Month: September 2020

  • Ermənilər “fake” profillərdən döyüşlərlə bağlı saxta məlumatlar yayır

    Sentyabrın 27-də, səhər saatlarında Ermənistan ordusunun cəbhəboyu ərazilərdə törətdiyi təxribat və bundan sonra ordumuzun əks-hücum əməliyyatlarından sonra sosial şəbəkələrin əsas gündəmi cəbhə xəbərləri olub.

    Heç kimə sirr deyil ki, sosial şəbəkələrdə yayılan informasiyalar heç də həmişə həqiqəti əks etdirmir. Belə demək mümkündürsə, bəzən bu platformalar dezinformasiyaların yayılması, həqiqətin qəflət pərdəsi ilə örtülməsi üçün əsas vasitəyə çevrilir.

    Mübarizənin təkcə cəbhədə yox, informasiya məkanında da getdiyi bir vaxtda dezinformasiyalar, “fake” profillərlə yayılan yalan xəbərlər ictimai fikri çaşdırmağa yönəlir.

    Belə profillərdən biri də “Facebook” sosial şəbəkəsində “Zakir Huseinov” adı ilə açılıb. Profil ermənilər tərəfindən idarə olunur. Bu profildən cəbhədə vəziyyətin bizim əleyhimizə olduğu, vəziyyətin həddindən artıq acınacaqlı olması kimi həqiqətə uyğun olmayan məlumatlar yayılır.

    Ümumiyyətlə, bu, ermənilərin azərbaycanlı adı ilə açdıqları ilk “fake” profil deyil, sosial şəbəkələrdə çox sayda belə hesablara rast gəlmək mümkündür.

    Median.Az izləyicilərimizi belə saxta məlumatlara inanmamağa, onları tirajlamaqda vasitə olmamağa, doğru, dəqiq informasiyaları rəsmi mənbələrdən əldə etməyə çağırır.

  • Мевлют Чавушоглу посетил посольство Азербайджана в Турции – ВИДЕО

    Министр иностранных дел Турции Мевлют Чавушоглу посетил посольство Азербайджана в Анкаре и сделал заявление для прессы.


    Он в очередной раз выразил поддержку Азербайджану.

    “Мы регулярно поддерживаем связь с министром иностранных дел АР Джейхуном Байрамовым. В то же время сегодня мы побеседовали с главой МИД Германии Хайко Маасом, обсудили последние события в Карабахе, предоставили необходимую информацию и обменялись мнениями по поводу путей решения данной проблемы. На самом деле путь один, и он очень простой – Армения должна прекратить оккупацию азербайджанских земель. Пока этого не произойдет, карабахский конфликт урегулирован не будет”, – сказал Чавушоглу.

  • Mövlud Çavuşoğlu Azərbaycanın Ankaradakı səfirliyini ziyarət etdi – VİDEO

    Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Azərbaycanın Ankaradakı səfirliyini ziyarət edərək kütləvi informasiya vasitələrinin nümayəndələrinə açıqlama verib.

    M.Çavuşoğlu Azərbaycana dəstək olduqlarını bir daha vurğulayıb:

    “Azərbaycanın Xarici İşlər Naziri Ceyhun Bayramovla mütəmadi əlaqə saxlayırıq. Eyni zamanda bu gün Almaniyanın Xarici İşlər naziri Hayko Maas ilə də söhbət etdik. Qarabağ məsələsində son hadisələri müzakirə etdik və zəruri olan mesajları verdik. Bu problemin hansı şəkildə həll olunması istiqamətində öz fikirlərimizi bölüşdük. Əslində bu problemin həlli çox sadə və birdir. Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çıxmalıdır. Onlar Azərbaycan torpaqlarından çıxmadıqları müddətdə, Qarabağ məsələsi həll olunmayacaq”.

    Median.Az həmin videonu təqdim edir:

  • Минобороны Азербайджана: Командир полка армянской армии получил тяжелое ранение – ФОТО

    В результате проведенной азербайджанской армией боевой операции командир 9-го полка 18-й мотострелковой дивизии армянской армии полковник Артем Погосян получил тяжелое ранение.

    Об этом сообщил начальник пресс-службы Министерства обороны Азербайджана полковник Вагиф Даргяхлы.

  • Ermənistan ordusunun alay komandiri ağır yaralandı – RƏSMİ + FOTO

    Azərbaycan Ordusunun keçirdiyi döyüş əməliyyatı nəticəsində Ermənistan ordusunun 18-ci motoatıcı diviziyasının 9-cu alayının komandiri polkovnik Artyom Poqosyan ağır yaralanıb.

    Bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı məlumat verib.

  • Ordumuzun dron-kamikadzesinin gizlənməyə çalışan düşmənləri məhv etməsinin görüntüləri – VİDEO

    Azərbaycan Ordusu düşmənin daha bir neçə canlı qüvvəsini məhv edib.

    Bununla bağlı görüntüləri Oxu.Az əldə edib.

    Kadrlar Azərbaycanın işğal altında olan Xocalı rayonunun inzibati ərazisinə daxil olan Şuşakənddə qeydə alınıb.

    Görüntülərdən aydın olur ki, ordumuza məxsus dron-kamikadze düşməni izləyir. Bunun fərqinə varan düşmən əsgərləri aciz qaldıqlarını görərək, gizlənməyə çalışırlar.

    Ancaq Azərbaycan Ordusuna məxsus dron-kamikadze erməni hərbçilərinin yerini müəyyənləşdirərək, onları məhv edir.

  • Müdafiə Nazirliyindən Ermənistana S-300 XƏBƏRDARLIĞI

    “Əldə etdiyimiz kəşfiyyat məlumatına əsasən, Yerevanın hava məkanını müdafiə edən S-300 zenit-raket kompleksləri (ZRK) döyüş növbətçiliyindən çıxarılaraq, işğal onunmuş ərazilərimiz istiqamətində hərəkət edir”.

    Bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı məlumat verib:

    “Bildiririk ki, onları da Ordumuz tərəfindən Dağlıq Qarabağda Ermənistan ordusunun məhv edilən digər döyüş texnikalarının aqibəti gözləyir.

    Son döyüşlər bir daha göstərir ki, Ermənistan ordusunun məğlubedilməzliyi barədə yaradılan mif əsassızdır”.

  • Angela Merkel İlham Əliyevə zəng edib

    Sentyabrın 29-da Almaniya Kansleri Angela Merkel Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

    Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

    Angela Merkel Ermənistan-Azərbaycan təmas xəttində silahlı qarşıdurmanın baş verməsi ilə bağlı ölkəsinin narahatlığını ifadə edib və hadisələrin gedişi ilə maraqlanıb.

    Dövlətimizin başçısı qeyd edib ki, sentyabrın 27-də, səhər saatlarında Ermənistan Azərbaycana qarşı hərbi təxribat törədərək, ağır artilleriya qurğularından təmas xətti boyu yerləşən hərbi birləşmələrimizi, şəhər və kəndlərimizi atəşə tutması nəticəsində iki gün ərzində hərbçilərimiz, 10 mülki şəxs, o cümlədən, iki uşaq həlak olub, 29 mülki şəxs yaralanıb, 150 yaşayış evi dağıdılıb. Azərbaycan tərəfi əks-hücum əməliyyatına başlayıb.

    Dövlətimizin başçısı bildirib ki, bundan əvvəl də iyul-avqust aylarında Ermənistan tərəfindən ölkəmizə qarşı hərbi təxribatlar törədilib və bunların nəticəsində hərbçilərimiz və mülki şəxslərimiz həlak olub. Prezident İlham Əliyev bu təxribatları Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinin davamı olduğunu vurğulayıb.

    Azərbaycan Prezidenti qeyd edib ki, Ermənistan baş nazirinin “Qarabağ Ermənistandır və nöqtə” bəyanatı danışıqlar prosesini mənasız edir və Ermənistan rəhbərliyinin Azərbaycandan dırnaqarası “Dalıq Qarabağ respublikası” ilə danışıqlar aparması tələbi danışıqlar formatının dəyişdirilməsi cəhdi kimi qiymətləndirilməlidir. Dövlətimizin başçısı, eyni zamanda, bildirib ki, Ermənistanın müdafiə naziri yeni torpaqlar uğrunda yeni müharibə ilə Azərbaycanı hədələyib və bu plan reallıqda həyata keçirilir.

    Dövlətimizin başçısı vurğulayıb ki, Ermənistanın hərbi təxribatı ilə bağlı hadisələrin gələcək inkişafına görə məsuliyyət Ermənistanın siyasi və hərbi rəhbərliyinin üzərinə düşür, Azərbaycan Ordusu öz torpaqlarında vuruşur və Ermənistan ordusu Azərbaycan torpaqlarında olmamalıdır.

    Prezident İlham Əliyev əlavə edib ki, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərinə başqa ölkələrdən xarici vətəndaşların qanunsuz məskunlaşmasını həyata keçirir ki, bu da Cenevrə Konvensiyasına görə beynəlxalq hüququn ciddi pozulmasıdır və bu, hərbi cinayət sayılır.

    Söhbət zamanı atəşkəsin və danışıqlar prosesinin bərpa edilməsi imkanları barədə müzakirələr aparılıb.

  • ABŞ-da yaşayan azərbaycanlıdan Qarabağa dəstək yürüşü – VİDEO

    ABŞ-da yaşayan azərbaycanlı iş adamı Azərbaycana dəstək yürüşü edib.

    Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Diaspor komitəsindən məlumat verilib.

    Bildirilib ki, ABŞ-ın Nyu-York ştatında yaşayan iş adamı Nofəl Əliyev Massaçusets ştatının Boston şəhərinin küçələrində üzərində “Mən Azərbaycandanam və mənim ərazilərimin 20 faizi Ermənistan dövləti tərəfindən işğal olunub” yazısı olan və led ekran quraşdırılan maşınla dolaşıb.

    Onu da qeyd edək ki, həmyerlimiz N.Əliyev iyul hadisələri zamanı da Nyu-York ştatında Times Square meydanında “Qarabağ Azərbaycandır” yazısı əks olunmuş led ekran quraşdırılmış yük maşını ilə şəhərin mərkəzində hərəkət edib.

  • Минобороны Азербайджана опровергло информацию о сбитом вертолете

    Распространенное армянской стороной сообщение о якобы сбитом вертолете Военно-воздушных сил Азербайджана является очередной дезинформацией.

    Об этом сообщил начальник пресс-службы Министерства обороны АР полковник Вагиф Даргяхлы.

    “Отмечаем, что сегодня при проведении операций азербайджанская армия не использовала вертолеты”, – сказал он.