Month: September 2020

  • BNA-nın işdən çıxarılan şöbə müdirinə vəzifə verilib?

    Bakı Nəqliyyat Agentliyi (BNA) taksi fəaliyyətinin tənzimlənməsi ilə bağlı verdiyi qalmaqallı açıqlamaya görə işdən azad edilən şöbə müdiri Hikmət Babayevə, quruma məxsus “BakuBus” MMC-də vəzifə verilməsi barədə sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirib.

    Agentliyin mətbuat xidmətinin rəhbəri Mais Ağayev Report-a açıqlamasında deyib ki, bu xəbərlər həqiqətə uyğun deyil.

    “Sosial şəbəkələrdə həmin məlumatları yayanlar bunu məqsədli şəkildə edirlər, cəmiyyətdə çaşqınlıq yaratmaq niyyəti güdürlər”, – deyə o qeyd edib.

  • В Баку у братьев обнаружены наркотики

    Сотрудники 13-го отделения полиции Сабунчинского района Баку в результате оперативно-разыскных мероприятий задержали братьев Мурада (1983 г.р.) и Тарлана (1984 г.р.) Гулиевых, передает Report.

    У них были обнаружены и изъяты 0,565 г и 0,71 г героина соответственно.

    В ходе расследования установлено, что братья уже имеют судимость по статьям 177 (кража), 180 (разбой) и 234 (незаконный оборот наркотиков) Уголовного кодекса АР.

    По данному факту проводится расследование.

  • Sabunçuda qardaşlardan narkotik götürüldü

    Bakıda iki qardaşda narkotik vasitə aşkarlanıb.

    Report-un xəbərinə görə, hadisə paytaxtın Sabunçu rayonu ərazisində qeydə alınıb.

    Bildirilib ki, Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 1983-cü il təvvəllüdlü, əvvəllər Cinayət Məcəlləsinin 177-ci (oğurluq), 180-ci (soyğunçuluq) və 234-cü (qanunsuz narkotik) maddələri ilə məhkum olunmuş Murad Quliyevdən 0,565 qram heroin, onun qardaşı 1984-cü il təvəllüdlü, əvvəllər məhkum olunmuş Tərlan Quliyevdən isə 0,710 qram heroin aşkar edilərək götürülüb.

    Faktla bağlı araşdırma aparılır.

  • В Баку водитель грузовика намеренно сбил пешехода

    Водитель грузовика, насмерть сбивший пешехода в Баку, сделал это умышленно, передает АПА.

    Речь идет об инциденте, произошедшем на территории Сабунчинского района 21 марта.

    Житель столицы Захид Омаров, находясь за рулем “КамАЗ” (госномер 10-UA-651) в состоянии алкогольного опьянения, сбил Исмаила Абдуллаева (1985 г.р.), переходившего дорогу. Водитель скрылся с места происшествия, а пешеход скончался от полученных травм.

    По факту ДТП в следственном отделе Сабунчинского РУП возбуждено уголовное дело по статьям 363-1.3 (нарушение правил дорожного движения и эксплуатации транспортных средств в состоянии алкогольного опьянения, повлекшее по неосторожности смерть потерпевшего) и 264 (оставление места ДТП) УК АР.

    В результате оперативно-разыскных мероприятий З.Омаров был задержан в качестве подозреваемого.

    В ходе допроса выяснилось, что мужчина совершил наезд умышленно, в связи с чем ему было выдвинуто обвинение по еще одной статье УК – 120.2.4 (умышленное убийство, совершенное с особой жестокостью).

    Материалы следствия по данному делу направлены на рассмотрение в Бакинский суд по тяжким преступлениям.

  • Bakıda piyadanı yük avtomobili ilə vuraraq öldürən sürücünün hadisəni qəsdən törətdiyi ortaya çıxıb

    Bakıda piyadanı yük avtomobili ilə vuraraq ölümünə səbəb olan “KamAZ” sürücüsünün hadisəni qəsdən törətdiyi ortaya çıxıb.

    APA-nın məlumatına görə, bu il martın 21-də Sabunçu rayonu ərazisində Bakı şəhər sakini Zahid Ömərovun sərxoş halda idarə etdiyi “KamAZ” markalı, 10-UA-651 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə yolu keçmək istəyən piyada 1985-ci il təvəllüdlü Abdullayev İsmayıl Yaşar oğlunu vuraraq sonuncunun ölümünə səbəb olması və hadisə yerindən qaçması faktı qeydə alınıb. Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263-1.3 (sərxoş halda yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

    Aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Z.Ömərov şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edilməklə dindirilib.

    Lakin daha sonra Z.Ömərovun hadisəni qəsdən törətdiyi ortaya çıxıb. Ona verilən ittiham dəyişidirilib. Z.Ömərova Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə ittiham verilib.

    Onun barəsində aparılan ibtidai istintaq başa çataraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

  • Bakıda fərdi yaşayış evi yanıb

    Bakının Səbail rayonunda ümumi sahəsi 50 kvadrat metr olan birmərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları 4 kvadrat metr sahədə yanıb.

    Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, evin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub.

    Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • Трамп прокомментировал ситуацию с Навальным

    Президент США Дональд Трамп заявил, что Вашингтон внимательно изучит ситуацию с Алексеем Навальным, передает RT.

    “Я думаю, что мы должны очень серьезно изучить этот случай (с Навальным – ред.). И, полагаю, что мы это сделаем”, – заявил он на брифинге с журналистами.

    По словам Трампа, у США пока нет доказательств отравления Навального.

  • Tramp Navalni ilə bağlı hadisəyə münasibət bildirdi

    ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Aleksey Navalni ilə bağlı vəziyyətə diqqətlə nəzarət etdiyini açıqlayıb.

    RT xəbər verir ki, o, “Düşünürəm ki, Navalni ilə bağlı vəziyyəti çox ciddi araşdırmalıyıq. Və düşünürəm ki, bunu edəcəyik”, – deyib.

    Trampın sözlərinə görə, ABŞ-da hələ Navalninin zəhərlənməsinə dair dəlillər yoxdur.

  • QHT sədrləri ilə su qıtlığı və iqlim dəyişikliyi müzakirə edildi

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) təşkilatçılığı ilə ekoloji sahədə fəaliyyət göstərən QHT sədrləri və ekoloq mütəxəssislərlə videoformatda görüş keçirilib.

    ETSN-dən verilən məlumata görə, görüşdə mühüm ekoloji məsələlər, o cümlədən ölkənin şirin su ehtiyatlarının azalması, son illərdə müşahidə olunan qlobal iqlim dəyişikliyi, yağıntıların və çaylarda sululuğun azalması, digər tərəfdən, suya tələbatın artması sahəsində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi ətrafında müzakirələr aparılıb.

    QHT-lər su məsələlərinin müzakirə edilməsi, tövsiyələrin verilməsi, ekoloji məsələlərin qiymətləndirilməsində fəal iştiraka dəvət olunublar.

    Görüşdə iştirak edən AMEA-nın Coğrafiya İnstitutunun direktoru akademik Ramiz Məmmədov çıxışında QHT-ləri həyata keçirilən tədbirlərdə yaxından iştirak etməyə, fəal olmağa çağırıb və ictimai nəzarətin gücləndirilməsi məqsədilə birgə əməkdaşlıq imkanlarının genişləndirilməsinin vacibliyini qeyd edib.

    Eyni zamanda görüşdə QHT, dövlət qurumları və mütəxəssislərin əməkdaşlığını ehtiva edən bu cür platformada görüşlərin davam etdirilməsi qərara alınıb.

  • Azərbaycanda daha iki nəfər koronavirusdan öldü: 161 yeni yoluxma – FOTO

    Azərbaycanda koronavirus infeksiyasına 161 yeni yoluxma faktı qeydə alınıb, 146 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

    Bununla bağlı Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb.

    Bildirilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış iki nəfər vəfat edib.