Month: September 2020

  • Cəbhəboyu ərazilərdə yaşayan sakinlərə müraciət: Naməlum əşyalara toxunmayın

    Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) açıqlama yayıb.

    Açıqlamada bildirilir:

    2020-ci il 27 sentyabr tarixində səhər saatlarında Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilib.

    Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) məlumat üçün bildirir ki, 2020-ci il 27 sentyabr tarixindən etibarən Agentlik tərəfindən cəbhə boyu ərazilərdə operativ və təxirəsalınmaz əməliyyat çıxışlarını həyata keçirmək məqsədilə çevik mobil əməliyyat qrupları yerləşdirilib.

    Qeyd olunan qruplar eyni zamanda sakinlərə yerlərdə təhlükəsiz hərəkət qaydaları, Mina Təhlükəsinə dair Maarifləndirmə və xəbərdarlıq istiqamətində fəaliyyəti həyata keçirir.

    Son günlərdə ermənilər tərəfindən davamlı olaraq artilleriya atəşinə məruz qalan yaşayış məntəqələri və əkin sahələri sursatlarla çirklənmiş ərazilərdir və atəşə tutulan bu ərazilər təhlükəli ərazi hesab olunur.

    Bu səbəbdən Agentlik cəbhəboyu yerləşən ərazilərdə yaşayan sakinləri naməlum əşyalara toxunmamağı, xüsusilə də uşaqları tanımaqdıqları əşyalara əl vurmamağı və dərhal aidiyyəti üzrə müraciət etməyə çağırır.

    Sakinlərə tövsiyə edirik ki, təhlükəli və ya şübhəli əşyalar barədə dərhal Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) “102” Xidməti-Zəng Mərkəzinə, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” Xidməti-Zəng Mərkəzinə, Rayon Polis Şöbələri (RPŞ), eləcə də Rayon İcra Hakimiyyəti orqanlarına məlumat versinlər.

    Aparılan əməliyyat-axtarış tədbirləri barədə ictimaiyyətə davamlı olaraq məlumat veriləcək.

  • Azərbaycanlılar və türklərdən İstanbulda ermənilərə Qarabağ silləsi – VİDEO

    Türkiyədə Azərbaycan ordusuna dəstək aksiyaları keçirilir.


    Türk və azərbaycanlılar maşınlarla karvan halında şəhər mərkəzlərində hərəkət edirlər.

    Bayraqlarla küçələrdə dövrə vuran aksiya iştirakçıları ermənilərə “od vurub”.

    Belə ki, İstanbulda ermənilərin sıx məskunlaşdığı küçələrə daxil olan soydaşlarımız və türklər bayraqlar açaraq “Qarabağ”, “Azərbaycan” şüarları səsləndiriblər.

    Cəbhədə Ermənistan ordusunun məğlubiyyəti fonunda ermənilərin qəzəbi başa düşüləndir. Onlar acı reallıqla barışmalı olduqlarını artıq başa düşürlər.
    //Baku.ws

  • Erməni özünü ifşa etdi: Suriyadan gətirilən terrorçunun videosunu yaydı – FOTO

    Sosial şəbəkələrdə erməni istifadəçilərdən biri özlərini ifşa və terrorçu mahiyyəni əks etdirən paylaşım edib.

    “syriahay” adlı erməni “tvitter”də video paylaşıb və Suriyadan Ermənistana və Qarabağa gətirilən ermənilərin görüntülərini paylaşıb. O həmin videoya bu başlığı yazıb: “Suriyadan olan ermənilər və könüllülər Qarabağa yola düşür”

    O videonu paylaşdığına görə digər erməni izləyicilər tərəfindən kütləvi şəkildə şikayət edilib.

    Həmin şəxs bir neçə saniyə sonra videonu silməyə məcbur olub.

    Ancaq bu addımı ilə Suriyada yaşayan erməni terorçuların Qarabağa gətirildiyini təsdiq etmiş olub.

    Xatırladaq ki, Suriyada yaradılan və YPG/PYD tərəfindən təlim keçilən ermənilər Azərbaycana qarşı döyüşlərdə iştirak etmək üçün Qarabağa göndərilib.


    //azxeber.com

  • Вагиф Даргяхлы: Армянская сторона выдает старые видеозаписи за новые

    Армянская сторона выдает населению старые видеозаписи за новые. Об этом заявил начальник пресс-службы Министерства обороны АР полковник Вагиф Даргяхлы.

    “Военно-пропагандистская машина Армении, оказавшаяся в безвыходной ситуации после серии успешных боевых действий азербайджанской армии, начала масштабную провокацию в информационном пространстве.

    Так, армянская сторона, как всегда, выдает старые видеозаписи прошлых боев за новые. Цель – выдавать свои неудачи за успехи”,- отметил он.

  • Ermənistan tərəfi köhnə videomaterialları əhalisinə yeni kimi təqdim edir – RƏSMİ

    “Ermənistan tərəfi köhnə videomaterialları əhalisinə yeni kimi təqdim edir”.

    Bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib:

    “Azərbaycan Ordusunun ard-arda uğurlu döyüş əməliyyatlarından çıxılmaz vəziyyətə düşən Ermənistanın hərbi təbliğat maşını informasiya məkanında genişmiqyaslı təxribata başlayıb.

    Belə ki, Ermənistan tərəfi, həmişə olduğu kimi, əvvəlki döyüşlərdən olan köhnə videomaterialları əhalisinə yeni kimi təqdim edir. Məqsəd öz uğursuzluqlarını əhalisinə uğurları kimi təqdim etməkdir”.

  • Nazirlik cəbhədəki vəziyyətə görə tədrisin təşkili ilə bağlı əhaliyə müraciət etdi

    Təhsil Nazirliyi dərslərə davamiyyətlə bağlı məlumat yayıb.

    Nazirliyin Mətbuat Xidmətinin məlumatına görə, işğalçı Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı təxribatları davam edir:

    “Ordumuzun qarşısında aciz qalan düşmən mülki əhalini, o cümlədən uşaqları, qadınları və qocaları hədəf alır.

    Mülki əhali arasında itkilərimiz olub, çoxsaylı evlərə və mülki obyektlərə, o cümlədən, cəbhə bölgəsində yerləşən təhsil müəssisələrinə ciddi ziyan dəyib. Bu, həmin ərazilərdə yerləşən təhsil müəssisələrində tədris prosesinə də öz təsirini göstərib.

    Cəbhə bölgəsində yerləşən 468 məktəbdə hərbi əməliyyatlar səbəbindən həftəlik dərs cədvəllərinə dəyişiklik edilib.

    Ötən gün Bakı şəhərində əyani formada dərslərə davamiyyət 85-90 faiz təşkil edib. Bölgələrdəki ümumi təhsil müəssisələrində əyani formada təhsil davam edir. Distant (məsafədən) dərslərə gəldikdə isə, ölkə üzrə internetin verilməsində məhdudiyyətlərin tətbiq edilməsi səbəbindən mümkün fasilələrin olmasını anlayışla qarşılamağınızı xahiş edirik.

    Şagirdlərimizin hazırkı vəziyyətdə “Mədəniyyət” və “Arb Günəş” televiziya kanalları vasitəsilə yayımlanan və bütün fənləri əhatə edən teledərsləri izləməyi tövsiyə olunur.

    Bu gün də cəbhədən xoş xəbərlər eşitmək diləyi ilə müzəffər ordumuza və igid əsgərlərimizə uğurlar arzulayırıq!”

  • Министерство обороны огласило последнюю ситуацию на фронте – ВИДЕО

    Müdafiə Nazirliyi cəbhədəki son vəziyyəti açıqlayıb.

    Vəziyyətlə bağlı Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov açıqlama verib.

  • Müdafiə Nazirliyi cəbhədəki son vəziyyəti açıqlayıb – VİDEO

    Müdafiə Nazirliyi cəbhədəki son vəziyyəti açıqlayıb.

    Vəziyyətlə bağlı Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov açıqlama verib.

  • Erməni təcavüzü nəticəsində zərər çəkən mədəniyyət abidələri açıqlandı – RƏSMİ

    Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində işğal edilmiş ərazilərdə yerləşən mədəniyyət abidələrinə ziyan dəyib.

    Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, işğal edilmiş ərazilərdə yerləşən yaşayış evləri, təhsil, sənaye və kənd təsərrüfatı obyektləri ilə yanaşı yüzlərlə mədəniyyət müəssisəsi, o cümlədən, 4,6 milyon kitab fondu olan 927 kitabxana, 808 mədəniyyət sarayı, klub və mədəniyyət evi, 85 musiqi və rəssamlıq məktəbi, 100 mindən artıq eksponatın toplandığı 22 muzey və muzey filialı, dörd rəsm qalereyası, dörd teatr müəssisəsi, iki konsert müəssisəsi, səkkiz mədəniyyət və istirahət parkı, Qarabağ münaqişəsinə qədər dövlət qeydiyyatına alınan 700-dən artıq tarix və mədəniyyət abidəsi, o cümlədən, Cəbrayıl rayonunda 11 və 15 aşırımlı Xudafərin körpüləri (VII-XII əsrlər), Kəlbəcər rayonunda Gəncəsar və Xudavənd məbədləri (XIII əsr), Ağdam rayonunun Xaçın Türbətli kəndində məqbərə (XIV əsr), Füzuli rayonu ərazisində dünyanın ən qədim sakinlərinin yaşayış məskənlərindən biri – Azıx mağarası, Şuşa Dövlət Tarix-Memarlıq Qoruğu erməni vandalizminin qurbanına çevrilib.

  • Минобороны опровергает дезинформацию врага: На вооружении ВВС Азербайджана нет истребителей F-16

    В составе авиационных средств Военно-воздушных сил Азербайджана нет истребителей F-16. Об этом сообщил глава пресс-службы Минобороны АР полковник Вагиф Даргяхлы.

    Он отметил, что информация армянской стороны о том, что якобы ей уничтожен истребитель F-16 ВВС Азербайджана, является ложью и направлена на дезинформацию общественности.

    “Заявляем, что на вооружении ВВС Азербайджана нет истребителей F-16. В связи с этим сообщаем, что невозможно уничтожить то, чего нет”, – сказал В.Даргяхлы.