Month: September 2020

  • Qarabağda erməni hərbçilərlə eçmiədzinli soyğunçular arasında silahlı toqquşma baş verib

    Dağlıq Qarabağda yerli əhalinin, eyni zamanda hərbi qarnizon personalının ailələrinin Ermənistan ərazisinə kütləvi təxliyəsi davam edir.

    Ermənilər əşyalarını, əmlaklarını, evlərini, mal-qarasını ataraq qaçırlar.

    Armiya.az xəbər verir ki, evlərini tərk edərək qaçan Qarabağ ermənilərinin və erməni hərbçilərinin ailələrinin, xüsusən Xankəndi və Ağdərədəki evləri heç də uzun müddət boş qalmayıb, tezliklə orada Eçmiədzindən olan soyğunçular peyda olub.

    Sosial şəbəkələrin erməni seqmentində yayımlanan məlumatlara görə, təpədən dırnağa qədər silahlanmış soyğunçular, orada qalmış az sayda sakinlərə özlərini “Ermənistandan olan xilaskarlar” yaxud “Livan erməniləri” kimi təqdim edərək evlərə girib əşyaları oğurlayır və qaçırdıqları yük maşınlarına yükləyirlər.

    Onlar əmlakın qarət edilməsi məqsədi ilə yerli sakinləri qətlə yetirməkdən də çəkinmirlər.

    Qarabağı tərk edərkən sözügedən qarətçilərlə erməni hərbçiləri arasında silahlı qarşıdurma da baş verib.

    Silahlı toqquşma nəticəsində bir neçə soyğunçu yaralanıb, öldürülənlər var.

    Öldürülənlərin şəxsiyyətlərini müəyyən edərkən maraqlı faktlar ortaya çıxıb. Məlum olub ki, bu şəxslər keçmiş başçıları Manvel Qriqoryana sadiq qalan, Eçmiədzində fəaliyyət göstərən “Yerkrapa” adlanan qruplaşmasının keçmiş və hazırkı üzvləridir. Bildiyimiz kimi, bu qruplaşmanın üzvləri Birinci Qarabağ müharibəsi dövründə və ondan sonra da talançılıqla məşğul olublar.

    Dindirilmə zamanı sağ qalan soyğunçular Manvel Qrigoryan və oğlu, Eçmiədzinin keçmiş meri Karen Qriqoryanın əmri ilə Qarabağa gəldiklərini etiraf ediblər.

    Bəzi məlumatlara görə, sürətlə boşaldılan Qarabağda Ermənistandan gəlmiş və Ermənistan Müdafiə Nazirliyinin yüksək rütbəli generallarına tabe olan bir neçə soyğunçu dəstə fəaliyyət göstərir.

  • Минобороны: Десятки тысяч добровольцев изъявили желание принять участие в боях

    Десятки тысяч граждан Азербайджана обратились в Министерство обороны и вызвались вступить в бой вместе с нашими солдатами.

    Об этом 30 сентября заявил на брифинге пресс-секретарь Минобороны АР полковник-лейтенант Анар Эйвазов, сообщает корреспондент Oxu.Az.

    По его словам, успехи азербайджанской армии в боях с противником за освобождение оккупированных земель повысили боевой дух азербайджанского народа:

    “От имени руководства Министерства обороны благодарим граждан за моральную поддержку, оказанную азербайджанским солдатам. Гражданам, желающим добровольно участвовать в боях, рекомендуем обращаться в Государственную службу по мобилизации и призыву на военную службу. Победа за нами!”. – сказал А.Эйвазов.

  • Gürcüstanın Baş naziri Bakı və Yerevana Tbilisidə danışıqlar aparmağı təklif etdi

    Gürcüstanın Baş naziri Georgi Qaxariya hərbi münaqişəyə son qoymaq üçün Azərbaycan və Ermənistana Tbilisidə danışıqlar aparmağı təklif edib.

    Bu barədə “RİA Novosti” xəbər yayıb.

    “Bölgədə ən qısa müddətdə sülh yaratmaq bizim ümumi maraqlarımızdır. Gürcüstan bu prosesə istənilən formatda töhfə verməyə, o cümlədən dialoq aparmaq üçün Tbilisidə münaqişə tərəflərinin nümayəndələrinin görüşünü keçirməyə hazırdır”, – deyə o, bildirib.

    Qaxariya vəziyyətin sonrakı kəskinləşməsinin bütün bölgənin təhlükəsizliyinə mənfi təsir göstərəcəyini qeyd edib.

    Hökumət başçısı qeyd edib ki, Gürcüstan tərəfi bir daha ATƏT-in Minsk qrupunun həmsədrlərini və beynəlxalq iştirakçıları eskalasiyanı dayandırmaq və dialoqu bərpa etmək üçün imkanlarından maksimum dərəcədə istifadə etməyə çağırır.

  • Bakıda gənclər əhaliyə bayraq payladı – FOTO

    Gənclər və İdman Nazirliyi ilə AFFA “Biz birlikdə güclüyük” adlı bayraq aksiyası təşkil edib.

    Gənclər paytaxtın üç fərqli hissəsində yüzlərlə bayraqlar paylayıblar.

    “Biz birlikdə güclüyük” adlanan aksiyanın əsas məqsədi hazırda cəbhə bölgəsində gərgin döyüşlərin getdiyi zamanda əsgərlərimizə dəstək göstərmək, bayraqların eyvan və maşınlarda daha çox asılmasına nail olmaq və bununla da xalqımızın birliyini, bayrağa və vətənə olan sevgi rəmzini nümayiş etdirməkdir.

    Aksiya əsgərlərimizlə həmrəylimizi, onlara dəstəyimizi və Vətənə sevgimizi göstərir.

  • MN: “Nazirliyə döyüşə qatılmaq üçün 10 mindən çox könüllü müraciət daxil olub”

    On minlərlə azərbaycanlı Müdafiə Nazirliyinə (MN) müraciət edərək, könüllü olaraq əsgərlərimizlə birlikdə döyüşə qatılmaq istədiklərini bildiriblər.

    Oxu.Az-ın müxbiri xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri polkovnik-leytenant Anar Eyvazov bu gün keçirilən brifinqdə məlumat verib.

    O bildirib ki, işğal olunmuş torpaqlarımızın azad edilməsi uğrunda Azərbaycan Ordusunun döyüşlərdə əldə etdiyi qələbələr xalqımızın döyüş ruhunun yüksəlməsinə səbəb olub.

    “Müdafiə Nazirliyinin rəhbərliyi adından hər kəsə Azərbaycan əsgərinə mənəvi dəstək olduqlarına görə, təşəkkür edirik. Döyüşlərə qoşulmaq istəyən hər kəsə aidiyyəti üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etmələrini tövsiyə edirik. Qələbə bizimlədir”.

  • Anar Eyvazov: “İşğal olunmuş torpaqlarımızın azad edilməsi uğrunda əks-hücum əməliyyatları davam etdirilir”

    İşğal olunmuş torpaqlarımızın azad edilməsi uğrunda Azərbaycan Ordusunun apardığı qətiyyətli əks hücum əməliyyatları davam etdirilir.

    Oxu.Az-ın müxbiri xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri polkovnik-leytenant Anar Eyvazov bu gün keçirilən brifinqdə məlumat verib.

    O bildirib ki, itirilmiş mövqeləri geri qaytarmaq məqsədilə Madagiz istiqamətinə əlavə qüvvələr cəmləşdirən düşmən hücuma cəhd göstərib:

    “Goranboy rayonunun Aşağı Ağcakənd kəndini atəşə tutub. Düşmənin bu fəaliyyətinin qarşısı alınıb”.

    A.Eyvazov Cəbrayıl rayonunu istiqamətində düşmənin döyüş texnikalarının bölmələrimiz tərəfindən məhv edildiyini və Füzuli rayonu istiqamətində yerləşən 4-cü taborun ağır artilleriya atəşinə tutulduğunu diqqətə çatdırıb.

    “Ümumiyyətlə, əks hücum əməliyyatı başlayandan bu günə qədər düşmənin 2300-dən artıq canlı qüvvəsi məhv edilib və yaralanıb. 130-dan artıq tank və digər zirehli texnikası, 200-dən artıq artilleriya, yaylım atəşli raket sistemləri, minaatan, 25-dək hava hücumundan müdafiə vasitələri, altı komanda-idarəetmə və komanda-müşahidə məntəqələri, beş silah-sursat anbarı, 50-dək tankəleyhinə vasitələr, 55 ədəd avtomobil texnikası məhv edilib”, – deyə A.Eyvazov qeyd edib.

  • İlham Əliyev Küveyt əmirinə başsağlığı verib

    Azərbaycan Prezidenti İlham Əliyev Küveyt Dövlətinin Əmiri Əlahəzrət Şeyx Nəvaf əl-Əhməd əl-Cabir əs-Sabaha başsağlığı məktubu göndərib.

    Məktubda deylir:

    “Əlahəzrət,

    Böyük qardaşınız – Küveyt Dövlətinin Əmiri Şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabahın vəfatı xəbəri məni olduqca kədərləndirdi.

    Bu ağır itki ilə əlaqədar Sizə, ailənizin bütün üzvlərinə, dost Küveyt xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.

    Allah rəhmət eləsin!”.

  • Боевая техника противника, уничтоженная сегодня до 17:30 – ВИДЕО

    В среду, до 17:30, подразделения азербайджанской армии уничтожили и вывели из строя две боевые машины зенитно-ракетного комплекса “ОСА-АКМ”, одну реактивную систему залпового огня “Ураган”, четыре реактивные системы залпового огня БМ-21 “Град”, четыре гаубицы-пушки Д-20, 16 танков, одну боевую машину пехоты и два грузовика с личным составом.

    Об этом сообщили в пресс-службе Министерства обороны Азербайджана.

    Представляем эти кадры:

  • Düşmən taborunun döyüş bayrağı və sənədləri ələ keçirilib

    Bu gün Ağdərə (Madagiz) istiqamətində gedən döyüşlər zamanı Ermənistan ordusunun darmadağın edilən 6-cı dağatıcı alayına köməyə gələn 193-cü əlahiddə həmlə taborunun döyüş bayrağı və sənədləri ələ keçirilib.

    Bu barədə “Report”a Müdafiə Nazirliyindən məlumat verilib.

  • Olimpiya çempionundan Qarabağ münaqişəsinə münasibət

    Məlum olduğu kimi, sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin hücumu nəticəsində Ermənistan-Azərbaycan münaqişəsi zonasında aktiv döyüşlər başlayıb.

    Ermənistan qoşunlarının hücumlarını dəf edən Azərbaycan ordusunun uğurlu əməliyyatları nəticəsində işğal altında olan torpaqlarımızın bir qismi azad edilib. Ancaq düşmənin silahlı qüvvələri cəbhə bölgəsində yaşayan mülki əhalini hədəf alır və yaşayış sahələrinə atəş açır.

    Bununla əlaqədar olaraq, sərbəst güləş üzrə olimpiya, dünya və Avropa çempionumuz Şərif Şərifov Azərbaycan Güləş Federasiyasının saytına münasibətini bildirərək, qarşı tərəfin qeyri-adekvat hücumlarına öz etirazını bildirib:

    “Bildiyiniz kimi, 30 ilə yaxındır ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edib. Nəticədə bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib. Bu müddət ərzində aparılan sülh danışıqları heç bir fayda verməyib. İşğalçılıq siyasətini davam etdirən Ermənistan sentyabrın 27-də növbəti dəfə atəşkəsi pozub. Ən pisi də odur ki, onlar dinc sakinləri hədəf alır. Nəticədə ölən və yaralananlar var.

    Həyatını dəyişənlər arasında uşaqların da olması dəhşətdir. Mən bir olimpiya çempionu kimi dünya ictimaiyyətini Ermənistanı belə qeyri-insani addımlardan çəkindirməyə çağırıram. İnanıram ki, tez bir zamanda Azərbaycan ordusu bütün işğal olunmuş torpaqları azad edəcək”.