Month: September 2020

  • Karantin qaydalarını pozan parklar və valideynlər – VİDEO

    Operativ qərargahın qərarına əsasən, bulvar və parklarda uşaq əyləncə mərkəzləri, atraksionlar işləməməlidir. Amma valideynlər övladları əyləncədən geri qalmasın deyə, bu qadağaya məhəl qoymur.

    Baku Tv mövzu ilə bağlı maraqlı süjet hazırlayıb.

    “Olmaz, qoymasınlar. Açırlar, uşaqlar da istəyir”, – övladı virusdan bixəbər əylənən valideyn deyir.

    Bu karuselləri işlədən şəxslərdən soruşduqda isə belə bir qərardan xəbərdar olmadıqlarını və açıq havada olan atraksionlarda virus təhlükəsinin olmadığını bildirdilər.

    Baku TV-nin əməkdaşları üz tutduqları digər parkda da eyni mənzərə ilə qarşılaşıblar: Yenə biganə valideynlər, yenə qaydaları pozan atraksion işçiləri. Maraqlısı isə odur ki, atraksionları bir manat qarşılığında işlədən şəxslər burada heç bir problem olmadığını və uşaqların, özlərinin virusa yoluxmayacaqlarını zənn edirlər. Valideynlər isə soyuqqanlı şəkildə bu atraksiondan uşaqların istifadəsinə icazə verirlər.

    Parkın işçisi deyir ki, açıq havada icazə verilir:

    “Buradan 15-20 nəfər çörək qazanır. Böyük bir sıxlıq yoxdur”.

    Dənizkənarı Bulvar ərazisində, Nərimanov, Hüseyn Cavid parkında isə operativ qərargahın qaydalarına tam əməl olunur.

  • Для участников проекта “Молодой фермер” организован первый тренинг – ФОТО

    Для участников проекта “Молодой фермер”, реализуемого при поддержке ОО “Региональное развитие” и по инициативе ОО “Содействие развитию современной молодежи” и Лянкяранского профессионального лицея в рамках конкурса “Социальные проекты” организован первый тренинг в Лянкяранском районе.

    На мероприятии, проведенном Фаганом Гусейновым, участникам была предоставлена подробная информация о создании, структуре и управлении ассоциациями, плане деятельности и других юридических документах. Кроме этого, была представлена презентация о создании “Ассоциации молодых чаеводов”. Цель проекта – способствовать выращиванию саженцев для развития чаеводства, являющегося одним из традиционных сфер в Лянкяранском районе, раскрыть потенциал специалистов, работающих в этой сфере, вовлечь молодежь в местные проекты и обеспечить их занятость.

  • Türkiyədə zəlzələ oldu

    Bu gün saat 17:38-də Türkiyənin İstanbul şəhərinin yaxınlığında 4,2 bal gücündə zəlzələ baş verib.

    Bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

    Məlumata görə, yeraltı təkanın ocağı Mərmərə dənizində sahildən 18,87 km məsafədə 6,83 km dərinlikdə qeydə alınıb.

    Bildirilib ki, zəlzələ İstanbulda hiss olunub.

  • Hikmət Hacıyev: “Ermənistan ona aid olmayan mövzulara qarışmağa çalışır”

    Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev APA-ya son günlərdə Şərqi Aralıq regionunda mövcud olan vəziyyətlə əlaqədar Türkiyə və Yunanıstan arasında aparılan danışıqları şərh edib:

    “Azərbaycan Respublikası ölkələr arasında qarşılıqlı surətdə faydalı əməkdaşlığa, sabitliyə və təhlükəsizliyə əsaslanan münasibətlərin tərəfdarıdır. Hazırda Şərqi Aralıq regionunda mövcud olan vəziyyət narahatlıq doğurmaya bilməz. Xüsusən koronovirus pandemiyasına qarşı qlobal mübarizənin getdiyi bir dövrdə danışıqlara üstünlük verilməsi vacibdir. Bu baxımdan, biz qardaş Türkiyə ilə Yunanıstan arasında NATO vasitəsilə aparılan danışıqları müsbət qiymətləndiririk.

    Həmçinin hesab edirik ki, tərəflər arasında heç bir ön şərt olmadan qurulacaq dialoq və aparılacaq birbaşa müzakirələr gərginliyin azaldılmasına və müvafiq həll yollarının tapılmasına imkan verəcək. Azərbaycan zəruri olduğu halda bu məsələdə öz töhfəsini verməyə hazırdır.

    Aralıq dənizini tarixi adı Göyçə gölü olan Sevan gölü ilə qarışıq salan Ermənistanın məsələyə katalizator rolunda müdaxilə cəhdləri isə sadəcə gülüş doğurur. Həmişəki adətinə uyğun olaraq Ermənistan ona aid olmayan mövzulara qarışmağa çalışır. Beynəlxalq hüququ və BMT Nizamnaməsini kobud şəkildə pozaraq Azərbaycana qarşı təcavüz törətmiş Ermənistan kimi bir dövlətin beynəlxalq hüquqdan danışmağa mənəvi haqqı yoxdur.

    “Dənizdən dənizə böyük Ermənistan” yaratmaq xülyası ilə yaşayan Ermənistanın dənizə çıxışı olmayan ölkə olduğunu nəhayət anlaması yaxşı olardı. Aralıq dənizi fantaziyaları ilə yaşamaqdansa, dənizə çıxışı olmayan ölkə kimi Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasətinə son qoyduğu halda regional kommunikasiya və nəqliyyat imkanlarından da faydalana biləcəyini dərk etməlidir”.

  • Прокуратура распространила сообщение в связи с убийством в Наримановском районе

    В районную прокуратуру поступила информация о том, что 24 сентября около 16:00 в доме Тагиева Тахира Аббас оглу (1948 г.р.) в Наримановском районе столицы было обнаружено его тело с колото-резаными ранами.

    Об этом сообщили в прокуратуре Наримановского района.

    Сотрудники полиции и прокуратуры немедленно осмотрели место происшествия и тело, выполнили неотложные процессуальные действия.

    По данному факту в прокуратуре Наримановского района возбуждено уголовное дело по статье УК 120.1 (умышленное убийство).

    В настоящее время продолжаются оперативно-розыскные мероприятия по делу.

    Отметим, что некоторые СМИ распространили информацию о том, что убитый был шурином бывшего прокурора Хатаинского района Юсифа Илдырымзаде.

    Как сообщили Oxu.Az источники в правоохранительных органах, это не совсем верная информация. По их словам, убитый приходился шурином не Юсифу Илдырымзаде, а его брату Юнусу.

    Сообщается, что убийца расчленил тело жертвы. Пока подозреваемый в преступлении не задержан.

    Но у следствия уже имеются кое-какие зацепки. Оперативники располагают видеокадрами с камеры наблюдения, установленной в блоке дома убитого. На них видно, как убийца вошел и вышел после содеянного. По факту убийства возбуждено уголовное дело. Мотив преступления выясняется.

  • Prokurorluq Nərimanov rayonunda baş verən qətllə bağlı məlumat yayıb

    Sentyabrın 24-də saat 16 radələrində paytaxtın Nərimanov rayonu ərazisində 1948-ci il təvəllüdlü Tağıyev Tahir Abbas oğlunun yaşadığı evdə üzərində kəsilmiş-deşilmiş bədən xəsarətləri olan meyitinin aşkar olunması barədə rayon prokurorluğuna məlumat daxil olub.

    Bu barədə Nərimanov rayon prokurorluğundan məlumat verilib.

    Dərhal prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, o cümlədən təxirəsalınmaz prosessual hərəkətlər yerinə yetirilib.

    Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

    Hazırda hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək istintaqa cəlb edilməsi istiqamətində intensiv istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

  • “Bolt” şirkətindən Polad Həşimovla bağlı Azərbaycana hörmətsizlik – FOTO

    “Bolt” taksi xidmətində Tovuz döyüşləri zamanı şəhid olmuş General Polad Həşimovun adını axtarışa verdikdə Ermənistanda rayon adı çıxır.

    Bunu aşkarlayan Azərbaycanlı istifadəçilər redaksiyamıza müraciət ediblər.

    Məsələ ilə bağlı şirkətin Azərbaycan nümayəndəliyi ilə əlaqə saxlamaq istəsək də cəhdlərimiz alınmayıb.

    Şikayətçilər bildirirlər ki, bu faktın hansısa texniki problem səbəbindən yarandığı inandırıcı görünmür. Bu səbəbdən məsələyə şirkət tərəfindən rəsmi münasibət bildirməsini tələb edirlər.
    //Baku.ws

  • Подробности жестокого убийства в Баку – ФОТО

    Стали известны подробности жестокого убийства, совершенного в Баку.

    Как передает Baku TV, мужчина по имени Самир убил свою бабушку Симирзаду Джавадову (1932 г.р.) и тетю (по отцовской линии) Тамиллу Джавадова (1959 г.р.) на почве семейного конфликта.

    Сообщается, что он проживал с ними в одной квартире после смерти матери.

    Обе женщины скончались на месте происшествия. После убийства подозреваемый переоделся и скрылся.

    На место происшествия привлечены сотрудники Сураханской районной прокуратуры.

    В настоящее время устанавливаются причины инцидента. Проводятся работы по поимке подозреваемого и привлечения его к следствию.

    Отметим, что убитая Тамилла Джавадова долгие годы работала преподавателем русского языка в средней школе №282.

  • Проводятся учебно-боевые полеты ВВС – ВИДЕО

    В соответствии с утвержденным Министром обороны планом боевой подготовки на 2020 год, проводятся учебно-боевые полеты Военно-воздушных сил (ВВС) Азербайджана.

    Об этом говорится в сообщении Министерства обороны.

    В ходе полетов основное внимание уделяется технике пилотирования с применением наступательных и оборонительных маневров на различных высотах и скоростях. При выполнении задач по ведению современного маневренного воздушного боя экипажи самолетов поочередно отрабатывают задачи по обнаружению и уничтожению наземных целей противника.

  • Hərbi Hava Qüvvələrinin təlim-döyüş uçuşları keçirilir – VİDEO

    Müdafiə Nazirinin təsdiq etdiyi 2020-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq, Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) təlim-döyüş uçuşları keçirilir.

    Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, uçuşlar zamanı əsas diqqət müxtəlif hündürlüklərdə və sürətlərdə hücum və müdafiə manevrlərindən istifadə edərək pilotaj texnikasına yönəldilir. Müasir manevrli hava döyüşlərinin aparılması üzrə tapşırıqların yerinə yetirilməsi zamanı təyyarələrin ekipajları növbə ilə düşmənin yer hədəflərinin aşkarlanması və məhv edilməsi tapşırıqlarını icra edirlər.