Month: September 2020

  • Ombudsman Məleykə Abbaszadəyə müraciət etdi

    Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva bir qrup abituriyent tərəfindən Ombudsmana edilmiş müraciət əsasında Dövlət İmtahan Mərkəzinə (DİM-ə) məktub ünvanlayıb.

    Ombudsman Aparatından bildirilib ki, müraciətdə koronavirus pandemiyası ilə əlaqədar olaraq məktəblərin bağlanması, həmçinin qrup halında məşğələlərin məhdudlaşdırılması ilə bağlı abituriyentlər üçün yaranmış çətinliklər, internetə fasiləsiz çıxışın olmaması səbəbindən bəzilərinin onlayn dərslərə qoşulmasında ortaya çıxan problemlər, imtahan vaxtlarının dəyişdirilməsi məsələsi və bütün bunların nəticədə həmin abituriyentlərin imtahanlarda yüksək bal toplamasına mane olduğu qeyd edilib.

    Abituriyentlərin Müvəkkilə müraciətini və bütün dünyada olduğu kimi ölkəmizdə də koronavirus epidemiyasının daha geniş yayılmasının qarşısını almaq üçün görülən tədbirlərin normal həyat şərtlərini dəyişməsini, eyni zamanda cari ilin məzunlarının əvvəlki illərin abituriyentləri ilə müqayisədə daha gərgin psixoloji vəziyyətdə olmasını nəzərə alaraq, Səbinə Əliyeva müsabiqə şərtlərinin yumşaldılması və yaranmış vəziyyətlə bağlı müvafiq köməklik göstərilməsi ilə bağlı DİM rəhbərliyinə müraciət edib.

  • AZAL Türkiyəyə gedənlərə müraciət etdi

    Azərbaycan Hava Yolları QSC (AZAL) Türkiyəyə səyahət edən sərnişinlərə müraciət edib.

    AZAL-dan verilən məlumata görə, müraciətdə deyilir:

    “Türkiyə Respublikasına giriş qaydalarına əsasən Azərbaycan vətəndaşlarının (körpələr və uşaqlar da daxil olmaqla) ümumvətəndaş pasportu ölkəyə giriş günündən etibarən ən az 180 gün ərzində etibarlı olmalıdır.

    Xüsusi reyslərimiz ilə İstanbul şəhərinə səyahət edərkən pasportunuzun müddətini bir daha yoxlamağı tövsiyə edirik”.

  • Cəlilabadda avtomobildə üç kiloqram narkotik vasitə və psixatrop maddə aşkarlandı

    Cəlilabadda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanıldı.

    Bu barədə Daxili İşlər Nazirliyinin Lənkəran regional qrupu məlumat yayıb.

    Bildirilir ki, Masallı şəhər sakinləri R.Ramazanov və A.Bəşirov sonuncunun idarə etdiyi “Vaz-21014” markalı avtomobildə Cəlilabad rayonu ərazisində saxlanılaraq Rayon Polis Şöbəsinə gətiriliblər.

    Qeyd olunur ki, onların olduğu avtomobilə keçirilən baxış zamanı ön sərnişin oturacağının alt hissəsində bir ədəd bağlamada çəkisi 1 kiloqram 320 qram narkotik vasitə heroin, iki ədəd qabda ümumi çəkisi 1 kiloqram 680 qram psixatrop maddə metamfetamin aşkarlanaraq götürülüb.

    R.Ramazanovun həmin narkotik vasitə və psixatrop maddəni İran vətəndaşı Şirzad adlı şəxs vasitəsilə əldə etdiyi və Ələt-Astara avtomobil yolunun kənarında əvvəlcədən gizlədilmiş yerdən götürdüyü müəyyən edilib.

    Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində araşdırma aparılır.

  • Sumqayıtda səkkiz yaşlı qız dördüncü mərtəbədən yıxılaraq ölüb

    Sumqayıtda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

    APA-nın məlumatına görə, şəhərin 4-cü mikrorayonunda 2012-ci il təvəllüdlü Ağazadə Zəhra Vüqar qızı ehtiyatsızlıqdan dördüncü mərtəbədən yıxılıb.

    Ağır xəsarət alan azyaşlının həyatını xilas etmək mümkün olmayıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Sumqayıtda itkin düşən uşağın meyiti tapıldı – YENİLƏNİB

    Sumqayıtda üç gün əvvəl itkin düşən 10 yaşlı uşağın meyiti tapılıb.

    Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəisi Gülçin Mehdiyeva məlumat verib.

    O qeyd edib ki, 2010-cu il təvəllüdlü Yusif Davudzadənin meyiti Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən Ceyranbatan Su Anbarında tapılıb.

    * * * * *

    Samur-Abşeron kanalında 10 yaşlı uşaq batıb.

    Bu barədə “Report”a onun dayısı Tural Cavadlı bildirib.

    O qeyd edib ki, bacısı oğlu, 2010-cu il təvəllüdlü Yusif Davudzadə üç gün əvvəl təxminən saat 18 radələrində Samur-Abşeron kanalının “Stansiya Sumqayıt” ərazisindən keçən hissədə suya düşüb:

    “Həmin vaxt Yusif əmisi uşaqları ilə kanalın kənarında oynayırdı. Bu vaxt Yusif ayağını suya salıb-çıxarmaq istəyib. Bu zaman ayağı sürüşüb, kanala düşərək boğulub. Bizə Yusifin boğulması barədə yanında olan uşaqlar deyib, onlar da prokurorluq əməkdaşları tərəfindən dindiriliblər. Sonra Fövqəladə Hallar Nazirliyinin əməkdaşları gəlib axtarışa başladı.

    Onlar guya üç gündür Yusifi axtarır. Lakin axtarışlar heç bir nəticə vermir, bu da bizi qane etmir, nəticə əldə olunmasını istəyirik. Deyirlər ki, axtarış aparılır, lakin bu barədə heç bir sübut yoxdur. Onlar bizə suyun altından video və fotolar təqdim etmirlər. Biz bu axtarışlara inanmırıq.

    Hazırda bizi Ceyranbatan su anbarına buraxmırlar, orada kiçik bir aksiya keçiririk. Uşağımızın tapılmasını tələb edirik. Fövqəladə Hallar Nazirliyinin rəhbərliyindən xahiş edirik ki, bizim balamızın tapılması üçün ciddi axtarış aparılısın”.

    Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəisi Gülçin Mehdiyeva “Report”a bildirib ki, sentyabrın 2-də nazirliyin “112” qaynar xəttinə Yusif Bəhlul oğlu Davudzadənin itkin düşməsi barədə məlumat daxil olub:

    “Məlumatda hadisənin “Stansiya Sumqayıt” ərazisində qeydə alındığı bildirilib. İlkin olaraq uşağın kanala düşməsi, su hövzəsi ilə bağlı bizə məlumat verilməyib. Həmin məlumatı aldıqdan sonra nazirlik dərhal həmin məlumatı aidiyyəti qurumlara ötürüb və axtarışlara başlanılıb. Axtarışlara nazirliyin Xüsusi Riskli Xilasetmə Xidməti və Kinoloji Xidməti də cəlb edilib. Daha sonra araşdırma nəticəsində Yusifin yanında olan digər uşaq bildirib ki, Yusif həmin ərazidəki təxminən 2 metr dərinliyi olan gölməçəyə düşərək boğulub. Dərhal əraziyə nazirliyin xilasediciləri yönəldilib. Gecə suda xilasetmə işləri aparılıb və heç bir nəticə əldə olunmayıb. Sonra Yusifin yanında olan uşaq təkrar dindirilib. O deyib ki, “Yusif həmin gölməçədə deyil, Samur-Abşeron kanalına düşüb boğulub və mən də qorxub qaçmışam”. Həmin uşağın əvvəl dediyi gölməçə ilə Samur-Abşeron kanalı arasında təxminən 3 kilometr məsafə var.

    Samur-Abşeron kanalında da çox sürətli su axını var. Kanalda axtarışlara başlanılması üçün tərəfimizdən aidiyyəti qurumlara müraciət olunub. Çünki kanalda su kollektoru bağlanmalıdır. Fəslə görə də bunun bağlanması problemli olduğu üçün hələ də su kollektoru bağlanmayıb. Hazırda sürətli su axınında xilasediciləri kanala salıb, axtarış aparmaq mümkün deyil. Bir daha vurğulayıram ki, bütün bu axtarış işləri ehtimallar üzərindən aparılır. Çünki Yusifin yanında olan uşağın ilkin olaraq dediyi yerdə axtarış aparılıb. Uşağın dəqiq harada batdığı məlum deyil”.

  • Bakıda 28 yaşlı gənci döyərək öldürdülər – Cinayət işi + VİDEO

    Bakıda gənci döyərək öldürən şəxs 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

    Baku TV xəbər verir ki, 2018-ci il oktyabrın 10-nu səhər saat 4:06 radələrində “103” xidmətinə çağırış daxil olub.

    Məlumatda avtobus dayanacaqlarının birində bir nəfərin halının pis olduğu deyilib.

    Bildirilib ki, dəmir oturacaqda uzanıqlı vəziyyətdə, 25-30 yaşlarında kişi aşkar edilib. Nə baş verdiyini soruşduqda o, əli ilə yolun əks tərəfini göstərib “pilləkəndən sürüşərək yıxıldığını, bərk əzildiyini və özünü pishiss etdiyini” deyib. Xəstəyə inyeksiya yolu ilə ağrıkəsici dərman vurub, onu xəstəxanaya aparıblar. Dəfələrlə soruşduqdan sonra adının Elçin olduğunu bildirib.

    Həmin şəxs əvvəlcə 3 saylı şəhər xəstəxanasına aparılıb. Orada rentgen və digər müayinələrdən keçdikdən sonra onun onurğasından və beynindən xəsarət aldığı məlum olub. Buna görə də həmin şəxs “boynun səthi travması” diaqnozu ilə Respublika Neyrocərrahiyyə Xəstəxanasına aparılıb.

    Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma başlanılıb. Xəstəxanada müalicə alan Elçin Ələkbərov etiraf edib ki, “Ordubad” adlı kafedə musiqi sifarişi üstündə naməlum şəxslərlə aralarında mübahisə yaranıb. Bunun nəticəsində E.Ələkbərov həmin şəxslər tərəfindən döyülüb.

    Oktyabrın 12-də Ağdam şəhərində qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yaşayan Nizam Məmmədzadə polis idarəsinə gələrək, kafedə tanımadığı şəxsə xəsarətlər yetirdiyini etiraf edib. İstintaqla müəyyən edilib ki, 2018-ci il oktyabrın 10-da gecə saat 3 radələrində Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən kafenin ümumi zalında N.Məmmədzadə tanışları Əliəkbər Məmmədzadə, Rəsul İsmayılzadə və qeyriləri ilə birlikdə spirtli içki qəbul edib, musiqi sifariş veriblər. Digər masada tək oturan, əvvəllər tanımadığı E.Ələkbərovun da musiqi sifariş etməsini sintezator ifaçısı onlara bildirdikdə Nizam, əsaslı səbəb olmadan xuliqanlıq hərəkətləri edib. Elçinin üz nahiyəsinə qəflətən yumruqla zərbə vurub, xəsarət yetirib. Kafedə olan müştərilər onları ayırdıqdan sonra E.Ələkbərov aralarında yaranmış narazılığı sakit şəkildə yekunlaşdırmaq üçün N.Məmmədzadəyə çölə çıxmağı təklif edib. Kafedən çıxdıqları vaxt giriş qapısının qarşısında Nizam Elçinin baş nahiyəsinə arxadan yumruqla sarsıdıcı zərbə endirib. Nəticədə E.Ələkbərov oktyabrın 25-də Respublika Neyrocərrahiyə Xəstəxanasında ölüb.

    Nizam Elçinə xəsarət yetirərkən boynunun qırılmasını bilməyib və qorxduğu üçün polisə və ya təcili tibbi yardım stansiyasına müraciət etməyib. İki gündən sonra könüllü Xətai RPİ-yə gedib və törətdiyi cinayəti etiraf edib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nizam Məmmədzadə 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

  • Выдано ли депутатам Милли Меджлиса табельное оружие?

    В законе “О статусе депутата Милли Меджлиса” говорится, что в целях обеспечения безопасности парламентарию может выдаваться служебное оружие в порядке, установленном законодательством Азербайджанской Республики.

    Депутат имеет право на хранение, ношение и использование служебного оружия по назначению в порядке и случаях, предусмотренных законодательством, в течение всего срока осуществления им своих полномочий.

    Согласно правилам, для получения служебного оружия депутаты Милли Меджлиса должны обратиться в Главное управление общественной безопасности Министерства внутренних дел (МВД).

    Каждый получающий оружие депутат платит госпошлину. Вместе с оружием депутату выдается 16 патронов. Депутат приглашается в структуру МВД, где получает соответствующий инструктаж по обращению с оружием. В МВД учитывается и состояние здоровья депутата, желающего носить табельное оружие.

    Народным избранникам запрещено входить вооруженными в зал заседаний. Перед входом член Милли Меджлиса должен сдать оружие охране.

    Обращался ли кто-либо из депутатов Милли Меджлиса в МВД за получением табельного оружия?

    Сотрудник Report поинтересовался этим у нескольких депутатов парламента.

    Член комитета Милли Меджлиса по правовой политике и госстроительству Фазаиль Агамалы сообщил, что после принятия закона о табельном оружии всем депутатам были розданы пистолеты: “Однако по какой-то причине во время следующих созывов эта практика не повторилась, а розданное ранее оружие было изъято у депутатов Министерством внутренних дел”.

    Он отметил, что не имеет оружия и пока не планирует обращаться в МВД за его получением.

    Заместитель председателя комитета по правам человека Милли Меджлиса Таир Керимли также заявил, что депутат имеет право на хранение оружия:

    “Однако у меня пистолета нет и не планирую обращаться за его получением. Я предпочитаю ходить безоружным”.

    Член комитета Милли Меджлиса по международным отношениям и межпарламентским связям Эльман Насиров на практике не встречал случаев ношения парламентариями пистолетов: “Суть в том, что мы – народные избранники. Кого мы должны бояться, от кого защищаться? Я не видел, чтобы мои коллеги носили оружие”.

    По словам депутата, он не чувствует никакой необходимости в ношении пистолета: “Азербайджан – стабильная, безопасная и спокойная страна. Я не встречался в нашей стране с ситуацией, в которой сложились бы условия для необходимости ношения депутатом оружия”.

    Член Комитета Милли Меджлиса по региональным вопросам Джавид Османов также заявил, что не видит в этом необходимости:

    “Я люблю быть среди народа, ходить пешком. Я родился и вырос в Агдашском районе, и, когда посещаю его, спокойно гуляю и встречаюсь с людьми. Мне не нужно носить оружие”.

    Мнение остальных разделяет и член комитета Милли Меджлиса по экономической политике, промышленности и предпринимательству Руфат Гулиев. “В нашей стране царят спокойствие и стабильность. Депутатам не нужно табельное оружие”, – заявил он.

  • Milli Məclisin deputatlarına tapança verilib? – ARAŞDIRMA

    “Milli Məclisin deputatının statusu haqqında” Qanunda qeyd edilib ki, deputatın təhlükəsizliyini təmin etmək məqsədi ilə ona Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada xidməti silah verilə bilər.

    Deputatın öz səlahiyyətlərini icra etdiyi bütün müddət ərzində qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda xidməti silahı saxlamaq, gəzdirmək və təyinatı üzrə istifadə etmək hüququ vardır, zəruri hallarda onun təhlükəsizliyi təmin edilir.

    Qaydalara görə, Azərbaycan Milli Məclisinin deputatları xidməti silah almaq üçün əvvəlcə Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinə müraciət etməlidirlər. Burada müraciətinə müsbət cavab verilən millət vəkili daha sonra nazirliyin Təchizat İdarəsindən xidməti silah – tapança ala bilər. Qanunla hər bir silah alan deputat dövlətə müəyyən edilmiş rüsum ödəyir. Deputata silahla birgə 16 nömrələnmiş patron da verilir. Silah gəzdirmək istəyən millət vəkili öncə onunla davranma qaydalarını bilməlidir. Bunun üçün həmin deputat DİN-in müvafiq qurumuna dəvət olunaraq, təlimatlandırılır. DİN silah almaq istəyən deputatın sağlıq durumunu da nəzərə alır.

    Deputatlara iclas zalına silahla daxil olmaq qadağan edilib. Milli Məclisin üzvü iclas zalına daxil olmazdan öncə silahını nəzarətçiyə təhvil verməlidir.

    Maraqlıdır, Milli Məclis deputatların hazırda silahı varmı? Onlar hüquqlarından istifadə edib tapança almaqdan ötrü DİN-ə müraciət ediblərmi?

    “Report”-un əməkdaşı bu suallarla parlamentin bir neçə deputatına müraciət edib.

    Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı bildirib ki, qanunvericiliyə görə deputatlar səlahiyyətləri dövründə silah gəzdirmək və ondan təyinatı üzrə istifadə etmək hüququna malikdir:

    “Bu qanun qəbul edildikdən sonra deputatların hər birinə silah paylanılmışdı. Ancaq sonradan hansısa bir səbəbə görə bu hal növbəti çağırışlar dövründə təkrar olunmadı. Əksinə, verilən silahlar DİN tərəfindən geri alındı. İndiyə qədər də DİN tərəfindən silah deputatlara paylanılmayıb”.

    Deputat silahının olmadığını deyib:

    “Hələlik silah almaqdan ötrü DİN-ə müraciət etmək fikrim yoxdur. Əgər ciddi bir ehtiyac yaranarsa bununla bağlı DİN-ə müraciət edərəm. Ümidvaram ki, onlar da qanunvericiliyə uyğun olaraq məni silahla təmin edə bilər”.

    Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli də deputatın silah saxlamaq hüququna malik olduğunu bildirib:

    “Ancaq gərək silah almaq üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq qurumlara müraciət edəsən. Hazırda silahım yoxdur. Silah almaq üçün də müraciətim olmayıb. Mən silahsız gəzməyi daha üstün tuturam”.

    Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov praktikada deputatların silah gəzdirməsi halına rast gəlməyib:

    “Burada əsas məqam ondan ibarətdir ki, biz xalqın seçdiyi insanlarıq. Biz millət vəkilləriyik. Kimdən qorxub özümüzü mühafizə etməliyik ki? Mən həmkarlarımın da silah gəzdirmədiyini görmüşəm”.

    Deputat bildirib ki, o silah gəzdirməyə görə hər hansı ehtiyac hiss etməyib:

    “Azərbaycan sabit, təhlükəsiz və əminaman bir ölkədir. Mən deputatın silah gəzdirməsinə şərait yaradacaq bir hal ölkəmizdə hiss etməmişəm. Ona görə mən də silah gəzdirməklə bağlı bir ehtiyac görməmişəm”.

    Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Cavid Osmanov da silah gəzdirməklə bağlı hər hansı bir müraciət etməyib:

    “Azərbaycan çox sabit, əmin-aman bir ölkədir. Hesab edirəm ki, üzərimdə silah gəzdirməyə ehtiyacım yoxdur. Mən insanların içərisinə sərbəst çıxıram, piyada gəzməyi çox sevirəm. Doğulub boya-başa çatdığım Ağdaş rayonuna gedəndə də insanlarla görüşürəm, onların arasında oluram.Silah gəzdirməyə hər hansı bir ehtiyacım yoxdur”.

    Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev isə hesab edir ki, bu gün hər hansı bir deputatın silah gəzdirməsinə ehtiyac yoxdur:

    “Bu gün ölkəmizdə əmin-amanlıq və sabitlik hökm sürür. Deputatların silah gəzdirməsinə ehtiyac duymuram”.

  • Oğuzda istirahət mərkəzində oğurluq edən şəxs Göyçayda tutuldu

    Oğuzda istirahət mərkəzində oğurluq hadisəsi baş verib.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, Oğuz Rayon Polis Şöbəsinə (RPŞ) sentyabrın 4-də rayon ərazisindəki istirahət mərkəzlərinin birində Şuşa şəhər sakini V.Hüseynovun cibindən 520 manat pulunun oğurlanması barədə müraciət daxil olub.

    Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Laçın rayon sakini V.Cəfərov Göyçay rayonu ərazisində saxlanılıb.

    Araşdırma aparılır.

  • Şəmkirdə 20 yaşlı qadın əri tərəfindən vəhşicəsinə döyüldü

    Şəmkirdə 20 yaşlı qadın əri tərəfindən vəhşicəsinə döyülüb.

    Baku.ws xəbər verir ki, hadisə rayonun Könüllü kəndində qeydə alınıb.

    2000-ci il təvəllüdlü Əliyeva Suğra ailəsi ilə yaşadığı evdə əri tərəfindən döyülüb.

    O, üz və bədəninin müxtəlif nahiyələrindən ağır xəsarətlər alıb.

    Qadın ilk olaraq Şəmkir Rayon Mərkəzi Xəstəxanasına, oradan Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib.

    Ona lazımi tibbi yardım göstərilib. Vəziyyəti orta-ağırdır. Qadın və yaxınları faktla bağlı artıq polisə məlumat veriblər.

    Araşdırma aparılır.