Month: September 2020

  • Вкладчики ликвидируемых в Азербайджане банков получили компенсации на более чем 535 млн манатов

    Вкладчики AtaBank, Amrah Bank, NBC Bank и AGBank получили компенсации по застрахованным вкладам в размере 535 570 027 манатов, сообщает Фонд страхования вкладов (ADIF).

    В информации отмечается, что для 9 121 вкладчика AtaBank эта сумма составила 211 746 719 манатов, для 5 553 вкладчиков Amrah Bank – 132 039 095 манатов, для 4 087 вкладчиков AGBank – 78 725 851 манат, для 3 905 вкладчиков NBC Bank – 113 058 362 маната.

    Выплаты по AtaBank и Amrah Bank осуществляются безналичным способом в 35 филиалах ОАО Kapital Bank. Банком – агентом для выдачи компенсаций по застрахованным вкладам в ОАО AGBank и ОАО NBC Bank является ОАО “Международный банк Азербайджана” (МБА). В этом процессе задействованы 20 его филиалов.

  • Əmanətçilərə 535 milyondan çox vəsait geri qaytarılıb

    Əmanətlərin Sığortalanması Fondu (ADIF) 2020-ci ilin aprel-may aylarında müflis elan olunan “Atabank”, “Amrah Bank”, “AGBank” və “NBC Bank” ASC-lərin 22 min 666 qorunan əmanətçisinə 535 milyon 570 min 027 manat kompensasiya ödəyib.

    Bu barədə fonddan məlumat verilib.

    Həmin məbləğ banklar üzrə qorunan əmanətçilərə ödəniləcək ümumi kompensasiyanın 80 faizini təşkil edir.

    Belə ki, “Atabank” ASC üzrə 9 min 121 əmanətçi 211 milyon 746 min 719 manat , “Amrah Bank” ASC üzrə 5 min 553 əmanətçi 132 milyon 039 min 095 manat, “AGBank” ASC üzrə 4 min 087 əmanətçi 78 milyon 725 min 851 manat, “NBC Bank” ASC üzrə isə 3 min 905 əmanətçi 113 milyon 058 min 362 manat kompensasiya alıb.

    “Atabank” və “Amrah Bank”ın əmanətçilərinə kompensasiyaların ödənilməsinə 1 iyun 2020-ci il tarixindən başlanılıb və kompensasiyalar nağdsız qaydada “Kapital Bank” ASC-nin adlı debet kartları və “Xəzri” sürətli pul köçürmə sistemi vasitəsilə 35 filialda ödənilir.

    “AGBank” və “NBC Bank”ın əmanətçilərinə kompensasiyaların ödənilməsinə isə 16 iyun 2020-ci il tarixindən başlanılıb və kompensasiyalar nağdsız qaydada “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin adlı debet kartları vasitəsilə 20 filialda ödənilir.

    “Əmanətlərin sığortalanması haqqında” qanuna əsasən, ADIF əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir.

  • İşsizlikdən sığorta ödənişinin təyinatı ilə bağlı YENİLİK

    Bundan sonra işəgötürənin ləğvi və ştatın ixtisarı nəticəsində işdən azad olunan şəxslərlə yanaşı müddətli əmək müqaviləsinin bitməsi nəticəsində işsiz qalan şəxslərin də işsizlikdən sığorta ödənişi almaq hüququ yarana bilər.

    Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “İşsizlikdən sığorta haqqında” Qanuna edilən dəyişiklik barədə dərc etdiyi məlumatda qeyd olunub.

    Belə ki, bu işsiz şəxslərin sosial müdafiəsinin gücləndirilməsinə və işsizlikdən sığorta ödənişlərinin əhatə dairəsinin genişləndirilməsinə yönələn addımdır.

    İşsizlikdən sığorta ödənişi üçün müraciət etmək istəyən şəxslərin ilk olaraq “Məşğulluq” altsistemində (və ya müvafiq məşğulluq mərkəzinə müraciət etməklə) qeydiyyatdan keçməsi tələb olunur. Şəxs üçün münasib iş tapmaq mümkün olmadıqda ona işsiz statusu verilir və şəxs işsiz kimi qeydiyyata alındıqdan sonra sistemdə yerləşdirilmiş ərizəni təsdiq edir. Şəxsin müraciətinə 10 gün ərzində baxılır və sığorta ödənişinin təyin və ya imtina edilməsi barədə qərar çıxarılaraq bu barədə məlumat onun elektron kabinetində yerləşdirilir və (və ya) qeyd edilmiş mobil telefon nömrəsinə bildiriş göndərilir.

    İşsizlik sığorta ödənişləri iki halda təyin edilir:

    – Dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi, işçilərin sayı və ya ştatların ixtisar edilməsi əsasında əmək müqaviləsinə xitam verilmiş şəxslər – ən azı bir il sığorta stajı olduqda,

    – Əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar əmək müqaviləsinə xitam verilmiş şəxslər işsizliyin başlanmasından əvvəlki ardıcıl gələn 36 təqvim ayı ərzində müddətli əmək müqaviləsi üzrə ən azı 35 ay sığorta stajı olduqda.

    İşsizlikdən sığorta ödənişinin hesablanması qaydası isə aşağıdakı şəkildə aparılır:

    -Dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi, işçilərin sayı və ya ştatların ixtisar edilməsi əsasında əmək müqaviləsinə xitam verilmiş şəxslər üçün sığorta ödənişi sığorta stajından asılı olmayaraq itirilmiş orta aylıq əməkhaqqının 50 faizi məbləğində,

    -Əmək müqaviləsinin müddətinin bitməsi əsasında əmək müqaviləsinə xitam verilmiş şəxslər üçün isə işsiz kimi qeydiyyata alındığı tarixdən üç ay sonra – minimum aylıq əməkhaqqı məbləğində üç ay müddətində ödənilməsi nəzərdə tutulur.

    Qeyd edək ki, qanuna edilimiş yeni dəyişikliyə əsasən işsizlikdən sığorta ödənişinin avtomatlaşdırılmış təyinatı mexanizminin yaradılması nəzərdə tutulub. Bu da işsiz şəxslərin müxtəlif sənədlər toplamasına və bu sənədlərlə hansısa quruma müraciət etməsinə ehtiyacı aradan qaldıraraq, avtomatlaşdırılmış qaydada işsizlikdən sığorta ödənişinin təyinatına imkan verəcək.

  • Əlavə dərs vəsaitlərinin tələbi ilə bağlı valideynlərin şikayətlərinə RƏSMİ CAVAB

    Valideynlər məktəblərdə tədris üçün nəzərdə tutulan dərsliklərlə yanaşı, tələb olunan əlavə vəsaitlərdən narazılıq edirlər.

    Bu barədə bir qrup valideyn tərəfindən Oxu.Az-ın redaksiyasına şikayət ünvanlanıb. Valideynlər iddia edir ki, məktəblərdə müəllimlər riyaziyyat fənninin tədrisində Təhsil Nazirliyinin tədris prosesi üçün təsdiq etdiyi kitablardan əlavə vəsaitlərin alınmasını tələb edirlər:

    “Söhbət Mübariz Namazovun riyaziyyat kitabçasından gedir. Sözügedən kitabın bu qədər önəmli olmasının və məcburi qaydada şagirdlərə aldırılmasının səbəbi nədir? Hər il yeni nəşrinin alınmasını istəyirlər. Əgər M.Namazovun hazırladığı dərslik Təhsil Nazirliyinin tədris üçün təsdiq etdiyi riyaziyyat kitablarından daha effektlidirsə, onu da kitaba əlavə etsinlər. Valideynlərin maddi durumu həmin əlavə vəsaitləri almağa imkan vermir”.

    Məsələ ilə bağlı Təhsil Nazirliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, “Ümumi təhsil haqqında Azərbaycan Respublikasının Qanunu”na əsasən dövlət və bələdiyyə ümumi təhsil müəssisələrində təhsilalanlar dərsliklərlə dövlət hesabına təmin olunurlar:

    “Dərsliklərdə kifayət qədər tapşırıq var ki, onların yazı dəftərində həll edilməsi ilə mövcud təhsil proqramının mənimsənilməsini həyata keçirmək mümkün olur. Lakin bununla belə ümumi təhsil müəssisəsi təhsil proqramında nəzərdə tutulan standartların reallaşdırılması üçün dərslikdən başqa digər tədris vasitələrindən də istifadə edə bilər. Valideynlər öz maddi vəziyyətlərinə uyğun olaraq övladlarının istifadə etməsi üçün digər vəsaitlər kimi (planşet, rəngli kağız, plastilin, flomaster, karandaş, albom, bloknot və s.) ümumi təhsil müəssisəsi tərəfindən tövsiyə edilən tədris vasitələrini də istədikləri halda ala bilərlər.

    Amma bununla yanaşı onu da bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2020-ci il tarixli 67 nömrəli qərarı ilə təsdiqlənən “Ümumi təhsil müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin hazırlanması Qaydası”na əsasən dövlət ümumi təhsil müəssisəsi dərslikdən başqa hər hansı tədris vasitəsini daxili istifadəyə tövsiyə etməzdən əvvəl onu pedaqoji şuranın qərarı ilə təsdiqləməlidir. Məktəbin pedaqoji şurası tərəfindən təsdiq edilməyən tədris vasitələri hətta valideynlərin öz istəkləri ilə könüllü alındığı təqdirdə belə tədris prosesinə buraxıla bilməz”.

  • В Украине объявили траур по погибшим в крушении Ан-26

    Президент Украины Владимир Зеленский объявил 26 сентября днем траура в стране в связи с крушением Ан-26 в Харьковской области, соответствующий указ глава государства подписал в субботу, сообщает РИА Новости.

    “В связи с трагедией, произошедшей в результате катастрофы военного самолета Ан-26 во время плановых учебных полетов 25 сентября вблизи г. Чугуева Харьковской области и приведшей к гибели военнослужащих Воздушных сил ВС Украины, с целью чествования памяти погибших постановляю: объявить в Украине 26 сентября днем траура”, – говорится в документе.

    Согласно указу, на всей территории Украины должны быть приспущены государственные флаги на зданиях органов государственной власти, местного самоуправления, государственных предприятий, учреждений и организаций. Все развлекательно – концертные мероприятия должны быть отменены, а в программы теле- и радиопередач – внесены соответствующие изменения.

    Глава государства подчеркнул необходимость оперативного выяснения причин авиакатастрофы и проведения объективного и беспристрастного расследования.

    * * * * *

    Правительство Харьковской области Украины объявило 26 сентября днем траура по погибшим в авиакатастрофе с самолетом Ан-26, которая произошла вблизи города Чугуев. Об этом сообщается на сайте региональной администрации.

    На территории всего региона будут приспущены государственные флаги, говорится в распоряжении, которое подписал глава областной администрации Алексей Кучер. Рекомендовано отменить развлекательные и спортивные мероприятия, а также изменить программу передач на телевидении и радио.

    Самолет Ан-26 разбился в Харьковской области 25 сентября. Крушение произошло во время учебного полета на расстоянии 2 км от военного аэропорта, после чего борт загорелся. Возможной причиной катастрофы стал отказ двигателя.

    В самолете находились военные летчики и курсанты Харьковского национального университета Воздушных сил имени Ивана Кожедуба. Всего на борту было 27 человек: 20 курсантов и семь членов экипажа. По последним данным, из них погибли 25.

  • Ukraynada dövlət bayraqları endirilib

    Ukraynanın Xarkov Regional Dövlət Administrasiyasının rəhbəri Aleksey Kuçer ötən gün “An-26” hərbi təyyarəsinin qəzaya uğramasına görə 26 sentyabr tarixini matəm günü elan edib.

    Bu barədə müvafiq qərar yerli hakimiyyət qurumunun saytında dərc olunub.

    Bildirilir ki, çoxsaylı insan ölümü ilə əlaqədar bu gün Ukraynanın Xarkov əyalətində bütün inzibati binalarda dövlət bayraqları endiriləcək.

    Qeyd edək ki, Ukraynada “An-26” hərbi təyyarəsinin Xarkov əyalətinin Çuquev şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində 25 nəfər həlak olub, iki nəfər xəsarət alıb.

  • Госагентство автодорог Азербайджана предупредило водителей

    В Баку 26-27 сентября частично ограничат движение транспорта на участке дороги Баладжары-Бинагади, примыкающем к Бинагадинскому шоссе, что связано с проведением ремонтных работ. Об этом сообщает Государственное агентство автодорог Азербайджана.

    Чтобы не допустить возникновения заторов, водителям рекомендуется использовать альтернативные маршруты.

  • Agentlik sürücülərə müraciət etdi: “Alternativ yollardan istifadə edin”

    Təmir işləri ilə əlaqədar Biləcəri-Binəqədi yolunun Binəqədi şosesinə birləşən hissəsində sentyabr ayının 26 və 27-i hərəkət qismən məhdudlaşdırılacaq.

    Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

    Sürücülərdən sözügedən ərazidə sıxlıq yaranmasın deyə öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

  • Ali məktəblərdə boş qalan yerlərin siyahısı dərc olunub

    Dövlət İmtahan Mərkəzi “Abituriyent” jurnalının 8-ci nömrəsini nəşr edib.

    Bu barədə mərkəzdən məlumat verilib.

    Bildirilib ki, “Abituriyent” jurnalının 8-ci nömrəsində 2020/2021-ci tәdris ili üçün Azәrbaycan Respublikasının ali təhsil müəssisələrinin boş qalan yerlərinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma qaydası, ali təhsil müəssisələrinin boş qalan yerləri olan ixtisaslar, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə dövlət sifarişi ilə tələbə qəbulunun proqnozu və digər zəruri məlumatlar Azərbaycan və rus dillərində təqdim olunub.

  • Ölkədə 227 min abonentin su sayğacı yoxdur – RƏSMİ

    Hazırda “Azərsu” ASC-nin 1 milyon 523 min əhali abonentinin 227 mini sayğacla təmin olunmayıb.

    Bu sözləri Oxu.Az-a açıqlamasında “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.

    Onun sözlərinə görə, su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020–2022-ci illər üçün tədbirlər planında bu illər ərzində bütün abonentlərin 100 faiz su sayğacları ilə təmin edilməsi tapşırığı verilib:

    “Abonent bazasının məlumatlarına əsasən 227 min əhali qrupuna aid abonentə hesabat Tarif Şurasının təsdiqlədiyi normativə uyğun verilir. Bu o deməkdir ki, bu gün Azərbaycanda 227 min abonentin su sayğacı yoxdur. Onların da 113 mini Abşeron yarımadasının, 114 mini isə regionların payına düşür. Əhali abonentlərin sayğaclarla təmin edilməsi dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilir və bununla bağlı hökumətə müraciət edilib. Eyni zamanda bu gün istismarda olan təxminən 127 min su sayğacı istismar müddətini başa vurub. Onların da dəyişdirilməsinə ehtiyac var”.