Month: September 2020

  • Yusif İldırımzadənin qaynının qəsdən öldürülməsi xəbəri təkzib edildi

    “Bəzi kütləvi informasiya vasitələrində guya Xətai rayonunun sabiq prokuroru Yusif İldırımzadənin qaynının qəsdən öldürülməsi ilə bağlı məlumatlar yayılıb”.

    Bu barədə “Report”a Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

    “Tərəfimizdən həmin məlumatlar təkzib olunaraq bildirilir ki, qeyd olunan informasiya həqiqəti əks etdirmir. İstintaqın gedişatı və nəticəsi barədə ətraflı məlumatın verilməsi təmin olunacaq. Kütləvi informasiya vasitələrindən dəqiqləşdirilməmiş məlumatların yayılmaması xahiş olunur” məlumatda bildirilib.

  • Объявлено количество свободных плановых мест в вузах

    Общее количество вакантных мест в вузах Азербайджана составляет 5 751, заявила председатель совета директоров Государственного экзаменационного центра (ГЭЦ) Малейка Аббасзаде.

    По ее словам, 1 762 (русский сектор – 176) из них приходятся на долю I группы специальностей, 3 048 (299) – II, 296 (283) – III, 555 (51) – IV и 90 (5) – V.

    Глава ГЭЦ также отметила, что по II группе ни один абитуриент не набрал выше 200 баллов.

  • Samirə Mustafayeva: Bilirdim ki, pis şərhlər yazacaqlar – FOTO

    Azərbaycan Televiziyasının yeni mövsümdəki yeniliklərindən biri də TV-yə yeni simaları cəlb etmək oldu.
    Onlardan biri də işinin peşəkarı olan teleaparıcı Samirə Mustafayevadır.

    “AzTV Xəbər”in əsas buraxılışının aparıcısı olan S.Mustafayevanın 5 il sonra televiziyaya qayıdışı isə kifayət qədər maraqla qarşılandı.

    AzTV-nin rəsmi “Telegram” kanalı olaraq xanım aparıcından müsahibə alıb.

    Həmin müsahibəni təqdim edirik:

    – Samirə xanım, efir üçün darıxmışdınızmı?
    – Həmişə elə hiss eləmişəm ki, mən televiziyada doğulmuşam. Lakin son 5 il ərzində TV-yə geri dönməyi düşünmürdüm. Bir neçə televiziyadan təkliflər almağıma baxmayaraq, yenidən bu işə başlamağı heç ağlıma da gətirmirdim. Amma AzTV-yə gəldim, efirə çıxdığım an efir üçün nə qədər darıxdığımı hiss etdim. O sevgini, o hissləri təzədən yaşadım.

    – Geridönüş çətin olmadı ki?
    – 2 il idi Azərbaycan Televiziyasının bədii rəhbəri Ranar Musayevlə danışıqlarımız olurdu. Məni TV-yə qayıtmağa razı salmağa çalışırdı. “Yox, yox” deyib razı olmurdum. Amma elə bir məqam yetişdi ki, “yox” baryerini aradan götürməyə qərar verdim.

    – Sirr deyil ki, zahiri görkəminizdə dəyişikliklər etmisiniz. Dəyişiklik etməyə ehtiyac hiss etdiniz, yoxsa…
    – 5 il ərzində heç bir yerdə görünmədiyim üçün zahirimdəki dəyişiklik tamaşaçıya qəribə gəldi. Mən əvvəllər də tez-tez dəyişiklik edirdim. 5 il əvvəl də bir gecə yatıb səhər saçlarını qısa kəsdirən, qara saçı sarı rəngə boyayıb efirə çıxan mən olmuşam. Tamaşaçılar, bəlkə də o dövrləri unudub. Amma illər, aylar insanı dəyişir axı. Bu illər ərzində çox aparıcımız dəyişib. Üzdə olan insanların dəyişdiyini görə-görə gəlmişik deyə bizə qəribə gəlmir. Mən isə uzun müddət heç yerdə görünmədiyim üçün belə bir reaksiya normal qarşılanandır. Dəyişikliyim müzakirə olunubsa, bunun özü belə mənə xoşdur. Bütün bunlar göstərdi ki, tamaşaçı məni unutmayıb. Əslində, məni televiziyaya tamaşaçı qaytardı. Sizə maraqlı bir xasiyyətimi deyim: mən rəsm çəkməklə sakitləşən adamam. Bununla sanki neqativi atıram üzərimdən. Buna görə də efirdə olmadığım illərdə başımı makiyaj etməyi öyrənməklə qatdım, nəsə yaratmağa çalışdım. Şəxsi instaqram səhifəmdə bu tip əl işlərimi paylaşarkən belə “Samirə xanım, efirə nə zaman qayıdırsınız?” yazanların sayı-hesabı olmurdu. İnsanların bu çağırışları məni geri qaytardı. Halbuki əvvəl unudulmaq istəyirdim. Bu 5 ildə mübarizə aparırdım ki, unudulum, yaddan çıxım.Amma tamaşaçım məni geri qaytara bildi.

    -Televiziyaya qayıtmağınıza nə təkan verdi?
    – İyul hadisələri zamanı xəbərləri televizordan izləyəndə hiss etdim ki, mənim yerim evdə – divanda oturmaq deyil. Çox pis olmuşdum. Özümü günahlandırırdım ki, niyə mən öz yerimdə deyiləm. Bu mübarizədə, bu müharibədə düşmənlərimizə qarşı tək səngərdə deyil, bütün sahələrdə bir olmalıyıq, media sahəsi isə xüsusilə diqqətli və birlikdə olmalıdır.

    -Nə üçün məhz Azərbaycan Televiziyası?
    -Azərbaycan Televiziyası həmişə bir məktəb olub. Sanki Azərbaycan televiziya məkanı AzTV-də doğulub. Buraya gələndə elə bildim sanki elə əvvəl də AzTV-də işləmişəm. Çox doğma kollektivi var. Hamı çalışır ki, özümü burada yad hiss etməyim, heç elə hiss etmirəm də.

  • В Загатале неизвестные застрелили домашних животных – ФОТО

    В Загатале неизвестные застрелили домашних животных.

    Житель села Муганлы Расул Мусаев сообщил АПА, что вчера вечером не вернулись с пастбища две коровы, а потом он обнаружил туши животных, которые были застрелены.

    В связи с этим мужчина обратился в полицию.

    По данному факту ведется расследование.

  • Azərbaycanda ölümlə nəticələnən avtomobil qəzasının görüntüləri – ANBAAN VİDEO

    Dünən Biləsuvarda baş vermiş ağır yol-nəqliyyat hadisəsinin görüntüləri yayılıb.

    Video sosial şəbəkələrdə paylaşılıb.

    Hadisə zamanı traktor “Mercedes” markalı minik maşını ilə toqquşub. Qəza zamanı minik avtomobilinin sürücüsü Əfqan Dadaşov ölüb.

    Görüntülərdən qəzanın traktorun dönmə əməliyyatını düzgün yerinə yetirməməsi və minik avtomobilini orta hissədən vurması nəticəsində meydana gəldiyi məlum olur.

    Həmin görüntüləri təqdim edirik:

  • ​​​​​​Gəncədə kişi bir neçə bıçaq xəsarəti alıb

    Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib.

    “Report”un Qərb Mərkəzinin məlumatına görə, yaralı şəxs xəstəxanaya aparılıb.

    Müayinə zamanı onda beş ədəd kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb.

    O, özünə bıçaq xəsarəti yetirdiyini bildirib. Yaralı dərhal cərrahiyyə əməliyyatına götürülüb.

    Hadisənin təfərrüatları araşdırılır.

  • Ukraynada koronavirusun ikinci dalğasının başlandığı elan edildi

    Ukraynada koronavirusun ikinci dalğasının başlandığı rəsmən elan edilib.

    TASS-ın məlumatına görə, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski özü açıqlama edib.

    Onun sözlərinə görə, birinci dalğa dövründə Ukraynada sutka ərzində yoluxma sayı 100-300 olurdusa, hazırda gündəlik 3 000 yoluxma qeydə alınır.

  • Агентство: В Азербайджане в спортзалах предлагают допинг

    В Азербайджане инструкторы спортивных залов склоняют тренирующихся к потреблению допинга. И доля таких потребителей составляет 60% от общего числа.

    Об этом было заявлено на пресс-конференции Азербайджанского национального антидопингового агентства (AMADA).

    28% использующих допинг подтолкнула к этому реклама, а 12% стали принимать стероиды из-за неосведомленности тренеров и врачей.

    Эти данные были получены в результате социологического опроса, проведенного AMADA.

    Выяснилось, что 52% склонных к употреблению допинга – это люди в возрасте 19-28 лет.

  • Sirkə turşusundan zəhərlənən Şəki sakini reanimasiya şöbəsinə yerləşdirilib

    Şəkidə kişi sirkə turşusundan zəhərlənib.

    APA-nın şimal-qərb bürosunun məlumatına görə, bu gün axşam saatlarında Şəki şəhəri, M.Rəsulov küçəsi, ev 75 ünvanında yaşayan Bayram İsa oğlu Paşayev zəhərlənmə əlamətləri ilə rayon mərkəzi xəstəxanasına daxil olub.

    Müayinə zamanı B.Paşayevin yaşadığı ünvanda sirkə turşusundan zəhərləndiyi məlum olub. Hazırda o, reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

  • Azərbaycan nefti bahalaşıb

    CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 23-də 42,46 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,34 dollar/barel çoxdur.

    Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

    FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 41,95 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,35 dollar/barel çoxdur.

    Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 41 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,42 dollar/barel çoxdur.

    Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti 41,44 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,37 dollar/barel çoxdur.