Month: September 2020

  • DTX tərəfindən tutulan Nurupaşa Abdullayev və İlqar Əliyev həbsdən buraxıldılar

    Səbail Rayon Məhkəməsində Xarici İşlər Nazirliyinin (XİN) Konsulluq İdarəsinin Konsulluq-hüquq şöbəsinin rəisi Nurupaşa Abdullayevin barəsində seçilən həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə müdafiəçilərin verdiyi vəsatətə baxılıb.

    “Report” xəbər verir ki, hakim Şəhla Süleymanovanın sədrlik etdiyi iclasda qərar qəbul edilib.

    Qərara əsasən, vəsatət təmin edilib və onun barəsindəki həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilib.

    Həmçinin Konsulluq məsələləri və sənədlərin təsdiqi şöbəsinin üçüncü katibi İlqar Əliyev barəsində də qərar verilib. Qərara əsasən, vəsatət təmin edilib və İ.Əliyev ev dustaqlığına buraxılıb.

  • BP-də işləyən ərini qısqanclığa görə öldürübmüş

    “BP-Azərbaycan” şirkətində işləyən əri Araz Sofiyevi öldürməkdə təqsirli bilinən Rəna Sofiyevanın məhkəməsi başlayır.

    “Qafqazinfo”nun verdiyi xəbərə görə, ötən ilin iyulunda törədilən qətlin cinayət işi üzrə istintaq yekunlaşaraq iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmə prosesi hakim Əfqan Hacıyevin sədrliyi ilə keçiriləcək. Hələ ki, ilkin hazırlıq iclasının vaxtı təyin olunmayıb.

    Qeyd edək ki, 2019-cu il iyulun 7-də gecə saat 03 radələrində Suraxanı rayonunda baş verən qətl hadisəsi çox müəmmalı halları ilə yadda qalıb. Belə ki, 40 yaşlı Araz Sofiyev divanda yatdığı yerdə 17 bıçaq zərbəsi ilə qətlə yetirilib. Kənd təsərrüfatı texnikasının tədarükündə ixtisaslaşan 4S şirkətinin rəhbər müavini işləmiş Rəna Sofiyeva isə iki naməlum şəxsin evə girərək onlara hücum etdiyini bildirib. R.Sofiyeva həmin şəxslərin ona da xəsarət yetirdiyini bildirib və deyib ki, həmin şəxslər ərinin onlara borclu olduğunu deyiblər. Qadının sözlərinə görə, daha sonra həmin şəxslər Rəna Sofiyevadan 4.800 dollar alaraq hadisə yerindən qaçıblar.

    Lakin 17 bıçaq zərbəsi alan ərin yanındakı qadına sadəcə cızıq xəsarəti yetirilməsi istintaqı aparan müstəntiqdə şübhə yaradıb. Araşdırma zamanı Araz Sofiyevin heç kimə borclu olmadığı məlum olub. Cinayət törədilən zaman evdə olan Rəna Sofiyevanın anası və 15 yaşlı oğlu isə yatdıqları üçün heç nə eşitmədiklərini deyiblər. Ətrafdakı müşahidə kameralarında isə yalnız 1 nəfərin küçədən keçdiyi görünüb.

    İstintaq Araz Sofiyevi həyat yoldaşı Rəna Sofiyevanın öldürdüyü qənaətinə gəlib. Onun barəsində rayon məhkəməsi həbs qətimkan tədbiri seçsə də, qadın cinayəti etiraf etməyib. Araşdırma zamanı məlum olub ki, cütlük boşanma ərəfəsində olub, son zamanlar aralarında tez-tez ailədaxili münaqişələr yaranırmış. Məhkəmə ekspertləri mərhum Araz Sofiyevin qanında hücuma müqavimət göstərilməsinin qarşısını almaq üçün istifadə olunan trankvilizator tərkibi tapıblar.

    İstintaqın gedişatında Rəna Sofiyeva cinayəti qısqanclıq zəminində törətdiyini etiraf edib. O, ərini yatarkən öldürdüyünü bildirib.

    Xatırladaq ki, Araz Sofiyev “BP-Azərbaycan”, “Baltika-Bakı” və “Aqrovest İMP” şirkətlərində müxtəlif vəzifələrdə işləyib. Rəna Sofiyeva isə qətl törədilən müddətdə “Meqa Studio” dizayn şirkətində çalışıb.

    2003-cü ildə ailə həyatı quran cütlüyün 2005-ci il təvəllüdlü oğlu olub.

    ***

    Suraxanı rayon Prokurorluğu da qətllə bağlı məlumat yayıb:

    “7 iyul 2019-cu il tarixdə Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində Araz Sofiyevin yaşadığı evdə çoxsaylı bıçaq zərbələri ilə qəsdən öldürülməsi faktı ilə bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1 (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələri ilə cinayət işinin istintaqı aparılıb.

    İstintaqla Rəna Sofiyevanın əri Araz Sofiyevə psixotrop maddəni naməlum üsulla qəbul etdirməklə onu halsız vəziyyətə gətirib, özünü müdafiə etmək qabiliyyətinin olmamasına əmin olduqdan sonra istintaqa məlum olmayan şəxslə (və ya şəxslərlə) birlikdə kəsici-deşici alətlərlə yatdığı üçün aşkar surətdə köməksiz vəziyyətdə olan ərinə qarşı müstəsna dərəcə də amansızlıq və qəddarlıq nümayiş etdirərək qeyd olunan alətlərlə, eləcə də bərk küt əşya ilə çoxsaylı zərbələr vurmaqla öldürmələrinə əsaslı şübhələr müəyyən edilib.

    Cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilmiş, hadisə yerinə və meyitə baxış keçirilmiş, maddi sübutlar götürülmüş, şahidlər dindirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

    Rəna Sofiyeva Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    Həmçinin, Rəna Sofiyeva ilə qabaqcadan əlbir olan şəxs və ya şəxslərin müəyyən edilərək istintaqa cəlb edilməsi məqsədilə həmin cinayət işinin materiallarından Cinayət Məcəlləsinin eyni maddələri ilə cinayət işi ayrıca icraata ayrılmaqla iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

    Rəna Sofiyevanın təqsirləndirilməsinə dair cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib”.

  • Мерал Конрат отреагировала на сообщение о госпитализации Фахреддина Манафова

    Турецкая актриса Мерал Конрат отреагировала на информацию о недавней госпитализации народного артиста Азербайджана Фахреддина Манафова в связи с ухудшением состояния здоровья.

    “Я не знала об этом. Вы первые, кто мне об этом сообщил”, – сказала она Moderator.az.

    Мерал Конрат пожелала своему азербайджанскому коллеге скорейшего выздоровления.

    Отметим, что она и Ф.Манафов сыграли главные роли в фильме “Тахмина”.

  • Fəxrəddin Manafovun xəstəlik xəbərinə “Təhminə”dən reaksiya

    Xəbər verdiyimiz kimi Xalq artisti Fəxrəddin Manafov bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilib və daha sonra evə buraxılıb.

    Moderator.az aktyorun həmkarı, “Təhminə” filmində birgə oynadığı türkiyəli aktrisa Meral Konratla əlaqə saxlayıb.

    Meral Konrat açıqlamasında aktyorun səhhətindən xəbərsiz olduğunu bildirib:

    “Vallah xəbərim yoxdur, indi sizdən eşidirəm. Allah şəfa versin, keçmiş olsun. Necədir? Yaxşıdırmı? Fəxrəddini görsəniz mənim adımdan keçmiş olsun deyərsiz. Bir xəbər olsa mənə də bildirin”, – deyə aktrisa söyləyib.

    Qeyd edək ki, aktyorun xəstə olduğu xəbərini müalicə aldığı klinika təsdiqləsə də, hazırda sağlamlıq vəziyyəti qaydasında olan Fəxrəddin Manafov telefon zənglərinə cavab vermir.

  • Армяне продолжают нарушать режим прекращения огня

    Подразделения вооруженных сил Армении, используя крупнокалиберные пулеметы и снайперские винтовки, в течение суток нарушили режим прекращения огня в различных направлениях фронта 48 раз.

    Об этом сообщает пресс-служба Минобороны Азербайджана.

    С позиций в селах Паравакар, Неркин Кармирахбур, Айгепар, Мосесгех, Чинари, Айгедзор Бердского и в селе Джил Чамбаракского районов Армении подверглись обстрелу расположения азербайджанской армии в селах Гаджаллы, Алибейли, Агдам, Коханеби, Асрик Джырдахан, Агбулаг, Мунджуглу Товузского и на безымянных высотах на территории Гедабейского районов.

    Оборонное ведомство отмечает, что обстрел также велся с позиций, расположенных близ оккупированных сел Новрузлу, Юсифджанлы, Мерзили – Агдамского, Гараханбейли, Горадиз – Физулинского и на безымянных высотах на территории Геранбойского и Тертерского районов.

  • Müdafiə Nazirliyi cəbhədəki son vəziyyəti açıqladı

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 48 dəfə pozub.

    Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

    Ermənistan Respublikası Berd rayonunun Nerkin Karmirağbur, Ayqepar, Mosesqex, Çinari və Ayqedzor kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Hacallı, Əlibəyli, Ağdam, Koxanəbi, Əsrik Cırdaxan, Ağbulaq və Muncuqlu kəndlərində, Çəmbərək rayonunun Cil kəndində yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

    İşğal altında olan Ağdam rayonunun Novruzlu, Yusifcanlı, Mərzili, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz kəndləri yaxınlığında, həmçinin Goranboy və Tərtər rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

  • Глава аппарата Коллегии адвокатов назначен на новую должность

    Глава аппарата Коллегии адвокатов Азербайджана Фархад Наджафов с 1 ноября станет советником председателя объединения. Об этом он сообщил Report.

    “До этого дня я продолжу руководить аппаратом”, – сказал Ф.Наджафов.

    Юрист также опроверг сообщения о своем увольнении.

  • Vəkillər Kollegiyasının Aparat rəhbərinə yeni vəzifə verildi

    “Noyabr ayının 1-dən etibarən fəaliyyətimi Vəkillər Kollegiyası sədrinin müşaviri vəzifəsində davam etdirəcəyəm”.

    Bunu “Report”a Vəkillər Kollegiyasının Aparat rəhbəri Fərhad Nəcəfov deyib.

    O bildirib ki, həmin vaxtadək Vəkillər Kollegiyasının Aparat rəhbəri kimi qalır və vəzifədən çıxarılmağı barədə yayılan məlumatlar doğru deyil.

  • Ağdaşda 6 otaqlı evdə yanğın

    Ağdaş rayonunun Mürsəl kəndində yanğın olub.

    Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, ümumi sahəsi 288 kvadrat metr olan bir ailənin məskunlaşdığı birmərtəbəli 6 otaqlı tikilinin dam örtüyünün yanar konstruksiyaları 48 kv.m sahədə və 1 otağına yığılan 12 ton ot bağlamasının 3 tonu yanıb.

    Tikilinin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • В центре Баку иномарка врезалась в магазин – ФОТО

    В Баку на пересечении улицы 28 Мая с проспектом Азадлыг столкнулись Mersedes и Toyota Prius, сообщает корреспондент Oxu.Az.

    От удара водитель второго автомобиля потерял управление, и транспортное средство врезалось в магазин.

    Пострадавших нет.