Month: September 2020

  • Azərbaycana məxsus helikopter vurulmayıb – RƏSMİ

    “Ermənistan tərəfinin guya Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus helikopterin vurulması barədə yaydığı məlumat onların növbəti dezinformasiyasıdır”.

    Bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı məlumat verib:

    “Bildiririk ki, Azərbaycan Ordusu bu gün keçirilən əməliyyatlarda helikopterlərdən istifadə etməyib”.

  • Əsgərlərimiz qələbə şüarları ilə yola salınır – VİDEO

    Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə axışan əsgərlərdə ruh yüksəkliyi, böyük coşğu müşahidə olunur.

    Əsgərlər qələbə şüarları və alqış sədaları ilə yola salınır.

  • Минобороны: Уничтожен еще один вражеский танк

    Подразделения азербайджанской армии уничтожили еще один танк противника в боях в районе высоты близ ранее оккупированного села Гейарх Агдеринского района.

    Об этом сообщил начальник пресс-службы Минобороны Азербайджана полковник Вагиф Даргяхлы.

  • Düşmənin daha bir tankı məhv edildi – RƏSMİ

    Keçmiş Ağdərə rayonun işğal altında olan Göyarx kəndi yaxınlığındakı yüksəklik ətrafında gedən döyüşlərdə bölmələrimiz daha bir düşmən tankını məhv edib.

    Bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı məlumat verib.

  • В МИД обсуждается последняя ситуация на фронте – ПРЯМОЙ ЭФИР

    В Министерстве иностранных дел Азербайджана 29 сентября проходит брифинг в связи с последней ситуацией на фронте.

    В нем принимают участие пресс-секретарь Генпрокуратуры Гюнай Салимзаде, начальник управления надзорного ведомства Эльнур Мусаев и глава пресс-службы МИД Лейла Абдуллаева.

  • XİN-də cəbhədəki son vəziyyət müzakirə olunub – VİDEO

    Xarici İşlər Nazirliyində cəbhədəki son vəziyyətlə bağlı brifinq keçirilib.

    Brifinqdə Azərbaycan Respublikasının Baş prokurorluğunun mətbuat katibi Günay Səlimzadə, qurumun İdarə rəisi Elnur Musayev və Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva iştirak edib.

  • Минобороны: Уничтожен еще один офицер армянской армии

    Сегодня был уничтожен Спартак Кочарян – командир воинской части №13516 61-го отдельного инженерного полка вооруженных сил Армении, дислоцированной в Эчмиадзинском районе, военнослужащие которой участвовали в боях на оккупированных территориях. Об этом заявил начальник пресс-службы Министерства обороны Азербайджана полковник Вагиф Даргяхлы.

    Отметим, что ранее в результате карательных мер азербайджанской армии был уничтожен начальник артиллерии 18-й мотострелковой дивизии вооруженных сил Армении, временно дислоцированной в направлении оккупированного Джебраильского района, полковник Карен Бабаян.

    Начальник управления разведки армянского генштаба генерал-майор Аракел Мартикян погиб в результате взрыва на линии соприкосновения.

    Кроме того, в числе потерь врага – командир бригады спецназначения подполковник Варданян Лерник Ареги (1978 г.р.), на агдеринском направлении – полковник Николай Айкян (1972 г.р.) и в направлении села Талыш – командир десантно-штурмового батальона подполковник Лерник Бабаян (1978 г.р.).

  • Ermənistan ordusunun daha bir zabiti məhv edildi – RƏSMİ

    “Eçmiədzin rayonunda dislokasiya olunan və işğal edilmiş ərazilərimizdə gedən döyüşlərə cəlb edilmiş Ermənistan ordusunun 61-ci əlahiddə mühəndis alayının 13516 saylı hərbi hissəsinin komandiri Spartak Köçəryan bu gün məhv edilib”.

    Bununla bağlı Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı məlumat yayıb.

    Qeyd edək ki, Ermənistan Silahlı Qüvvələri Baş Qərargahın Kəşfiyyat İdarəsinin rəisi, general-mayor Arakel Martikyan təmas xəttində partlayış nəticəsində ölüb.

    Bundan başqa, Ermənistan ordusu daha iki yüksəkrütbəli zabitini itirib. Belə ki, Xüsusi Təyinatlı Briqadanın komandiri, polkovnik-leytenant Vardanyan Lernik Aregi (1978), Ağdərə istiqamətində isə polkovnik Nikolay Mikaeloviç Aykyan (1972), Talış kəndi istiqamətində gedən döyüşlərdə düşmənin desant həmlə taborunun komandiri polkovnik-leytenant Lernik Babayan, Cəbrayıl rayonu istiqamətində yerləşdirilən Ermənistan ordusunun 18-ci motoatıcı diviziyasının artilleriya rəisi polkovnik Karen Babayan məhv edilib.

  • “İzvestiya”: “Ermənilər Xankəndidən kütləvi şəkildə qaçır”

    Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində yerləşən Xankəndi şəhərindən ermənilərin kütləvi təxliyəsinə başlanılıb.

    Bu barədə “İzvestiya” qəzeti yazıb.

    Nəşrin yazdığına əsasən, işğal altındakı şəhərdə məskunlaşan ermənilər kütləvi şəkildə İrəvana göndərilir.

    Qeyd edək ki, Xankəndidən tələsik təxliyyə olunanların İrəvanda heç bir qohumlarının olmadığı deyilir. Onlara sadəcə deyilib ki, İrəvanda qarşılaşanacaqlar.

  • QMİ sədri: “Ən böyük arzum Şuşa məscidindən azan verməkdir”

    “Ali Baş Komandanımıza, Rəşadətli Ordumuza uğurlar arzulayıram”.

    Median.Az APA-ya istinadən xəbər verir ki, bunu bu gün Azərbaycan Respublikası Ağsaqqallar Şurasının video-konfrans formatında keçirilən 8-ci növbədənkənar qurultayında Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə bildirib.

    Azərbaycan Ordusuna bir daha uğurlar arzulayan QMİ sədri ən böyük arzusunun Şuşa məscidindən azan vermək olduğunu vurğulayıb.