Month: September 2020

  • BNA rəsmisinin taksi xidməti ilə bağlı qalmaqallı fikirlərinə sərt reaksiya: “Ayrıseçkilikdir”

    Bakı Nəqliyyat Agentliyi (BNA) rəsmisinin çıxışında irəli sürdüyü fikirlər kökündən yanlışdır.

    Bunu Oxu.Az-a açıqlamasında iqtisadçı ekspert Samir Əliyev ötən gün BNA-nın şöbə müdiri Hikmət Babayevin çıxışı zamanı səsləndirdiyi “Taksiləri gündəlik nəqliyyat vasitəsinə çevirmək düzgün deyil” fikrinə münasibət bildirərkən deyib.

    Onun sözlərinə görə, bu, cəmiyyətdə insanların sosial vəziyyətinə görə ayrıseçkiliyinə işarədir.

    “Necə yəni taksiləri gündəlik nəqliyyat vasitəsinə çevirmək düzgün deyil?! Agentlik rəsmisinin çıxışında iki məqam var ki, kökündən yanlışdır. Birinci məqam odur ki, səsləndirdiyi fikir o deməkdir ki, hər adam taksiyə minməməlidir. Ancaq imkanlı adamlar taksiyə minməlidir, hamı taksiyə minsə, bəs avtobuslara kim minəcək? Bu isə artıq birmənalı olaraq ayrıseçkilik yaratdır.

    İkinci məsələ isə qiymətlərin ucuz olması, rəqabət mühitini öldürməsi və problem yaratması fikirləri ilə bağlıdır. Bilirsiniz, bütün dünyada əsas məqsədlərdən biri orada yaşayan insanların rifahının yaxşılaşdırılmasıdır. İnsanların gəlirinin artması, yaşayış mənzilinə, nəqliyyata çıxışının asanlaşması isə buna işarə olan amillərdən biridir.

    Əgər hər hansı sərnişinin avtobusa minməyə gəliri yoxdursa, onun rifahından söhbət gedə bilməz. Yox, əgər taksiyə minməyə pulu yoxdursa, bu, şəxsin gəlirinin orta olmasına işarədir. Əgər insanlar taksiyə rahatlıqla minə bilirsə, bu o deməkdir ki, ölkədə yaşayış səviyyəsi, insanların rifahı o qədər də pis deyil, hər şey yaxşıdır”.

    Ekspert bildirib ki, BNA rəsmisinin çıxışı əhali arasında sosial diskriminasiyaya və bu sektorda rəqabətə mənfi təsir göstərəcək:

    “Onun sözündən belə çıxır ki, əgər imkanlı şəxslər taksiyə minirsə, imkansız şəxslər taksiyə minməməlidir. Əhalinin sosial vəziyyəti ilə bağlı bu cür ayrıseçkilik yaratmaq olmaz. Rəqabətə gəlincə, bu zaman qiymətlər ucuzlaşır, xidmətin isə keyfiyyəti artır. Ola bilməz ki, 5-10 il əvvəlki dövrdə taksidən istifadəyə görə qiymətlər eyni olsun. Əlbəttə ki, beş il qabaq taksi ilə A məntəqəsindən B məntəqəsinə getmək üçün daha çox pul ödəməli olurduq.

    Bu gün taksidən fərqli olaraq kommunal xidmətlərə görə ödənişlər, çörəyin və digər qidaların qiymətləri artıb və s. Amma taksilərin qiyməti düşüb, çünki rəqabət mühiti var və qiymətlər bazar səviyyəsində tənzimlənir”.

    “Dövlət taksi xidmətinə standart qoymamalıdır ki, sənin maşının filan ildən filan ilə qədər olmalıdır. Əgər taksi xidmətlərində keyfiyyəti artırmaq istəyirlərsə, daha uğurlu, ağlabatan standartlar qəbul edə bilər. Amma bu gün BNA-nın bu istiqamətdə yanaşması uğursuzdur. Bu yanaşma onu göstərir ki, BNA taksi nəqliyyat sektorunda rəqabətin olmasında maraqlı deyil. Onun məqsədi dövlət şirkəti olan “Bakı Taksi Xidməti”nin bazarda mövqeyini gücləndirməkdir.

    Onların aldığı taksilərin qiyməti 120 min manat civarındadır. Bu qiymətə normal 4-5 ədəd maşın almaq olar. Təbii ki, bir avtomobili o qiymətə gətirəndə onun göstərdiyi xidmətin dəyəri də baha olacaq. İnsanlar isə təbii ki, bahalı deyil, daha ucuz taksilərdən istifadə edəcək. Düşünürəm ki, dövlət taksi xidməti ilə məşğul olmalı deyil, əksinə tənzimləməni aparmalıdır”, – deyə S.Əliyev sonda qeyd edib.

    Xatırladaq ki, BNA-nın şöbə müdiri Hikmət Babayevin ötən gün efirlərdən birində taksi xidmətləri ilə bağlı çıxışı geniş müzakirələr səbəb olub. O bildirib ki, bu gün taksi qiymətləri ucuzlaşaraq, avtobus qiymətlərinə çatıb:

    “Bu belə olmalı deyil. Taksidən istifadə etmək müəyyən imkanlara bağlı olmalıdır. Taksidən yararlanmaq olar, amma bunu gündəlik, daimi nəqliyyat vasitəsinə çevirmək düzgün deyil. Bunun üçün müntəzəm sərnişindaşıma mövcuddur”.

  • Ильхам Алиев принял новоназначенного посла Японии в Азербайджане – ФОТО

    Президент Азербайджана Ильхам Алиев 2 сентября принял новоназначенного посла Японии в нашей стране Джуничи Ваду.

    Об этом сообщает АЗЕРТАДЖ.

  • İlham Əliyev Yaponiyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi – FOTO

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 2-də Yaponiyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Cuniçi Vadanın etimadnaməsini qəbul edib.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb.

  • Bakıda qadın gözəllik salonlarından eyni üsulla oğurluq etdi – VİDEO

    Bakıda qadının gözəllik salonlarından oğurluq etməsi kameraya düşüb.

    Bununla bağlı görüntüləri Baku.ws yayımlayıb.

    Paytaxt sakini Murad Sərxanovun sözlərinə görə, ötən gün Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən gözəllik salonuna bir qadın daxil olub. Saat 12:00-da qadın salonda olanların başını qarışdırıb və divana oturub. O divanda olan digər müştərinin çantasından pul qabını çıxarıb və içərisindəki 200 manatı oğurlayıb.

    Pulu oğurlanan qadının həyat yoldaşı məsələ ilə əlaqədar 13-cü polis bölməsinə müraciət edib. Məlum olub ki, həmin qadın bir neçə gün əvvəl eyni üsul ilə Nəsimi rayonu, 28 may metrosu yaxınlığında yerləşən gözəllik salonundan oğurluq edib. Həmin vaxt qadın 400 manat pul oğurlayıb.

    Hər iki hadisənin görüntülərini təqdim edirik.

  • Житель Сабирабада вернулся из Турции и зарубил топором жену

    Ревность стала причиной жестокого убийства в селе Гаджибабир Сабирабадского района 2 сентября утром.

    Как передаёт Median.Az, об этом oxu.az сообщили в правоохранительных органах указанного района.

    Эйваз Мамедов (1974 г.р.) убил свою жену Тарану Мамедову (1979 г.р.). Он нанес ей три удара топором по голове.

    Мужчина задержан, в отношении него возбуждено уголовное дело по статье 120.1 (умышленное убийство) Уголовного кодекса АР.

    Известны и другие подробности убийства.

    Выяснилось, что месяц назад Э.Мамедов вернулся из Турции, где находился с целью заработка. Вернулся мужчина после телефонного разговора с братьями, проживающими в Сабирабадском районе.

    Последние рассказали Э.Мамедову о своих подозрениях относительно его жены и просили приехать, что он и сделал.

    Сообщается, что ранее семья Мамедовых проживала в Ширване, откуда они переехали совсем недавно. У Мамедовых двое малолетних детей.

  • Türkiyədən qayıdan Sabirabad sakini həyat yoldaşını balta ilə qətlə yetirdi

    Sabirabad rayonunun Hacıbəbir kəndində sentyabrın 2-də səhər saatlarında qısqanclıq zəminində qətl hadisəsi baş verib.

    Bu barədə Oxu.Az-a hadisənin baş verdiyi rayonun hüquq-mühafizə orqanlarından məlumat verilib.

    Eyvaz Məmmədov (1974-cü il təvəllüdlü) həyat yoldaşı Təranə Məmmədovanı (1979-cu il təvəllüdlü) öldürüb.

    E.Məmmədov balta ilə həyat yoldaşının başına üç zərbə vurub.

    Hadisəni törədən kişi saxlanılıb, onun barəsində Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

    Qətlin digər təfərrüatları da məlumdur.

    Belə ki, E.Məmmədov pul qazanmaq məqsədi ilə getdiyi Türkiyədən bir ay əvvəl qayıdıb. O, Sabirabad rayonunda yaşayan qardaşları ilə telefon danışığından sonra geri qayıdıb.

    Qardaşları E.Məmmədova onun həyat yoldaşına dair şübhələrini bildirəndən sonra qayıtmasını xahiş ediblər.

    E. Məmmədov bu telefon söhbətindən sonra ölkəyə qayıdıb.

    Qeyd olunur ki, Məmmədovlar ailəsi bir müddət əvvəl yaşadıqları Şirvan şəhərindən Sabirabada köçüblər. Ailədə iki azyaşlı uşaq var.

  • “Liverpul”un ulduzu karyerasını “Barsa”da davam etdirəcək

    “Liverpul”un yarımmüdafiəçisi Jorjinyo Veynaldum böyük ehtimalla karyerasını İspaniyada davam etdirəcək.

    Bu barədə “Sport.es” məlumat yayıb.

    29 yaşlı futbolçu artıq “Barselona”ya keçməyə hazırdır və hətta klubla üçillik müqaviləyə razılaşıb. Transferin ümumi dəyərinin bonuslarla birlikdə 20 milyon avrodan az olacağı qeyd olunur.

  • В Сабирабадской больнице скончалась роженица

    В Сабирабадской больнице женщина скончалась после родов.

    Как сообщает АПА, у жительницы города Ширван Б.Н. (1989 г.р.) 31 августа в районном перинатальном центре родился мальчик.

    Из-за обильного кровотечения ее перевели в операционное отделение, но спасти женщину не удалось.

    Ведется расследование.

  • Sabirabad xəstəxanasında ana doğuşdan sonra öldü

    Sabirabadda ana doğuşdan sonra ölüb.

    APA-nın məlumatına görə, Şirvan şəhər sakini, 1989-cu il təvəllüdlü B.N. avqustun 31-də Sabirabad rayon Regional Perinatal Mərkəzdə oğlan uşağı dünyaya gətirib.

    Lakin qanaxmanın artıq olması səbəbindən qadın Mərkəzin Cərrahiyə Şöbəsinə köçürülüb.

    Tibbi müdaxilələrə baxmayaraq, B.N. orada ölüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Президент Ильхам Алиев выделил средства на бурение 17 субартезианских скважин

    Президент Азербайджана Ильхам Алиев 2 сентября подписал распоряжение о дополнительных мерах по улучшению обеспечения посевных площадей оросительной водой и удовлетворению потребностей населения в питьевой воде в Агсуинском, Шамахинском, Шабранском и Евлахском районах.

    Согласно распоряжению, с целью проектирования и бурения 17 субартезианских скважин в 16 населенных пунктах Агсуинского, Шамахинского, Шабранского и Евлахского районов с численностью населения 42 678 человек из средств, предусмотренных в госбюджете на 2020 год в рамках государственных капвложений, ОАО “Мелиорация и водное хозяйство Азербайджана” выделяется 1 190 000 манатов.

    Министерству финансов поручено обеспечить финансирование в сумме, указанной в распоряжении, а Кабинету министров – решить вытекающие из него вопросы.