Month: September 2020

  • ГПС пресекла контрабанду наркотиков из Ирана в Азербайджан, есть задержанные – ФОТО

    25 сентября военнослужащие пограничного отряда “Горадиз” на служебной территории погранзаставы возле села Икинджи Шахсеван Бейлаганского района засекли попытку трех человек, направлявшихся со стороны Ирана, перейти границу, сообщает пресс-служба Госпогранслужбы.

    Так как нарушители проигнорировали приказ остановиться, пограничники сделали предупредительный выстрел в воздух, после чего неизвестные развернулись обратно в иранскую сторону.

    В ходе разыскных мероприятий на территории заставы был задержан Эльшан Сулейманов (1983 г.р.), который пытался спрятать в кустах четыре пакета с 84 кг 660 г наркотиков.

    Было установлено, что он ранее уже был судим за незаконный оборот наркотических средств.

    Кроме того, был остановлен автомобиль ВАЗ-2107 (19-BE-007), двигавшийся по пограничной территории. Водитель транспортного средства – житель села Биринджи Шахсеван Гянджали Оруджев (1956 г.р.) и пассажиры уроженцы Евлахского района Фаиг Мамедов (1982 г.р.) и Ибрагим Горчузаде (1969 г.р.) признались в том, что приехали сюда за наркотиками.

    По данному факту ведется следствие.





  • Əmrə tabe olmayan sərhəd pozucularına atəş açıldı: Saxlanılanlar var – FOTO

    Sentyabrın 25-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Beyləqan rayonunun 2-ci Şahsevən kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına doğru 3 nəfər şəxsin hərəkəti sərhəd naryadı tərəfindən müşahidə edilib və həmin şəxslərə “dayan” əmri verilərək havaya xəbərdarlıq atəşi açılıb.

    Bu barədə DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.

    Lakin sərhəd naryadının əmrinə tabe olmayan sərhəd pozucuları geriyə İran ərazisinə qaçıblar.

    Həmin ərazidə axtarış tədbirləri keçirilib, axtarış tədbirlərinin nəticəsində kolluqların arasında gizlənən bir nəfər şübhəli şəxs dörd ədəd bağlama ilə birlikdə saxlanılıb. Bağlamalara baxış zamanı içərisində ümumi çəkisi 84 kq 660 qr narkotik vasitəyə oxşar maddələr aşkar olunub.

    Saxlanılan şəxsin 1983-cü il təvəllüdlü Süleymanov Elşən Vaqif oğlu olması və əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə məhkum edilməsi müəyyənləşdirilib.

    Cinayətkar qrupun digər üzvlərinin müəyyənləşdirilməsi istiqamətində keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində sərhədboyu ərazidə hərəkətdə olan “VAZ-2107” markalı, 19-BE-007 dövlət nömrə qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi saxlanılıb.

    Avtomobilin sürücüsü Beyləqan rayonun 1-ci Şahsevən kənd sakini, 1956-cı il təvəllüdlü Orucov Gəncalı Əli oğlu və sərnişinlər Yevlax rayon sakinləri 1982-ci il təvəllüdlü Məmmədov Faiq Fərman oğlu və 1969-cu il təvəllüdlü Qorçuzadə İbrahim İsrail oğlu törətdikləri cinayət əməlini etiraf edərək əraziyə narkotik vasitə götürməyə gəldiklərini bildiriblər.

    Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.





  • В Баку выявлен ресторан, в котором нарушались правила карантина

    Сотрудники Сабунчинского РУП в ходе рейда выявили в ресторане Olympus PUB, расположенном на улице Ш.Камилова, факты нарушения санитарно – эпидемиологических норм, сообщает пресс-служба МВД.

    В отношении трех работников и пяти посетителей объекта общепита были составлены протоколы по статье 211.1 (нарушение противоэпидемического, санитарно-гигиенического и карантинного режима) Кодекса об административных проступках АР.

    Владелец и персонал ресторана были проинформированы о правилах поведения в условиях карантина.

  • Bakıda karantin qaydalarına əməl etməyən restoran aşkarlandı

    Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən rayon ərazisində xüsusi karantin rejimi qaydalarına əməl etməyən, müəyyən olunan vaxtdan kənar, sanitar-epidemioloji normaların pozulması ilə müşayiət olunan restoran aşkar edilib.

    Bununla bağlı Daxili işlər Nazirliyi məlumat yayıb.

    Ş.Kamilov küçəsində yerləşən “Olympus PUB” restoranında sanitar-epidemioloji qaydaları pozan üç işçi və beş müştəri barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə protokollar tərtib olunub.

    Sahibkarlıq obyektinin rəhbəri, xidmət personalı və müştəriləri karantin rejimi qayda və tələbləri barədə məlumatlandırılıb.

  • Naxçıvanda “Arıçılıq məhsulları – bal festivalı” keçirilir

    Bu gün “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində beşinci “Arıçılıq məhsulları – bal festivalı” keçirilir.

    “Report”un məlumatına görə, saat 11:00-dan başlayan festivalda muxtar respublikanın müxtəlif bölgələrində arıçılıqla məşğul olan ailə təsərrüfatları, sahibkarlar arıçılıq məhsulları ilə iştirak edirlər.

  • Trek velosipedi üzrə Bakı kuboku yarışı keçirilib – VİDEO

    Azərbaycan Velosiped İdmanı Federasiyası üç aylıq fasilədən sonra növbəti yarışını keçirib.

    60-a yaxın idmançının qatıldığı trek velosipedi üzrə Bakı Kubokunda yeniyetmə, gənc və U23 Elit kateqoriyasında qalib və mükafatçıların adı açıqlanıb.

    Turnir gələn həftə keçiriləcək şosse velosipedi üzrə Azərbaycan çempionatına hazırlıq məqsədi daşıyıb.

    Qeyd edək ki, sözügedən turnir AzVİF-in bu il keçirdiyi sayca üçüncü yarış olub.

  • Полад Бюльбюльоглу встретился с губернатором Санкт-Петербурга

    25-26 сентября чрезвычайный и полномочный посол Азербайджана в России Полад Бюльбюльоглу посетил Санкт-Петербург и в рамках визита встретился с губернатором города Александром Бегловым, сообщили АПА в пресс-службе азербайджанской дипмиссии.

    На встрече были обсуждены вопросы, связанные с подготовкой к участию АР в IX Санкт-Петербургском международном культурном форуме, который пройдет 12-14 ноября текущего года.

    Азербайджан будет представлен на мероприятии в статусе страны – гостя.

    Также состоялся обмен мнениями по дальнейшему развитию гуманитарно – культурных связей, экспорту сельскохозяйственной продукции в Санкт-Петербург и другим вопросам, представляющим взаимный интерес.

  • Polad Bülbüloğlu Sankt-Peterburqun qubernatoru ilə görüşüb

    25-26 sentyabr tarixlərində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu Sankt-Peterburqa səfər edib və səfər çərçivəsində qubernator Aleksandr Beqlovla görüşüb.

    Bu barədə Azərbaycanın Rusiyadakı səfirliyinin mətbuat xidməti məlumat yayıb.

    Məlumata görə, görüşdə başlıca olaraq Azərbaycan Respublikasının cari ilin 12-14 noyabr tarixlərində keçiriləcək IX Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumunda iştirakına hazırlıqla bağlı məsələlər müzakirə edilib. Məlum olduğu kimi, Azərbaycan bu ilki forumda “qonaq ölkə” xüsusi statusu ilə iştirak edəcək.

    Həmçinin humanitar-mədəni əlaqələrin daha da inkişaf etdirilməsi, ölkəmizdən Sankt-Peterburqa kənd təsərrüfatı məhsullarının ixracı və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

  • Завтра в Азербайджане будет до 30 градусов тепла

    Национальная служба гидрометеорологии Министерства экологии и природных ресурсов обнародовала прогноз погоды в Азербайджане на 27 сентября.

    В Баку и на Абшеронском полуострове ожидается погода без осадков, умеренный северо-восточный ветер.

    Температура воздуха на Абшероне составит ночью 17-19, днем – 23-26, в Баку ночью – 17-19, днем – 24-26 градусов тепла.

    Атмосферное давление повысится с 761 до 766 мм ртутного столба, относительная влажность ночью – 60-70%, днем – 40-45%.

    В некоторых северных и западных районах Азербайджана завтра днем прогнозируются грозы, дожди, местами ливни, град, на остальной территории страны ожидается погода без осадков, восточный ветер.

    Температура воздуха составит ночью 14-18, днем – 25-30, в горах ночью – 7-12, днем – 14-18 градусов тепла.

  • Sabahın hava proqnozu açıqlandı

    Sabaha gözlənilən hava şəraiti açıqlanıb.

    Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sentyabrın 27-də Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək.

    Havanın temperaturu Abşeron yarımadasında gecə 17-19, gündüz 23-26, Bakıda gecə 17-19, gündüz 24-26 dərəcə isti olacaq. Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz olacaq.

    Sentyabrın 27-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 14-18, gündüz 25-30, dağlarda gecə 7-12, gündüz 14-18 dərəcə isti olacaq.