Month: September 2020

  • Elnarə toy görüntülərini klipə çevirdi – VİDEO

    Müğənni Elnarə Xəlilova həyat yoldaşına mahnı və klip həsr edib.

    “Ruh əkizi” adlanan mahnı onların tanışlıqlarının 20 illiyi münasibətilə ərsəyə gəlib.

    Rejissoru Bəhruz Qurbanlı olan klipdə Elnarə və həyat yoldaşı Rövşən Cahangirovun özəl görüntüləri yer alıb. Görüntülərin əksəriyyəti onların toyundandır.

    Mahnının musiqisi Rəşad Bağırova, sözləri Cavid Əhmədova aiddir.

    Xatırladaq ki, Elnarənin həyat yoldaşı telejurnalist Rövşən Cahangirovdur. Cütlüyün dörd övladı var.

  • Старый поселок в новом облике – ВИДЕО

    После Балаханы внимание столичных властей теперь сосредоточено на другом месте у южного въезда в Баку – поселке Бибэйбат. Хотя работы здесь еще не завершены, часть поселка уже отремонтирована.

    Baku Tv подготовил интересный видеосюжет из обновленного Бибиэйбата.

    Поселок с древней историей окрашен в новые цвета – улицы вымощены камнем, появились новые клумбы, на стенах – интересные декорации. Если Балаханы сравнивали с греческим городом Санторини, то Бибиэйбат после реконструкции больше похож на прибрежные города Италии. В работу включены не только визуальные красоты, обновлены фасады зданий и отремонтированы канализационные линии.
    Кроме того, в поселке Бибиэйбат созданы новые рабочие места. Так, планируется создание мастерских различных ремесел.

    По словам представителей исполнительной власти Сабаильского района, на завершающем этапе в поселке будут посажены деревья, установлены скамейки, территория будет полностью очищена и подготовлена для приема как местных, так и иностранных туристов.

    В то же время реконструкционные работы ведутся в ряде других населенных пунктов Баку, таких как Амирджан и Рамана.

  • Bakıda mənzildə iki qadın meyiti tapılıb

    Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli yaşayış massivində iki nəfərin mənzildə köməksiz vəziyyətdə qalmasına əsaslı şübhələr yarandığından giriş qapısının açılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.

    FHN-dən “Report”a verilən məlumata görə, müraciətlə əlaqədar həmin ünvana cəlb olunan Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısının açılmasını təmin ediblər.

    Xilasedicilər polis əməkdaşları ilə birgə mənzilə baxış keçirən zaman orada iki qadın meyiti aşkar ediblər.

    Hər iki meyit aidiyyəti üzrə təhvil verilib.

  • Payız allergiyasından qorunmaq üçün BUNLARI EDİN

    Həkimlər bildirirlər ki, allergiya dedikdə ilk ağlımıza yaz fəsli gəlsə də, payızda da bu kimi hallarla rastlaşa bilirik.

    Günümüzdə allergik rinit və astma kimi xəstəliklərə nəzarət edilə bilir. Bununla mübarizədə ən önəmlisi allergiyaya səbəb olanlardan uzaq durmaqdır.

    Bəs bunun üçün nə etməliyik?

    Milli.Az medicina.az-a istinadən bildirir ki, şəffaf rəngli burun axması, ard-arda asqırma, burun tıxanması, qıcıqlanma şəklində olan öskürək, burunda, damaqda, gözlərdə sulanma və qaşıntı, baş və üz ağrısı, iy və dadbilmə pozuntuları, halsızlıq, yorğunluq, yuxu problemləri, diqqət əksikliyi, dəri quruluğu, bütün bunlar payız allergiyasının göstəriciləri ola bilər.

    Payız allergiyasından qorunmaq üçün bunları edin:

    • Quru və küləkli havada mümkünsə çölə çıxmayın.
    • Soyuq hava və isinmə problemləri səbəbi ilə yaranan rütubətli məkanlarda durmayın.
    • Xüsusi ilə də bağça və torpaq işlərinin görüldüyü bu zamanda, torpağa yerləşmiş göbələklərə və ya kiflərə qarşı tədbirinizi alın. Bağça işlərində əlcək, maska kimi qoruyucu vasitələrdən istifadə edin.
    • Toz allergiyanız varsa, payızda evində, xüsusuilə də günəş almayan otaqlarda kifə qarşı diqqətli olun. Otağı havalandırın. Rəngləmə kimi işləri yay aylarında edin. Və həmin otağı mümkünsə yataq otağı kimi istifadə etməyin.
    • Toz allergiyanız varsa, evdəki bəzək və aksesuar kimi lazımlı görmədiyiniz əşyaları ortalıqda qoymayın. Kitablarınızı qapalı şkaflarda tutmağa çalışın.
    • Evinizin havalandırılmasını axşam saatlarında edin. Evdəki kondisionerinizi isitmək üçün istifadə etsəniz belə, filtrlərini dəyişdirin.
    • Qurumuş və tökülmüş ağac yapraqlarının bol olduğu yerlərdə gəzintiyə və pikniyə çıxmayın.
    • Çölə çıxdığınızda günəş eynəyindən və maskadan istifadə edin.
    • Üst tənəffüs yolu infeksiyalarından qorunun.
    • Sosial məsafəyə diqqət edin və xəstə insanlardan uzaq durun.
    • Qapalı məkanlardan mümkün olduqca uzaq durun.
    • Evə gəldiyiniz zaman paltarınızı mütləq dəyişin və duş qəbul edin.
    • Siqaret çəkməyin, siqaret çəkilən ortamlardan uzaq durun.

  • Şəmkir RPŞ-nin müvəqqəti saxlama yerində xəbərdarlıq edilmədən araşdırma aparıldı, nöqsan aşkarlandı

    Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyevanın tapşırığı əsasında Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri tərəfindən Daxili İşlər Nazirliyinin Şəmkir Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə əvvəlcədən xəbərdarlıq etmədən növbəti planlı başçəkmə keçirilib.

    Ombusdman Aparatından verilən məlumata görə, BMT-nin “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya”sının Fakültativ Protokolu və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanunu əsasında təşkil olunmuş başçəkmədə məqsəd saxlanılma şəraitinin və rəftar məsələlərinin araşdırılması, inzibati qaydada həbs edilmiş və təqsirləndirilən şəxslərin daxili intizam qaydalarına və beynəlxalq standartlara uyğun şəkildə hüquqlarının təmin olunması vəziyyətinin öyrənilməsi olub.

    Başçəkmə çərçivəsində müəssisənin kameralarına, mətbəxə, hamama, istintaq, tibb, ibadət otaqlarına, gəzinti sahəsinə baxış keçirilib, tibbi yardımın təşkili, qidalanma, sovqat qəbulu, gəzinti, görüş və telefon danışıqları ilə bağlı mövcud vəziyyət və sənədləşmə araşdırılıb.

    Müraciətlərin, saxlanılma şəraitinin və rəftar məsələlərinin araşdırılması ilə bağlı həmin müəssisədə saxlanılan inzibati qaydada həbs edilmiş və təqsirləndirilən şəxslər fərdi qəbul olunaraq hüquqlarının təmin olunması vəziyyəti yerində araşdırılıb.

    Başçəkmə zamanı müəssisədə təqsirləndirilən şəxslərin daxili intizam qaydalarına uyğun saxlanılmasında nöqsan aşkar edilib, müvəqqəti saxlama yerinin rəhbərliyinin diqqətinə çatdırılmaqla yerində aradan qaldırılması təmin edilib.

    Başçəkmənin yekununda müəssisə rəhbərliyi ilə hüquqi maarifləndirici söhbət aparılıb, milli və beynəlxalq qanunvericiliyə uyğun olaraq saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmini, saxlanma şəraiti ilə bağlı müvafiq tövsiyələr verilib.

  • Köhnə qəsəbə, yeni görünüş – VİDEO

    Bir müddət əvvəl Balaxanı qəsəbəsində olan nəzərlər indi də Bakının cənub girişində başqa bir yerə – Bibiheybət qəsəbəsinə yönəlib. Burada işlər hələ tam başa çatmasa da, qəsəbənin bir hissəsi artıq təmir olunub, yenilənib. Necə deyərlər, bağa baxarsan, bağ olar, baxmazsan, dağ olar.

    Baku Tv yenilənmiş Bibiheybətdən maraqlı süjet hazırlayıb.

    Qədim tarixə malik olan qəsəbə yeni rənglərə boyanıb – küçələr daşlarla döşənib, çəlləklərdə bitkilər və divarlarda maraqlı dekorasiyalar peyda olub. Balaxanı üslubuna görə Yunanıstanın Santorini şəhəri ilə müqayisə edilirdisə, Bibiheybət yeniləşmədən sonra İtaliyanın sahilyanı qəsəbələrinə daha çox oxşayır. İşlər yalnız vizual olaraq görünən gözəlliklərdən ibarət deyil, eyni zamanda binalaların fasadları və kanalizasiya xətləri də təmir olunub.

    Eyni zamanda, Bibiheybət kəndində iş yerləri də açılıb. Belə ki, müxtəlif sənətkarlıq nümunələri sexlərinin yaradılması da nəzərdə tutulub.

    Səbail Rayon İcra Hakimiyyətinin nümayəndələri bildiriblər ki, son mərhələdə qəsəbədə ağaclar əkiləcək, oturacaqlar qoyulacaq, ərazi tamamilə təmizlənəcək və həm yerli, həm də xarici turistlərin qəbulu üçün hazırlanacaq.

    Eyni zamanda, Bakının Əmircan və Ramana kimi bir sıra digər qəsəbələrində də yenidənqurma işləri aparılır.

  • Gürcüstan Prezidenti Ceyhun Bayramovla görüşüb – FOTO

    Bu gün Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov Gürcüstan Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin Prezidenti Salome Zurabişvili ilə görüşüb.

    Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Gürcüstan Prezidenti Salome Zurabişvili Ceyhun Bayramovu xarici işlər naziri təyin edilməsi münasibətilə təbrik edib və ona səmimi arzularını çatdırıb. Həmçinin nazirin fəaliyyəti dövründə iki ölkə arasında münasibətlərin daha da möhkəmləndirilməsi istiqamətində addımlar atılacağından ümidvar olduğunu ifadə edib. Salome Zurabişvili səmimi salamlarının Azərbaycan Respublikası Prezidentinə çatdırılmasını xahiş edib.

    Öz növbəsində Ceyhun Bayramov Azərbaycan Respublikası Prezidentinin salamlarını qarşı tərəfin diqqətinə çatdırıb.

    Nazir səfəri çərçivəsində iki ölkə arasında yüksək səviyyəli əməkdaşlıq münasibətləri üzrə olduqca faydalı müzakirələrin aparıldığını qeyd edib. İki ölkə arasında hər üç – siyasi, iqtisadi və humanitar istiqamətlərdə münasibətlərin inkişaf etdirilməsinə eyni səviyyədə əhəmiyyət verildiyi qeyd olunub.

    Tərəflər bölgədə mövcud olan həll olunmamış və regional təhlükəsizliyə ciddi təhdid olan münaqişələri qeyd edərək, bu münaqişələrin həll olunmasında oxşar mövqe sərgilədiklərini diqqətə çatdırıblar. Ölkələrimizin biri-birlərinin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə hörmətlə yanaşdığı vurğulanıb.

    Ölkələrimiz arasında həm ikitərəfli, həm də çoxtərəfli formatda beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığın həyata keçirildiyi qeyd olunub.

    Hər iki ölkənin iştirakı ilə həyata keçirilən iqtisadi, enerji, nəqliyyat layihələrindən bəhs edilib. Regional dəhlizlərin imkanlarının daha da genişləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər, həmçinin turizm, humanitar, mədəniyyət sahələrində əməkdaşlıq məsələlərini müzakirə ediblər.

    Gürcüstan prezidenti bölgədə sülh və sabitliyin təmin olunmasının vacib olduğunu vurğulayıb.

    Nazir Ceyhun Bayramov öz növbəsində, Ermənistanın işğalçılıq siyasəti və onun ağır nəticələrinə diqqəti yönəldərək Ermənistan rəhbərliyinin son təxribatçı fəaliyyəti barədə Gürcüstan Prezidentinə məlumat verib. Münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyi vurğulanıb.

    Mövcud pandemiya şəraitində dövlətlərin həmrəylik və əməkdaşlığına olan yüksək ehtiyac qeyd olunub və bu xüsusda iki ölkə arasında yüksək əlaqələndirmə və əməkdaşlığın mövcud olduğu vurğulanıb.

    Görüşün sonunda Salome Zurabişvili Azərbaycan Respublikasının Prezidentini və Birinci vitse-prezidenti Gürcüstana səfərə dəvət edib.

  • До 5 лет тюрьмы грозит гражданину Азербайджана за похищение девушки в России

    Прокуратура Пскова (Россия) утвердила обвинительный акт по уголовному делу в отношении уроженца Азербайджана (1994 г.р.), который совершил похищение человека.

    Об этом “Псковской ленте новостей” сообщили в надзорном ведомстве.

    В ходе расследования было установлено, что в марте 2020 года в ночное время суток на перекрестке улиц Советской и Гражданской мужчина увидел девушку, с которой захотел познакомиться, но получил отказ. На почве возникшей личной неприязни гражданин Азербайджана, применив физическую силу, затолкал девушку в грузовое отделение автомобиля-фургона “ГАЗ”, после чего поехал в сторону деревни Череха Псковского района. Позже он пояснил, что так решил проучить девушку за ее поведение.

    По пути следования автомобиль остановили сотрудники дорожной полиции, и девушка была освобождена.

    Уголовное дело направлено в суд для рассмотрения по существу. Санкция части 1 статьи 126 УК РФ предусматривает наказание в виде лишения свободы на срок до пяти лет.

  • Türk Hava Yolları Ankara-Bakı-Ankara xüsusi uçuşlarına başlayır

    Türk Hava Yolları 2 oktyabr 2020-ci il tarixindən etibarən Ankara-Bakı və Bakı-Ankara xüsusi uçuşlarına başlayacaq. Uçuşlar çərşənbə və cümə olmaqla həftədə iki dəfə planlanıb və “AnadoluJet” markası ilə həyata keçiriləcək.

    Türk Hava Yollarından verilən məlumata görə, Ankara-Bakı reysi 14:40-18:05-də, Bakı-Ankara isə 19:00-20:35-də təşkil olunacaq.

    Bakı – Ankara – Bakı reysinə bileti www.anadolujet.com web səhifəsinə və ya səlahiyyətli agentliklərə müraciət etməklə əldə etmək mümkündür. Ankara uçuşlarında tələbə endiriminin keçərlidir.

    Türk Hava Yollarının İstanbula icra etdiyi xüsusi uçuşlar da davam edəcək. Oktyabrda bu uçuşların sayı həftəlik 14 uçuş olacaq. İstanbul – Naxçıvan – İstanbul uçuşları da eyni qaydada həftənin cümə günləri icra ediləcək.

  • Хикмет Гаджиев: Армения стремится вмешаться в то, что ее не касается

    Помощник президента Азербайджанской Республики – заведующий отделом по вопросам внешней политики Администрации Президента Хикмет Гаджиев прокомментировал АПА проведенные в последние дни переговоры между Турцией и Грецией по ситуации, сложившейся в Восточном Средиземноморье.

    “Азербайджанская Республика является сторонником взаимовыгодного сотрудничества между странами, отношений, основанных на стабильности и безопасности. Нынешняя ситуация в Восточном Средиземноморье не может не вызывать беспокойства. Отдавать предпочтение переговорам важно, особенно в период, когда идет глобальная борьба с коронавирусной пандемией. С этой точки зрения мы положительно оцениваем переговоры, проводимые при посредничестве НАТО между братской Турцией и Грецией.

    Мы также считаем, что диалог и прямые обсуждения между сторонами без каких-либо предварительных условий позволят снизить напряженность и найти соответствующие пути решения. Азербайджан при необходимости готов внести свой вклад в этот вопрос.
    Попытки Армении, путающей Средиземное море с озером Севан, историческое название которого Гейчя, вмешаться в вопрос в роли катализатора, смехотворны. По привычке, Армения стремится вмешаться в то, что ее не касается. Такое государство как Армения, совершившая агрессию в отношении Азербайджана, грубо нарушив международное право и Устав ООН, не имеет морального права говорить о международном праве.

    Было бы хорошо, если бы Армения, мечтающая о создании “Великой Армении от моря до моря”, наконец-то поняла, что не имеет выхода к морю. Вместо того, чтобы жить фантазиями о Средиземном море, Армения, как страна, не имеющая выхода к морю, должна понять, что в случае прекращения оккупационной политики в отношении Азербайджана сможет воспользоваться региональными коммуникационными и транспортными возможностями”, – заявил Х.Гаджиев.