Month: September 2020

  • Deputatdan təklif: “Mall”lar və şadlıq sarayları bu tarixlərdən açılmalıdır

    Karantin qaydalarının yumşaldılması, müəyyən sahələrin açılması təbii ki, iqtisadiyyata müsbət təsir göstərib.

    Bunu Trend-ə Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

    Deputat bildirib ki, karantinin təsir etdiyi sektorlarda fəaliyyətin tədricən bərpa edilməsi xüsusən də iş yerlərinin açılmasına imkan yaradıb:

    “Nəzərə alsaq ki, Azərbaycanda pandemiya 20 fəaliyyət sahəsinə təsir göstərmişdi və onların 11-ə 100 faiz, 9-a isə 70 faiz təsirləri olmuşdu. Sərt karantin dövründə həmin 20 fəaliyyət sahəsində fəaliyyətlərin dayanması və məhdudlaşması qeydə alınırdı. Ancaq mərhələli şəkildə yumşalma fəaliyyətlərin mərhələli bərpasına imkan yaratdı, xüsusən də ictimai iaşə, xidmət və turizm sektorunda son yumşalmalardan sonra aktivliyin artması, məşğulluğun təmin edilməsi müşahidə olunur.

    Ona görə bizim təklifimiz ondan ibarətdir ki, açılmalar davam etməlidir. Bir müddət əvvəl təklif etdiyimiz kimi, sentyabrın 15-dən etibarən qapalı məkanlarda restoran və kafelərin fəaliyyətinə icazə verilməsi məqsədəuyğundur. Oktyabrın 1-dən “Mall”larda fəaliyyətlərin epidemioloji vəziyyətdən asılı olaraq bərpa edilməsini də təklif etmişik.

    Eyni zamanda, yeni standartlar və meyarlar hazırlamaqla noyabrın 1-dən şadlıq saraylarının da fəaliyyətinə icazə verilməsini tövsiyə edirik, çünki bu sektorda da kifayət qədər vətəndaşımız çalışır. Bizim qiymətləndirmələr göstərir ki, ictimai iaşə və xidmət sektorunda 150 mindən artıq vətəndaşımız çalışır və yan sektorları da nəzərə alsaq, bu rəqəm daha böyükdür. Bu baxımdan məşğulluğun təmin ediməsi üçün iqtisadi açılımları davam etdirmək məqsədəuyğundur”.

  • Vilayət Eyvazov DYP-yə yeni rəis təyin etdi

    Daxili işlər orqanlarında yeni təyinat olub.

    Bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

    Əmrə əsasən, Sabirabad rayon Dövlət Yol Polisinin (DYP) rəisi, polis mayoru Elşən Əvəz oğlu Əzizov vəzifəsindən azad edilib.

    Nazirin digər əmri ilə o, Biləsuvar rayonu DYP rəisi vəzifəsinə təyin olunub.

    Xatırladaq ki, E.Əzizov əvvəl Lənkəran rayonu DYP bölməsinin rəisi vəzifəsində çalışıb. Bir neçə ay bundan əvvəl Daxili İşlər nazirinin müvafiq əmri ilə Sabirabad rayonu DYP bölməsinin rəisi vəzifəsinə təyin edilmişdi.

  • Ильхам Алиев и Мехрибан Алиева на открытии двух новых корпусов университета ADA – ОБНОВЛЕНО + ФОТО/ВИДЕО

    ​​​​4 сентября Президент Азербайджана Ильхам Алиев и Первый вице-президент Мехрибан Алиева приняли участие в открытии двух новых корпусов Университета АДА.

    Как сообщает АЗЕРТАДЖ, глава государства и Первый вице-президент также ознакомились с условиями, созданными в парке кампуса вуза.

    Ректор Университета АДА Хафиз Пашаев проинформировал Ильхама Алиева и Мехрибан Алиеву о созданных в новых корпусах условиях.

    Он отметил, что строительство велось в 2016-2019 годах.

    В новых зданиях имеются все возможности для проведения обучения на самом современном уровне. Здесь в распоряжение преподавателей и студентов будут переданы актовый зал на 535 мест, классные и групповые комнаты, библиотека и лаборатории.

    Классные комнаты оснащены переводческой системой, смарт-досками и другими необходимым учебными принадлежностями.

    В одном из новых корпусов Университета АДА расположены факультеты государственных и общественных отношений, бизнеса и экономики. Здесь обучаются около 1 500 студентов, в том числе граждане 45 стран.

    На сегодняшний день в вузе прошли обучение 2 000 дипломатов и государственных служащих.

    В другом новом здании расположена Школа АДА типа колледжа Университета АДА, которая начала действовать в 2019 году. В школе АДА на азербайджанском и английском языках обучаются около 500 учеников X и XI классов.

    Глава государства и Первый вице-президент также ознакомились с условиями, созданными в парке, расположенном на территории кампуса Университета АДА.

    Основную часть парка общей площадью более 4 гектара составляет полоса озеленения. В этой созданной в оригинальном стиле зоне отдыха максимально сохранена естественная окружающая среда.

    Ректор Университета АДА Хафиз Пашаев проинформировал Президента Ильхама Алиева и Первого вице-президента Мехрибан Алиеву о плане дальнейшей работы высшего учебного заведения.

    * * * * *

    Президент Азербайджана Ильхам Алиев и Первый вице-президент Мехрибан Алиева 4 сентября приняли участие в открытии двух новых корпусов Азербайджанской дипломатической академии (ADA).

    Как сообщает АЗЕРТАДЖ, глава государства и Первый вице-президент ознакомились с условиями, созданными в парке на территории кампуса вуза.























  • İlham Əliyev və Mehriban Əliyeva ADA Universitetinin iki yeni korpusunun açılışında – YENİLƏNİB + FOTO/VİDEO

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva sentyabrın 4-də ADA Universitetinin iki yeni korpusunun açılışında iştirak ediblər.

    AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı və Birinci vitse-prezident universitetin kampusunda yerləşən parkda yaradılan şəraitlə də tanış olublar.

    ADA Universitetinin rektoru Hafiz Paşayev Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya yeni korpuslarda yaradılan şərait barədə məlumat verib. Bildirib ki, yeni korpusların inşası 2016-2019-cu illər ərzində aparılıb. Yeni korpuslarda təlim-tədrisin ən müasir səviyyədə aparılması üçün bütün imkanlar var. Burada 535 nəfərlik akt zalı, sinif və qrup otaqları, kitabxana, laboratoriyalar müəllim və tələbələrin ixtiyarına veriləcək. Sinif otaqları tərcümə sistemi, smart lövhə və digər zəruri tədris avadanlığı ilə təchiz olunub.

    Yeni istifadəyə verilən korpusların birində ADA Universitetinin Dövlət və ictimai münasibətlər, Biznes-iqtisadiyyat fakültələri yerləşir. Burada 1500-ə yaxın tələbə, o cümlədən 45 ölkə vətəndaşı təhsil alır. İndiyədək ADA Universitetində 2000 diplomat və dövlət qulluqçusu təlim keçib.

    Yeni inşa olunan digər korpusda isə ADA Universitetinin 2019-cu ildə fəaliyyətə başlayan kollec tipli ADA Məktəbi yerləşir. ADA Məktəbində 500-ə yaxın X və XI sinif şagirdi Azərbaycan və ingilis dillərində təhsil alır.

    Dövlətimizin başçısı və Birinci vitse-prezident ADA Universitetinin kampusunda yerləşən parkda yaradılan şəraitlə də tanış olublar. Ümumi ərazisi dörd hektardan artıq olan parkın əsas hissəsi yaşıllıq zonasıdır. Orijinal üslubda yaradılan bu istirahət məkanında təbii ekoloji mühit maksimum qorunub. Burada göllər də yaradılıb.

    ADA Universitetinin rektoru Hafiz Paşayev Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya bu ali təhsil müəssisəsinin gələcək iş planı barədə məlumat verib.

    * * * * *

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva sentyabrın 4-də ADA Universitetinin iki yeni korpusunun açılışında iştirak ediblər.

    AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı və Birinci vitse-prezident universitetin kampusunda yerləşən parkda yaradılan şəraitlə də tanış olublar.























  • Naxçıvanda hərbi qulluqçuların sağlamlıqları necə qorunur? – VİDEO

    Müdafiə Nazirliyi Naxçıvanda hərbi qulluqçuların və ailə üzvlərinin sağlamlıqlarının qorunması ilə bağlı videosüjet hazırlayıb.

    Hazırlanmış süjet Nazirliyin rəsmi saytında dərc olunub.

    Bildirilib ki, Naxçıvan Qarnizonu Qoşunlarında xidmət keçən hərbi qulluqçuların və ailə üzvlərinin sağlamlıqlarının qorunması işi daim diqqət mərkəzində saxlanılır.

    Tibbin ən son nailiyyətlərindən olan avadanlıqlarla təchiz edilmiş hərbi hissələrin xəstəxana və tibb məntəqələrində müxtəlif bölmə, kabinə və laboratoriyalar fəaliyyət göstərir. Bütün hərbi xəstəxanalarda şəxsi heyətə ilkin tibbi yardım göstərmək üçün sarğı, prosedur və təxirəsalınmaz yardım otaqları mövcuddur.

    Müalicə və müayinə olunan hərbi qulluqçuların qidalanması və asudə vaxtlarının səmərəli təşkili diqqətdə saxlanılır.

  • Ramiz Mehdiyev və Əli Həsənovun Qurban Məmmədova bəxşiş etdiyi mülklər – SİYAHI

    Bir müddətdir xaricə sığınan, Azərbaycan hökumətini sərt tənqid və şantaj edən Qurban Məmmədova Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev və şöbə müdiri Əli Həsənovun diktəsiylə verilən mənzillərlə bağlı yeni məlumatlar yayılıb.

    Qafqazinfo xəbər verir ki, Q.Məmmədov Nərimanov rayonunda qeyri-qanuni tikintilərə nəzarət edən icra hakimiyyətinin işçisi Nurlan Həsənovla sövdələşməyə gedərək saxtakarlıq yolu ilə ona aid olan mənzilin sahəsini sənədlərdə 480 kvadrat metr kimi rəsmiləşdirib.

    Belə ki, 2011-ci ildə “Gilan” MMC-yə məxsus olan “AzərTrans” MMC həmin ərazidən tikinti məqsədilə sakinləri köçürməyə başlayıb. Q.Məmmədov isə saxta yolla 480 kvadrat metr yazdırdığı ərazi müqabilində əmlakın verilməsi ilə razılaşmayıb. Onunla bu məsələdə sövdələşməni Nərimanov rayon İcra başçısının müavini Şahmar İbadov və Fövqəladə Hallar Nazirliyinin Tikintidə təhlükəsizliyə nəzarət Dövlət Agentliyinin idarə rəisinin müavini İbrahim Hüseynov aparıblar.

    Daha sonra Əli Həsənov Nərimanov rayon icra başçısı Abdin Fərzəliyevə əmr edib ki, sözügedən məsələni həll etsin. Abdin Fərzəliyev isə tərəddüd edərək məsələni uzatmağa çalışıb. Sonra işə Ramiz Mehdiyev qarışıb. O, icra başçısına zəng edib və üstünə qışqıraraq Q.Məmmədovun məsələsini dərhal həll etməyi tapşırıb.

    Yeri gəlmişkən, Əli Həsənovla Abdin Fərzəliyevin yaxınlığı sirr deyil. Dəfələrlə müəmmalı və gizli şəkildə Rusiyaya birgə səfər ediblər. Keçən ilin may ayında həm Həştərxana, həm də Moskvaya qeyri-rəsmi məxfi səfər ediblər və orada gizli danışıqlar aparıblar. Alkaponi adlı və kriminal keçmişi olan bir adamı qanunsuz olaraq Rusiyanın müvafiq orqanları ilə sövdələşməyə girərək Rusiyada Azərbaycan diasporunun rəhbəri elan edilməsini razılaşdırıblar.

    Beləliklə, Əli Həsənov və Ramiz Mehdiyev tərəfindən gedən tapşırıqlar əsasında Nərimanov rayonu M.Nağıyev küçəsi 19/27-ci məhəllə 2a saylı ünvanda inşa edilən binada 3 mənzil Qurban Məmmədova verilib. Bu mənzillərin ümumi sahəsi 306,5 kvadrat metr, qeyri-yaşayış sahəsi isə 909 kvadrat metrdir. Həmçinin 80 kvadrat metr qaraj verilib.

    Ümumilikdə, Qurban Məmmədov saxta yolla 130 kvadratdan 480 kvadrat yazdırdığı sahə müqabilində “Atlant İnşaat”ın tikdiyi yeni binada 1295,5 kvadrat metr ərazi əldə edib.

    Bu sahəyə görə Q.Məmmədovun 1 milyon 324 min 500 manat pul ödədiyi deyilsə də, faktiki olaraq bu pul ödənilməyib. Bu əməliyyat tam şəkildə qanunsuzdur.

    Bu məqamda Qurban Məmmədov və onun ailəsinin mülklərinin siyahısını təqdim edirik:

    1. Murtuza Nağıyev küçəsi 4A ünvanında 190 kvadrat metr qeyri yaşayış sahəsi. Onun öz adınadır.

    2. Həmin küçədə 4/6 ünvanda 184 kvadrat metr qeyri-yaşayış sahəsi. Onun öz adınadır. “Wellmax” şirkətinə kirayə verib.

    3. Həmin ünvanda 193 kvadrat metr sahəsi olan mənzil onun arvadı Mehbarə Məmmədovanın adınadır.

    4. Həmin ünvanda 193 kvadrat metr mənzil qızı Turan Haqverdiyevanın adınadır.

    5. Həmin ünvanda 143 kvadrat metr qeyri-yaşayış sahəsi qızı Günel Məmmədovanın adınadır.

    6. Q.Məmmədovun Mehdiabad qəsəbəsində 3 torpaq sahəsi var. Ümumi sahəsi 1 hektardır.

    7. Nərimanov rayonu Nəsib bəy Yusifbəyli küçəsi 11 ünvanda fərdi yaşayış evi Q.Məmmədovun adınadır.

    8. Xocəsən qəsəbəsi Fərhad Ağazadə küçəsi 2 fərdi yaşayış evi qızı Turan Haqverdiyevanın adınadır.

    9. Nərimanov rayonu Daşkarxanası küçəsi 163 B ünvanı fərdi yaşayış evi oğlu Elnur Məmmədovun adınadır.

    10. Şəki şəhəri R.Kazımov küçəsi 23 saylı fərdi yaşayış evi qızı Günel Məmmədovanın adınadır.

    11. Biləcəri qəsəbəsi E.Hüseynov küçəsi 56 mənzil 4 ünvanında əmlak arvadı Mehbarə Məmmədovanın adınadır.

    12. Məmmədli kəndi Zabrat-Kürdəxanı qolunun qərb hissəsində 2 saylı binada 42 nömrəli mənzil oğlu Elnur Məmmədovun adınadır.

    13. Nərimanov rayonu Əliyar Əliyev küçəsi 7A saylı binada 32 nömrəli mənzil qızı Günel Məmmədovanın əri Cəsarət Muradovun adınadır.

    14. Nizami rayonu B.Nuriyev küçəsi 27, mənzil 82 qızı Günel Məmmədovanın əri Cəsarət Muradovun adınadır.

    Sayt qeyd edib ki, məsələ ilə bağlı araşdırmalar davam edir. Qurban Məmmədovun Əli Həsənovun patronajlığı altında əldə etdiyi əlavə sərvətləri, mülkiyyət və əmlakların siyahısını dəqiqləşdirilir.

    Bütün bu faktlar onu göstərir ki, Qurban Məmmədov Əli Həsənovun ciddi dəstəyi olmadan bu qədər sərvəti və var dövləti əldə edə bilməzdi. Əli Həsənov Qurban Məmmədovu maliyyələşdirib və onun söyüş kampaniyasının arxasında durub.

    Eyni zamanda, ölkəmizin hüquq-mühafizə orqanları tərəfindən Qurban Məmmədovun saxta yollarla öz əmlakını 480 kvadrat metr yazdırması, adı keçən dövlət məmurları ilə sövdələşərək pul ödəmədən 1300 kvadrat metr əmlak əldə etməsini araşdırılmalıdır.

  • Astarada evlərə axan şəlalə – VİDEO

    Təsəvvür edin, həyətinizdən gözoxşayan yaşıllıqda gur sulu çay axır, evinizə isə saf, büllur kimi təmiz bulaq suyu gəlir. Paytaxtda yaşayanlar üçün bunu təsəvvür etmək çətin olsa da, Astaranın Sım kəndində yaşayanlar üçün bu adi həyat tərzidir.

    Baku TV-nin əməkdaşları mövzu ilə bağlı maraqlı süjet hazırlayıb.

    Qədim tarixi ilə məşhur olan Astaranın Sım kəndində hər evdə saf, büllur kimi təmiz bulaq suyu gəlir. Çünki bu yaşayış məskəninin ətrafında 70-ə yaxın bulaq mövcuddur.

    Odur ki, kənd sakinləri bu nemətdən həm məişətdə, həm də təsərrüfatda gen-bol istifadə edirlər.

    Vaxtilə həmin bulaqların suyundan dəyirmanın hərəkətə gətirilməsi üçün də istifadə olunub. Belə ki, insanlar əkdikləri buğdanı bu dəyirmanlarda üyüdərək, qış üçün azuqə toplayıblar.

    Kənd həm də hündür və bol sulu şəlalələri ilə də zəngindir.

    Dayanmadan axan həmin bulaqlardan səmərəli istifadə etmək üçün ərazidə lazımı infrastrukturun qurulmasına ehtiyac var. Belə olan halda bu nemətdən təkcə Sım kəndinin sakinləri deyil, bütün respublika yararlana bilər.

  • Aliment ödəməkdən yayınan valideynlərin DİQQƏTİNƏ

    Bu ilin altı ayı ərzində alimentlə bağlı məhkəmədə 88 mindən artıq iş olub.

    Bu barədə Ədliyyə Nazirliyinin “Məhkəmə qərarlarının icrasının təşkili” mövzusunda keçirilən mətbuat konfransında Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi İcra baş idarəsinin rəis müavini Fərid Əfəndiyev məlumat verib.

    F.Əfəndiyevin sözlərinə görə, müraciət edilən işlərin böyük bir hissəsi öz həllini tapıb:

    “Bu gün borclu şəxslərin alimenti könüllü şəkildə ödədiklərini deyə bilmirik. Təəssüf ki, alimentdən yayınan atalar var. Tövsiyə edirik ki, onlar öz atalıq borclarını yerinə yetirsinlər. Atalarla yanaşı aliment ödəyən analar da var. Lakin, alimentin ödənilməməsinə dair problemli məsələlər daha çox atalarla bağlıdır. Atalar övladları üçün ayrılan alimenti ödəməlidirlər. Bunu hansısa icra məmurunun ona xatırlatması ilə deyil, könüllü şəkildə etməlidirlər. Nəzərə almalıdırlar ki, əks halda onların barəsində inzibati tədbir görülə bilər. Aliment ödəməkdən yayınan valideynlərlə bağlı bir ayadək azadlıqdan məhrumetmə də bu cəza tədbirlərinə aiddir”.

    F.Əfəndiyevin sözlərinə görə, işlərin 70 faizində aliment müntəzəm şəkildə ödənilir:

    “Alimentlərin böyük hissəsi məcburi, cəmi 1 faizi isə valideynlər tərəfindən könüllü şəkildə ödənilib. Bu istiqamətdə statistika çox təəssüf doğurur. İşlərin 10-15 faizində 3-5 aylıq gecikmələr müşahidə edilir. Ya şəxslər axtarışda olur, ya ölkədə olmur, ya da qərəzli şəkildə məsuliyyətdən yayınırlar. Gecikmələrin səbəbi müxtəlifdir və araşdırılır. Aliment ödəməkdən tamamilə yayınan valideynlər də var”.

  • DTX filial müdirini saxlamayıb – RƏSMİ

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Biləsuvar rayon filialının müdiri Fərasim Əliyevin saxlanılması barədə xəbərlərə münasibət bildirib.

    Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıblı qeyd edib ki, yayılan məlumatlar əsassızdır, həqiqəti əks etdirmir.

    “Sadəcə olaraq, filialın əməkdaşı Ədalət Mürsəlov DTX tərəfindən DSMF Biləsuvar rayon filialının fəaliyyət sahələrinə aid olmayan başqa bir məsələ ilə bağlı şahid qismində dəvət olunub. Hazırda da iş yerindədir, fəaliyyətini davam etdirir”,- deyə F.Talıblı əlavə edib.

    Onun sözlərinə görə, bəzi media orqanlarının mətbuat prinsiplərinə zidd olaraq, aidiyyəti qurumla heç bir dəqiqləşdirmə aparılmadan, qeyri-peşəkarcasına belə yalan məlumatları tirajlaması təəssüf doğurur.

  • Azərbaycanda vərəm xəstələrinin sayı, yoluxmada “lider” olan yaş qrupu – STATİSTİKA

    Azərbaycanda 2019-cu il üzrə əhalinin vərəmlə xəstələnməsi dinamikası müəyyən edilib.

    Rəsmi statistik cədvəllərinə əsasən, ötən il 3613 nəfərə vərəm diaqnozu qoyulub.

    Azərbaycanda bu xəstəlik üzrə ağciyər vərəmi üstünlük təşkil edir. 2019-cu ildə 2783 nəfər ağciyər vərəminə tutulub.

    Vərəmli plevrit üzrə isə 447 xəstə müəyyən olunub, 142 şəxs sümük və oynaqların vərəmi xəstəliyinə tutulub.

    47 nəfərə döş qəfəsidaxili limfa düyünlərinin, 25 nəfər isə sidik-cinsiyyət yollarının vərəmi diaqnozu qoyulub.

    Azərbaycanda vərəmə yoluxanlar arasında kişilər çoxluq təşkil edir. 2019-cu ildə 2415 kişi və 1198 qadın vərəmə yoluxub.

    Azərbaycanda daha çox 18-29 yaşlı şəxslər aktiv vərəmlə xəstələnir (1178 nəfər).

    45-64 yaşlı şəxslərin vərəmlə xəstələnməsi halı da çoxdur. Ötən il bu yaş qrupu üzrə 951 nəfər vərəm olub.

    30-44 yaş qrupu üzrə isə 879 nəfər vərəmə tutulub.

    Ümumilikdə 2019-cu ildə müalicә-profilaktika müәssisәlәrindә qeydiyyatda olan vərəm xəstələrinin sayı 8257 nəfər olub.