Month: September 2020

  • Ötən il 40 min pakistanlı Azərbaycana gəlib – RƏSMİ AÇIQLAMA

    Fəaliyyətim müddətində iqtisadi əlaqələri daha da gücləndirmək əsas prioritet olacaq”.

    Median.Az xəbər verir ki, Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee brifinqdə deyib.

    “İki ölkə arasında əlaqələr yüksək səviyyədədir. İki ölkə arasında iqtisadi münasibətlərin daha da inkişaf etdirilməsi üçün böyük potensial var. Müxtəlif sahələr var ki, burda iqtisadi əməkdaşlıq üçün imkanlar genişdir. Pakistanın dərman şirkətləri Azərbaycan bazarına töhfə verə bilər. Bildiyiniz kimi, dünya pandemiya ilə mübarizə aparır və ölkəmizdə bəzi dərman şirkətləri var ki, onlar virusun müalicəsində istifadə olunan dərmanlar istehsal edir. Digər bir sahə turizmlə bağlıdır. Ötən il 40 min pakistanlı Azərbaycana səyahət edib. Turizm sahəsində əməkdaşlıq üçün geniş imkanlar var. Pakistanla Azərbaycanın təbiəti, tarixi yerləri qarşılıqlı olaraq vətəndaşlar üçün cəlbedicidir. Təhsil sahəsində əməkdaşlıq üçün imkanlar var. Pakistanda aparıcı universitetlər var və tələbə mübadiləsi çərçivəsində azərbaycanlı tələbələr bu universitetlərdə təhsil ala bilər”, – deyə səfir deyib.//konkret.az

  • Alimlərdən İNQİLABİ KƏŞF

    Rusiyada universal təbii antibiotik tapılıb.

    Median.Az xəbər verir ki, kəşfi Tümen Dövlət Universitetinin elm adamları edib.

    Təbii antibiotikin patogenlərin dərmanlara qarşı müqavimətini aradan qaldırdığı bildirilir.

    Tapıntı inqilabi səviyyədə ixtira hesab olunur.

    Araşdırma məqaləsi “Applied Biochemistry and Microbiology” dərgisində yayımlanıb. Dərginin yazarları tapılan maddənin bakteriya və göbələklərin insan və heyvanlarda yol açdığı infeksion xəstəliklərin bir çoxu ilə effektiv şəkildə mübarizə aparılmasına töhfə verəcəyini bildirir.//publika.az

  • Bakıda 35 yaşlı kişi bıçaqlandı

    Bakıda bıçaqlanma hadisəsi baş verib.

    “Report”un məlumatına görə, hadisə Nizami rayonunda qeydə alınıb.

    8 Km ərazisində 35 yaşlı Nizami Abdullayev naməlum şəxs tərəfindən bıçaqlanıb.
    Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.

  • Ukraynada hərbi təyyarə qəzaya uğrayıb

    Ukraynanın Xarkov vilayətinin Çuguev şəhəri yaxınlığında “An-26” tipli hərbi təyyarə qəzaya uğrayıb.

    Median.Az“RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ukraynanın Müdafiə Nazirliyindəki mənbə bildirib.

    Məlumata görə, təyyarənin göyərtəsində kursantların olduğu bildirilir.

  • Türkiyədə son sutkada daha 73 nəfər koronavirusdan ölüb

    Türkiyədə son sutka ərzində koronavirusdan 73 nəfər ölüb.

    APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin “covid19.saglik.gov.tr” saytında yazılıb.

    Qeyd olunub ki, son 24 saatda 112 885 şübhəli koronavirus testindən keçib, onlardan 1665-nin cavabı pozitiv çıxıb, 1318 xəstə isə sağalaraq evə buraxılıb. Ağır xəstə sayı isə 1601 nəfərdir.

    Türkiyədə ümumilikdə 311 455 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 273 282 nəfər sağalıb, 7858 nəfər ölüb.

  • Bakıda üç nəfəri avtomobil vurub

    Paytaxtın ayrı-ayrı üç rayonunun ərazisində yol nəqliyyat hadisələri baş verib.

    APA xəbər verir ki, hadisə Qaradağ, Nəsimi, Nərimanov rayonlarında qeydə alınıb.

    Şamaxı-Müşfiqabad yolunun Qaradağ rayonu ərazisinə düşən hissəsində 1991-ci il təvəllüdlü Mərdanova Günel Müşfiq qızı yolu keçərkən onu maşın vurub.

    Metronun “20 Yanvar” stansiyasının yaxınlığına yolun piyadalar üçün müəyyən edilməmiş hissəsində 1966-cı il təvəllüdlü Seyidova Şəmsiyyə Məhiyyədin qızını avtomaşın vurub.

    Metronun “Koroğlu” stansiyasının yaxınlığında, Nərimanov rayonunda isə 1985-ci il təvəllüdlü Babayev Soltan Qurbanəli oğlu avtobus dayanacağında dayanarkən onu avtomobil vurub.

    Yaralılar xəstəxanaya yerləşdirilib.

  • TRT World представил документальный фильм “Сын гор”, повествующий о Карабахской войне – ВИДЕО

    Влиятельный турецкий телеканал TRT World показал очередной документальный фильм о тяжелых последствиях армяно-азербайджанского конфликта для жизни людей.

    В фильме на фоне сложного жизненного пути заместителя председателя азербайджанской общины Нагорно-карабахского региона Азербайджана, профессора Университета АДА Гюльмамеда Мамедова, повествуется о лишениях и страданиях, с которыми столкнулись азербайджанские вынужденные переселенцы.

    Отметим, что Г.Мамедов стал вынужденным переселенцем из Лачинского района. Впервые сев за парту в 14 лет, он, несмотря на все трудности, добился больших успехов в учебе. Поступив на факультет физики Бакинского государственного университета, он продолжил образование в Италии, а затем в престижном Сиракузском университете в США, где дослужился до звания доктора наук, профессора.

    В документальном фильме “Dağlar oğlu” (“Сын гор”), предусмотренном для англоязычной аудитори, Г. Мамедов во всех контекстах объясняет, что армяно-азербайджанский конфликт привел к серьезным последствиям, оставив печальные следы в жизни людей.

    Съемки фильма проходили в Баку, а также в местах проживания вынужденных переселенцев в Агджабединском и Дашкесанском районах.

  • “TRT World” Qarabağ müharibəsindən bəhs edən “Dağlar oğlu” sənədli filmini təqdim edib – VİDEO

    Dünyanın nüfuzlu televiziya kanalı “TRT World” Ermənistan-Azərbaycan münaqişəsinin insanların həyatına vurduğu ağır zərbələrdən bəhs edən daha bir sənədli film yayımlayıb.

    Filmdə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının sədr müavini, ADA Universitetinin professoru Gülməmməd Məmmədovun keşməkeşli həyatı fonunda azərbaycanlı məcburi köçkünlərin üzləşdikləri məhrumiyyətlərdən, əzablardan danışılır.

    Qeyd edək ki, Gülməmməd Məmmədov Laçın rayonundan məcburi köçkün düşüb. 14 yaşında ilk dəfə parta arxasında əyləşən Gülməmməd Məmmədov bütün çətinliklərə baxmayaraq, təhsildə böyük uğurlar əldə edib. Bakı Dövlət Unversitetinin Fizka fakültəsinə daxil olan Gülməmməd Məmmədov təhsilini İtaliyada, daha sonra isə ABŞ-ın nüfuzlu Sirakuz Universitetində davam etdirərək, elmlər doktoru, professor dərəcəsinə yüksəlib.

    İngilis dilli auditoriya üçün nəzərdə tutulan “Dağlar oğlu” sənədli filmində Gülməmməd Məmmədov Ermənistan-Azərbaycan münaqişəsinin ağır fəsadlara yol açdığını, insanların həyatında kədərli izlər buraxdığını bütün kontekslərdə izah edir.

    Xatrladaq ki, filmin çəkilişləri Bakı şəhəri ilə yanaşı Ağcabədi və Daşkəsən rayonlarında məcburi köçkünlərin yaşadıqları ərazilərdə aparılıb.

  • В Гедабее мужчина ударил ножом бывшую жену

    В Гедабейском районе произошла поножовщина.

    Как передает АПА, инцидент зарегистрирован в селе Дейирмандагы.

    Масимова Зульфия Фаиг гызы (1992 г.р.) была госпитализирована с ножевыми ранениями. Пострадавшая была незамедлительно прооперирована.

    Стало известно, что преступление совершил бывший муж 28-летней женщины.

    В настоящее время устанавливаются причины происшествия.

  • ÜST dünyada koronavirusdan öləcək insanların sayını açıqladı

    Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirus əleyhinə effektiv peyvəndin kütləvi şəkildə əlçatan olmasından əvvəl dünyada COVID-19-dan 2 milyon insanın öləcəyini istisna etmur.

    “Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə təşkilatın Səhiyyə sahəsində fövqəladə vəziyyətlər üzrə proqram direktoru Maykl Rayan keçirdiyi brifinqdə bildirib.

    “Bu, şübhəsizsdir, təsəvvür etmək çətindir, amma bu mümkün deyil. Çünki biz 9 ay ərzində 1 milyon insan itirdik və ən yaxın 9 ayda vaksinin yaranmasına açıq gözlə baxırıq”, – deyə o, vaksinin kütləvi əlçatan olacağına qədər insan ölümlərinin sayının 2 milyona çata biləyinə dair suala cavabında deyib.

    Onun sözlərinə görə, hazırda xüsusən vaksinin maliyyələşdirilməsində, istehsalında və qiymətləndirilməsində problemlər mövcuddur.

    Maykl Rayan eyni zamanda qeyd edib ki, xəstəxanalara yerləşdirilən xəstələr arasında ölüm faizi azalır. Və dünyada insanların ölmələrinə yol verməmək üçün əvvəlki doqquz aydan dərs götürmək imkanları var.