Month: September 2020

  • Mədəniyyət nazirinin sabiq müavininin həbs müddəti uzadıldı

    Mədəniyyət Nazirinin sabiq müavini Rafiq Bayramov və nazirliyinin tabeliyində olan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sabiq rəisi Zakir Sultanov məhkəməyə gətirilib.

    Mədəniyyət nazirinin sabiq müavini Rafiq Bayramov barəsində seçilən həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

    APA-nın məlumatına görə, hakim Mədinə Bağırovanın sədrliyi ilə keçirilən prosesdə təqdimat təmin edilib.

    Qərara əsasən, həbs qətimkan tədbirinin müddəti üç ay uzadılıb.

    Qeyd edək ki, Mədəniyyət nazirinin müavini Bayramov Rafiq Yasin oğlu və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Sultanov Zakir İmran oğlunun vəzifə səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə, vətəndaşların hüquqlarına mühüm zərər vuran çoxsaylı qanunazidd əməllərə yol vermələrinə dair məlumatlar əldə edilib.

    Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən 2020-ci il mayın 8-də məhkəmənin qərarı əsasında Rafiq Bayramov və Zakir Sultanovun xidməti və yaşadıqları ünvanlara keçirilmiş baxış zamanı Mədəniyyət Nazirliyinin vəzifəli şəxslərinin qəbul etdikləri pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, ayrı-ayrı valyutalarda saxlanılan pul vəsaitləri, iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər və maddi sübutlar aşkar edilərək götürülüb.

    İstintaq araşdırmaları zamanı Azərbaycan xalqının çoxəsrlik mədəni irsi və sərvəti olan tarixi abidələrin və mədəniyyət nümunələrinin qorunması, bərpası, rekonstruksiyası və mühafizəsi üçün zəruri işlərin görülməsi məqsədilə dövlət büdcəsindən ayrılan vəsaitlərin bir hissəsinin Zakir Sultanov tərəfindən müntəzəm olaraq mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib.

    Davam edən cinayət işi üzrə, mədəni irs hesab edilən xüsusi arxitektura-memarlıq üslubuna malik binalarda rekonstruksiya işlərinin aparılmasına maddi maraq müqabilində vəzifə səlahiyyətlərindən istifadə edərək razılıq verilməsi ilə bağlı əldə olunmuş məlumatlar araşdırılır.

    Həmçinin araşdırmalar nəticəsində, Rafiq Bayramov tərəfindən Mədəniyyət Nazirliyinin regional idarələrinin rəhbərləri vasitəsi ilə rayonlarda fəaliyyət göstərən musiqi məktəblərində müəllimlərin adına artıq tədris saatlarının rəsmiləşdirilərək bunun müqabilində onların əmək haqlarından tutulan vəsaitlərin, habelə müxtəlif qanunsuz yollarla əldə edilən digər vəsaitlərin hər ay toplanaraq ələ keçirilməsinə əsaslı şübhələr müəyyən edilib.

    Respublika ərazisindəki musiqi məktəblərinin, mədəniyyət evlərinin, kitabxanaların, rəsm məktəblərinin, qalereyaların, klubların, muzeylərin və sair mədəniyyət müəssisələrinin tikintisi, cari və əsaslı təmiri işlərinə görə ayrılan dövlət vəsaitlərinin bir hissəsinin Rafiq Bayramov tərəfindən şəxsən və Mədəniyyət Nazirliyinin regional idarələrinin rəhbərləri vasitəsi ilə müntəzəm olaraq nağdlaşdırılıb mənimsənildiyinə dair məlumatlar əldə edilib.

    Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Rafiq Bayramov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, vəzifə saxtakarlığı, Zakir Sultanov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və mənimsəmə faktlarına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib.

    Səbail rayon Məhkəməsində hər iki şəxs barəsində dörd ay həbs qətimkan tədbiri seçilib.

  • Təhsil nazirinə yeni müşavir təyin olunub – FOTO

    Kənan Kərimzadə təhsil nazirinin müşaviri vəzifəsinə təyin olunub.

    “Report”un əldə etdiyi məlumata görə, bu barədə təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.

    Qeyd edək ki, K.Kərimzadə 2010-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə və kredit ixtisası üzrə bakalavr dərəcəsi (fərqlənmə) əldə edib. O, 2017-2019-cu illərdə ABŞ-ın nüfuzlu CFA İnstitutunda investisiyaların idarəedilməsi sahəsində təhsil alıb və xartiyalı maliyyə təhlilçisi (CFA Charterholder) beynəlxalq akkreditasiyasına sahibdir.

    2013-2016-cı illərdə “Capital Motors” MMC-də Maliyyə analizi üzrə mütəxəssis, 2016-2018-ci illərdə “PMD Group” MMC-də İnvestisiyalar üzrə baş mütəxəssis, rəhbər və departament menecerinin müavini, 2019-cu ildən isə “P.M.D” MMC-də Strateji planlaşdırma və Təhlil şöbəsinin müdiri vəzifəsində çalışıb.

  • İlham Əliyev: “Hazırda Azərbaycan ilə Yunanıstan arasında faktiki olaraq aktiv təmaslar yoxdur”

    Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 2-də Yunanıstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nikolaos Piperiqkosun etimadnaməsini qəbul edib.

    AZƏRTAC Prezident İlham Əliyevin görüşdəki çıxışından bəzi məqamları təqdim edir.

    “Açığını desək, düşünürəm ki, son bir neçə il aramızda çox aşağı səviyyədə əməkdaşlıq illəri olub. Əvvəlki vaxtlarda bizim daha fəal təmaslarımız olub. Bildiyiniz kimi, mən sizin ölkənizdə rəsmi səfərdə olmuşam, Yunanıstanın iki prezidenti Azərbaycanda rəsmi səfərdə olub, baş nazir səfərdə olub. Lakin Yunanıstanın əvvəlki hökuməti hakimiyyətə gələndən sonra bu təmaslar dayanıb və bu, Yunanıstan hökumətinin təşəbbüsü olub. Beləliklə, hazırda bizim faktiki olaraq aktiv təmaslarımız yoxdur. Nümayəndə heyətlərinin mübadiləsi yoxdur”.

    “Bizim gələcəkdə əməkdaşlığımızı necə planlaşdırmaq barədə düşünməyə ehtiyacımız var. Cənab səfir, mən sizinlə açıq danışacağam. Sözsüz ki, diplomatların özlərinə məxsus ünsiyyət üslubu olur. Mən diplomatlar hazırlayan institutda təhsil almışam. Ona görə də mən diplomatik dilin nə olduğunu bilirəm. Lakin zənnimcə, yaxşı olar ki, harada olduğumuz, nə istədiyimiz və necə irəli getməyimizlə bağlı aydın anlayışa sahib olmaq üçün bir-birimizin mövqelərimizi bilək”.

  • Zərdabda örüş sahələri əlindən alınan sakinlər yolu bağladı – VİDEO

    Zərdabda bir qrup şəxs etiraz edib.

    Çallı kənd sakinləri icra nümayəndələri tərəfindən əllərindən alınan örüş sahələrini geri ala bilmədikləri üçün bu gün Ucar-Zərdab yolunu bağlayıblar.

    Onlar qeyd ediblər ki, rayona yeni təyin olunan icra başçısı Mərdan Camalov bu yaxınlarda məsələnin qısa zamanda öz həllini tapacağını bildirmişdi: “Təssüflər olsun ki, aylar keçsə də, məsələ öz həllini tapmadı”.

    Qeyd edək ki, əraziyə Daxili İşlər Nazirliyinin əməkdaşları cəlb edilib.

  • В ходе операции правоохранительные органы задержали несколько должностных лиц

    Правоохранительные органы провели операцию в Билясуварском районе Азербайджана, в результате которой был задержан завотделом Госфонда социальной защиты, передает Unikal.org.

    Сообщается, что вместе с ним задержаны еще несколько должностных лиц.

  • Hüquq-mühafizə orqanları daha bir rayonda əməliyyat keçirir: Yüksək vəzifəli şəxs saxlanıldı

    Hüquq-mühafizə orqanları Biləsuvar rayonunda əməliyyat keçirib.

    Unikal.org-un məlumatına görə, Dövlət Sosial Müdafiə Fondunun Biləsuvar rayon şöbəsinin müdiri Əliyev Fərasim saxlanılıb.

    Onunla yanaşı bir neçə vəzifəli şəxsin də saxlanıldığı bildirilir.

  • Bakıda küçədə gecələyən qoca sığınacağa yerləşdirildi – FOTO

    Bakının Buzovna qəsəbəsində küçədə gecələyən Həbib Məmmədov sığınacağa yerləşdirilib.

    Bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Murad Həşimov məlumat verib.

    O bildirib ki, ötən gün bəzi sosial media səhifələrində H.Məmmədovun Buzovna ərazisində küçələrdə gecələməsi və çətin həyat şəraiti barədə məlumat paylaşılıb:

    “Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin əməkdaşları məlumatı paylaşan şəxslərlə əlaqə saxlayıb, onun yerini dəqiqləşdirdilər.

    Az sonra isə Həbib Məmmədovu daimi gecələdiyi ərazidən götürüb, Agentliyin Həssas Əhali Qruplarından olan Şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinə gətirdilər.

    O, ilk tibbi müayinədən sonra yataq yeri və isti yeməklə təmin olunub.

    Həbib dayı əvvəlcə müəssisənin karantin bölməsində qalacaq. Həmin müddətdə tibbi müayinələrdən keçəcək. Koronavirusa yoluxma aşkar olunmazsa, Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinə qəbul ediləcək.

    Burada onun gələcək həyatı üçün lazımi dəstəyin aparılması üçün də işlər görüləcək.

    Sosial mediada Həbib Məmmədov barəsində məlumatı paylaşaraq, onun barəsində xəbər verən, məsələyə həssas yanaşan hər kəsə təşəkkürümüzü bildiririk!”




  • Prezidentdən Nazirlər Kabineti ilə bağlı FƏRMAN – Aparatda iki müavin olacaq

    Prezident İlham Əliyevin “Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydası”nın və “Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə 2017-ci il 10 oktyabr tarixli fərmanına dəyişiklik edilib.

    Bu barədə Prezident İlham Əliyev müvafiq fərman imzalayıb.

    Dəyişikliyə əsasən, Azərbaycan Prezidentinin Nazirlər Kabinetinə, yerli icra hakimiyyəti orqanlarına, habelə Prezident və Nazirlər Kabineti tərəfindən yaradılan publik hüquqi şəxslərə və səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərə, eyni zamanda publik hüquqi şəxslərə də verdiyi tapşırığın icrasının nəticələri barədə müvafiq hesabat tapşırığın icraçısı tərəfindən Prezidentə təqdim olunmalıdır.

    Sənədin 3.5-ci maddəsinə əsasən Nazirlər Kabinetinin iclasında Nazirlər Kabinetinin üzvləri şəxsən iştirak etməlidirlər.

    Nazirlər Kabinetinin üzvü məzuniyyətdə və ya ezamiyyətdə olduqda, yaxud səlahiyyətlərini müvəqqəti icra edə bilmədikdə, Nazirlər Kabinetinin iclasında onun səlahiyyətlərini icra edən müavini iştirak etməlidir. Nazirlər Kabinetinin iclasına Nazirlər Kabineti Aparatının rəhbəri, Nazirlər Kabineti Aparatının struktur bölmələrinin rəhbərləri, yerli icra hakimiyyəti orqanlarının, habelə dövlətin hüquqi şəxslərinin rəhbərləri də dəvət oluna bilərlər.

    3.5-ci bəndə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilib: “Azərbaycan Respublikası Prezidentinin sədrlik etdiyi hallar istisna olmaqla, Nazirlər Kabinetinin iclasında gündəlikdəki məsələyə aidiyyəti olan Nazirlər Kabinetinin üzvləri iştirak edirlər”.

    Prezident İlham Əliyevin fərmanı ilə Nazirlər Kabinetinin Aparat rəhbərinin bundan sonra iki müavini olacaq. Bu zamana qədər isə Nazirlər Kabinetinin Aparatının bir müavini olub.

  • В Азербайджане выявлены 154 новых случая инфицирования COVID-19, скончались еще два человека – ФОТО

    В Азербайджане за минувшие сутки выявлены 154 новых случая инфицирования коронавирусом, еще 139 человек вылечились и были выписаны домой.

    Об этом 2 сентября сообщает оперативный штаб при Кабинете министров.

    За минувшие сутки от COVID-19 скончались еще два пациента.

    В целом в Азербайджане заразились 36 732 человека, 538 из которых скончались, 34 116 – излечились, 2 078 – находятся в активной фазе лечения в больницах особого режима.

    В республике на сегодня проведены 935 396 тестов (за последние 24 часа – 6 730) на COVID-19.

  • Azərbaycanda daha iki nəfər koronavirusdan öldü: 154 yeni yoluxma – FOTO

    Azərbaycanda koronavirus infeksiyasına 154 yeni yoluxma faktı qeydə alınıb, 139 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

    Bununla bağlı Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb.

    Bildirilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış iki nəfər vəfat edib.