Month: September 2020

  • Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı məlumat yaydı

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 30 dəfə pozub.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, Ermənistan Respublikası Berd rayonunun Ayqepar və Mosesqex kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli və Ağdam kəndlərində, Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində, Yeğeqnadzor rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Günnüt kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

    Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Mərzili, Füzuli rayonunun Aşağı Veysəlli, Qaraxanbəyli, Kürdlər, Horadiz kəndləri yaxınlığında, həmçinin Tərtər və Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

  • Минобразования проводит очередной экзамен для учителей

    Сегодня, 2 сентября, проводятся тестовые экзамены для желающих стать учителями математики, сообщили в Министерстве образования Азербайджана.

    В экзаменах участвуют 3 330 кандидатов.

    В течение 90 минут претенденты должны ответить на 60 вопросов, из которых 40 касаются непосредственно специальности, а 20 – это тестовые задания по учебной стратегии и методике.

  • Təhsil Nazirliyi müəllimlər üçün imtahan keçirir

    Sentyabrın 2-də riyaziyyat fənni üzrə müəllim olmaq istəyən namizədlər üçün test imtahanları keçirilir.

    Bu barədə Təhsil Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, imtahanlarda 3330 namizədin iştirakı nəzərdə tutulur.

    Namizədlərə 90 dəqiqə müddətində ixtisasa dair 40, təlim strategiyaları və metodikaya dair 20 test tapşırığı olmaqla ümumilikdə 60 sual təqdim edilir.

  • Число вылечившихся от коронавируса в мире превысило 18 миллионов

    По данным на утро 2 сентября, число инфицированных коронавирусом (COVID-19) в мире достигло 25 904 938.

    За весь период пандемии скончались 861 275 человек, выздоровели 18 196 642 заразившихся.

    Больше всего инфицированных в США (6 257 571). На втором месте – Бразилия (3 952 790), третьем – Индия (3 769 523). В первую пятерку также входят Россия (1 000 048) и Перу (657 129).

    По числу жертв инфекции лидируют Соединенные Штаты – 188 900, вылечились – 3 496 913 человек.

    Иран с 376 894 заболевшими занимает 12-е место, Турция (271 705) – 18-е.

    В Армении коронавирусом заразились 43 878 человек, в Грузии – 1 510.

    Среди соседних стран наиболее высокая смертность от COVID-19 зафиксирована в Иране – 21 672 летальных исхода.

    На сегодня в Азербайджане подтверждены 36 578 случаев инфицирования коронавирусом, 33 977 человек вылечились, 536 – скончались.

  • Dünyada koronavirusdan sağalanların sayı 18 milyonu keçdi – STATİSTİKA

    Dünyada 25 904 938 nəfərdə koronavirus aşkarlanıb.

    Virusdan 861 275 xəstənin öldüyü, 18 196 642 nəfərin sağaldığı məlumdur.

    ABŞ 6 257 571, Braziliya 3 952 790, Hindistan 3 769 523 yoluxma ilə ilk üçlükdədir.

    Rusiya 1 000 048 yoluxma ilə dördüncü yerdədir.

    İlk onluğa daxil olan Avropa dövlətlərindən ikincisi 470 973 yoluxma ilə İspaniyadır. O, qrupda 9-cu yerdə qərarlaşıb.

    İranda 376 894, Türkiyədə 271 705, Ermənistanda 43 878, Gürcüstanda 1 510 nəfərdə koronavirusa aşkar edilib.

    Azərbaycanda koronavirusun qeydə alındığı 36 578 nəfərin 536-sı ölüb, 33 977-si sağalıb.

  • Məktəblərdə yeni dərs ilinə hazırlıq başlanıldı – VİDEO

    Ölkəmizdə yeni dərs ili başlamaq üzrədir. Qaydalara əsasən sentyabrın 15-dən başlayan dərs ilində ibtidai siniflərin tədris prosesi məktəblərdə həyata keçiriləcək.

    Bununla bağlı məktəblər sinif otaqlarını məktəbi yeni qaydalara uyğun şəkildə hazır etməyə çalışırlar. Belə ki, karantin qaydalarına uyğun olaraq sinif otaqlarında bir sıra dəyişikliklər olunacaq.

    Baku TV əməkdaşları məktəblərin birində olub və hazırlıq prosesini izləyib:

  • Bərbərin gözü qarşısında müştərisi güllələndi – VİDEO

    Bərbərxanada saçını kəsdirən kişi bərbərin gözü qarşısında güllələnib. Baş verənlər anbaan təhükəsizlik kamerasını tərəfindən qeydə alınıb.

    “Daily Mail”in məlumatına görə, dəhşətli kadrlar Kolumbiyadandır.

    Görüntülərdə əlində silah olan kişinin bərbərxanaya girdiyi və heç bir söz demədən stulda əyləşən şəxsi güllələdiyi, sonra isə motosikletlə ordan uzaqlaşdığı görünür.

    Hadisə ilə bağlı istintaq başladılıb.

  • Məktəbəhazırlıq qruplarında dərslər necə olacaq? – Nazir əmr imzaladı

    Təhsil naziri Emin Əmrullayev dövlət ümumtəhsil məktəblərində yaradılan məktəbəhazırlıq qrupları üçün 2020-2021-ci dərs ilinə aid tədris (məşğələ) planının təsdiqi barədə əmr imzalayıb.

    Əmrdə bildirilir ki, dövlət ümumtəhsil məktəblərində yaradılmış məktəbəhazırlıq qruplarına 5 yaşı həmin il tamam olan uşaqlar qəbul edilirlər. Məktəbəhazırlıq qruplarında uşaqların sıxlığı aşağıdakı kimi müəyyənləşdirilir:

    – qəsəbə və kəndlərdə yerləşən ümumtəhsil məktəbləri üçün – ən azı 10 uşaq;

    – şəhərlərdə yerləşən ümumtəhsil məktəbləri üçün – ən azı 15 uşaq.

    Dövlət ümumtəhsil məktəblərində yaradılan məktəbəhazırlıq qrupunda uşaqların sayının 30 nəfərdən artıq olmasına yol verilmir. Məktəbəhazırlıq qrupların məşğələlər oktyabrın 1-də başlayır və mayın 31-də başa çatır.

    Məktəbəhazırlıq qrupları həftədə 4 gün keçirilir. Bir gün ərzində 3 məşğələ tədris olunur. Bir məşğələnin müddəti 30 dəqiqə, məşğələlərarası fasilə 10 dəqiqə müəyyən edilir. Zehni gərginlik tələb edən məşğələlərdə bir qayda olaraq, 3 idman dəqiqəsi keçirilir.

    Əmrdə deyilir ki, məktəbəhazırlıq qruplarında təhsil alan uşaqlara ev tapşırığı nəzərdə tutulmur. Məşğələlərə davamiyyət və tədris olunan mövzu müvafiq sinif jurnalında qeyd edilir, uşaqların təlim nailiyyətləri şifahi formada qiymətləndirilir və bu barədə valideynə məlumat verilir. Məktəbəhazırlıq qruplarında məşğələlər yalnız ibtidai sinif müəllimləri tərəfindən aparılır.

    Məktəbəhazırlıq qruplarında dərs ili iki yarımilə bölünür:

    – I yarımil: 1 oktyabr-26 yanvar;

    – II yarımil: 1 fevral-31 may.

    Dərs ili ərzində aşağıdakı tətillər müəyyən olunur:

    – 5 gün payız tətili (16-20 noyabr);

    – 5 gün qış tətili (27-31 yanvar);

    – 5 gün əlavə tətil (1-5 may).

  • Azərbaycanın polkovniki vəfat etdi – FOTO

    Müdafiə Nazirliyinin yüksək vəzifəli şəxsi dünyasını dəyişib.

    Median.Az “unikal.org”a istinadən xəbər verir ki, nazirliyin Maliyyə İdarəsinin şöbə rəisi, polkovnik Rövşən Əliyev vəfat edib.

    O, bir müddət Mərkəzi Neftçilər Xəstəxanasında müalicə alsa da, həkimlərin səyinə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb.

  • Azərbaycanda yaşlı ər-arvadı vəhşicəsinə döyüb 17 manatlarını oğurladılar – VİDEO

    Şamaxıda yaşlı ər-arvadı vəhşicəsinə döyərək oğurluq edən şəxslər saxlanıb. Məlum olub ki, onlar evdə 22 min ABŞ dolları olduğunu zənn ediblər. Amma real vəziyyət onların düşündükləri kimi olmayıb.

    Bir-neçə gün əvvəl baş verən hadisənin təfərrüatı məlum olub. 3 nəfər yeyib-içdikdən sonra Şamaxı şəhər Hüseyn Ciddi küçəsi, ev 11 ünvanında yaşayan yataq xəstəsi 80 yaşlı Polad Niyazov və onun 72 yaşlı həyat yoldaşı Zərifə Niyazovanın evinə gedərək onları vəhşicəsinə döyüb və pul tələb ediblər.

    Aparılmış istintaqla müəyyən edilib ki, hadisəni törədənlər Şamaxı şəhər sakinləri – 21 yaşlı Elxan Heybətov, 28 yaşlı Pərvin Həmidov və 35 yaşlı Valeh Pənahovdur. Rayon polis şöbəsinin müstəntiqi Mirxalid Kazımov bildirib ki, onlar evə 22 min ABŞ dolları götürmək üçün giriblər. Həmin məbləğdə pulu tapa bilmədiklərinə görə yaşlı ər-arvadı döyərək onlarda olan 17 manatı və 2 ədəd telefonu götürərək qaçıblar.

    Saxlanan şəxslərdən Pərvin Həmidov döyülən yaşlıların qohumudur. Evə girmək ideyasını o irəli sürüb. Belə ki, Pərvin Həmidov evdə 22 min manat pulun olduğunu bildirib və oğurluğa qərar verilib. Həmin şəxslər yeyib-içdikdən sonra çirkin niyyətlərini reallaşdırmaq üçün evə girərək yaşlı ər-arvadı döyüblər.

    Hazırda faktla bağlı cinayət işi açılıb. Hadisəni törədənlər barəsində Şamaxı rayon məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.