Month: September 2020

  • Ильхам Алиев принял верительные грамоты новоназначенного посла Ирана в Азербайджане – ФОТО

    Президент Азербайджана Ильхам Алиев 7 сентября принял верительные грамоты новоназначенного посла Ирана в АР Сейида Аббаса Мусави.

    Об этом сообщает АЗЕРТАДЖ.

  • İlham Əliyev İranın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib – FOTO/VİDEO

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 7-də İran İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvinin etimadnaməsini qəbul edib.

    Bu barədə AZƏRTAC məlumat yayıb.

  • Piyadalar təhlükədə: Yollar nə vaxt işıqlandırılacaq? – VİDEO

    Bakıda qaranlığa qərq olan küçə və yollar kifayət qədərdir. Bəzi yerlərdə işıqlandırma sistemi ümumiyyətlə yoxdur, bəzilərində isə elektrik dirəkləri sadəcə bəzək rolunu oynayır.

    Bəs, istər piyada, istərsə də sürücülər üçün təhlükə mənbəyinə çevrilən bu problem nə vaxt öz həllini tapacaq?

    ARB TV məsələ ilə bağlı ətraflı süjet hazırlayıb.

  • В бакинской школе девочка совершила суицид?

    В школе № 313 города Баку прокомментировали падение учащейся с третьего этажа школьного здания.

    Ученица 9-го класса пришла к матери, которая работает в данном же образовательном учреждении уборщицей, выпав из окна, сломала ногу.

    “Была вызвана скорая помощь, которая зафиксировала перелом ноги. Пострадавшей оказана медицинская помощь и приняты необходимые меры. Сейчас ее состояние удовлетворительное”, – сообщили в школе.

    Отметим, что в соцсетях распространилась информация о том, что девочка совершила суицид.

    По предварительным данным, директор сообщил ей, что ее не переведут в следующий класс и исключат из школы.

    В Республиканской клинической больнице сообщили Oxu.Az, что школьница (2005 г.р) получила закрытую черепно-мозговую травму. Ее состояние оценивается как стабильно тяжелое.

  • Bakıda doqquzuncu sinif şagirdi intihar edib? – İDDİA + YENİLƏNİB

    Sulutəpə qəsəbəsində yerləşən 313 nömrəli məktəbin rəhbərliyi intihara cəhd edən məktəbli ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

    313 nömrəli tam orta məktəbdən Oxu.Az-a verilən açıqlamaya görə, 9-cu sinif şagirdi məktəbdə texniki işçi kimi çalışan anasının arxasınca gəlib:

    “Məktəbli yıxılaraq ayağından xəsarət alıb. Qeyd edək ki, məktəbə dərhal təcili tibbi yardım çağırılıb. Həkim müayinəsi zamanı şagirdin ayağında sınıq olduğu aşkar edilib. Daha sonra müvafiq tibbi yardım və zəruri tədbirlər görülüb. Şagird tibbi müayinələrdən keçirilib, hazırda vəziyyəti qənaətbəxşdir”.

    * * * * *

    Özünü məktəbin üçüncü mərtəbəsindən atdığı deyilən məktəblinin vəziyyəti ağır-stabil olaraq qiymətləndirilir.

    Respublika Kliniki Xəstəxanasından Oxu.Az-a verilən məlumata görə, hadisə nəticəsində 2005-ci il təvəllüdlü qız qapalı kəllə-beyin travması alıb:

    “Həkim müayinəsi zamanı ona 12-ci döş fəqərəsinin sınığı, sol baldır sümüyünün açıq sınığı diaqnozları qoyulub. Məktəbli qızın vəziyyəti ağır-stabildir”.

    * * * * *

    Bakıda intihar etdiyi iddia edilən məktəblinin vəziyyəti ağırdır.

    Səhiyyə Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, paytaxtın Binəqədi rayonu, Sulutəpə qəsəbəsində 313 nömrəli məktəbdə 15 yaşlı şagirdin hündürlükdən yıxılması barədə Təcili Tibbi Yardım stansiyasına çağırış daxil olub.

    Stansiyadan verilən məlumata görə, müxtəlif dərəcəli bədən xəsarətləri alan yaralı Respublika Kliniki Xəstəxanasına aparılıb. Təcili Tibbi Yardım briqadasının həkimləri yaralının vəziyyətinin ağır olduğunu deyiblər.

    * * * * *

    Bakının Sulutəpə qəsəbəsindəki 313 saylı məktəbin doqquzuncu sinif şagirdinin üçüncü mərtəbədən yıxılması ilə bağlı sosial şəbəkələrdə fərqli fikirlər söylənilib.

    Qeyd olunur ki, məktəbli qız özünü üçüncü mərtəbədən ataraq intihara cəhd edib.

    İlkin səbəb kimi, məktəb direktoru şagirdi növbəti sinifə keçirməyib və məktəbdən uzaqlaşdırılacağını bildirib.

    Şagird də buna etiraz olaraq intihara əl atıb.

    * * * * *

    Bakıda doqquzuncu sinifdə oxuyan qız üçüncü mərtəbədən yıxılıb.

    APA-nın məlumatına görə, hadisə Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən 313 saylı məktəbdə baş verib. Həmin məktəbdə IX sinifdə oxuyan qız üçüncü mərtəbədən yıxılaraq, ağır xəsarət alıb.

    Məktəbli təcili xəstəxanaya aparılıb.

    Səhiyyə Nazirliyindən verilən məlumata görə, Sulutəpə qəsəbəsində 313 nömrəli məktəbdə 15 yaşlı şagirdin hündürlükdən yıxılması barədə Təcili Tibbi Yardım Stansiyasına çağırış daxil olub.

    Stansiyadan bildirilib ki, yaralı sol budun aşağı 1/3-nin açıq sınığı diaqnozu ilə Respublika Kliniki Xəstəxanasına aparılıb.

  • İranlı əczaçılardan xəbərdarlıq – Ölkəni “dərman qıtlığı” gözləyir

    İranda əczaçılar və dərman idxalçıları ölkənin Səhiyyə naziri Səid Nəmakini ilə görüş keçirib.

    Onlar qeyd edib ki, dərman idxalı üçün valyuta təmin edilməzsə, vəziyyət kritik olacaq və ölkə dərman çatışmazlığı ilə üzləşəcək.

    Bildirilib ki, hazırda İranda dərman çatışmazlığı bir neçə aydır hiss olunur. Diabet xəstələri insulin axtarır. Böyrək xəstələri də eyni vəziyyətdədir; “Cellcept” tabletləri apteklərdə mövcud deyil və yerli istehsal da xəstələrin ehtiyaclarını ödəmir.

    Qeyd edək ki, Səhiyyə Nazirliyinin rəsmi saytının məlumatına görə, bu il sentyabr ayının əvvəlinədək hökumət dərman və tibbi avadanlıqların ölkəyə idxalı məqsədilə 969 milyon dollar vəsait ayırıb. Bu da bir il əvvəlki dövrlə müqayisədə 43 faiz azdır. Ölkəyə dərman idxalı məqsədilə dövlət büdcəsindən ayrılan vəsaitin azalması bu ilin may ayının əvvəlindən hökumətin gündəliyindədir.

  • Синоптики о том, когда рассеется окутавший Баку и Абшерон пыльный туман

    Пыльный туман, окутавший Баку и Абшерон 7 сентября, будет наблюдаться до вечера 9 сентября, говорится в сообщении Министерства экологии и природных ресурсов Азербайджана, размещенном в понедельник на сайте ведомства.

    Согласно спутниковым наблюдениям, пыльный туман имеет трансграничный характер и вторгся на территорию Азербайджана вместе с южным и юго-восточным ветрами.

  • Bakıdakı toz-dumanı nə vaxtadək davam edəcək? – AÇIQLAMA

    Havada toz-dumanı müşahidə edilir.

    Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq məlumat verilib.

    Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, 7 sentyabr tarixində Bakı və Abşeron yarımadasının atmosfer havasında toz-dumanı müşahidə edilir.

    Peyk müşahidələrinə əsasən, transsərhəd xarakter daşıyan, cənub və cənub-şərq istiqamətli küləklər vasitəsilə daxil olan toz-dumanının 9 sentyabr axşam saatlarınadək davam edəcəyi gözlənilir.

  • Azərbaycanda polis onu söyən qonşusunu güllələdi

    Daxili İşlər Nazirliyi ötən gün Bərdə rayonunda bir nəfərin qonşusu tərəfindən topuğundan güllələnməsi haqqında məlumat yayıb.

    Belə ki, sentyabrın 6-da Bərdə rayonunun Dəymədağıldı kəndi ərazisində kənd sakini Yusif Kərimov onu söyən qonşusu Aftandil Əliyevə tüfəngdən açdığı atəşlə topuq nahiyəsindən xəsarət yetirib. Y.Kərimov polis əməkdaşları tərəfindən saxlanılıb, ondan lüləsi və qundağı kəsilmiş “İJ” markalı ov tüfəngi götürülüb.

    “Qafqazinfo”nun məlumatına görə, qonşusunu güllələyən şəxs polisdir. O, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşıdır.

  • Daha bir kateqoriyadan olan şəxslər təhsil haqqından azad oluna bilər

    Azərbaycanda daha bir kateqoriyadan olan şəxslərin təhsil haqqından azad edilməsi gözlənilir.

    Bununla bağlı “Təhsil haqqında” qanunun 14.8-1-ci maddəsinə dəyişiklik təklif olunur.

    Qanun layihəsində həmin maddəyə ikinci cümlənin əlavəsi təklif olunur.

    Layihədə yazılıb ki, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların təhsil haqqı ilə bağlı güzəşt onlar övladlığa götürüldükdə də saxlanılacaq.

    Bu qrupa aid olan uşaqların təhsil xərclərinin dövlət vəsaiti hesabına ödənilməsi az və orta təminatlı ailələr tərəfindən valideyn himayəsindən məhrum olan uşaqların övladlığa götürülməsini təşviq edəcək.

    Hazırki qanunvericiliyə əsasən, valideynini itirmiş və ya valideyn himayəsindən məhrum olan uşaqların ali və orta ixtisas təhsili müəssisələrində və AMEA-nın magistratura səviyyəsində təhsil haqqı dövlət vəsaiti hesabına ödənilir.

    Qanun layihəsində yazılıb ki, həmin uşaqların övladlığa götürüldükdən sonra da bu imtiyazdan istifadə etməsi dövlət büdcəsi üçün əlavə maliyyə yükü yaratmayacaq.

    Qanun layihəsi Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılacaq.