Month: September 2020

  • Prezident sərəncam imzaladı: 17 ədəd subartezian quyusu qazılacaq

    Prezident İlham Əliyev Ağsu, Şamaxı, Şabran və Yevlax rayonlarında əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb.

    Sərəncama əsasən, Ağsu, Şamaxı, Şabran və Yevlax rayonlarının əhalisi 42678 nəfər olan 16 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 17 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə Azərbaycanın rayonlarında su təchizatının yaxşılaşdırılması məqsədilə subartezian quyularının qazılması üçün göstərilmiş vəsaitin bir milyon bir yüz doxsan min manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

  • Futzal millimizin rəqibləri bilindi: Türkiyə yığmamıza rəqib ola bilər

    Futzal millimizin AVRO-2022-nin seçmə mərhələsindəki rəqibləri bilinib.

    Braziliyalı baş məşqçi Joze Alesionun yetirmələri 3-cü qrupda mübarizə aparacaq.

    Komandamız 2-ci qrupda yer almalı olsa da, orada Bolqarıstan – Ermənistan cütünün yer almasına görə 3-cü qrupa salınıb.

    Beləliklə, komandamızın rəqibləri Slovakiya, Moldova və Türkiyə – Yunanıstan cütünün qalibi olacaq. 2-11 noyabrda keçiriləcək Türkiyə – Yunanıstan oyunlarından sonra millimizin bu qrupdakı dəqiq rəqibi bilinəcək.

    Futzal millimiz Avropa çempionatının final mərhələsinə birbaşa vəsiqə qazanmaq üçün qrup qalibi və ya ən yaxşı göstəriciyə malik altı qrup ikincisindən biri olmalıdır. Komandamız ən zəif göstəriciyə malik iki ikinci yerin sahibindən biri olsa, qitə çempionatında növbəti dəfə yarışmaq üçün pley-off matçları keçirəcək.

    Millimizin oyun cədvəli bu formada olacaq:

    6-9 dekabr 2020
    25 yanvar-3 fevral 2021
    1-10 mart 2021
    5-14 aprel 2021

  • Çin koronavirusa görə doqquz vaksin hazırlayıb

    Çinin əczaçılıq şirkətləri hazırda klinik sınaqlarda olan və tezliklə dünyada satışa təqdim ediləcək doqquz koronavirus peyvəndi hazırlayıb.

    TASS-ın xəbərinə görə, bu barədə Çin Xalq Respublikasının Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Hua Çunyin məlumat verib.

    “Koronavirusa qarşı peyvəndlər hazırlayan Çinin əczaçılıq şirkətləri ürəkaçan nəticələr əldə edib”, – deyə o bildirib.

    Diplomatın sözlərinə görə, bu dərmanlar bütün lazımi standartlara və hüquq normalarına uyğun olaraq hazırlanır.

  • Министр обороны Азербайджана отправится с визитом в Москву

    Министр обороны Азербайджана генерал-полковник Закир Гасанов отправится завтра в Москву для участия 4 сентября в заседании министров обороны государств-участников СНГ и государств-членов Шанхайской организации сотрудничества.

    Визит продлится до 6 сентября, сообщили в пресс-службе Минобороны АР.

  • Zakir Həsənov Moskvaya gedir

    Müdafiə naziri general-polkovnik Zakir Həsənov Müstəqil Dövlətlər Birliyi iştirakçı-dövlətləri və Şanxay Əməkdaşlığı Təşkilatı üzv-dövlətləri Müdafiə nazirlərinin sentyabrın 4-də keçiriləcək görüşündə iştirak etmək üçün sabah Moskva şəhərinə yola düşəcək.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, səfər sentyabrın 6-dək davam edəcək.

  • Şəhidlərimizin qəhrəmanlıqları niyə dərsliklərə salınmır?

    Yəqin, hər kəs razılaşar ki, şagirdlərə qəhrəmanlıq, müstəqil dövlətçilik hissləri aşılayan biliklərə daha çox yer verməlidir. Ancaq təəssüf ki, bu sahədə kifayət qədər boşluqlar var. Məhz buna görə də ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olan qəhrəmanlarımızın döyüş yolunun, şücaətlərinin dərsliklərə salınması barədə təkliflər var.

    Bir müddət əvvəl məktəbi bitirənlər də, elə hazırda təhsil alan şagirdlərin əksəriyyəti də Babək, Koroğlu, Qaçaq Nəbi haqqında kifayət qədər məlumatlıdırlar. Çünki onlar haqda dərsliklərdə şeirlər, dastanlar öz əksini tapıb.

    Bəs eyni şeyi Aprel döyüşləri zamanı Azərbaycanın müstəqilliyi uğrunda şəhid olan, eyni zamanda atəşkəs dövründəki erməni təxribatlarını dəf edərkən şəhid olan Mübariz İbrahimov, Polad Həşimov, Raqif Orucov, İlqar Mirzəyev kimi şəhid hərbiçilərimizin haqda deyə bilərikmi?

    Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

  • Daha bir yüksək vəzifəyə TƏYİNAT

    Mədəniyyət Nazirliyində yeni kadr təyinatı olub.

    Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimovun müvafiq əmri ilə Hüseynbəyli Zemfira Qüdrət qızı Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

    Qeyd edək ki, Zemfira Hüseynbəyli əmək fəaliyyətinə 2012-ci ildə Bakı Nobel İrsi Fondunda ictimaiyyətlə əlaqələr üzrə nümayəndə vəzifəsində başlayıb.

    2014-2018-ci illər ərzində BP neft şirkətinin subkontraktoru olan “Titan D” şirkətində insan resursları üzrə baş mütəxəssis vəzifəsində çalışıb, Azərbaycan Dövlət Neft şirkətində insan resursları üzrə aparıcı mütəxəssis işləyib. 2019-cu ildə SOCAR Azneft İstehsalat Birliyinin (İB) İnsan Resursları Departamentinin rəis müavini vəzifəsinə (2019) təyin edilib.

    Azneft İB-də “İnsan resurslarının transformasiyası” layihəsinin icraçısı, təlim və inkişaf proqramlarının rəhbəri olub.

  • Baş həkim ona istədiyi pulu verməyən şəxsi döydü – İDDİA + FOTO

    Bakı sakini Fərid Adıgözəlov Yeni Ramana qəsəbəsindəki Şuşa şəhərciyində yerləşən tibb məntəqəsinin baş həkimi Cəfər Cəfərov tərəfindən döyüldüyünü iddia edir.

    F. Adıgözəlov “Qafqazinfo”ya müraciətində qeyd edib ki, avqustun 25-də marketdə işləməsi üçün sözügedən məntəqənin baş həkimindən sağlamlıq kağızı almaq istəyib:

    “Baş həkim bunun üçün məndən 20 manat pul istədi. Mənim üstümdə cəmi 10 manatım var idi. O da 10 manatla razılaşmadı. Dedim ki, bununla bağlı səhiyyə orqanlarına şikayət edəcəm. Həkim bundan sonra məni itələyib kabinetdən çıxmağımı və hara istəsəm şikayət edə biləcəyimi dedi. Aramızda mübahisə düşdü. Üzümə şillə vurdu, mən də cavab olaraq müqavimət göstərdim. Bu zaman üstümə hücum çəkib məni yumruqladı. Əlindəki açarla boğazımı cızdı və məni otaqdan çıxardı. Səs-küyə orada çalışanlar yığışdı. Əşyalarım, telefonum otaqda qalmışdı və bunu götürməyimə imkan vermədi. Məcbur pəncərədən daxil olub əşyalarımı götürmək istədim. Məni yenə vurdu, üzüm, üst-başım qan olmuşdu. Mən “102”yə müraciət etdim. Sabunçu rayon 12-ci Polis Bölməsinə çağırdılar. Ərizə yazdım. Rəis həmin həkimi də şöbəyə çağırdı və danladı ki, sən niyə vətəndaşı vurursan? Ona görə də işi birbaşa Sabunçu rayon prokurorluğuna göndərdilər. Hazırda prokurorluqda məsələnin nə yerdə olduğunu bilmirəm. Həkimin hansısa əlaqələrindən istifadə edilərək bu işdə onun xeyrinə qərar çıxarılmasını istəmirəm. Ona görə də mediada məsələnin işıqlandırılmasını istədim. Ekspertiza sənədlərimdə aldığım zərbələr öz əksini tapıb”.

    Həkimin vətəndaşdan rüşvət tələb etməsi iddiasıyla bağlı TƏBİB-ə müraciət etdik. TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva açıqlamasında bildirib ki, bu məsələ polis orqanlarında araşdırılır:

    “TƏBİB döyülmə məsələsini araşdıra bilməz. Həkimin pul tələb etmək məsələsiylə bağlı isə vətəndaş özü TƏBİB-ə müraciət etməlidir”.


  • AFFA yeni şüarını açıqladı – FOTO

    AFFA millinin yeni mövsüm üçün şüarını açıqlayıb.

    Bu barədə qurumun rəsmi “Facebook” səhifəsi məlumat yayıb.

    “Azərbaycan milli komandası UEFA Millətlər Liqasında yeni mövsümə yeni baş məşqçinin – Canni De Byazinin rəhbərliyi ilə start verəcək. COVID-19 pandemiyası ilə əlaqədar stadionlarda da yeni qaydalar tətbiq olunacaq, oyunlar azarkeşsiz keçiriləcək.

    Azarkeşlərin fiziki olaraq tribunalarda ola bilməyəcəyini nəzərə alaraq, AFFA onların mənəvi dəstəyini hiss etdirmək üçün millimizin yeni mövsümündə köhnə-yeni şüardan istifadə edəcək: “Biz birlikdə güclüyük!” – məlumatda deyilir.

    Qeyd edək ki, millimiz sentyabrın 5-də Lüksemburqla Bakıda, bundan üç gün sonra Kiprlə səfərdə oynayacaq.

  • Zaqatalada tanışını öldürən şəxs məhkəmə qarşısına çıxarılır

    Zaqatalada tanışını bıçaqla qətlə yetirən şəxs məhkəməyə çıxarılıb.

    Bu barədə Zaqatala Rayon Prokurorluğundan məlumat verilib.

    Bildirilib ki, Zaqatala rayonu ərazisində Əliməmməd Əliməmmədovun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək İlyas İlyasovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

    O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    Cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilib, hadisə yerinə baxış keçirilib və maddi sübutlar götürülüb.

    Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.