Month: September 2020

  • Bakıda evdən 48 min manatlıq oğurluq edildi

    Bakıda evdə oğurluq hadisəsi baş verib.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

    Belə ki, Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 14-də rayon ərazisindəki evlərin birindən 800 manat pul, 10 000 ABŞ dolları və 30 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Ucar rayon sakini, əvvəllər məhkum olunmuş R.Mikayılov saxlanılıb.

    Xatırladaq ki, ümumilikdə evdən 47 800 manatlıq oğurluq edilib.

  • Azərbaycana Suriyadan döyüşçülər gətirilir? – RƏSMİ AÇIQLAMA

    Rusiyanın “Nezavisimaya qazeta” nəşri “Azərbaycandakı Suriyalı döyüşçülər Ermənistana qarşı blitskriqə hazırlaşır” adlı dərc etdiyi məqalədə oxuculara həqiqətə tam uğun olmayan məlumatı təqdim edib.

    Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, “yalan nə qədər çox və eybəcər olarsa, o qədər inandırıcıdır” prinsipi ilə məqaləyə yanaşan yazı müəllifi Vladimir Muxin heç bir etibarlı mənbəyə istinad etmədən, əsaslı faktlar gətirmədən oxucuları çaş-baş salır:

    “Məqalədə guya Naxçıvanda döyüş təyyarələri ilə gücləndirilmiş Türkiyənin hərbi bazasının olması, Azərbaycana 500 nəfərə yaxın türkmən əsilli Suriyalı döyüşçünün gətirilməsi barədə həqiqətə uyğun olmayan uydurmaları qəti surətdə rədd edirik.

    Məqalədə yer alan əsassız iddialar, xüsusilə də guya Azərbaycana Suriyadan döyüşçülərin gətirilməsi barədə xəbər açıq-aydın dezinformasiyadır və heç bir halda reallığı əks etdirmir. Məqalənin sifarişli olduğu aydın sezilir, yazılanlar düşünülmüş və böhtan xarakteri daşıyır.

    Müdafiə Nazirliyi olaraq rəsmi surətdə bildiririk ki, Azərbaycan ərazisində nə hər hansı xarici ölkənin hərbi bazası, nə də heç bir digər qeyri-qanuni silahlı birləşmə yoxdur.

    Azərbaycan Ordusunun şəxsi heyətinin peşəkarlığı və döyüş təcrübəsi, silahlanmada olan hərbi texnika və döyüş vasitələri Ermənistan tərəfindən işğal edilmiş torpaqlarımızı azad edərək ölkəmizin ərazi bütövlüyünü bərpa etmək məqsədilə qarşıya qoyulan istənilən döyüş tapşırığını qısa zamanda yerinə yetirməyə kifayət edir.

    Bunu Azərbaycan Ordusu 2016-cı ilin aprel döyüşlərində, 2018-ci ildə Naxçıvan və 2020-ci ildə isə Tovuz istiqamətində həyata keçirilən əməliyyatlarda nümayiş etdirdi.

    “Nezavisimaya qazeta”ya tövsiyə edirik ki, diqqəti Ermənistanda ictimai müzakirəyə çıxarılan “Müdafiə haqqında” qanuna əlavələr edilməsi məsələsinə yönəltsələr daha yaxşı olardı.

    Çünki bu qanun səfərbərlik ehtiyatları problemi ilə üzləşən Ermənistanı könüllülük əsasında silahlı dəstələrin formalaşdırılması sistemini yaratmağa məcbur etməklə 70 yaşadək olan ahıl insanları belə silahlandırmağa imkan verir.

    Qanun qüvvəyə mindikdən sonra Ermənistan könüllülük adı altında Yaxın Şərqin qaynar nöqtələrindən, xüsusilə Suriya və Livandan gətirilən muzdlu döyüşçülər və terrorçularla öz ordusunun komplektləşdirilməsi məsələsini qanuniləşdirmiş olacaq.

    Bu cür dezinformasiyaların yayılmasında maraqlı olan rəsmi İrəvan regionda vəziyyətin yenidən gərginləşərək münaqişənin alovlanmasına və buraya daha çox tərəflərin cəlb olunmasına münbit şərait yaratmağa çalışır”.

  • Elmar Vəliyevin sökdürdüyü bazar yenidən tikilir – FOTO

    Gəncə şəhəri İcra Hakimiyyətinin sabiq başçısı Elmar Vəliyevin vaxtı ilə sökdürdüyü bazar yenidən tikilir.

    Şəhərin ən qədim bazarlarından olan və el arasında “Kolxoz Bazarı” kimi tanınan ərazidə yeni ticarət obyekti tikilir.

    Artıq işlərə başlanılıb. Yeni bazarın bir hissəsi bu ilin sonuna istifadəyə veriləcək. Tam gücü ilə fəaliyyətə başlaması isə gələn il mümkün olacaq.

    Qeyd edək ki, Elmar Vəliyevin fəaliyyəti dönəmində Gəncə şəhərində uzun illər əhaliyə xidmət göstərən 3 bazar tamami ilə sökülərək orada çalşan işçilər icra başçısına məxsus olduğu iddia edilən “Grand Qafqaz” Ticarət Kompleksinə köçürülüb.






  • Sentyabrda 35 dərəcə isti olacaq – PROQNOZ

    Sentyabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan 1-3 dərəcə yüksək olacağı gözlənilir.

    Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər az olacaq. Sentyabrın ilk günlərində hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir.

    Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 22-25 (gecələr 18-23, gündüzlər 25-30, bəzi günlərdə 32-35) dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1-3 dərəcə yüksəkdir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 12-23 mm) olacağı gözlənilir.

    Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 22-25 (gecələr 15-20, gündüzlər 25-30, bəzi günlərdə 35-38) dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1-2 dərəcə yüksəkdir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 7-13 mm) olacaq.

    Yuxarı Qarabağ – Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında orta aylıq temperaturun 13-18 (gecələr 9-14, gündüzlər 14-19, bəzi günlərdə 23-27) dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 34-50 mm) olacağı gözlənilir.

    Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında orta aylıq temperaturun 21-24 (gecələr 15-20, gündüzlər 23-28, bəzi günlərdə 33-36) dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 2-3 dərəcə yüksəkdir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 17-44 mm) olacaq.

    Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında orta aylıq temperaturun 19-23 (gecələr 15-20, gündüzlər 22-27, bəzi günlərdə 32-35) dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 2-3 dərəcə yüksəkdir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 33-120 mm) olacağı gözlənilir.

    Mərkəzi-Aran – Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq temperaturun 23-25 (gecələr 17-22, gündüzlər 25-30, bəzi günlərdə 33-37) dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 2 dərəcə yüksəkdir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 14-38 mm) olacaq.

    Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında orta aylıq temperaturun 21-24 (gecələr 15-20, gündüzlər 22-27, bəzi günlərdə 30-34) dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1-2 dərəcə yüksəkdir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 50-199 mm) olacağı gözlənilir.

  • “Sədərək”in sahibi dəyişir: Əvvəlki “yiyəsi” Ramiz Mehdiyevin himayəsində olub

    “Sədərək” Ticarət Mərkəzinin sahibi dəyişir: Ramiz Mehdiyevdən sonra…

    Azərbaycanda koronavirus pandemiyasına görə xüsusi karantin rejimi tətbiq ediləndən bu yana iri ticarət obyektlərinin fəaliyyəti dayandırılıb.

    Lakin dünən “Binə” Ticarət Mərkəzinin fəaliyyət göstərdiyi barədə xəbər yayılıb.

    Həmin məlumat hələ ki, təkzib olunmayıb və bu heç mümkün də deyil. Çünki ortada sözügedən obyektin fəaliyyət göstərdiyini təsdiq edən videogörüntü var.

    Maraqlıdır ki, “Binə” bazarının işləməsinə baxmayaraq onun yaxınlığında yerləşən “Sədərək” Ticarət Mərkəzi fəaliyyətsiz qalıb.

    Elə bazarın fəaliyyət göstərməsi faktının üzə çıxmasında “Sədərək”də çalışan sahibkarların rolu olub. Məhz onlar “Binə”nin fəaliyyət göstərməsi barədə məlumatı mediaya ötürərək bu ikili standarta aydınlıq gətirilməsini istəyiblər.

    Yenisabah.az xəbər verir ki, “Sədərək” Ticarət Mərkəzinin sahibi Yusif Qədimovdur. O, Azərbaycan hakimiyyətində təmsil olunan bir sıra yüksək vəzifəli şəxslərə yaxınlığı ilə seçilir.

    Mediada yazılanlara görə Yusif Qədimov Fövqəladə Hallar naziri Kəmaləddin Heydərova və Prezident Administrasiyasının keçmiş rəhbəri, hazırda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin himayəsi altında fəaliyyət göstərib.

    Yusif Qədimovun oğlu Vüqar Qədimov Prezident Administrasiyasının ictimai-siyasi şöbəsində sektor müdiri vəzifəsində çalışıb.

    Bütün bu amillər uzun illər Yusif Qədimovu toxunulmaz edib. Hətta o dərəcədə ki, mediada “Sədərək” bazarı barədə bir cümlə tənqid belə yazmaq mümkün olmayıb.

    Bəzi iddialara görə, Yusif Qədimovun himayəçiliyi zəiflədildikdən sonra o, “Sədərək” Ticarət Mərkəzini itirmək təhlükəsi ilə üzləşib.

    “Binə” bazarından fərqli olaraq “Sədərək”in fəaliyyətsiz qalması da bununla izah edilir. Amma maraqlıdır ki, bazar fəaliyyət göstərməsə də sahibkarlardan icarə haqqı tələb edilir.

  • XİN-dən Azərbaycanın “ildırımsürətli müharibəyə” başlayacağı iddialarına CAVAB

    Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva Azərbaycana Suriya döyüşçülərinin gətirilməsi və onların Ermənistana qarşı “ildırımsürətli müharibəyə” hazırlaşdığı barədə iddialara münasibət bildirib.

    L.Abdullayeva deyib ki, növbəti dəfə Azərbaycana qarşı heç bir əsası olmayan, hər hansı fakta və etibarlı mənbəyə söykənməyən və tamamilə dezinformasiya xarakterli məlumatın yayılmasını müşahidə edirik.

    “Bunu ölkəmizə qarşı böhtan xarakterli, çirkin kampaniya kimi qiymətləndiririk. Bu saxta kampaniyanın arxasında Azərbaycana qarşı təcavüzkar siyasəti çərçivəsində Yaxın Şərq bölgəsindən muzdluları və terrorçuları cəlb etmiş Ermənistanın durduğu heç bir şübhə doğurmur. ASALA terror təşkilatının rəhbərlərindən olan və Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin işğalında birbaşa iştirak edən, Amerika əsilli və uzun illər Livanda terrorçu təşkilatın üzvü kimi fəaliyyət göstərən Monte Melkonyanın Ermənistanın milli qəhrəmanı elan olunması, hətta bu qatı terrorçunun “qəhrəmanlığının” Ermənistanda orta məktəb dərsliyinə daxil edilməsi hər kəsə yaxşı bəllidir”,-deyə XİN rəsmisi əlavə edib.

    Onun sözlərinə görə, hazırda səfərbərlik ehtiyatları problemi ilə üzləşən və könüllülük əsasında silahlı dəstələri, o cümlədən xarici muzdlu döyüşçüləri öz ordusuna cəlb etməyi planlaşdıran Ermənistanın Azərbaycana qarşı bu kimi yalan məlumatları yaymaqla məqsədi beynəlxalq ictimaiyyətin diqqətini öz mənfur planlarından yayındırmaqdır:

    “Vurğulayırıq ki, Azərbaycanın güclü və peşəkar ordusu var və düşmən qüvvələrinin layiqli cavabını vermək üçün, eləcə də beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü bərpa etmək üçün ölkəmizin heç bir kənar qüvvəyə ehtiyacı yoxdur”.

    Qeyd edək ki, sentyabrın 1-də Rusiyanın “Nezavisimaya qazeta” nəşrində “Azərbaycandakı suriyalı döyüşçülər Ermənistana qarşı ildırımsürətli müharibəyə hazırlaşır” adlı məqalə dərc edilib.

    Məqalədə guya Naxçıvanda döyüş təyyarələri ilə gücləndirilmiş Türkiyənin hərbi bazasının olması, Azərbaycana 500 nəfərə yaxın türkmən əsilli suriyalı döyüşçünün gətirilməsi barədə iddialar yer alıb.

    Azərbaycan Müdafiə Nazirliyi də bəyanat yayaraq iddiaları uydurma adlandırıb və qəti surətdə rədd etdiyini bildirib.

  • В Азербайджане скончался полковник – ФОТО

    Скончался начальник отдела Финансового управления Министерства обороны Азербайджана полковник Ровшан Алиев, сообщает Unikal.org.

  • Azərbaycanda polkovnik vəfat etdi – FOTO

    Müdafiə Nazirliyinin yüksək vəzifəli şəxsi vəfat edib.

    Unikal.org-un məlumatına görə, nazirliyin Maliyyə İdarəsinin şöbə rəisi, polkovnik Rövşən Əliyev dünyasını dəyişib.

  • Azərbaycanda vəzifəli şəxs barəsində cinayət işi məhkəməyə göndərildi

    Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 1 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinin 117 saylı Mənzil-Kommunal İstismar Sahəsinin rəisi vəzifəsində işləmiş Mansurov İsmayıl Gündüz oğlunun qanunsuz hərəkətləri barədə daxil olmuş müraciət əsasında aparılmış araşdırma zamanı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

    Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, aparılmış istintaqla İsmayıl Mansurovun qeyd edilən vəzifədə işləyərkən vətəndaşa Bakı şəhəri, Nizami rayonu, Azər Manafov küçəsində yerləşən yaşayış evinin tikintisi üçün guya həmin rayonun icra hakimiyyəti aparatında yüksək vəzifədə işləyən şəxslərlə yaxın əlaqələrindən istifadə edərək tələb olunan qanuni sənədlərin verilməsində köməklik göstərilməsini vəd etməsinə, bununla da 2019-cu ilin sentyabr-oktyabr aylarında vətəndaşdan ümumilikdə 10 370 manat məbləğdə pul vəsaitini rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.

    İş üzrə toplanmış sübutlar əsasında İsmayıl Mansurov 21 avqust 2020-ci il tarixdə Cinayət Məcəlləsinin 178.2.3 (qulluq mövqeyindən istifadə etməklə dələduzluq), 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) və 32.4, 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər etməyə görə ona rüşvət verməyə təhrik etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

    İstintaq zamanı zərərçəkmiş şəxsə dələduzluq əməli üzrə vurulmuş ziyanın ödənilməsi tam təmin edilib, ibtidai istintaq tamamlanaraq cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

  • В Баку построен новый пешеходный переход – ФОТО

    На трассе Мардакян-Бузовна-Бильгя в Баку сдан в эксплуатацию новый надземный пешеходный переход.

    Как сообщили в Государственном агентстве автодорог Азербайджана, переход возле бывшего ОАО “Мардакян бройлер” построен в связи с интенсивным движением на данной дороге и многочисленными обращениями граждан, проживающих вдоль этой трассы, с целью обеспечения их безопасности.

    Общая длина пешеходного перехода, включая пандусы, составляет 180 метров. Для обеспечения комфортного передвижения пожилых, людей с ограниченными физическими возможностями, родителей с колясками сооружены современные, соответствующие международным стандартам 80-метровые пандусы для пешеходов.