Month: September 2020

  • Сборная Азербайджана по футболу дебютирует в Лиге наций с новым главным тренером

    Сегодня, 5 сентября, сборная Азербайджана по футболу начнет новый сезон в Лиге наций УЕФА.

    Наша команда проведет свою первую игру под руководством нового главного тренера Джанни де Бьязи против сборной Люксембурга в 1-й группе Лиги C.

    Матч пройдет в Баку, однако из-за пандемии болельщики не будут наблюдать за игрой футболистов.

    Лига наций

    Лига С, 1-я группа

    20:00 Азербайджан – Люксембург

    Судьи: Кристофер Кавана, Даниэль Ричард Кук, Шан Мэсси-Эллис, Пол Тирни (Англия)

    Бакинский олимпийский стадион

    Отметим, что другой матч группы С состоится между сборными Кипра и Черногории в Никосии.

  • Futbol millimiz yeni baş məşqçi ilə Millətlər Liqasında debüt edir

    Bu gün futbol üzrə Azərbaycan millisi UEFA Millətlər Liqasında yeni mövsümə start verəcək.

    Komandamız yeni baş məşqçi Canni De Byazinin rəhbərliyi altında ilk oyununu C Liqasının 1-ci qrupunda Lüksemburq millisinə qarşı keçirəcək. Uzun müddətli fasilədən sonra meydana qayıdan yığmamız Bakıda oynasa da, pandemiyaya görə azarkeş dəstəyindən məhrum olacaq.

    Millimiz cırtdan komandaya heç vaxt məğlub olmasa da, rəqib komandanın son illər güclənməsi, heyətində çoxsaylı Almaniya, Fransa çempionatlarında çıxış edən oyunçuların olması birtərəfli oyunun keçməyəcəyi anlamına gəlir.

    Millətlər Liqası
    C liqası, 1-ci qrup
    20:00 Azərbaycan – Lüksemburq
    Hakimlər: Kristofer Kavanaq, Denyl Riçard Kuk, Şon Masi-Elis, Pol Terni (hamısı İngiltərə)
    Bakı Olimpiya Stadionu

    Qeyd edək ki, qrupun digər matçında eyni vaxtda Kipr öz meydanında Monteneqronu qəbul edəcək.

  • Sumqayıtda oğlan nişanlısını qətlə yetirdi, anasını yaraladı – VİDEO

    Sumqayıtda qətl hadisəsi törədilib.

    APA-nın məlumatına görə, şəhərin Hacı Zeynalabdin qəsəbəsində mənzillərdən birində mübahisə qanla nəticələnib.

    Belə ki, şəhər sakini 2000-ci il təvəllüdlü Cabbarova Mehriban Aydın qızı və anası 1978-ci il təvəllüdlü Cabbarova Xatun Eybatulla qızı bıçaqlanıb. Məlumata görə, hadisəni 20 yaşlı qızın nişanlısı törədib. Yaralıların hər ikisini xəstəxanaya çatdırmaq mümkün olsa da, M.Cabbarovanın həyatını xilas etmək mümkün olmayıb.

  • Masallıda qadın qətlə yetirilib

    Sentyabrın 4-də Masallı rayonu, Hüseynhacılı kənd sakini, 1962-ci il təvəllüdlü Aidə Şəmmədovanın yaşadığı evdə üzərində müxtəlif dərəcəli bədən xəsarətləri olan meyiti aşkar edilib.

    Bu barədə Masallı Rayon Prokurorluğu məlumat yayıb.

    Bildirilib ki, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

    Faktla bağlı Masallı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

    Araşdırma aparılır.

  • Bakıda ata oğlunu bıçaqladı

    Bakıda ailə münaqişəsi zəminində bıçaqlanma hadisəsi baş verib.

    “Report”un məlumatına görə, hadisə Qaradağ rayonunda qeydə alınıb.

    “Qobu park” adlanan ərazidə 1992-ci il təvəllüdlü Mürşüdzadə Mürşüd Rövşən oğlu atası tərəfindən bıçaqlanıb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.

  • Paytaxtda daha bir kran aşa bilər – VİDEO

    Xəbər verdiyimiz kimi, bu gün Bakının Nəsimi rayonu, Mövsüm Sənani küçəsində kran doqquzmərtəbəli yaşayış binasının və avtomobillərin üzərinə aşaraq həm insan itkisinə səbəb olub, həm də daşınmaz əmlaka ziyan vurub. Bu hadisə insanları digər təhlükəli vəziyyətdə olan tikintilərə yenidən nəzər salmağa vadar edir.

    AzTV belə tikintilərdən biri haqqında süjet hazırlayıb.

    Həmin tikinti Nəsimi rayonu Abbas Səhhət küçəsindədir. Ərazidə yaşayan sakinlər təhlükə ilə üz-üzə olduqlarını bildirirlər.

    Həmin süjeti təqdim edirik.

  • Sumqayıtda qadın qətlə yetirilib, anası isə ağır yaralanıb

    Sumqayıtda qətl hadisəsi törədilib.

    APA-nın yerli bürosunun məlumatına görə, şəhərin Hacı Zeynalabdin qəsəbəsində mənzillərdən birində mübahisə qanla nəticələnib.

    Belə ki, şəhər sakini 2000-ci il təvəllüdlü Cabbarova Mehriban Aydın qızı və anası 1978-ci il təvəllüdlü Cabbarova Xatun Eybatulla qızı bıçaqlanıb. Məlumata görə, hadisəni 20 yaşlı qızın nişanlısı törədib. Yaralıların hər ikisini xəstəxanaya çatdırmaq mümkün olsa da, M.Cabbarovanın həyatını xilas etmək mümkün olmayıb.

    X.Cabbarova isə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir.

    Hadisəni törədən şəxs polis tərəfindən saxlanılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Военные корабли России покинули Бакинский порт – ВИДЕО

    Находящиеся в Азербайджане для участия в конкурсе “Кубок моря”, который проходил в рамках Армейских международных игр-2020 в территориальных водах Азербайджана в Каспийском море, малые артиллерийские корабли “Махачкала” и “Астрахань”, а также спасательное буксирное судно “СБ-738” Каспийской флотилии Военно-морского флота (ВМФ) России 4 сентября покинули Бакинский порт.

    Об этом говорится в сообщении Министерства обороны Азербайджана.

  • Rusiya hərbi gəmiləri Bakı limanını tərk edib – VİDEO

    Rusiya hərbi gəmiləri Bakı limanından yola salınıb.

    Müdafiə Nazirliyindən verilən məlumata görə, Azərbaycanın Xəzər dənizindəki ərazi sularında “Beynəlxalq Ordu Oyunları-2020” yarışları çərçivəsində keçirilən “Dəniz kuboku” müsabiqəsində iştirak etmək üçün ölkəmizdə olan Rusiya Hərbi Dəniz Donanmasının (HDD) Xəzər flotiliyasının “Mahaçkala” və “Astraxan” kiçik artilleriya gəmiləri, “SB-738” xilasedici yedək gəmisi sentyabrın 4-də Bakı limanını tərk edib.

  • Bakıda motosiklet avtomobillə toqquşdu, xəsarət alan var

    Bakıda xəsarətlə nəticələnən yol qəzası baş verib.

    “Report”un məlumatına görə, hadisə Bakı Dəniz Vağzalının yaxınlığında qeydə alınıb.

    Belə ki, BMW markalı avtomobil motosikletlə toqquşub. Hadisə nəticəsində motosikletin sürücüsü, 29 yaşlı Fərid Məmmədov xəsarət alıb. Yaralı yaxınlarının köməyi ilə xəstəxanaya çatdırılıb.