  • Lənkəranda dördotaqlı evdə yanğın olub

    Lənkəran şəhərinin Girdəni kəndində ümumi sahəsi 195 kvadrat metr olan birmərtəbəli dördotaqlı evin iki otağının yanar konstruksiyaları və dam örtüyü 100 kvadrat metr sahədə yanıb.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, evin qalan hissəsi yanğından mühafizə olunub.

    Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • Bakıda orta yaşlı kişi bıçaqlandı

    Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

    APA xəbər verir ki, hadisə Bilgəh qəsəbəsində qeydə alınıb.

    1983-cü il təvəllüdlü Məmmədov Vüqar Əkrəm oğlu qonşusu ilə əlbəyaxa dava zamanı bıçaqlanıb.

    Yaralı V.Məmmədov xəstəxanaya yerləşdirilib.

    Faktı Sabunçu Rayon Polis İdarəsi araşdırır.